Seçkilər
Cəmaət idarəsinin nə olduğunu bilənlər seçki nədir bilirlər. Seçki,
onun üsuli-idarəsi haman cəmaət idarəsinin ruhu, cam və qamdır. Çox
cəmaət idarələri vardır ki, seçki üsulunun yanlışlığı və yainki cəmaətin
seçkiyə laqeydligi üzündən cəmaətlikdən çıxıb bir nemət ikən dönüb
nəkbət olmuşdur.
İləridə tazə şəhər dumalarınm seçkiləri gəlir. Bu seçkilər heç
şübhəsiz böyük bir siyasi əhəmiyyətə malikdir. Bilxassə ondan ötrü si-
yasi əhəmiyyətə malikdir ki, bu seçkilərdən sonra Məclisi-Müəssisan
seçkiləri gələcək. Məclisi-Müəssisan seçkilərindən ötrü heç şübhəsiz
ki, imdiki duma seçkiləri bir təcrübə olacaqdır.
Bu təcrübəyə bütün qüvvələr, siniflər və millətlər hazırlaşıyorlar.
Müsəlmanlar da hazırlaşmalıdırlar. Bilməlidirlər ki, bu seçkilər keçən
ayın 21-də vaqe olan məhəllə komitələrindən min kərə əhəmiyyətlidir.
O vəqt biz müsəlmanlar özümüzün nə qədər qüvvət və ədəd sahibi ol-
duğumuzu nümayiş etdirdik. Fəqət bu dəfə nə dərəcədə idraklı və siya-
si bir həddi-buluğa gəldigimizi isbat eləməliyiz. Bunun üçün hər şeydən
əvvəl özümüzü siyahılardan salmayıb bütün qüvvətimizi, səyimizi,
əməgimizi buna həsr eləməliyiz ki, adımız seçki dəftərindən düşməsin.
Bunun üçün ən əvvol siyahılar yazılarkən qafil durmamalıdır. İmdi işin
bu cəhəti keçmişdir. Fəqət vəqt yenə gec degildir. Əldə yenə fürsət var-
dır. Hər kəs siyahı kartoçkası olmamış və buna görə də yazılmamışsa,
həqqi vardır gedib dumadakı statistik bürosuna müraciət eləsin, kar-
toçka istəyib özünü yazdırsm. Hətta bundan ötrü “biz yazılmamışıq” -
deyə xəbər vermək də bəsdir. Bundan keçdikdən sonra yaxında seçkilər
siyahısı nəşr olunacaq, bu siyahılara diqqət olunub hər kəsin adı orada
yoxsa, üsuli vəchlə gərək gedib bu xüsus yerinə elan eləsin və əlbəttə,
özünü qeyd etdirsin, yoxsa tamamilə seçki həqqini itirmiş olacaq.
Bunlardan keçəndən sonra seçkilər yaxmlaşdıqca seçilənlər məsə-
ləsi meydana çıxacaq. Kimlori gərək şəhər dumasına seçək. İştə, bu mə-
sələ imdidən gərək bütün seçkiçiləri məşğul eləsin. Hanki sinfi, hanki
247
məslək arayanı gərək öz aramızdan intixab edib müqəddəratımızı on-
lara tapşıraq?
Bu böyük məsolədir.
Şübhəsiz ki, seçki yaxmlaşdıqca bu məsələ də itiləşəcək və siya-
si təşkilatlar hərə özünə bir siyahı düzəldib o siyahıya etimad etməyi
təklif edəcəkdir. Seçkiçilər kəndilərinə təklif olunan bu siyahıları tənqid
eləməli, hanki siyahmm hanki firqə tərəfindən təqdim olunduğuna və
bu siyahıyı təqdim edən fırqənin nə kibi bir proqram və məsləklə mey-
dana çıxdığına diqqət eləməlidir.
Qayət təbii şeydir ki, müsəlmanlar öz müsəlman siyahılarma meyl
göstərəcəklər. Fəqət hər siyahmın yalmz müsəlman siyahısı olduğuna
inanmaq nə məntiqə, nə də xəlqin faidəsinə uymaz. Müsəlman siyahı-
sı da tənqid olunmalı, bu siyahıyı təklif edənlərin nə kibi firqələrdən
ibarət olduğuna etina eləməlidir.
Bu etina və diqqət üçün bir ölçü və mizan olmazsa, o vəqt şübhəsiz
ki, siyahıları sağ və çürük etmək mümkün olmaz. Əsl cəmaət mənfəəti
nöqteyi-nəzərindən baxanda bu mizanın nədən ibarət olduğu meyda-
na çıxar.
Seçkilərdə bütün xəlqə həqq verilmişdir. Xəlq arvadlı-kişili hamısı
seçkiyə iştirak edə bilər. Həm seçər, həm də istərsə seçilə bilər.
Şübhəsiz ki, xəlq tərəfindən seçilən adam gərək ki, həm halilə, həm
də misalı ilə xəlqin mənafeini gözləyən, onun dərdinə qalan adam-
lar olsun. Bunun üçün dəxi o adamm “Vallah, bən xəlq tərəfdarıyam”
deməsi bəs degildir. Lazımdır ki, onun xəlq faidəsini hanki proqram-
da gördügi və seçilərsə cəmaət üçün nə kibi işlər görəcəgi əvvəlcədən
məlum olsun.
Fəqət burada bir məsələ dəxi vardır. Çox adamlar tapılar ki, özü-
nü seçdirmək üçün cəmaətə qızıl dağları vəd eləsin. Cəmaət gərəkdir
sayıq olsun ki, bu vədlərin nə dərəcədə vücudə gələ biləcək həqiqi
vədlər olduğunu seçə bilsin, həm də vəd edən adamın vədəsinə vəfa
edən “kərim”lərdən olmadığma diqqət yetirsin. Bu diqqəti isə şəxsi-
məzkurun bundan əvvəlki həyatına baxmaq, elədigi vədləri tutub-tut-
madığmı ölçüyə vurmaqla olar.
Bu xüsusda ən müvafiq üsul, cəmaətin rəyini bir adama, yainki ay-
rı-ayrı adamlara verrnək olmayıb, meydana çıxan siyasi firqələrdən
birisinə inanmaqdır.
248
Bir fərz, bir siyasi fırqənin təklif elədigi namizəd sonradan xəlqə
vəd edilən məsləkdən xaric hərəkət edərsə, seçkiçilərin mənafeini ayaq
altına alarsa, o zaman məsuliyyət bir şəxsin degil, bütün bir firqənin
öhdəsinə düşər.
Siyasi fırqələrdən hankisi o birisinə tərcih olunmahdır?
Bu xüsusda ayrıca.
M.Ə.Rosulzadə
“Açıq söz”, 2 iyul 1917, JVs510
Nəkbət - bədbəxtlik, fəlakət, düşgünHik
249
Bu nədir?
Bəyazidov, köhnə idarənin bu rozil xidmətkarını bilərsiniz. O xid-
məkarı ki, bu gün Rusiya müsəlmanlarmın etiraz və lənətlərinə bax-
mayaraq Nikolay hökuməti onu müftiligə təyin eləmişdi. O Bəyazidov
ki, inqilab elan olunur-olunmaz müsəlmanların müraciəti üzərinə bir
mürtəce kibi həbs olunmuşdu. İştə, bu mürtəce imdi inqilab hökuməti
tərəfindən sosialist Kerenski idarəsində bulunan hərbiyyə vəzarətinin
əskəri axundluğuna təyin olunmuşdur.
Ümumrusiya Müsəlman Şurası gərək bu axundun təsbitini və gərək
müsəlmanlardan ötrü daha müzürr olmayan Tarnovskinin ruhani
işlər dəftərxanəsi müdürliginə məmuriyyətini protesto eləmiş, qeyri-
məzhəb işlər idarəsinin müdiri professor Kotlyarovskidən bu iki ada-
mm əzlini istəmişdir. Iki gün əvvəl aldığımız şura teleqrafından anla-
şıldığma görə Miili Şuranın bu müraciəti Kotlyarovski tərəfindən rədd
edilmişdir. Demək ki, bütün Rusiya müsəlmanları naminə vaqe olan
müraciət etinasız buraxılmışdır. Kotlyarovski bütün Rusiya demokrati-
yasının etimadmdan məhrum Kadet firqəsinə mənsub professorlardan-
dır. Burasmı nəzərə aldıqda Bəyazidov kibi adamlarla həmkarhq edə
bilər - deyə təsəvvür olunur. Fəqət demokratiyanm etimadını qazan-
mış yarım sosialist bir hökumət nümayəndəsi olmaq sifətilə professo-
run bu etimadsızlığı şübhəsiz ki, yalmz knyaz İvanovun degil, qrajda-
nin Kerenskinin də hesabma daxildir. Bilxassə ki, Bəyazidov kibi bir
mürtəce haman Kerenski idarəsindəki hürriyyət ordusunun axundlu-
ğuna təyin olunmuşdur.
Milli Şura həqli tələbi qarşısında gördügü etimadsızlıqdan bütün
Rusiya müsəlmanlığı naminə inciyərək təəssüflə bütün Rusiya müsəl-
manlarına müraciət eləmiş, Milli Şuranm qərarına əməl oluncaya qədər
başqa məzhəb işləri dairəsi ilə hər növ əlaqələrini kəsməyi tövsiyə et-
mişdir.
Milli Şura ilə hökuməti-müvəqqətəsində zühur edən bu ixtilaf daha
rəf edilməmiş və zehnlər onun təsirilə həyəcanda ikən ikinci qara bir
xəbər də alındı. Kazandan gələn bu xəbər dünki nömrəmizdə dərc edil-
mişdir. Bu xəbərdə müvəqqəti müsəlman əskərləri şurasının rəisi İlyas
A lkin cənabları iyulun 15-də yığılması müqərrər olan ümumrusiya mü-
250
səlman əskərləri syezdinin müsəlmanlardan ötrü təhqiri mütəzəmmin
gəlmələrlə rədd edildigini bildiriyor. Təəssüf olunuyor ki, teleqraf böylə
mühüm bir məsələdə çox müxtəsər çəkilmişdir. Teleqrafm müxtəsərligi
üzündən “təhqiramiz gəlməlorin” nədən ibarət olduğu məlum degilsə
də, syezdin məni aşkardır.
Kerenski cənablan hərbiyyə vəzarətinə keçər-keçməz sosialistlərə
yaraşan tovla və təbliğdən ziyadə əmr və təshi ilə iş görməgə başlamış.
Bu tövr əmr insanı da bilxassə inorodistlər həqqində göstərmişdir.
Əvət, Kerenski Finlandiyada söylədigi təhdidamiz nitqindən son-
ra ukramyalılara qarşı amiranə bir vəziyyət aldı. Ukrayna Məclisi-
Kəbiri-Millisini ictimadan mən etdi. Fəqət ukranıyalılar dinləmədilər,
bilaicazə ictima etdilər.
Müvəqqəti Müsəlman Şurası Əskəriyyəsi dəxi ukramyalılar kibi
bilaicazə yığışmaq qərarını almış və iyulun 15-də hökmən toplanma-
ya əzm etmişdir.
“Ən gözəl müdafiə hücumdur” şüarı ilə qarşı çıxıb da hücu-
mun hürriyyətə degil, irticayə xidmət edəcəgini iddia edən Rusiya
amədpərvərləri görünüyor ki, pək də həqsiz degildirlər. Ilücum baş-
lanıyor-başlanmaz hürriyyəti rəxnədar edəcək bir çox əlamətlər gö-
rünməgə başladı. O əlamətlərdən birisi də iştə, müsəlman syezdinin
mənidir. Məlum olduğu üzrə inqilabın elan elədigi müqəddəs əsaslara
görə sair hürriyyətlərlə bərabər ictima azadhqları da mütəntən bir
surətdə elan olunmuşdur. Syezdin məni isə hürriyyətin ən böyük rüknü
olan ictima azadlığma bir zərbədir.
Azadhğa endirilmiş hər zərbə təbii olaraq əks zərbəyi mucib olur.
Müsəlman əskərlərinin bilaicazə olsa da, syezdi toplamaq əzmində ol-
maları iştə, məcburiyyətlə hasil olmuş əks zərbolərdən biridir.
Əcəba, hanki məntiqlədir ki, yarım sosialist hökuməti bu kibi qatı
tədbirlərə mən və imtinah siyasətlərinə müraciət ediyor? Kəndisinin
böylə mən və imtina siyasəti nəticəsində iş başına goldigini vo bütün
vücudilə şiddət politikasmm doğurmuş olduğu bir novzad olduğunu
unutdumu? Nə tez unutdu? Unutmadısa da bu horəkətlər nədir?
M.Ə.Rəsulzadə
“Açıq söz”, 5 iyul 1917, JV®513
251
Tazə rəfiqimizi təbrik
Türk mətbuati-mövqutosi yeni bir əsərlə daha zənginləşdi. “Hümmət”
qəzetəsi nəşr olundu. “Hümmət” Rusiya ictimaiyyun-ammiyyun fəhlə
firqosinin müsəlman təşkilatı “Hümmət” tərəfindən həftədə bir dəfə
nəşr olunuyor. Məsləki sosializm tərəfdarı olub fəhlə və əməlo qismi-
nin mənafeini gözləməkdir. Baş məqaləsində məsləkini təyin edərkən
diyor ki: “bizim məsləkimiz bütün insanları birləşdirməkdir. Biz diyo-
ruz: hamı millətlər üçün məqsəd (ideal) birdir: bu ideal hamı millətləri
qardaşlığa dəvət ediyor. Bu müqəddəs nöqtəyə çatmaq üçün hər bir
millət öz yolu ilə getməlidir. Çünki bu təbiidir. Fəqət bu nöqtəyə cid-
di surətdə yeriş etmək hankı üsuli-idarədə mümkündür? Müsavi yaşa-
yış, ciddi tərəqqi, ruhun təmizlənməsi və ucalması ancaq cümhuriyyət
üsuli-idarəsinə bağlıdır”.
“Hər bir millət öz yolu ilə getməlidir” - Amənna!
“Çünkı bu təbiidir” -
Pək doğru. Bu xüsusda tazə rəfiqimizlə razı olmamaq mümkün
deyildir. Həqiqi hürriyyətin ancaq cümhuriyyət üsuli-idarəsinə bağ-
lı olduğüna gəlincə, yəqin ki, burada cümhuriyyətdən məqsəd əvvəla
“Cümhuriyyəti-ənam” olduğu və saniyən “Cümhuriyyəti-ənam”m belə
məqsəd deyil, ancaq vasitə olduğu unudulmuş, çünki hər bir sosialistcə
müsəlləmdir ki, həqiqi azadlıq yalnız siyasi azadlıqla başa gəlməyib,
ancaq sosializmin bərpa olması ilə əmələ gələ bilər.
Müəyyən bir partiya vasiteyi-nəşri-əfkari olmaq üzrə “Hümmət”
Qafqaziya türk mətbuatı arasında zaman etibarı ilə birinci qəzetədir.
Səmimi partiya ixtilafı haman “rəhmət” deyə elan olunan ixtilaflardan-
dır. Yeni rəfiqimizin böylə rəhmətlik bir qəzetə olacağmı ümid edərək,
kəndisini ürəklə təbrik edər, məsləki yolunda kəndisinə istiqamət və
səbat diləriz.
“Hümmət” qəzetəsindən bəhs edərkən Qafqaziya türkləri cavanları-
nın həyatında tarixi bir əhəmiyyətə malik olan 1905-ci il “Hümmət”ini
unutmaq olmaz. 15 illik tarixçəsi fövqüzzikr qəzetədə nəql olunan
“Hümmət” təşkilatı ismini kiçik mütəəllimlər heyəti tərəfindən 1905-ci
252
ildə gizli surətdə jelatin yapı ilə nəşr olunan “Hümmət” məcmuəsindən
almışdır. Bu məcmuə cəmən 5-6 nömrə nəşr olunmuşdur. Bu sətirləri
yazarkən 3-cü nömrəsi əlimiz altındadır. Tarixi bir əhəmiyyətə ma-
lik olduğu üçün nümunə olaraq məzkur nömrədən aşağıdakı məqaləyi
nəql ediyoruz:
“H üm m ətür-rical, təqlaül-cibal”
Bu kəlami-hikmət nizam ki, bizim cəridənin hər səhifəsinin
əvvəlində, intibahnamələrin ünvanlarmda, cavanlarımızın övradi-
zikrində mütədavil və bərqərardır - nə deyən sözdür bilməli.
Bu kəlami-izan həzrət əmirülmöminin Əli ibn Əbu Talib
əleyhissəlamın kəmali-möcüznümalarından olub, “Kişilərin hümməti
dağları qoparar” - dediyini hamımız bilirik. Və bu sözü özümüzə ün-
van qayırdıqda bu söz bizə dəsturüləməldir. Xəyal edirik və özümüzü
bu dəsturüləməldən mütəxəllif hesab ediyoruq. Amma həqiqətdə isə
belədirmi? Özümüzə ünvan tutduğumuz qaydaya müvafiq gedirizmi?
“Hümmətür-rical” - kəlməsinin əsl mənasmı fəhm edirizmi? Biibarəti
üxra, müəyyən bir məsləkimiz varmı? Bu sözü özünə ünvan edən bir
dəstənin bu suallara cavabı nə olmahdır? Əlbəttə ki, belədir: bu sözün
məzmunu ilə müvafiq hərəkətdəyiz. Demək lazımdır və illa qövldə bir,
feldə qeyri olmalıdır. Biz isə bu suallara bu cür cavab verməliyiz. Həm
müttəhidülkəlmə və həm qəlbən cavab verməliyiz. Amma bu cür cava-
bı vicdanımız təsdiq edirmi? Bu cavabı verib də səvab da buluyoruz-
mu? Gümammızca bizim cavanların cəmiyyəti həmin suallara sidq ilə
bu cavabı verməyə muxtar deyildirlər. Ona görə ki, “hümmətür-rical” -
“kişilərin hümməti” deməkdir. Hümmətür rəcül - kişinin hümməti de-
yil, yəni “hümmətür-rical” - cəmdir, müfrəd deyildir. Burada təəmmül
etməli, dərin fıkr edib kəlamın lübbünü bilməlidir. Bu kəlam “Kışilərin
hümməti birləşsə, dağları qoparar” deməkdir. Həqiqətdə də öylədir.
Hər bir şeyin qüvvəti birlikdədir. Birlik isə yalnız “Mən sənə yolda-
şam” - deyib təsəlli verməklə olmaz. Bu, dildə deyilən sözü əməl ilə
də göstərməlidir.
Bir neçə şəxsin arasında ittihad həmfikirlilik, həmməsləklik ilə olur.
Və illa ila yovmilqiyamə nifaq üzrə baqi qalacaqlar. Məsələn, biz ca-
253
vanlann biri millətpərəst, o biri demokrat, üçüncüsü ətiqpərəst, dör-
düncüsü cədidpərəst olub da, bu cür dəstə-dəstə olmaqda, hərəmiz
özünəməxsus bir yol götürüb, müəyyən bir məslək ilə getməkdən hamı-
mız tək-tək tələf olluq. Və heç birimizin əli muradma çatmaz. Yad-
dan fəramuş etməməlidir. Bu təfriqəbazlıqla belə hamımızm dilində
virdimiz “hümmətür-rical, təqləülcibal” sözüdür. Bəs biz müttəfiq ol-
maq istəsək, bu kəlam ki, hamımız ona mütəkəllimik, mənasmı qa-
nıb dildə vird edən kimi, ürəkdə də qəbul etsək müttəfiq, müntəzəm,
müttəhid olmağımıza hərgiz şəkk şübhə yoxdur. İndi yoldaşlar!
Hərəmiz bir küncdə bir xüsusi cəmiyyət qayırıb da müxtəlif yollar
ilə getməkdənsə birləşməli, öz fikr və fellərimizdən bir-birimizi hali
etməliyiz. Millətpərəstlik bizə yararsa, hamımız millətpərəst, demok-
ratlıq yararsa, hamımız demokrat və qcyri bir yarar məslək üzrə olub,
müttəhidül-qövl vəl fel iş görək.
Bəndəyə qalır isə hər bir dəstədən olursa olar, ancaq islamiyyət üzrə
olaq. İslamiyyətdən kənara çıxsaq fəlakət bizi gözləyir. İslam bizə rahi-
nicatdır - desəm eyni səvabdayam. Nə sosializmin, nə demokratizmin
ümdə əqidələri islam ilə müxalif deyil. Bəlkə şarəyei-müqəddəsi-islam
qoyduğu qəvaidlə eyni mütabiqətdə və müvafiqətdədir. Zəkat, fitrə və
qeyrə sədəqələr vacibi-sünnəti materializm deyil də nədir? Bərəkət
cəmaətlikdədir. Ümur cümhuri-şura ilə görülməlidir - kəlamları de-
mokratizmi icab etməzmi? Xülasə, yenə də təkrar edirəm, hər nə olma-
lıyız, olaq. Fəqət islamiyyət üzrə olaq ki, bu eyni insaniyyətdir.
“Açıq söz”, 5 iyul 1917, JVa513
Övradi-zikrində mütədavil - həmişə dilinin əzbəridir
Biibarəti-üxra - başqa sözlə
Müttəhidülkəlmə - yekdillik
Lübb - cövhər, məğz
İla yovmilqiyamə - qiyamət gününədək
Mütəkəllim - deyən, danışan
Vird - dilinin əzbəri
Müttəhidül-qövl vəl fel - sözü və işi bir olan
254
Eydi-fitr münasibatilə
Bu ilki orucluq bayramım Rusiya müsəlmanlığı başqa bir hal
içərisində istiqbal ediyor. Neçə ildən bəri keçirdigimiz bayramları
dəhşətlər, vəhşətlər, fəlakət və məşəqqətlər içində keçirdiksə, bu ilki
bayram saydığımız halların vücudilə bərabər başqa bir hal və hissiyyat
ilə qarşılanıyor.
Qanlı dünya müharibəsinin bəşəriyyətə gətirdigi qorxu hala davam
etməkdədir. Fəqət bu “bim” (qorxu) ilə bərabər 1927-ci il bir “təyid”
dəxi veriyor. Keçən il bayramları “bim” günləri idisə, bu ilki bayram-
lar “bim və ümid”lərlə doludur.
Əvət, Rusiya irtica və istibdadı son dərəcəyi-məzalimanə çıxdığı
günlər bütün Rusiya hürriyyətpərvərlərilə bərabər Rusiyada yaşayan
məhkum millətlərin qəlbi dəxi xof və dəhşətlərlə parçalamyor, hər kəs
yarmki günün məchuliyyəti qarşısmda naümid bir hal içində bulunu-
yordu.
Nagah tarixin ən böyük bir vaqeəsi üz verdi. Böyük fevral inqilabı
hadis oldu. Demokratiya, vətəndaşhq, insaniyyət və millətin hüquqi-
ni elan ilə Rusiyanın ən qaranlıq guşələrini işıqlandırdı, ən naümid
ürəklərə ümidlər verdi.
Hürriyyətin bal ayları keçdi. Böyük Rusiya kibi bir məmləkət şüb-
həsiz ki, asanlıqla tarixi bir inqilabı tarixi bir “sükut”la keçirə bilməzdi.
Burada hər növ firqələr, təriqətlər, əksinqilablar, şiddəti-inqilablar ola-
caqdı.
Fevral ayından bəri Rusiya inqilabı haman bir neçə dövrələr ke-
çirdi. İmdi dəxi ciddi və ciddi olduğu qədər də böhranh və qorxulu bir
dövrə daxil oluyor. Bir tərəfdən Rusiya millətləri elan olunan hürriy-
yətdən kəmalilə istifadə etmək istiyorlar. Finlandiya ilə Ukrayna ha-
man “əlhürriyyət və ila istiqlal ayətən min ayatullah” bayrağım qal-
dırıb kəndi həqlərini Məclisi-Müəssisam gözləmədən yerinə yetirmək
istiyorlar. Başqa millətlər dəxi getdikcə böyük Rusiyanm millətlərə
255
məxsus muxtariyyətləfdən mütəşəkkil bir cümhuriyyətdən başqa
surətlə idarə olunmayacağına getdikcə inamyor. Bu xüsusdakı iman-
ları artdıqca artıyor.
Məhkum millətlərdən başqa məzlum siniflər dəxi hürriyyətdən
tamamilə faidələnmək istiyor, demokratiya ələ keçirdigi səngərlərini
öylə bərkitmək istiyor ki, bu səngərlərdən yalnız siyasi hürriyyəti degil,
iqtisad azlığmı da müdafiə etmək mümkün olsun.
Əlbəttə ki, dövri-sabiq mürtəcelərindən ötrü bu kibi halları gör-
mək çox xuni-cigər yeməkdir. Fəqət yalmz srağa günki mürtəcelər de-
gil, dünki hürriyyətpərvərlərdən də bir çoxu vardır ki, artıq “bosdir!” -
deyə bağırıyor, köhnəyə qayıtmaq arzusunu könlündən keçirib də inqi-
labdan bıyıkırlar. Şübhəsiz ki, zahirdə görünən ixtilal və iğtişaş ərləri
bir çox zəif və natəvan qəlbləri hürriyyətin feyzinə inanmaqdan mən
ediyor.
İştə, əhval böylə qarışıq bir zaman keçiriyor. Öylə bir zaman ki,
bir tərəf sollaşdıqca sollaşıb, digər tərəf də özünü toxdadıb sağa tərəf
meyl ediyor, ortada heyran qalıb da ətrafma baxman və hanki tərəfə
gedəcəgini bilməyən “avarə”lər də çox.
Hər kəsdə bir bim, eyni zamanda da hər kəsdə bir ümid!
İştə, böylə bim və ümidlərlə dolu bir dövrdə bu ilki eydi-fitri keçi-
riyoruz.
Əhvaldakı inqilab, inqilabın rəvişindəki ixtilal bizə xəşyətlər veri-
yor, sabahı düşündürüb də bim və əndişələrimizi mucib oluyorsa da
hər növ dəhşətlərə qarşı durmaq səbatım veron ümiddən məhrum degi-
liz. Hürriyyət, muxtariyyət Rusiyayı azad, millətimizi məsud görmək
ümidi. Bu ümidlərlə biri-birini təbrik edəlim, bu ümidimizi qüvvətlən-
dirmək üçün yarın məhəllələrdə toplanacaq milli fond ianəsinə iştirak
edəlim!
Orucluq bayramı bir gündür ki, o gün möminlər təzkiyeyi-nəfs üçün
gördükləri riyazətdən qurtarıyor, vəzifəlorini gördükləri üçün vicdan
istirahəti hiss ediyorlar. Keçirdigimiz inqilab ayları dəxi millətlərdən
ötrü milli məqsədlər, vətəni hüquqlara yetmək üçün bir növ riyazət
günləridir.
256
Bu riyazətlərin dəxi bir eydi-fitri, bir oruc bayramı vardır. İştə, bu
bayramda ikən, amma o bayramımızı da unutmayalım!
M.Ə.Rəsulzadə
“Açıq söz”, 7 iyul 1917, JVa515
Fitr - orucdan çıxma, orucu qurtarma
Xəşyət - qorxu
Təyid - qüvvətləndirmə; yardım, kömək
Rəviş - gediş
Riyazət - çətinlik
Xuni-cigər - qəm-qüssə
257
Böhrani-inqilab
İyulun ikisi ib dördü arasında Petroqradda hadis olan qanlı vaqeələr,
biri digəri ardmdan gələn böhranh vaqeələrlə başa çıxıyor. Kabinədə
böhran, küçələrdə üsyan, məmləkətdə həyəcan, bunların hamısınm
üstündə hücuma başlamış ordunun smıqlığı, ikinci Kornilov armiyası-
nın hər bir cəhətcə düşmənə üstün ikən məğlub olması məmləkəti, inqi-
labı yeni bir böhran ilə qarşı-qarşıya qoyuyor.
Fevral inqilabi-əzimini işıqlı ümidlərlə qarşılayan əməlpərvər ürəklər
iyul ibtidasmda çıxan bu qanlı və əndişəli böhranları nə surətlə qarşı-
layacaq, hələ bu böhran nəticəsində elan olunan “inqilab diktatura”sına
hanki bir baxışla baxacaqlar?
Diktatura demək, idareyi-mütləqə deməkdir ki, tarixdə, inqi-
lab zamanlarmda, ixtilal və qarqaşılıqların qabağmı saxlamaq üçün
müəyyən bir şəxs və ya heyətə hər növ fövqəladə tədbirlər görmək
həqqi verməkdən ibarətdir. Diktatura əksərən əksinqilaba müncər olub
müvəffəq olduğu zaman hürriyyətlərin təhdidi ilə nəticələnər, olmadığı
təqdirdə məmləkəti daha ziyadə bir fəlakət və böhrana uğradır.
Tarixi zamanlarda zamana hökm edə bilmək üçün iqtidarlı ələ ma-
lik olmaq ehtiyacı ilə bərabər o zamanm iqtizasmı dərkə dəxi böyük
ehtiyac vardır.
Bugünki dərdin çarəsini diktatura elamnda görən inqilabçılar və
hər növ ictima və məclisləri icra komitələrinin pişəzvəqt verəcəkləri
icazələrə bağlamaq surətilə “ifratpərvər” corəyanlarla mübarizə etmək
istəyən demokratlar məmləkətin istedad və arzusunu düşünməyərək
hücuma başlamaları ilə zamanm iqtizasma həqqilə arif oimadıqlarım
bildirməmişlərmidi?
Fevral inqilabı istibdadı bitirdi və o məqsədlə də elan olundu. İmdi-
ki ixtilal isə müharibəyi bitirmək istiyor. Çünki müharibənin davamm-
da həm məmləkətə, həm cümhuriyyətə, həm də demokratiyaya faidə
degil, zərər görüyor. Həm həqiqətən də böylədirP Rusiya giriftar oldu-
ğu bu qədər müsibətilə bərabər bu qanlı hərbi btr an əvvəl bitirməzsə,
əksinqilaba xidmət etmiş olacaq və müharibənin vücudilə bərabər elan
258
olunan hər hanki bir diktatura isə hürriyyət və cümhuriyyətdən ziyadə,
irtica qüvvələrinin artmasına xidmət edəcəkdir.
Bu mülahizələr göz qabağına gətirildikdə son günlərdə hadis olan
əhvalm nə kibi nəticələrlə qurtaracağı əndişəyi mucib oluyor.
İstibdadın sayılmış sonuncu günlərindən bəri təkrar edilə-edilə
hər növ təsir və əhəmiyyətini itirmiş olan “vətən xətərdədir” cümləsi
təkrar qəzetələrin baş səhifələrinə keçiyor. Fəqət zamanm əsl bəlası bir
kənarda buraxıhb da hər növ günahı məqami-iqtidarda duranlara xas
bir zehniyyətlə müharibənin bir an əvvəl tamam olmasım istəyən “ifrat”
sosialistlərdən görmək və bu görüş göstərməsilə hərəkət edib inqilab
diktaturasmı o yolda işlətmək Rusiyayı xətərdən qurtara biləcəkmi?!...
Kadetlərin kabinədən çıxdıqlarından sonra müvəqqəti sosya-
list hökuməti kadetlərdən sol burjualarla etilaf edərək bu yeni etilaf
hökumətinə diktatura məqamını vermək istiyor. Əcəba, “müdafiəçi”
olsa da fəhlə və soldat vəkillərindən ibarət olan demokratiya təşkilatı
ilə hökumət tərəfdarı sosialist firqələr diktaturayı qəbul edəcəklərmi?
Diktatura başında Kerenski ilə Seretelinin bulunmasına nəzərən gü-
man etməlidir ki, elan olunan diktatura bu firqə və qüvvətlərin aldığı
qərar nəticəsidir. Fəqət teleqraflarda görülən bir xəbər bu mülahizənin
hələ tez olduğunu bildirir. Petroqraddan gələn bir teleqraf diyor ki,
Fəhlə və Soldat Vəkilləri Mərkəzi Şurası diktaturayı qəbul etməməgə
qərar vermişdir.
Bu xəbərlərdə bir növ təzad vardır. Baxalım, hadisələrin cərəyanı nə
kibi istiqamət alır.
Dostları ilə paylaş: |