Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


bilməzsən. Səməndər, bütün yorğunluğunu unutmuş kimi, yerindən quş surə­



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə83/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   79   80   81   82   83   84   85   86   ...   382
Sechilmish eserleri II cild

bilməzsən.
Səməndər, bütün yorğunluğunu unutmuş kimi, yerindən quş surə­
tilə sıçrayıb, özünü pendir-çörəyin üstünə atdı. Sonra hamı “Xanlar”
tamaşasında Tahirlə Cəmilin mübahisəsinə səbəb olan mətləbdən da­
71


nışmağa başladı. Səməndər Cəmilin pendir-çörəyini ycso do haqqın
tərəfini saxladı:
- Aşna, Tahir düz deyir. Xanlar kimi oğlanı Mehriban niyə istəm ə­
sin axı? Fəhlə olanda nə olar? Fəhlənin Allahı yoxdur bəyəm?
4
Bu hadisədən üç gün sonra Tahir küçədə Lətifəyə rast gəldi. On­
ların gözü bir-birinə sataşdıqda, Lətifə ayaq saxlayaraq, Tahirə nə isə
demək İstədiyini hiss etdirdi, dərhal da ona yanaşdı.
- Salam, Tahir!
- Salam!
Əl tutuşdular. Qızın uzun kirpikləri arasmdan parıldayan iri gözlə­
rində Tahirin bir neçə dəfə gördüyü istehzalı təbəssümdən artıq heç
bir-iz qalmamışdı. O gülümsəyirdisə do, bunun başqa bir səbəbdən
irəli gəldiyi indi Tahirə büsbütün aydın idi. Bu səbəbi də Lətifə tezcə
açıb söylədi:
- Bu gün səhər Qüdrət İsmayılzadə buruğa gəlmişdi. Səni xəbər
alırdı.
- N e üçün?
- N ecə nə üçün? Maraqlanırdı. Səndən xoşu golib... Ustaya səni
bərk tərifləyirdi.
- Doğrudan? N ə deyirdi axı?
Tahirin gözləri necə bərəldisə, qızı gülmək tutdu:
- Deyirdi, atan bizim ordu geri çəkiləndə ürəyi bu dordə tab gətir-
rqoyib, Allah rəhmətinə gedib.
- Daha bunun harası tərif oldu ki? Yəqin İsmayılzadə atamı qorxaq
hesab eləyir də. Axı, menə deyən gərək niyə belə şeyləri danışıb, ki­
şini biabır eləyirsən?
- Niyə biabır olur ki? Yəqin vətənimizi çox sevirmiş də...
Tahir şübhə və tərəddüdlə bir neçə an sükut edib, sonradan-sotıraya

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin