Məhəmməd Əmin Rəsulzadə


Araşdırmaçı yazar Nəcibə xanım Bağırzadə



Yüklə 41,41 Kb.
səhifə2/8
tarix02.01.2022
ölçüsü41,41 Kb.
#37540
1   2   3   4   5   6   7   8
Məhəmməd Əmin Rəsulzadə

Araşdırmaçı yazar Nəcibə xanım Bağırzadə: Anası Zal qızı Zinət gənc yaşlarında dünyasını dəyişib. Analığı Maral xanım olub. Arxivdə var: Axund Molla Ələkbər Zal qızı Zinətlə evlidir. İki övladı var: 1880 avqustun 9-da qızı Şəhrəbanı anadan olub. 1884 yanvarın 31-də Məhəmməd Əmin Rəsulzadə doğulub.

Azərbaycan rəssamlığının patriarxı Oktay Sadıqzadənin xatirələrində Nizami metrosunun yaxınlığında Zərgər palan küçəsində o evi xatırlayırdı. Həyətdə çarhovuz, armud ağacı. Dayısı Məmmədəli bəy də onlarla birgə yaşayırdı. Böyük ailə idilər...”.


İlk təhsilini rus-tatar məktəbində oxuyub. Rusca təhsil alsa da Azərbaycan-türk dilini həmişə önə çəkib. Sonradan Polinexnik məktəbdə təhsil alıb.
Rəsulzadə özünün xatirələrində: “Bizə orada dərs deyən müəllimlərin çoxu yüksək savada malik idilər. Məsələn: fizika və riyaziyyatdan dərs deyən müəllim Polşadan bura sürgün edilmiş professor Balşovski idi...”.
Bakı Dövlət Universitetində mühazirələr oxusa da özünün heç bir ali təhsili olmayıb.
1902-ci ildə «Mətin» gənclər təşkilatını yaradıb. “Şərqi Rus” qəzeti 1903-cü il aprel ayının 30-dan çıxmağa başladı. Və Məhəmməd Əminin yazıları o qəzetdə davamlı dərc olunurdu.

Yüklə 41,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin