284
Üç qurultav
Kazan türk-tatar tarixi-təcəddüdünün nüdrətlə qeyd edə biləcəgi ta-
rixi günlər gördü. Vəqtilə türk övladmın vücudə gətirdigi bu mərkəz
siyasətin görəcək günləri, saətləri varmış. Əsrlərdən bəri düçar oldu-
ğu təhqir, bir gün gələcək də təlafi ediləcəkmiş. Millətin istiqbalına
gələcəginə əmin olan əməlpərvərlər, bundan məyus degildilər. bilxassə
ki, bu əməlpərvərlər öylə bir millətə mənsub idilər ki, o millət eti-
qadca öldükdən sonra dirilməyə, bəs bədəlmövtə qaildir. Bir şəxsin
qiyaməti öldükdən sonra dirilməsi, dinə aid mafövq-əl-təbiyyatdan
olsa da, siyasət qiyam^tində dirilən millətlər çoxdur. Bu bir həqiqəti-
tarixiyyədir ki, təbiyyatdandır.
İştə, bu həqiqət bahannın yeni bir təcəllisi dəxi bu günlərdə Ka-
zanda, “Sevim Bikə” minarəsinin yamnda, o ehtişamlı türk abideyi-
mədəniyyətinin çivari-əzəmətində təzahür etdi.
Qurultay əski türklərin “syezd”idir. Əski Kazan yenə qurultay-
lar görüyor. Şübhəsiz ki, bu dəfəki qurultaylar, tarixdəki qurultaylar-
dan şəkilcə də, mənaca da başqadır. Bu qurultaylarda artıq cahangirlik
qərarı alınmayır. Bu “ginaşlar”da başqalarına qılınc və atəşlə hücum
etmək əmri çıxarılmıyor, biləks burada məzlum bir millət öz hüququnu
almaq istiyor. Hər növ müqəddəsati təhqir olunub da insanlıq həqqi tap-
danan, milli namusu ləkələnən bir millət əl-qolunu saran zəncirin qırıl-
masından istifadə edərək mövqeini möhkəmlətmək istiyor ki, əsrlərdən
bəri çəkdigi məzəllətdən əbədi surətdə qurtarsm!
Bu məqsədlə hal-hazırda Kazanda üç böyük qurultay qurulmuşdur:
üləma, əskərlər və ümummüsəlman qurultayı.
Məmləkət müxäbirə və mürasiləsindəki bu zövqlük bizə ancaq imdi
imkan veriyor bilək ki, bu üç oluğ məclis müttəhid olaraq qurduqla-
rı böyük bir məclislərində Rusiya türklərinin tarixində ayn hərflərlə
yazıläcaq mühüm bir qərar almışlar: milli-mədəni muxtariyyət qərarı.
Milli-mədəni muxtariyyət tələbi bütün müsəlmanların, bütün
millətlərin, büttin tərəqqipərvərlərin müştərək tələbidir. Bu tələb Ru-
siya inqilabxriın heç bir vəchlə etiraz etmədigi həqli bir tələbdir. Bir
285
şəxsin hürriyyoti nə dərəcədə şübhə götürməz bir şey isə, bir millətin
milli-mədəni muxtariyyəti dəxi o dərəcədə mübahisəsizdir.
Fəqət bu günə qədər sair hürriyyətbriə ixtiyarlardan istifadəyə
müvəqqəti hökumətcə icazə verildigi və müvafiqət göstərildigi halda
mədəni milli muxtariyyət tələbinin rəvası Məclisi-Müəssisan qərarına
təviq etdirilərdi.
İnqilab hərəkatı böyüdükcə mənayi-inqilab daha doğru bır surətdə
anlaşılmaya başladı. Özlərini hər növ muxtariyyət və hüquqa malik
görən millətlər, hər şeydən əvvəl həqiqi qüvvələrinı səfərbər halına qo-
yub, haman diləklərini dibdibr. Məclisi-Müəssisanı gözbməyib bu
diləklərinin bir an əvvəl qəbulunu tələb etdilər. Finlandiya öylə yap-
dı, Ukrayna o yol ilə getdi. Gürcüstan kəlisa muxtariyyətini o yol ilə
hasil elədi. Bu məsələ milli-məhəlli ttıuxtariyyət həqqində ifrat he-
sab olunursa, milli-mədəni muxtariyyət tələbi üçün qətiyyən ifrat he-
sab olunamaz. Millətlərə ehtiyac yoxdur ki, daha nə vəqt toplanacağı
bir növ kəsdirilə bilməyən Məclisi-Müəssisanı gözləyib onun qərarını
görsünlər və ancaq ondan sonra öz milli-modəni işlərinin tənziminə
başlasmlar. Rusiya ölkəsinin sahibi, Məclisi-Müəssisan Rusiya ölkəsi
həqqində qərar vermək istərsə, həqlidir. Yoxsa Rusiyada yaşayan
millətlər kəndi vicdanlarına, kəndi imanlarma aid olan bir m əsəbdə bir
o qədor də Moclisi-Müəssisanı gözldmək chtiyacmda degildiriər.
İştə, bu inqilab məntiqinə tabe olaraq Kazanda iclas edən üç qurul-
tay qatışıq bir məclisdə artıq qərar vermişdir ki, bilatəxir milli-mədəni
muxtariyyət əsasları haman tətbiq olunsun. Və əgər bu xüsusda dövlət
rəsmən müsaidə verməzsə, bilamüsaidə işə başlanılsın. Milli-mədəni
rhuxtariyyət qəvanim-əsasİyyəsinin təhrir və tərtibi isə ikinci ümum-
rusiya müsəlman qurultayııia həvalə edilmişdir və bununla bərabər, bö-
yük məclis burasmı dəxi nəzərə almışdır ki, bir həqq və bir tələb nə
qədər təbii və nə dərəcə həqli olsa da, madam ki, ö həqq ilə tələb həqiqi
bir qüvvətə ıstinad etməmişdir, şübhəsiz ki, yalnız arzu dairəsində qa-
lıb qövldən-felə çıxamaz. Bunun üçün də qərar verilmiş ki, müsəlman
soldatlarımn təşkilatma əhəmiyyət verilsin və hökuməti-müvəqqətəyə
adamlar göndərilib istənilsin ki, ayrı tatar polkları düzəlməsirtə müsaidə
verilsin. Bu xüsusdakı təşəbbüs arzu olunan nəticəyi hasil etməzsə, o
286
zaman heç bir müsaidə gözləmədən haman tatar polkları təşkilinə baş-
lanılsm.
Bununla bərabər böyük məclis vətəni-ümumimiz Rusiyamn irtica
təhlükəsi qarşısında bulunduğuna dəxi laqeyd qalamazdı, qalmamışdır
da. Qara qüvvələrin təkrar baş qovzamaqda olduqlarım nəzərə alaraq
müttəhidən qərar çıxarmışdır ki, müsəlmanlar bütün qüvvətləri ilə in-
qilab təşkilatlarma yardım etsinlər.
Milli-mədəni muxtariyyət işinə ruh və mənəviyyələri yüksəltəcək
bir iksir! Xüsusi müsəlman polkları - iştə, bu böyük mənəviyyələri in-
qilabı müdafiə yolunda sərf edəcək qüvvətlər.
Fəqət gərək bu və gərək o biri qüvvətdən millət və ya məmləkət üçün
gözlənən faidəyi ala bilmək üçün millətin bütün sinif və təbəqəbrində
səbat və fədakarlıq lazımdır. Millətini, hürriyyəti, inqilabı sevən hər vic-
danlı müsəlmana, hər bir im anh türkə Kazan qurultaylarımn qərarını
alqışlayıb, qərarlarım bir an əvvəl qövldən-felə keçməsinə çalışmaq
milli bir borcdur.
Milli-mədəni muxtariyyətlərin bilfeil tətbiqi şübhəsiz ki, Məclisi-
Müəssisanda milli-mədəni muxtariyyətlərin dəxi müvafiq surətdə
həllinə bir müqəddimə ola bilər. Yaşasm milli muxtariyyətlər!
M.Ə.Rəsulzadə
“Açıq söz”, 4 sentyabr 1917, JVs537
Nüdrət - nadir olma, az tapılma
Təlafi - əvəzini çıxma, qisas alma
Mafövq - yuxarıdakı, yuxarı, ali
Mürasilə - yazışma, məktublaşma
Təviq - təxirə salma
287
Moskva şurası
Hücum siyasətinin nəticəsində vaqe olan fəlakətli ricət və yarılış
üzündən hasil olan böhran Kadet partiyası nümayəndələrinin hökumətə
daxil olub da sosialist-burjua etilafından hasil olma uyuşuq bir kabinə
təşkil etmək surətilə həll edilmiş oldu. Bittəbii bu məsələnin surətən həlli
idi. Məsələ batinən də həll olunmah idi. Lazım idi ki, Kerenskiyə veri-
lən ixtiyar və ona göstərilən etimad tam yalnız Petroqrad məhafilinin
rəyi olmayıb bütün məmləkətin, məmləkətdəki bütün məhfillərin rəyi
olaydı. Lazım 'idi ki, məmləkət “nicatı” üçün başlanan edam cəzası,
hürriyyətlərin təfidi, inqilabçı sosialistlərin həbsi, qəzetələrin bağ-
lanması, “kontrazdadoçni büro”nun “oxrannoye otdeleniya”ya dönməsi
kibi fövqəladə tədbirlər əfkari-ammə tərəfindən dəxi təcviz olunaydı.
Lazım idi ki, bütün məmləkət deyəydi: “xətərdəyiz, bizi qurtarmız,
qurtanm z, bü qurtarış diktatura qiymətinə də olsa!”
Böylə bir qərara malik olmaq üçün nə lazım idi? Yalnız demok-
ratiya ilə demokratik müəssisələrin fikrinə dayanmaq əlbəttə ki, kafi
gələməzdi. Çünki burjuaziya ilə dostlaşmış sosializmin müraciət
edəcəgi məhzər dəxi özü kibi iki cənbəli olmalıdı.
İştə, Moskva şurası böylə iki cənbəli bir məhzər (auditoriya) ol-
maq sifətilə çağrılıyor. Buraya demokratiya degil, “bütün məmləkət”
gəliyor. Gəliyor ki, Rusiyanın göbəgində, siyasi həyat damarlarınm
dügünləndigi bu nöqtədə hökumətin sözünü eşitsin, məmləkətin əhva-
lım ögrənsin və cəmaət rəyini desin.
Əcəba, bu məclis təsəvvür olunduğu kibi bütün məmləkətlərin
həqiqi zəbani-hah ola biləcəkmi? Müşkül.
Müşküldür ki, Məclisi-Müəssisanı dördgözlə gözləyən xəlq ondan
başqa təsadüflə, dəvətlə, təyinilə yığışan bir məclisin qərarlarına bo-
yun qoysun.
Moskva şurasına inqilabdan zəhləsi getməgə başlamış yorğunlar
böyük ümidlər bəsliyor, kadetlərlə onlardan daha sağda olan firqələr
isə buna ciddiyyətlə hazırlaşıyorlardı. Purişkeviçin burada nitq edə-
cəgi isə qəbl-əzvəqt elan olunuyordu. Moskva şurasma təqdim edən
288
“siyasət ərləri”nin məşvərəti isə səngərlərini möhkəmlətiyor, gene-
ral Kornilova çəkdikləri teleqraflarla adətən diktatura tərənnümünü
zümzüməliyorlardı.
Fəqət inqilabın keçiş (istihalə) zamanının nə olduğunu dərk edən
mətin qəlbli inqilabçılar isə Moskva şurasma ümid degil, qorxu ilə, ehti-
yatla baxıyorlar. Bunlarca sağlaşmaya doğru gedən “Kerenski sosializ-
mi” burjuaziya ilə bağladığı əqdi-ittifaqı möhkəmlətmək üçün əfkari-
ümumiyyəyə sökənmək istiyor. Fəqət həqiqi xəlq əfkarını kəndisi ilə
bərabər görmədigindən halına münasib “əfkar” qayrıyor. Onlarca
məmləkətdə “yeganə və qüvvətli bir hökumət” vücudə gətirmək istəyən
“dünki inqilabçılar” bu hökuməti demokratiya əlindən alıb burjuaziya-
ya vermək istiyorlar. Böylə əhəmiyyətli bir qədəm üçün məmləkətin
etimadı ilə “tacdar olmaq” istiyorlar. Moskvaya səfər edən hökuməti-
müvəqqətə iştə, “tacdar” olmaq üçün gediyor.
Şübhəsizdir ki, Rusiya əhvali-ictimaiyyəsini nəzərə alaraq bu
məmləkətdə burjuaziyasız iş görmək, hökumət sürmək qeyri-müm-
kün olduğuna qane olan demokratiya məhfilləri ilə məmləkətin nica-
tmı, “inqilabı dayandırmaq və geri basmaqda” görən burjua firqələri
arasında olan tərazui-etilaf həqiqi müvazinəsini buluncaya qədər xey-
li sallanacaq, hər tərəfin əsl çəkisi aşkar oluncaya qədər dəxı bu tərazu
kəffələri (gözləri) çox taqqıldıyacaqlardır.
Əcəba, Moskva şurasına toplaşan məşvərətçilər etilaf tərazusinin
hanki gözünü ağırlaşdıracaqlar? Bu məclisin çağrılmış heyətinə
nəzərən demək olar ki, “dayandırıcılar” ağır gələ biləcəklərdir.
Fəqət hanki tərəf ağır və ya yüngül gəlirsə gəlsin, Moskva şura-
sınm səlahiyyəti məşvərətçilikdən ötəcək olursa, o zaman bu məclis
Məclisi-Müəssisamn əhəmiyyətini azaldacaq və bununla “islahə” de-
gil, “ifsadə” kömək edəcəkdir.
Bugünki Moskva şurası bundan qırx il əvvəl rus ordusu Aya Ste-
fanusa doğru yürürkən İstanbulda vaqe olan Məclisi-Kəbir ilə 1912-ci
ildə Balkan ordusunun Çitalcadə dayandığı zaman Kamal Paşa kabinəsi
tərəfindən toplanılmış böyük məclisə pək bənziyor.
Moskva məclisi dəxi ehtimal ki, İstanbul məclisləri kibi hər şeydən
əvvəl hərb məsələsini həll edəcək, bu xüsusda olacağı qərar daxildəki
məsələlərin həlli ilə heç şübhəsiz ki, əlaqədar olacaqdır.
289
Moskva şurası çıxardığı qətnaməsilə Rusiya əfkari-amməsinə
tərcüman ola biləcək bir halda isə şübhəsiz ki, əski Rusiyada məzlum
və məqdur olan bütün təbəqə və millətlərin həqiqi mənfəətlərinə müva-
fiq bir surətdə hərəkət etməli, öylə bir hökumət və öylə bir siyasi qüvvət
təşkilinə himmət etməlidir ki, o qüvvət bütün Rusiya millətlərinin milli
və siyasi dillərinə ehtiram edərək Rusiya qüvvətini cəmaətin, millətlərin
həqli tələblərini boğmaqda degil, onlarm mətləblərini rəva da görsün.
Moskva şurası hər növ firqə və təqib fövqündə dura bilərsə, böylə
yapar.
Fəqət əvvəlcədən söyləmək olar ki, əksəri kadetlərdən və kadet quy-
ruğunda gedənlərdən ibarət olacaq bu şura müşküldür ki, bunu yapsın.
M.Ə.
“Açıq söz”, 13 avqust 1917, JVe539
Ricət - geriyə dönmə, qayıtma
Təfid (təfidən) - təhrif, ələsalmma
Təcviz - mümkün hesab etmə, caiz görmə
Məhzər - məclis, yığıncaq, akt
Cənbə - tərəf, yan
Qəbl-əzvəqt - vaxtından qabaq, əvvəlcədən
İstihalə - halmı dəyişmə
Kəffə - tərəzi gözü
İfsad - bərbad etmə, fəsad törətmə
290
Məclisi-Müəssisan dəvəti qarşısında
Hökuməti-müvəqqətənin tazə elamna görə Məclisi-Müəssisan
seçkiləri noyabr ayının 12-də, dəvəti isə 28-nə təyin olunmuşdur.
Əvvəlcə, inqilabçı demokratiyanm təzyiqi altında sentyabrm 27-nə
təyin olunan seçki vəqtin darlığma görə baş tuta bilməmişdi. Güman edi-
yorlardı ki, Məclisi-Müəssisan yanvardan tez çağrılamıyacaq. Danışı-
yorlardı ki, reaksioner firqələr çalışarlar ki, bu məclisin çağrılması hətta
müharibə qurtarana qalsın. Şübhəsizdir ki, kadetlərlə reaksionerlərin
mənfəəti ondadır ki, Məclisi-Müəssisan seçkisi uzandıqca uzansın.
Çünki vəqt getdikcə fürsət hasil oluyor. Xəlqin məişətində hasil olan
tənklik onun ruhunda dönüklük doğuruyor. Cəmaət sıxıldıqca sağla-
şıyor. Nə vəqt olsaydı da bu çəkişmədən, didişmədən qurtarsaydıq -
diyor. Təqsiri hürriyyətdə, demokrasiyada görüyor. Keçmiş zamanın
ötücü olduğu hikmətinə əql irdirəmiyor. Bu əhvah isə istifadə etmək
gərək. Bunun üçün də Məclisi-Müəssisam yubatmaq reaksionerlərin
faidəsidir. Burasmı bilxassə biz müsəlmanlar, biz inorodistlər nəzərdə
tutmalıyız. Çünki Rusiya sağlaşdıqca və Məclisi-Müəssisan sağ fikir-
lilər əksəriyyətində olduqca məhkum millətlərin əməlləri, diləkləri
təhlükəyə məruz qalacaq. Çünki həqqini istəyən bir millətə Kerens-
ki kibi sosialist iş başma keçincə “behudluq” sifətini taxırsa, Allah
göstərməsin ki, cahangirlikdə “bədtuli” sahibi olmaq diləgində bulu-
nan Milyukov bağdaşmı hökumət düşüncəsinə qoysun. O zaman ey
Rusiya millətləri, əlvida, əlvida milli amallara, əlvida muxtariyyət
fikirlərinə, əlvida hürriyyətlərə!...
Yuxarıdakı mühakimədən ahnacaq nəticə aşkardır. Çahşma-
lı, Məclisi-Müəssisan seçkilərinə hazırlaşmalı, bir dəqiqəyi belə 'fövt
etməməlidir.
Zaqafqasiya, Dağıstan biistisna olmaq üzrə ümumi bir seçki dairəsi
ayrılmışdır. Bakı, Gəncə, İrəvan, Kutaisi, Tiflis quberniyaları ilə Ba-
tum və Kars oblastları, Suxum, Qubanski-Çernomorski okruqları bu
dairəyə daxildir.
291
Bütün bu dairədən otuz iki Məclisi-Müəssisan məbusu seçiləcək.
Bu otuz iki məbusdan rəsmi hesaba görə 12 məbus müsəlmanların
hissəsinə düşəcəkdir. Bu 12 adamı müsəlmanlar bütün Zaqafqasiyadan
seçməli. Demək ki, bütün Zaqafqasiya bu adamlara səs verməlidir.
Zaqafqasiyanm bir dairəyə ayrılması bir cəhətdən faidəli, digər
cəhətdən müşkülatlıdır. Faidəlidir, çünki böyük dairədən seçilən
vəkillərin qiyməti, böyük bir dairəcə tanmmış olduğu təmin edilər.
Müşküldür, çünki bu böyüklükdə bir dairənin hər tərəfində az-çox ta-
nmacaq adamlarm siyahısını tərtib eləmək, bu siyahıyı keçirtmək asan
işlərdən degildir. Bunun üçün hazırlıq, çalışqanlıq gərək. Bu, bilxassə
müsəlmanlardan ötrü çətin olacaq. Müsəlmanlar bu işə hazırlaşmasa-
lar, hər yanda təşkilat vücudə gətirməsələr, hər tərəfdə mübəlliğlər bu-
lundurmasalar, qorxu vardır ki, başqa firqələrə qazandıralar.
Bunun üçün müsəlmanlara hər partiyadan, hər firqədən, hər
millətdən ziyadə Məclisi-Müəssisan seçkilərinə hazırlanmaq lazım-
dır. Bunun üçün Zaqäfqasiya komitəsinin bir an əvvəl dəvəti, təşkil
qüvvədən-felə gətirilməlidir. Bu xüsusda milli komitə tərəfindən
tədbirlər görülmüş, Zaqafqasiya komitəsinin təşkili avqustun 25-nə
təyin olunmuşdur. Zaqafqasiya komitəsinin görəcəgi ən birinci iş heç
şübhəsiz ki, Məclisi-Müəssisan seçkilərinə hazırlaşmaq olmalıdır. Bu-
nun üçün heç şübhəsiz ki, ikinci Qafqasiya qurultayım yığmaq lazım
gələcək. Bu qurultay seçkilərdə tutulacaq məsləki, zəminəyi hazırla-
malı, hanki firqələrlə blok yapmaq və nə kibi hallarda yapmaq müm-
kün olacağmı təyin edəcək və ən mühümi müsəlman məbuslarımn si-
yahısını tərtib edəcəkdir. Böylə bir qurultay olmaz, böylə ümumi bir si-
yahı tərtib edilməzsə, o zaman müsəlmanlar parçalanar, tikə-tikə olar-
lar. Bunun nəticəsi isə məlumdur. Səslər öylə parçalana bilər ki, parça-
ların əksəri bir danə də, adam keçirə bilməz...
M.Ə.
“Açıq söz”, 16 avqust 1917, JV®542
Əqd - bağlama, tərtib etmə
292
Məkulat çətinligi
Rusiya getdikcə qorxduğu təhlükəyə yaxınlaşıyor. Kövşəmiş, qüv-
vətlər, nüfuz və etibarmdan düşmüş hökmlər əvəzində imdi “qıtlıq”la
“aclıq” hökm etməkdədir.
Məkulat çətinligi sair çətinliklərin hamısını unutduruyor. Ən bö-
yük və ümumi məsələlər məsələsi qarşısında unuduluyor. Çünki qar-
nı ac vətəndaşı məkulatdan başqa heç bir şey düşündürmüyor. Rusiya-
yı təhdid edən təhlükə Riqanm almması, yaxud cəbhələrin yarılması
degildir. Bundan böyük təhlükə Almaniya hücumundan daha uzaqda
olan şəhərlərdə, qəsəbələrdə, köylərdə - ərzaq və məkulat idarələri ba-
şmdadır. Bir Lənkəran hadisəsi, Balaxanı vaqeəsi, Petrovski hekayəsi,
xülasə məkulat idarələrinin dağıdılması heç şübhəsiz ki, Tarnopol yarı-
şından daha xətərlidir. Məmləkət daxilində ərzaq işlərində intizam ol-
maz və ərzaq cəbhələrindəki “yarışlar” azalmazsa, əsl cəbhənin dəxi
davam gətirməginə inanmaq boşdur, boş xəyaldır.
İki-üç gündən bəridirki, şəhorimiz məkulat böhranmm şiddətli və
həyəcanlı saətlərini keçiriyor. Yeyiləcək unumuz bir neçə günə çatar,
diyorlar. Buna qarşı çarə olaraq evləri, anbarları gəziyorlar. Bu gəzişdən
hasil olacaq nəticə dərdə şəfa verə biləcəkmi?...
Vəqtdir, bilməlidir ki, bu kibi xüsuslarda taqsalar mənasız, axtarış-
lar və yainki başqa bu kibi tədbirlər görmək bu çətinlikdəki məsələnin
həll ediləməz bir yoluna girməkdir.
Doğrudur ki, cəmaət məntiqdən ziyadə hissiyyata tutuluyor. Ərzaq
idarələrindən elədigi tələbində ölçüyü anlıyor. Tələblərində əksərən
məntiqlə, həqiqətlə hesablaşmaq istəmiyor. Adətən taqəti üzülmüş ac
adam kibi hərəkət ediyor.
Ərzaq idarəsi bu “ac əhvali-ruhiyyə”yə bəzən əhəmiyyət verməyib
öz politikasmı təqiblə davam ediyor, bəzən “xəlqi iskat” üçün yuxarı-
dakı “əhvali-ruhiyyə” qarşısında təslim olaraq mənasız axtarışlar kibi
faidəsi müşkül tədbirlərə təvəssül ediyor.
Biz, qətiyyən rədd etmiyoruz ki, möhtəkirlər təftiş və nəzarət altma
alınmalıdır. Bu olmalıdır. Fəqət bu təftiş və nəzarət bir qism əhalinin
293
sui-zənn altına alınıb da adətən “məsuliyyəti-məskən” hürriyyətindən
məhrum olması dərəcəsinə varıncaya qədər varmamalıdır. Çünki bu
demokratizm əsası əleyhində naməqul bir “tədbir”dir.
İki gündən bəri şəhərimizdə ərzaq idarəsinin səyyar heyətləri məzkur
idarənin əmrnamələri ilə anbarları, evləri gəzərək məkulat axtarıyor-
lar. Bu heyətlərdən əksəri ilə milli müsəlman komitəsinin təşəbbüsü ilə
məxsusi məmurlar da bulunuyor. Axtarxş məmurlarına rəfaqət ediyor-
Iar. Bu sayədə axtarış əsnasxnda vaqe olan bəzi “hadisə”lərin önü alın-
mış oluyor. Fəqət bununla belə yenə də axtarxşlar “hadisə”siz olmuyor.
Un axtarıldığı yerdə qızıl tapılıyor. Ərzaq üçün xırda sandıqçaların,
qab-qacaqların içləri belə gəziliyor.
Məlum işdir ki, ərzaq çətinligi vaqe olan yerdə bir tərəfdən mövcud
ərzağın müsavatca təqsimi təmin olunduğu kibi digər tərəfdən də ərzaq
gətirtməsinə çalışmalıdır.
Birinci növbədən olaraq bizim ərzaq idarələri taqsa, axtarış və kar-
toçka kibi tədbirlər ittixaz eləmiş, ikinci cəhətə gəlincə dəxi əlbəttə
ki, tədbirlər görməmiş degildirlər. Şübhəsiz ki, mümkün olduğu qədər
şəhərə un və sair ərzaq gətirilməsi üçün təşəbbüs eləmişlərdir. Fəqət
faidəsi nahaq yerə inkar olunan bir təşəbbüsə də ərzaq idarəsi artıq
icazə verməlidir. Xüsusi xəridə və füruş aparatı öz işində məharət tap-
mış makinalardır. Onu tamamilə ortadan qaldırmaq təcrübə ilə görülü-
yor ki, faidə gətirmiyor. Onun nöqsanh tərəflərini tədqiq etməli, fəqət
onu tamamilə meydandan çıxarmamalıdır. Mənasız, düşüncəsiz taq-
salar səmərəsiz inhisarlarla degil, ərzaq idarəsi xüsusi alış-verişçilərin
xəridə imkanını əllərindən almaqla bərabər kəndisi böyük bir ərzaq
xəridəçisi olmaq surətilə ərzaq işini, qiymətini tədil etməlidir.
M.Ə.
“Açıq söz”, 24 avqust 1917, JV®549
294
Milli tələblər
“Kamsko-Voljskaya Reç” nam Kadet qəzetəsi Kazanda müsəlman
qurultaylarınm qərarlarından xoşlanmamış, narazı qalmışdır. Millət-
lərin milli arzu, dilək və tələbləri məzkur qəzetənin xoşuna getmiyor,
acıqlamyor. Xüsusən müsəlman qurultayının qərarları kadet mühər-
rirlərini hirsləndiriyorlar.
“K.V.Reç” mühərrirlərindən Bernşteyn “Milli tələblər” ünvanilə
yazdığı bir məqalədə ukraynalılar ilə finlərin böyük inqilab dövründə
inqilabın meyvələrindən bəhrəmənd olaraq milli hüquqlarmı tələb
etdiklərinə qarşı narazılıq bəyan etdikdən sonra müsəlman qurul-
taylarma söz köçürərək yazıyor ki:
“Böylə böyük milli hərəkətlər müqabilində sair milli hərəkətlər
hələlik əhəmiyyətsiz görünüyorlar. Fəqət bunları da nəzərdən qaçırma-
malıdır. Zira odu yanmağa qoymamalıdır. Çünki hərəkətin ibtidasın-
da asanlıq ilə ləğv oluna biləcək şey, artıb nəşvü-nüma edərsə, ciddi
tədbirlər görülməsini tələb edər.
Xüsusi olaraq bizim nəzər diqqətimizi cavan, fəqət istiqanlı zabit
Alkinin sədarəti altmda keçmiş olan müsəlman əskəri qurultaymın ib-
raz etdigi Kazan “infraqçuluğu” cəlb etməlidir. Müsəlmanların xüsusi
milli alaylar təşkil etmək tələbi və bu tələbi hökumət razı olmasa biizn
icra etmək təhdidləri Rusiya üzərində yalnız müvəqqəti hökuməti yega-
nə səltə deyə qəbul etmələrilə əsla həmahəng degildir. İki şeydən biri-
dir: ya hökuməti-müvəqqətə tam səltəniyyə malikdir və bu vəqt xəlqin
müxtəlif qismləri, millətlər, siniflər və sairləri hökumətin siyasətinə
icrai-təsir etməgə çalışa bilərlər; fəqət öz başlarına, daha doğrusu
bolşeviklər kibi güc ilə iş görməgə cəsarət etməzlər. Yainki müvəqqəti
hökumət səltənəyi-tamməyə malik degildir. O vəqt müsəlman qurul-
tayının müvəqqəti hökumətə tabe olmaq həqqindəki sözləri saxta və
qeyri-səmimidir.
Döğrudan da bu necə tabe olmaqdır ki, xoşuma getməyən qərardadı
poza bilərəm və mən edilməgə diqqət verməm. Bu - pozğunluq, pəri-
şanlıq və dağınıqlıqdır ki, hazırda buna qarşı cəbhədə mübarizə ediliyor
295
və arxada mübarizə başlamyor. Şübhəsizdir ki, müsəlman əskəri qurul-
taymın hədələri müvəqqəti hökumətin iradəsinə qəti əməl etməklə qar-
şılanmalıdır.
Biz güman etmiyoruz ki,müsəlman qurultayı başçıları ciddən Rusi-
ya həyatmı pozmaq fikrində olsunlar. Biz biliyoruz ki, siyasi cəhətdən
geri qalmış olan güclü müsəlman əhalisi əski hökumət dövründə belə
kərrətlə özünün mühafizəkar olduğunu bildirmiş və IV Q.Dumanın
həpsində müsəlman məbusları bəzən Kadet firqəsindən də sağda dur-
muşlardır. Güman ediyoruz ki, bu qəramamə ümumiyyətlə, məmləkətdə
möhkəm hökumət yoxluğundan iləri gəlmişdir və müsəlman qurultayı
bu qərarı çox gec vermişdir. Zira imdi böylə şüarların qiyməti yox-
dur və əskəri işlərə pozğunluq salmaq təşəbbüslərini məhv etmək üçün
hökumətin tez və güclü təsir edən qüvvəsi tapılar.
Amma müsəlman vətəndaşlarımız bunu unutmamalıdır ki, nəticəsi
dostları itirmək olan siyasətdən yaman bir şey yoxdur. Bir çox mil-
yonluq müsəlman əhalisinin ixtiyarı var ki, Məclisi-Müəssisanda öz
işlərində geniş muxtariyyət alsın və məmləkət ədalət və şərəf borcu
olan bu işə açıq ürəklə qol çəkər.
Amma istiqanlı cavanlar özlərini böyük siyasiyun hesab edərək
böyük taktikasızlıq (ədəbsizlik) etdikdə öz millətlərinə pis xidmət
göstəriyorlar. Xəlq pişrovu olmaq əvəzinə bunlar millətin ittihadına
mane oluyorlar və mühüm, lazımlı təşkilat əvəzinə hirs, azart və.... ən
həqli işə risk salıyorlar. Böyüklər bu cavan “siyasiyunu” dayandıraraq
fəaliyyətlərinin nə qədər ciddi olduğunu göstərməli idilər.
Bədə bu misallar ilə Rusiya gəmisinin hərəkəti sualtındakı daşların
təhdidi altında olduğunu qeydlə Bernşteyn diyor ki: Son vəqt hökumətin
ümumi tərzi-fəaliyyəti - möhkəm kurs götürməsi - əsasilə ümidvar ol-
malıdır ki, hökumət Ukrayna ilə də, Finlanda ilə də, Kazan ilə də danı-
şa biləcəkdir. Əgər infraqçuların təfsirilə hökumət onların diləklərinə
əməl edə bilməsə, onlar ilə hesablaşmaq lazım gələcəkdir.
Yenə haman qəzetənin digər bir mühərriri Samsonov Kazan qu-
rultaylarınm qərardadlarından bəhslə müsəlmanlara böhtan və ifti-
ra deməkdən belə çəkinməyərək tələblərimizi taminati-hüquq degil,
bəlkə bir növ xüsusi imtiyazlar tələbi hesab ediyor; bunu da Finlan-
da və U krayna infraqçuyana hərəkatının təsiri adlandıraraq yazıyor ki:
Dostları ilə paylaş: |