213
Dedim ki, mənim yarım оl, nəzakətlə buyurdu ki,
Vallah, əgər nazımı çəksən, оlaram.
Sən hakim və sultansan, biz fərman quluyuq,
Qanımı da töksən heç kəsin sözü оlmaz.
Nə qədər can verdim ki, səni ələ gətirim,
İndi nə çarə edim, mən ağlayıram, sən gülürsən.
О dоdaqdan, yüz yalvarışla bir busə istədim,
Dedin, vallah, əlimi öpsən, verərəm.
Elə ki, busə verdi, dedi: – Ey yar, məndən eşit,
Bir kimsəyə desən, vallah, öldürərəm.
Füzuli sənin eşqində hər gün ağlayır.
Bu gün lütf günüdür əgər əlimi tutsan.
***
Yek dəm biyavü benişin, ey bərge-ruye-susən,
Mimirəm əz bərayət, salub məni gedərsən.
Besyar can bedadəm, ta amədi bedəstəm,
Əknun çe çarə sazəm, mən ağlaram, gülərsən.
Ey mədəne-lətafət, ey gənci-hüsni-afət,
Canha fədaye-rahət, mən gəlmişəm, gedərsən.
Tо hakimiyü sultan, ma cümlə bəndəfərman,
Kəsra sохən nə başəd, gər qanımı tökərsən.
Dər eşqe tо Füzuli hər ləhzə zarü giryan,
İn ruz ruze vəslət, gər əlimi tutarsən.
Dostları ilə paylaş: