MƏHƏMMƏd füzuli


HƏZRƏTİ-MURTƏZA ƏLİ VƏFATIN BƏYAN ЕDƏR



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə8/16
tarix31.01.2017
ölçüsü2,69 Mb.
#7111
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

HƏZRƏTİ-MURTƏZA ƏLİ VƏFATIN BƏYAN ЕDƏR 
 
Həzrəti-mühəymini-mütə’al və  məliki-biintiqal  əmmət  ətiyyatihi və tabət 
bəliyyatihi kəlami-mö’ciz nizamda buyurmuş ki: “Və latəhsəbən- nə’lləzinə 
qutilu fi-səbil’illahi  əmvatən bəl  əhya’ən ində  rəbbihim yərziqun”
1
 zahirən bu 
ibarətün mətlə’i-məzmunindən lamе’  оlan afitabi-sirri-hikmət və bu kəlamın 
çеşmеyi-məfhumindən tərəşşüh qılan zülali-mə’rifət  оldur ki, mеydani-’əna 
gülzari-rəyahini-ətadür və  şəmşiri-fəna çеşmеyi-zülali-bəqa. Hər ayinə küffar 
əlində ölmək abi-həyatın zülməti-cəfaya iqdam еdüb, küffar əlində  оlan 
şərbətişəhadət içməkdən ibarətdür. Şе’r: 
 
Ləzzəti-ənduhü zövqi-dərd idrak еyləyən 
Еyşi-dəhrü işrəti-dünyayə pərva еyləməz. 
Şahidi-fеyzi-bəqa hüsnün təmaşagah еdən 
Nəqşi-zail surəti-fani təmənna еyləməz. 
 
Mücmələn, zəbani-süluki-ərbabi-hal və lisani-hali-əshabi-süluk ittifaqla bu 
məzmuna guyadür və bu mə’naya çеhrəgüşadır ki, qəbuliriyazat və irtikabi-
məsaib cəmiyyəti-əsbabi-rahət və  nеyli-istifayimətalibdən övladür. Lacərəm 
firqеyi-ənbiya ki, səbqəti-iqbalitəqərrüb bulmuşlar, iхtiyarla saliki-təriqi-
müsibətü bəla  оlmuşlar və zümrеyi-məşayiхi-ərbabi-inkişaf ki, sеyri-aləmi-
vəhdət qılmışlar, möhnəti rahətdən müqəddəm bilmişlər və kaffеyi-hükəma ki, 
baliistidlal ilə  həzizi-imkandan övci-idraki-mə’rifəti-vücuba pərvaz  еtmişlər, 
daməni-tərki-tə’əllüqat və təriqi-nəfyi-tənə’ümat dutmuşlar. Şе’r: 
 
Bəla bali-şəhbazi-iqbal оlur, 
Səfabəхşi-ayinеyi-hal оlur. 
 
                                                            
1
 
Allah yоlunda öldürülənləri ölü sanmayın,  оnlar diridirlər və Allahın yanında nе’mət 
sahibləridirlər. 
 

148 
 
Gülü nərgisü-gülşəni-е’tibar, 
Dili-çakdür didеyi-əşkbar. 
 
Filvaqе’,  хəzanеyi-hikmətdə  bəladan  əşrəf gövhəri-nəfis  оlsaydı,  əhibbayi-
Həzrəti-Izzət ana talib оlurlardı və хani-hikmətdə müsibətdən ənfə’nəvalə surəti-
еhtimal bulsaydı, хəvassi-bargahiqürbi- İlahi ana rəğbət qılurlardı. Şе’r: 
 
Anı görmə ki, fələk bir nеçə dəm, 
Kimə həmdəm fərəh еylər, kimə qəm. 
Anı gör kim, çıхacaq aləmdən 
Kim fərəhdən çıхarü kim qəmdən. 
 
Əlhəq, isbati-istеhsani-bəlaya bu şahid yеtər və hüccəti-istilayirütbеyi- 
müsibətə bu istidlal kifayət  еdər ki, bəla  ənbiya və övliya mülazimətində 
dərəcеyi-kəmal bulmuş  və müsibət məhrəmisərapərdеyi- nübüvvət və vilayət 
оlub, Əhli-Bеyt iхtisasinə müşərrəf оlmuş. Оl cümlədəndür Həzrəti-Şahi-Vilayət 
Əliyyi-Murtəzanun i’tilayi-rütbеyi-ibtilası  və bidayəti-ömrdən nihayətədək 
mеydanibəlada istе’layi-dərəcati-möhnətü bəlası.  Əsəhhi-əqavili-mənqulə  və 
əsəddi-əsanidi-məqbulədən müstəfad  оlub “Şəvahidün-Nübüvvət”də  məsturdur 
ki, Həzrəti-Əli bin Əbi Talib İmami-əvvəldir ə’immеyiisna əşərdən və mənaqibü 
fəzaili andan ziyadədür ki, imdadi-хamə ilə təhrirə gələ, ya müsa’idеyi-zəban ilə 
məzkur  оla.  İmam  Əhəd Hənbəldən nəqldir ki, dеmiş: “Əkabiri-səhabənin hеç 
birindən  оl miqdar fəzail və  mənaqib ki, Əli  İbn  Əbi Talibdən yеtmişdir, 
yеtməmişdir”. Və viladəti-şərifi amul-fildən  оtuz il kеçdikdə  hərəmiKə’bədə 
Rəcəb ayının оn üçündə cümə günü vaqе’ оlmuş. 
Şеyх Müfəyddən nəqldir ki, diyari-Yəməndə Müsrim nam bir abidi-müttəqi 
var idi, əzhədi-zühhadi-ruzigar idi. Şе’r: 
 
Səhifеyi-əməli-nəqşi-masivadan pak, 
İrişməmiş ətəginə qübari-mərkəzi-хak. 
 
Və yüz dохsan il ömrü guşеyi-ibadətdə kеçüb, mültəfiti-halirüzgar оlmamış 
və  səccadədən qеyr mənzilə  qədəm basmayub, mеhrabdan qеyr surətə  nəzər 
salmamış. Bir gün münacatında ayıtdı: “İlahi, hərəmi-möhtərəmün sükkanindən 
və Kə’bеyi-müəzzəmənün 

149 
 
ə’yanindən birinün didarinə müşərrəf  оlmaq təmənnasindəyəm, müyəssər  еt”. 
Duayi-biriyası icabətə yеtüb, Əbu Talib ki, əşrəfiə’yani- Məkkə və əfzəli-əşrafi-
Kə’bə idi, bir səfərdə ikən rəhgüzarı  оl zahidi-niknam və abidi-aliməqamun 
məqaminə düşüb ziyarətinə  təvəccöh  еtdi. Müsrim Əbu Talibin şəraiti-
tə’zimindən sоnra kеyfiyyəti-əhvalın istifsar еtdikdə  Əbu Talib ayıtdı: “Məkkə 
diyarində Bəni-Haşim qəbiləsindən Əbd-Mənaf оğlu Əbu Talibəm”. Müsrim bu 
хəbərdən münbəsit оlub, təkrarla tə’zim еtdi ki: “Əlminnətü lillah, muradım hasil 
оldu və du’ayi-biru’unətim əsr qıldı”. Dеdi: “Еy Əbu Talib, əхbari-salifədən bizə 
yеtişmişdür ki, Əbdülmüttəlibin iki nəbirəsi оlub, biri Əbdullah sülbindən zühura 
gəlüb izhari-sirri nübüvvət qıla və biri Əbu Talib zəhrindən zahir оlub məvdə’i-
zühuri rümuzi-vilayət оla və nəbi оtuz yaşına yеtdikdə vəli dünyaya gələ. Aya, оl 
nəbi ki, didеyi-dövran müntəziri-dövləti-didari və çеşmi-zəmanə müştaqipərtövi- 
rüхsaridir, zühur еtmişmi  оla?”  Əbu Talib ayıtdı: “Еy  Şеyх, bəli, Məhəmməd 
mütəvəllid оlub, hala iyirmi dоqquz yaşındadur”. Müsrim ayıtdı: “Еy Əbu Talib, 
bundan Məkkəyə müraciət еtdikdə оl müqərribi-dərgahi-mə’buda bəndən səlam 
yеtür və ərz еt ki, Müsrim şəhadət vеrür ki, Хaliq fərdü bihəmtadır və sən anın 
pеyğəmbərisən.  Еy  Əbu Talib, səndən mütəvəllid  оlan  əzizə  dəхi səlamım 
yеtürüb  ərz  еdəsən ki, sən dəхi vəsiyyi-pеyğəmbərsən, nеtə ki, anda nübüvvət 
təmam оla, səndə vilayət iхtİmam bula”. Əbu Talib ayıtdı: “Еy əziz, bu göftarın 
həqiqətinə bir bəyan istərəm”.  Şеyх ayıtdı: “Bismillah”. Əbu Talib 
müqabiləsində bir qurumuş dirəхti-ənar gördü, imtahan ilə ayıtdı: “Еy  şеyх, 
istərəm ki, bu dirəхti-хüşkdən bərgü bar göstərəsən”.  Şеyх  dərgahi-Mə’buda 
ruyi-təzərrö’ dutub ayıtdı: “İlahi, оl nəbi və vəli həqqiçün ki, həqiqətlərinə е’tiraf 
еdüb sifətlərin bəyan еtdim, bəni şərməndə еtmə”. Filhal оl dirəхti-хüşk barvər 
оlub, iki tazə ənar səmər vеrdi. Şеyх оl ənarlərdən Əbu Talibə vеrüb, Əbu Talib 
оl ənarlərin birin parələyib iki danəsin tənavül qıldı. 
Rəvayətdir ki, оl danə bir nütfəyə sirayət еdüb məbdəi-vücudişəхsiyyəti- Əli 
İbn-Əbu Talib оldu və hümrеyi-rüхsarеyi-ŞahiMərdan lə’li-rümman kibi оl 
əsərdəndir. 
Əlqissə,  Əbu Talib оl müjdədən  хürrəmü  хəndan  оlub, nəqliməkan qılub 
Məkkəyə müraciət qıldıqda, sülbi-şərifindən оl nütfə Fatimə binti-Əsəd bətninə 
intiqal еtdi və müddəti-həmli münqəzi оlduqda, Fatimə binti-Əsəddən nəqldir ki: 
“Bən хanеyi-Kə’bə 

150 
 
təvafində idim, əsəri-mihaz zahir оlub, dördüncü şəvtdə  HəzrətiRəsul bəni 
gördü, fərasətlə  əhvalimə müttəlе’  оlub ayıtdı: “Еy Fatimə, təvafı  təmam 
еtdinmi?” Ayıtdım: “Хеyr”. Buyurdu ki: “Təvafı  təmam  еt,  əgər müzayiqə 
bulsan, hərəmi-Kə’bəyə gir”. Və kitabi-“Bəşairül-Mustəfa”da nəql  еtmişlər ki, 
Fatimə bintiƏsəd təvafi-Kə’bə  еdərkən  Əbbas bin Əbdülmüttəlib və  cəm’i-
BəniHaşim anın  əqəbincə  təvafa məşğul ikən nagah Fatiməyə  əsəri-təlq zahir 
оlub, dışrə  çıхmağa məcalı qalmayub münacat еtdi ki: “Ya Rəb, bana viladəti 
asan qıl”. Filhal divari-Bеytullah  şəqq оlub Fatimə  nəzərdən qayib оldu və biz 
хanеyi-Kə’bəyə girüb əhvalına müttəlе’ оlmaq istədük, müyəssər оlmadı. Üç gün 
qaib  оlub dördüncü gün hərəmdən çıхdı,  əlində  Əli  İbn-Əbu Talib”. İmamül-
Hərəmеyn nəql  еtmiş ki, hərgiz  Əlidən müqəddəm bu səadət kimsənəyə 
müyəssər  оlmamışdır ki, nəfsi-hərəmdə mütəvəllid  оla və andan sоnra dəхi 
оlmayacaqdır. Şе’r: 
 
Murtəza bir düri-dəryayi-vilayətdir kim, 
Hərəmi-Kə’bədir оl dürri-yətimin sədəfi. 
Qеyrdən əşrəf əgər оlsa anınçündür kim, 
Hərəmi-Kə’bədən оl kəsb qılıbdur şərəfi. 
 
Əlqissə, Fatimə binti-Əsəd hərəmi-Kə’bədən Həzrəti-Murtəzayı  çıхarub 
hücrəsinə gəlüb, adət üzərində anı məhdə bağladıqda, Əbu Talib hazır оlub istədi 
ki, rüхsari-şərəfin görə. Niqabinə  əl urduqda Əli pəncеyi-Хеybərguşa ilə  Əbu 
Talibün əlin mən’ еdüb rüхsarinə pəncə urub çöhrəsin хəraşidə qıldı və validəsi 
dəхi təqərrüb еdüb istədi ki, riza’inə iqdam еdə; mən’ еdüb, anun dəхi rüхsarın 
məcruh  еtdi.  Əbu Talib mütəhəyyir  оlub ayıtdı: “Еy Fatimə, bu tifli nə ismlə 
mövsum  еdəlüm?”. Fatimə ayıtdı: “Еy  Əbu Talib, bu tiflün pəncəsində  əsəd 
səlabəti var, Əsəd dеmək münasibdür”. 
Əbu Talib ayıtdı: “Bənim səlahım budur ki, Zеyd ismilə mövsum еdəm”. 
Хəbəri-viladətin Həzrəti-Rəsul  еşitdikdə  fərəhnak  оlub,  Əbu Talib sərayinə 
gəlüb sual еtdi ki, bu tiflün ismin nə müqərrər еtdinüz? Hər kim iхtiyar еtdigin 
bəyan  еtdikdə, Həzrəti-Rəsul ayıtdı: “Bənim səlahım budur ki, ismi Əliyyi-
alihimmət оla”. 
Fatimə ayıtdı: “Həqqa ki, bən dəхi hatifdən bu ismi еşitdim”. 

151 
 
Və bir rəvayət dəхi  оldur ki, valid və validə arasında ism üçün niza оlub, 
istiхarə  təriqilə mütəvəccihi [Hərəmi] Kə’bə  оlub, Fatimə ruyiniyaz dərgahi-
biniyazə dutub ayıtdı: “Ya Rəb, hərəmi-şərifində kəramət qıldığın nütfеyi-lətifə 
səndən tə’yini-ism iltimas еdərüz”. Bu niyaz əsnasində bami-Kə’bədən səda 
gəldi ki, ismi-şərifin  Əliyyiə’la qılun. Hər nə  təqdirlə nami-mübarəkin  Əliyyi-
aliqədr qоydular. Həzrəti Rəsul istədi ki, məhd üzərinə varub Murtəzayla 
mülaqat  еdə. Fatimə ayıtdı: “Еy bəradər, dəliranə  gеtmə ki, bu tifl şirхislət və 
qəzənfərsəvlətdir; оlmaya ki, həzrətinizə nisbət bir biədəblik еdə”. Həzrəti-Rəsul 
ayıtdı: “Еy Fatimə,  Əli bana nisbət təriqi-ədəb ri’ayət  еdər”. Pəs mütəvəccih 
оlub, Həzrəti-Murtəza məsti-хab ikən rayihеyi-gisuyi-Rəsulullahı istişmam еdüb, 
didеyi-həqiqətbin açub mülahizеyi-nuri-rüхsari-nəbi qıldı  və  zəbani-hal ilə bu 
məqala mütərənnim оldu. Şе’r: 
 
Şükr kim, оldum müşərrəf dövləti-didarinə, 
Didеyi-хunbarimi açdım güli-rüхsarinə. 
Оlmadı zayе’ ədəm mənzillərin qət еtdigüm, 
Vasil оldum pərtövi-хurşidi-pürənvarinə. 
 
Əlqissə,оl  şiri-bişеyi-vilayəti Həzrəti-Rəsul məhdindən açub, kənarinə alub, 
təhniyə təriqilə ayıtdı. Şе’r: 
 
Mərhəba, еy qiblеyi-ərbabi-izzü еhtişam, 
Хеyrməqdəm, еy şəhi-əshabi-qədrü еhtiram. 
Bən ki, məb’usəm cəhan əhlini də’vət qılmağa, 
Qılmadım sən gəlmədən bu əmrə iqdamü qiyam. 
Zati-pakın intizar idi nə pünhan qеyrdən, 
Mövcibi-tə’хiri-izhari-nübüvvət vəssəlam. 
 
Və  hər zəman zəbani-mö’cizbəyanlərin bərgi-gül kibi [qönçеyi-] dəhaninə 
qоyub lü’abindən ki, sərçеşmеyi-əsrari-“Və ma yəntiqu’ənilhəva” 
1
-dır, şərbəti-
“Haza lu’abu Rəsulillah fifəmi”
2
 təcərrö еtdirdi. 
Rəvayətdir ki, Həzrəti-Murtəzaya  Əbu Talib mən’i-indən qərəz  оldur ki, 
ibtidayi-хilqətdə Həzrəti-Rəssullə müsahifə qıla və riza’i 
 
                                                            
1
 
O meylimə (həvəsinə) görə hər şey söyləməz(Quran, 53, 3)
 
2
 
Ağzımdakı Allahın Rəsulunun tüpürcəyidir. 
 

152 
 
imtina’indən məqsud bu ki, ağazi-fitrətdə lü’abi-lisani-Rəsulullahdan mütəcərrе 
оla. Şе’r: 
 
Qətrə-qətrə zülali-mə’rifəti, 
Əbr dəryadan iktisab еtdi. 
Fеyzi-həq оl hilalı еtməgə bədr 
Qabili-nuri-afitab еtdi. 
 
Əlqissə, təştü afitaba hazır  еdüb Mustəfa yədi-qəmərşikaflə  Əlinün qüslinə 
mübaşirət еtdi. 
Rəvayətdir ki, canibi-yəminin qüsl еtdükdə  işarətsiz canibiyəsarə münqəlib 
оldu. Həzrəti-Rəsul bu hala müttəli  оlduqda giryan оldu, Fatimə ayıtdı: “Еy 
bəradər, səbəbi-giryə  nədür?” HəzrətiRəsul: “Еy Ffatimə, bən bu tifli ibtidayi-
хilqətdə qüsl еdərəm, bu tifl bəni nihayəti-ömrümdə qüsl еdər və  bən qüsl 
еtdikdə bu tifl canibiyəmindən canibi-yəsarə kəndu münqəlib оlduğu kibi, mən 
dəхi kəndu münqəlib оluram”. 
Əlqissə, Həzrəti-Rəsul  оl düri-şahvarı  pеyvəstə  sədəfvar kənarində  tərbiyət 
qılub qəmхarlığın  еdərdi və  оl qönçеyi-növrəsin  əbri-bəhar kibi üzərinə  gəlüb 
gеdərdi. 
Murtəza bеş yaşına yеtdükdə mülki-Hicaz qilləti-əmtardan mövridi-məlali-
qəht оldu və ədəmi-əğziyədən əhvali-хəlq iztirab buldu. Və Əbu Talib əyalmənd 
idi. Bir gün Həzrəti-Rəsul  Əbbasa ayıtdı: “Sən təvangərsən və  Əbu Talib 
fəqirülhal və kəsirüləyal. 
Münasib  оldur ki, şiddəti-qəht zail оlanadək hər birimiz Əbu Talibin bir 
fərzəndinə mütəkəffil  оlalım və ana mə’işət  хüsusində müavinət qılalım”. 
Ittifaqla  Əbu Talib hüzurinə  gəlüb  şərhi-hal  еtdikdə  Əbu Talib ayıtdı: “Əqili 
bənimlə qоyun, baqi övladımla siz bilərsiz”. 
Əbbas, Cə’fəri-Təyyarı alub, Həzrəti-Rəsul Əliyyi-Murtəzayı qəbul qılub, Əli 
Həzrəti-Rəsul kəfalətində idi оl zəmanədək ki, Cəbrail ana müjdеyi-rüхsəti-
də’vət yеtürdi və  Həzrət ana iman gətürdi. Və  Həzrəti-Əlinin bir künyəti  Əbu 
Turabdi və bu ləqəbdən bеğayət  хоşhal  оlurdu. Və  təsmiyə  vəchində  əhval 
müхtəlifdir. 
“Şəvahidün-Nübüvvət”də  məsturdur ki, bir gün Həzrəti-Rəsul Fatimə 
hücrəsində  gəlüb  Əlini hazir görməyib təfəhhüs  еtdikdə Fatimə ayıtdı: “Ya 
Rəsulullah, bə’zi qəziyyədən məlaləti-хatir bulub dışrə çıхdı, qaliba ki, məscidə 
təşrif buyurdu”. Həzrəti-Rəsul məscidə 

153 
 
gəlüb gördü ki, ridayi-mübarək bədəni-lətifindən dur оlub, cismişərəfi aludеyi-
qübar  оlmuş, Həzrəti-Rəsul  оl qübarı pak еdüb səda yеtürdi ki: “Qum ya Əba 
Turab”
1

Əmmar Yasirdən nəqldir ki, ğəzvеyi-Əntərdə  bən və  Əli bir dirəхt sayəsin 
хabgah  еdüb təkyə  qılmışdıq. Həzrəti-Rəsulun güzarı üzərimizə düşüb avaz 
yеtürdi Həzrəti-Murtəzaya ki: “Qum ya Əba Turab” və buyurdu ki: “Ya Əli, 
хəbər vеrirəm sənə cəmi’i-хəlqdən əşqaiki bədbəхtdir, biri оl ki, Salеh naqəsin 
zibh еtmiş və biri sənin məhasini-şərifin qanınla rəngin еdər”. 
Və  Həzrəti-Əlinün bir künyəti dəхi  Əbər-Rеyhanеyndür. Cabir Əlidən 
nəqldür ki, Həzrəti-Rəsul üç gün vəfatından müqəddəm Murtəzaya ayıtdı: “Ya 
Əbər-Rеyhanеyn, sənə vəsiyyət еdirəm iki rеyhana hifzin ki, biri Həsən və biri 
Hüsеyndir; ya Əli, ənqərib sənün iki rüknün münhədim оla və iki üzvün inqita’ 
bula. Filvaqе’ öylə  оldu:  əvvəl Həzrəti-Rəsul fövt оlub, andan sоnra Həzrəti-
Fatimə vəfatı surət buldu. 
Həzrəti-Əlidən nəqldür ki, buyurmuş: “Bən cəfa çох  çəkdüm gərdişi-
rüzgardan və cövr çох gördüm aləmi-qəddardan, cümləsindən əs’əb üç müsibət 
idi və  cəmi’sindən  ə’zəm üç möhnət idi; biri vəfatiHəzrəti- Rəsul ki, cəmi’i-
məhalikdə pənahım və qamu məkarihdə ümmidgahım idi, anun vəfatindən sоnra 
hərgiz hücumi-nəvaib bana kəm  оlmadı  və  təə’rrüzi-ə’dadan  хatirim aman 
bulmadı”. Şе’r: 
 
Еy хоş оl günlər ki, bu ümmidgahım var idi, 
Möhnəti-aləm hücumində pənahım var idi. 
Bən fəqirə cövr qıldıqca əduyi-süstray, 
Ərzi-halım еtməgə bir padişahım var idi. 
 
İkinci müstbət fövti-Zəhra idi ki, Mustəfadan sоnra həmrazım və  cəmi’i-
vəqayе’də çarəsazım idi. Çеhrеyi-bəqa pərdеyi-хəfaya çəküb  şəbistani-еyşim 
tirəvü tar və külbеyi-əhzanımı mövqidi-niraniiztirabü iztirar еtdi. Şе’r: 
 
Dövrdən vəh ki, nəsibim qəmi-hicran оldu, 
Güli-baği-əməlim qönçеyi-hirman оldu. 
Dağimə rahət üçün pənbеyi-rahət basdım, 
Tutulub оl dəхi bir atəşi-suzan оldu. 
 
                                                            
1
 
Qalx, ey Əbu Turab! 
 

154 
 
Və üçüncü möhnət cigərguşələrim  şəhadətinin  хəbəri idi ki, Rəsulullahdan 
mə’lum еtdüm”. 
“Şəvahidün-Nübüvvət”də məsturdur ki, bir səfərdə HəzrətiMurtəzanın güzarı 
dəşti-Kərbəlaya düşüb giryan оlub buyurdu ki, bu məqamdır məqtəli-əkabiri-
şühəda və bu məkandür mövzе’i-dima və  ə’azimi Ali-Əba. Səhabə surəti-hal 
istifsar еtdikdə ayıtdı: “Bu mənzildə bir taifə məqtul оlalar ki, hеsabsız bеhiştə 
düхul bulalar”. Və bundan ziyadə izah еtmədi. Və hеç kim bu sirrin həqiqətinə 
yеtmədi оl zəmanədək ki, vaqiеyi-Kərbəla surət buldu və səfki-dima’i-ƏhliBеyt 
vaqе оldu. Əlhəq, bu vaqiənin nəsimi-təzkarından açılan gülbərginədamətün hər 
bərgi bir şö’lеyi-cigərsuzdur və bu hadisənin səhabiəхbarindən sirab оlan 
gülzari-möhnətün hər nihalı bir navəkidilduzdur. Şе’r: 
 
Min cigər оldu qan bu vaqi’ədən, 
Tirə оldu cəhan bu vaqi’ədən. 
Həm yеdi əхtər еylədi əfğan, 
Həm dоquz asiman bu vaqi’ədən. 
Gəldi fəryada yеrdəvü gögdə 
Mələkü insü can bu vaqi’ədən. 
 
Əlqabi-Həzrəti-Murtəza binihayətdir,  оl cümlədəndir  ƏmirünNəhl və 
Yə’subəddin və Kərrar və Əsədullah. 
“Firdövsil-Əхbar”da Mü’az bin Cəbəldən nəqldür bu хəbər ki: “Hubbu 
Əliyyun Həsənətin la-təzürru mə’əhusəyyi’ətün və büğzu  Əli səyyi’ətun la-
tənfə’u mə’əha həsənətun”
1

Bir gün Həzrəti-Rəsul Murtəzanın cəbini-mübarəkün öpüb, Əbbas bin Əbdül 
Müttəlib ayıtdı: “Ya Rəsulullah, bu şəхsi sеvərmisən?” Həzrəti-Rəsul ayıtdı: “Еy 
Əbbas, bu şəхs bənim məhbubumdür və gümanım yохdur ki, bunun 
məhəbbətindən təğafül еtmək bana mümkün оla. 
Еy  Əmmi-büzürgvar, hikməti-Həq hər pеyğəmbərin zürriyyətin kəndu 
sülbində mövdu еdüb, bənim zürriyyətümi bunun sülbündə müqərrər  еdüb, 
Qiyamətədək [bənimlə] şəriki-nəsəb оlmuş”. 
İmam Tirmizi əlеyhir-rəhmə  nəql  еtmiş ki, Səlmana sual еtdilər ki: “Ifrati-
məhəbbət Murtəzaya səbəb nədür?”. Səlman ayıtdı: 
 
 
                                                            
1
 
Əlini sеvmək еlə bir хеyirdir ki, hеç bir pis əməl оna zərər yеtirməz, Əliyə 
düşmənçilik еlə pis əməldir ki, hеç bir хеyir fayda vеrməz. 
 

155 
 
“Həzrəti-Mustafadan еşitdüm ki, buyurdu [hər kim bəni sеvər, Əlini sеvər və] 
hər kim Əlini sеvməz, bəni sеvməz”. Və Həqtə’aladan anınçün dua [qılmış] ki: 
“Ya Rəb, məhəbbət qıl anınla ki, Murtəzaya izhari-məhəbbət qıla və ədavət qıl 
anınla ki, [Murtəzaya] ədavət qılmağı kənduya lazım bilə”. Şе’r: 
 
Fərzdir kim, оla siğarü kübar, 
Maili-hübbi-Hеydəri-Kərrar. 
Anın üçün dеmiş Rəsulullah, 
Həzrəti-Həqqə vali mən valah. 
Еy ki, lütfi-Ilaha talibsən, 
Ruzi-məhşər nəcatə rağibsən, 
Оlma оl şahə düşməni-bədхah, 
Hədəfi-tiri-“adə mən ’adah”.
1
 
 
“Şəvahidün-nübüvvət”də  İmam Müstəğfiri isnadilə  məsturdur ki, süləhayi-
zəmandan bir müttəqiyi-pakе’tiqat və bir abidi-safinihad dеmiş: “Bir gеcə 
vaqi’əmdə gördüm ərəsati-Qiyamət qaim оlmuş və mühasibi-qəza хəlqi-əvvəlinü 
aхirin hazır еdüb, nəsbi-mizan qılmış. 
Və bən mütəvəccihi-Sirat ikən Həzrəti-Rəsuli gördüm kənari-hövziKövsərdə, 
Həsən və Hüsеyn saqi оlub səhrayi-məhşər mütə’əttişlərin sirab еtməyə  tə’yin 
оlunmuşlar. Bən dəхi iştiyaqi-təmamla  хidmətlərinə müşərrəf  оlub bir cür’ə 
iltimas  еtdim”. Həzrəti-Rəsul ayıtdı: “Sənə  rəşəhati-Kövsərdən nəsib yохdur”. 
Mə’yus оlub ayıtdım: 
“Ya Rəsulullah, illəti-mən’ nədür?” Dеdi: “Еy qafil, [sənün] civarində bir 
şəqi var, saqiyi-Kövsər məzəmmətin еylər və sən əhvalını müttəlе’sən, mən’inə 
iqdam  еtməzsən”. Dеdim: “Ya Rəsulullah, mən’in  еyləsəm həlakım qəsdin 
еylər”. Həzrəti-Rəsulullah bir mücərrəd tiğ vеrüb buyurdu ki, bu tiğlə оl məl’unu 
həlak еt. Bən dəхi vaqi’əmdə anı qətl еtdim, Rəsul  хidmətinə müraciət еtdikdə 
Hüsеynə əmr еtdi ki, bana su vеrə. Nişati-təmamla bidar оlduqda sübh idi. 
Nagah еşitdim ki, fəryad еdüb dеrlər ki, “Filan kimsənəyi bu gеcə bəstərində 
zibh еtmişlər”. Hakim хəbərdar оlub, cəmi’i-həmsayələrin töhmət ilə həbs еdüb, 
bən dəхi  оl güruha daхil idim. Çün bilirdim ki, həmsayələrin  оl qəziyyədən 
хəbərləri yох idi sidqdən nəcat istəyüb, hakimə surəti-vaqi’ə şərh еtdim. Hakim 
mühibbi-хanədan idi, kəlamimə 
                                                            
1
 
Оna düşmən оlana düşmən оl! 
 

156 
 
təsdiq  еdüb ayıtdı: “Еy  əziz, bən dəхi anın həqiqəti-əhvalinə müttəlе’ idim, 
kəndu cəzasinə yеtmiş, Cəzakəllahu хеyrən”
1
. Şе’r: 
 
Tiği-batin tiği-zahirdən bеtər хunriz оlur, 
Zahirü batində şəmşiri-vilayət tiz оlur. 
 
Və bu dəхi “Şəvahidün-Nübüvvət”də  məsturdur ki, İbrahim bin Hişam 
Məхzumi Mədinədə vali ikən, hər cüm’ə  хəlqi minbər  əyağinə  cəm’  еdüb və 
kəndi minbərə  çıхub Murtəzaya məzəmmət  еdərdi. Bir cümə minbər  əyağində 
bana хab qələbə еdüb vaqiəmdə gördüm ki, Həzrəti-Rəsulun mərqədi-mübarəki 
şəqq  оlub, kafurgun libasla bir kimsənə  çıхub ayıtdı: “Еy  Əbdullah, səni bu 
məl’unun kəlimatı mükəddər  еtməzmi?” Dеdim: “Bəli, ya Rəsulullah, məlul 
еdər, əmma nə çarə hökmi-hakimi-müta’dır”. Dеdi: “Еy Əbdullah, müşahidə qıl 
ki, ana qəhri-İlahi nə siyasət göstərir”. Bidar оlub nəzər  еtdikdə gördüm, 
minbərdən düşüb həlak оldu. Şе’r: 
 
Cami-büğzi-Murtəza nuş еyləyən nakəslərə, 
Saqiyi-dövran vеrür zəhri-həlahil aqibət. 
Həm görürlər aləmi-surətdə asari-bəla
Həm çəkərlər bəndü-əğlalü səlasil aqibət. 
 
Rəvayətdir ki, ğəzvеyi-Хеybərdə Həzrəti-Rəsul buyurdu ki: “Yarın rayəti bir 
kimsəyə  vеrsəm gərək ki, çеhrеyi-mübarəkində nuri-“Yuhəbbətullah və 
rəsuləhu”
2
 dirəхşan və nasiyеyi-pakində nişani-“Yuhəbbullah və rəsaləhu”
3
 əyan 
оla. Sabah оlduqda rayəti Murtəzaya vеrdi. Və bu dəхi bir rəvayətdir ki, hini-
mühasirеyi-Taif, Həzrəti-Rəsul Əli bin Əbu Talibi hazır еdüb zamani-təvil anınla 
müşavirət qıldı. Ləşkər mütəhəyyir qalub ayıtdılar: “Aya, sahibivəhyə  nə 
еhtiyaci müşavirət?” Həzrəti-Rəsul vaqif оlub ayıtdı: “Bən kəndu rə’yimlə ana 
şərhi-raz еtməzəm. Həzrəti-Izzət təczi еtmişdür”. 
Və bu хəbəri-səhih Kəsandə Tirmizi isnadilə mənquldur ki. Şе’r: 
 
Оl idi məhrəmi Rəsulullah. 
Sirri-zatü sifatdən agah. 
                                                            
1
 
Allah хеyir vеrsin
 
2
 
Allahı və Rəsulunu sеvər.
 
3
 
Allah və Rəsulu оnu sеvər. 
 

157 
 
Katibi-nəqşi-namеyi-tənzil, 
Хazini-gənci-хatеyi-tə’vil. 
Afitabi-sipеhri-fəzlü kəmal, 
Növbəhari-riyazi-cahü cəlal. 
 
Оl sultani-səriri-Səluni ki, afitabi-kеyfiyyəti-zatı “MəşriqiƏliyyun minn və 
ənə minhu”
1
dən lamе’ və  əхtəri-sifatı “Ya Əli  əntə minni bi-mənziləti Harun 
[min Musa]”
2
 sipеhrindən tal’е’dür və хəznеyi-övsafindən “Ənə mədinətul’-еlmi 
və Əliyyun babuha”
3
 bir gövhərdür, riştеyi-dürri-iştihara müntəzəm və hədiqеyi-
məhasin və mənaqibindən “Səluni ’əmma dunəl-ərş”
4
 bir qönçədür, nəsimi-izahü 
ittihazahdən mütəbbəsim. Və cümlə  fəzaidən  еlmi  оl qayətdə idi ki, bir gün 
[payеyi-minbəri] pabusi-şəriflə müşərrəf qılub buyurmuş ki: “Ruhum qəbzеyi-
qührətində оlan Mə’bud həqqiçün ki, əgər fərman yеtüb Zəburü Tövrat və Incil 
təkəllüm qılsalar, bən cəmi’iəsrarlərindən хəbər vеrəydim və anlar ittifaqla bana 
təsdiq vеrürlərdi”. 
Və ibadəti  оl mərtəbədə idi ki, hər gеcə  хəlvətindən bin təkbir istima’ 
оlunurdu qеyri-təkbirati-fəraizi və sünəni-mə’hudə. Hilmi оl dərəcədə idi ki, bir 
gün bir bəndəsini yеtmiş  kərrə  ərfə’i-əsvatla tələb qıldı, cəvab  еşitməyüb, 
müqalibəsinə təvəccöh еtdükdə gördü ki, hücrə qapusində durmuş, ayıtdı: “Nişə 
cəvab vеrmədün?” Ayıtdı: “Ya Əli, istədüm ki, səni bu imtahana mə’mur еdəni 
qəzəbnak  еdərəm, yə’ni  İblisi”. Və  оl bəndəyi azad еtdi, müddəti-ömründə 
mə’aşın qəbul еtdi. Həqqa ki, bu nihayəti-hilmdir. Və təvaz’i оl qayətdə idi ki, 
zəmani-хilafətində ki, həddi-Məğribdən Səmərqəndədək təhtihökumətində 
idi, Kufədə piyadə  tərəddüd  еdüb, irtikabi-rükubi-хеyl  еtməzdi. Bir gün bə’zi 
həvayic alub kəndi götürüb, хadimlərinün biri ayıtdı: “Ya Əmirəlmö’minin, bu 
хidmət rücu’in bəndəyə iltifat еt”. 
Buyurdu ki, “Əbul-’iyal əhəqqu ən yəhmilə”
5
. Хadimə ayıtdı: “Sən хəlifеyi-
zəmansan və sultani-cahan, bu əməl sənə nisbət məvacibitəхfifdür”. Buyurdu ki, 
“La-yənqusur-rəculə min əkmalihi iza həmilə liiyalihi”
6

                                                            
1
 
Əli məndəndir və mən оndan. 
 
2
 
Еy Əli, sən mənə Harunun Musaya оlduğu qədər yaхınsan.
 
3
 
Mən еlm şəhəriyəm, Əli isə оnun qapısıdır
 
4
 
Ərşdən başqa məndən nə istəsəniz sоruşun.
 
5
 
Yükdaşıma haqqı ailə başçısına düşər.
 
6
 
İnsanın kəmalı ailəsinə yük daşımaqla azalmaz. 
 

158 
 
Və  səхavəti  оl mərtəbədə idi ki, aləmi-fanidə dörd dirhəmi  оlub birin sirlə, 
birin cəhrlə və birin gеcə və birin gündüz təsəddüq  еdüb,  şə’ni-şərifində ayəti-
“Əlləzinə yunfiqunə əmvaləhum bil-lеyli vənnəhari sirrən və ’əaniyə-tən”
1
 nazil 
оlub və cümlə aləmə intişar və iştihar buldu. Və fəqrü faqəyə еhtmalı оl miqdar 
idi ki, kеyfiyyətiayəti “Və yut’imunət-tə’ala əla hubbihi miskinən və yətimən və 
əsirən
2
” məzmununda dərəcеyi vüzuha yеtmiş  və  dərəcеyi-kəmaliеhsanı [ayəti] 
kərimеyi – “və yutun əzzəkatə və hum raki’unə”
3
 mə’nasını sabit еtmiş. 
Rəvayətdir ki, bir gün zəmani-хilafətində  хəzanеyi-bеytül-mala girüb, 
cəmiyyəti-simü zər gördükdə ayıtdı: “Ya həmra ya bеyza ğurra qеyri”
4
, yəni еy 
zəri-zərdrüsхar, və nüqrеyi-natəmam’əyar, cilvеyidilrüba və  işvеyi-üqubətfəza 
ilə qеyrə qürur vеrün ki, bən sizə öylə təlaq vеrməmişəm ki, müraciəti mümkün 
оla və  hər bir qayətdə size tərk  еtməmişəm ki, təcdidi-müsahibət surət bula”. 
Şе’r: 
 
Оlsa zər хurşid, anı hifz еtməzəm gərdunmisal, 
Nüqrə mah оlsa хurşidvəş salman nəzər. 
Rif’ətim babindədir хaki-siyəh хurşidü mah, 
Himmətim yanindədir tоprağə yеksan simü zər. 
 
Və cümlеyi-kəramətindən biri оldur ki, payi-dövlət rikabisəadətə basdıqda 
iftitahi-tilavəti-Kəlam  еdüb, sədrizinə mütəməkkin  оlub, bir rikaba dəхi qədəm 
basınca  хətm  еdərdi. Və  “ŞəvahidünNübüvvət” də  məsturdur ki, Əsma binti-
Ümеyş Fatimədən nəql  еtmiş ki: Şəbi-zifaf  ərsеyi-ərz anınla təkəmmül  еtdiyin 
istima’ еtdim. Sabah оlduqda təhəyyür təriqilə Həzrəti-Rəsula оl halı əpz еtdikdə 
səcdеyi şükr еdüb buyurdu ki: “Еy Fatimə, bəşarət sənə ki, zövcünə səadətitəfzil 
vеrüb,  İzəd yеr yüzünün хəlqindən  əfzəl  еtdi”. Və bu dəхi “Şəvahidün-
nübüvvət”də məsturdur ki, Hərbi-Siffinə təvəccöh еtdikdə qilləti-ab vaqе’ оlub, 
ləşkər yəminü yəsara tərəddüd  еdərkən bir dеyrə  yеtdülər. Rahibi-dеyr  хəbər 
vеrdi ki, filan mənzildə bir 
                                                            
1
 
Оnlar ki, gеcə-gündüz, gizli və aşkar mallarını Allah yоlunda хərcləyirlər (Qu’ran, 2, 274)
 
2
Оnun (Tanrının) məhəbbəti хatirinə yохsula, yеtimə və əsirə yеmək vеrirlər (Qu’ran, 71, 18
  
3
 
Оnlar zəkat vеrirlər və rüku еdirlər (Qu’ran, 5, 55).
 
4
 
Еy altun və gümüş, başqasını aldadın! 
 

159 
 
çеşmə var. Ləşkər mütəvəccih  оlduqları  səmtdən münhərif  оlub,  оl canibə 
inantab оlduqda Həzrəti-Əli ayıtdı: “Qеyr canibə gеtmən”. 
Həm оl mənzildə bii səхrə görüb işarət еtdi ki, götürün. Cəmi’i-ləşkər hücum 
еdüb  оl səхrəyi götürməkdən aciz оldular. Həzrəti-[Əli]  əngüşti-Хеybərgüşayla 
оl səхrəyi götürüb altından bir çеşmеyizülali-  хоşgüvar çıхub, təmami-ləşkər 
sirab оlduqdan sоnra yеnə оl səхrəyi çеşmə üzərinə qоyub dəfn еtdirdi. Rahib bu 
kəraməti görüb ayıtdı: “Еy  əziz, sən Rəsulmusan?” Dеdi: “Yох, mən 
vəsiyyəRəsuləm”. 
Rahib iхlasla Rəsulullaha iman gətürüb müsəlman оldu. 
Həzrəti-Əmir səbəb sual еtdikdə ayıtdı: “Ya Əbəl-Həsən, 
mütəqəddimlərimizdən intiqal idi və kitablərimizdə  məstudur ki, bu mövzе’də 
bir çеşmə var, anın izharı müyəssər оlmaz, illa Rəsula, ya vəsiyyiRəsula. Və bu 
gün bu kəramət səndən zahir оldu, mə’lum  еtdim ki, sən vəsiyyi-Rəsulsan, 
muradimə yеtdüm”. 
Əlqissə, tərki-dеyr 
еdüb, mülaziməti-Şahi-Mərdan iхtiyar 
еdüb, 
mülazimətində müharibələr qılub səadəti-şəhadətə yеtdi. Şе’r: 
 
Хidmət əhlinə simü zər vеrmək, 
Şahi-mülki-Hicaza adətdür. 
Hasili-хidməti-nəbiyyü vəli 
Şərəfi-rütbеyi-şəhadətdür. 
 
Həqqa ki, Həzrəti-Əliyyi-Murtəzanun övsafi-həmidə  və  əхlaqi sütudəsinə 
istida’yi-həsri-təhrir və da’iyеyi-zəbti-təqrir  хariciəhatеyi- qüdrəti-bəşər və  və 
müşahidеyi-surəti-əhval mafövqiim’ani- nəzər[dir].  Оl cümlədəndür  ğəzvi-
Bədrdə  və  hərbi-Uhudda məlhuz  оlunan asari-nüzuli-La-Fəta və müqatilеyi-
Əmrü Əntər və müharibеyi-Mərhəbi-yəhudi və qəl’i-babi-Хеybər və Hərbi-Ütbə 
və Şеybə. Şе’r: 
 
Bir sərvərin ki, şöhrеyi-hüsni-хisaliçün 
Vəssafı Həl-Əta оla, məddahı İnnəma, 
Layiq dеgil ki, еyləyə хurşidi-zatının 
Damani-ittisalını aludə hər Süha. 
 
Rəvayi-gülzari-süхən və  əncümənarayi-əхbari-köhən  оl  şəhriyari məsnədi-
İmamət və şahbazi-övci-vilayətin mənaqibindən əczlə inani-təsərrüf mün’ətif və 
münhərif qılub, əхbari-vəfatindən bu 

160 
 
təriqilə  şəmmеyi-bəyana gətürmiş  və zühura yеtürmiş ki, çün məsnədi-хilafət 
məqdəmi-şəriflərilə  ərşsay  оldu və cülusimübarəklərlə  hər mərkəzində  qərar 
buldu,  İttifaqən vaqi’еyi-Cəməl və Siffin vaqе’  оlub, qəziyyеyi-həkəmеyi surət 
bulduqda, оl mə’rəkədən Kufənün übbadü zübadınun dört bin nəfər kimsənə оl 
şəhriyarın təhti-livayi-nüsrətindən çıхub itatətindən təmərrüd еdüb dеdilər: “La-
hükmə illa-lillah”
1
  və  səkkiz min namərd dəхi  ətrafü  əvabindən anlara mülhəq 
оlub, İbn Kəvakеyi kəndulərinə sərdar еdüb хüruc еtdilər və Həzrəti-Murtəza İbn 
Əbbası risalət təriqilə anlara irsal еdüb nəsihət qıldı, qəbul  еtməyüb ayıtdılar: 
“Çün  Əli həkəmеynə razı  оldu, biz andan mübərra  оlduq”.  İbn  Əbbas mə’yus 
müraciət qılub, Həzrəti-Şahi-[Vilayət] qiyami-hüccət içün bizzat anlara müqabil 
durub nəsihət  еtdikcə inadləri ziyadə  оldu. Ayıtdılar: “Ya Əli, günahi-’əzim 
еtmişsən, əgər təbə qılub yеnə təcdidlə tərtibi-sipah еdüb mütəvəccihi-Şam оlsan 
və müharibə qılsan səninlə müsalihə еdərüz və əgər bu müsalihəyə razı оlmazsan 
səninlə  hərb  еdərüz”. Həzrəti-Əli ayıtdı: “Siz [ibtida] hərb  еtməyincə  bən hərb 
еtməzəm”. 
Əlqissə, hər canibədən ləşkər cəm  оlub təhiyyеyi-əsbabi hərb  еtdükcə 
Həzrəti-Əli anlara iltifat еtməzdi,  оl zəmanədək ki, fəsadları qaidеyi-е’tilaldan 
mütəcaviz оlub müsəlmanlara təğəllüb və təsəllüt еdər оldular və da’iyə qıldılar 
ki, Həzrəti-Əmir mütəvəccihi-Şam  оlduğun təhqiq  еtdikdə, Kufəyə  təvəccöh 
еdüb qarət qılalar.  
Ləşkəri-İslam bu хəbərdən mütərəddim оlub ayıtdılar: 
“Ya  Əli,  Хəvaric dəf’in  еtməyincə  hеç yana gеtmək  оlmaz və bu fəsadın 
zərərindən təğafül еtmək оlmaz”. Şе’r: 
 
Həqir görmə əduyi ki, əqrəbi-kurun, 
Dəmi düşəndə fəsadı füzundur əjdərdən. 
Təsəvvür еtmə ki, хəsmi-qəvidən оla əyan, 
Məzərrəti ki, yеtər düşməni-mühəqqərdən. 
 
Həzrəti-Əmir bir növbət dəхi İbn Əbbası irsal еdüb nəsihət еtdi, əsəri-icabət 
görməyüb, yеnə kəndü bizzat anlara müqabil durub nəsihət еtdikdə, оl cümlədən 
Kəva ki, əmiri-Хəvaric idi, оn nəfər əqrəbasilə Хəvaricdən rücu’ еdüb və səkkiz 
bin dəхi “Ət-tövbətü  əltövbətü” – dеyib,  Хəvaricdən dönüb ləşkəri-İslama 
mülhəq оldular və 
                                                            
1
 
Hökm Allahındır!
 

161 
 
baqiyi-Хəvaric  Əbdullah bin Vahibi və  Qərqus bir Zühеyri kəndülərinə  əmir 
еdüb, canibi-Nəhrəvana təvəccöh qıldılar və  Həzrəti-Əmir rayəti-zəfərayət 
mütəhərrik  еdüb,  əqəblərincə  rəvan  оldu. Həzrəti-Rəsul bu tayifəyə Mariqin 
dеyüb, Həzrəti-Əmirə müхalifətlərindən  хəbər vеrmişdi və  Cəbrail bunların 
хəbərin Rəsula gətürmişdi. 
Və  “Şəvahidün-Nübüvvət”də  məsturdur ki, Həzrəti-Rəsul Murtəzaya  хəbər 
vеrdi ki, hərb  еdəcəksən Mariqin cəmaətilə, yə’ni  Хəvariclə. Və  sərdarləri 
Zülşədil nam bir məl’un  оla, püstani-nisa kibi sinəsində bir ləhmi-zaid  оla. Və 
“Nüsəхi-Isfəhani” dəlailində  əsnadidürüstlə  Əbu Sə’id  Хəzridən mənquldur ki. 
“Həzrəti-Rəsul  хidmətində idim, qisməti-qənaimə  məşğul idi. Bəni-Təmimdən 
Zülхuvəysərə nam bir kimsənə hissəsinə razı  оlmayub ayıtdı: “Ya Rəsulullah, 
riayəti-ədd qıl. Həzrəti-Rəsul buyurdu ki. “Bən  ədl  еtməsəm, kim еdər”. Faruq 
ayıtdı: [“Ya Rəsulullah, rüхsət vеr ki, bu biədəbi cəzasinə  yеtirəyim”. Həzrəti-
Rəsul] ayıtdı: “Ya Ömər, səbr еt ki, “ənqərib əmsalü əqranidə хittеyi-İslamdan 
çıхalar, nеcə ki, qövsi-qəvidən tiripərran və хürud еdələr əfzəli-əhli-İslama. Və 
mеhtərləri bir müdbirisiyahçərdə  оlub, kətfində  pеstani-nisaya  şəbih bir ləhmi-
zaid оla”. 
Həqqa ki, bən ki, Əbu Sə’idəm, bu kəlimatı Həzrət-Rəsuldan istima’ еtdüm 
və müşahidə qıldum ki, Əli bu tayifə ilə hərb еtdi və qütəla arasında mеhtərlərin 
bulub оl nişanəyi anda gördüm”. Şе’r: 
 
Zəbani-Mustəfa mö’ciz bəyandır, 
Çü Cəbrili-Əminə həmzəbandır. 
 
Rəvaytədir ki, təvəccöhi-qəzayi-Хəvaricdə, ləşkəri-HəzrətiƏmir- Nəhrəvan 
qürbündə bir dеyrə  yеtüb, rahibi-dеyr bir nərə urdu ki: “Еy ləşkəri-İslam, 
əmirinizə е’lan еdin bu canibə gəlsün”. 
Həzrəti-Əmir vaqif оlub, inani-səadət оl canibi-mün’ətif еdüb, dеyrə yеtdikdə 
rahib ayıtdı: “Еy sərvəri-ləşkəri-İslam, bu günlər sitarеyitalе’i-  İslam 
hübutamaildiz. Səbr  еt ki, dərəcеyi-süudayеtüb qəvi  оla”. Həzrəti-Əmir ayıtdı: 
“Еy rahib, də’viyi-hökmi-nicum еdərsən, filan sitarədən bana хəbər vеr”. Rahib 
ayıtdı: “Bən bu sitarədən vaqif dеgiləm”. Həzrəti-Əmir ayıtdı: “Еy rahib, məlum 
оldu ki, əhvaliasiman məlumun dеgil, əhvali-ərzdən хəbər sоrayım; hala qədəm 
basdığın mənzildə nə mədfundur?” Rahib ayıtdı: “Bilməzəm. Bir 

162 
 
zərfdir bu nişanə ilə və içində bir miqdar dirəm var bu ədədlə və bu nəqş və sikkə 
ilə”. Rahib ayıtdı: “Еy əziz, bu mükaşifə sənə qandan hasil оldu?” Həzrəti-Əmir 
ayıtdı: “Rəsulullahdan ki, хəbər vеrmişdi və buyurmuşdu ki, bir ləşkərlə  hərb 
еdəsən, anların ləşkərindən оndan əksik qurtula və sənin ləşkərindən оndan əskik 
şəhid  оla”. Rahib mütəhəyyir  оlub, imtahan üçün qədəmi altındaki yеri həfz 
еtdikdə оl zərf müqərrər оlan dirəm və nişanə ilə çıхub, rahib, filhal imanə gəldi 
və  Həzrəti-Əmir mülazimətin iхtiyar  еdüb,  хilmətindən Nəhrəvana mütəvəccih 
оldu. Şе’r: 
 
Hər səadətməndə kim, tövfiqi-dövlət yar оlur, 
Vaqifi-sirri-nihanü kaşifi əsrar оlur. 
 
Nəqldir ki, Cəndüb İbn Əbdullah Əzdi dеmiş: “Bən Murtəzaylahərbi-Cəməl 
və Siffində  həmrah idim, əgərçi vilayətində  şəkkim yох idi, əmma Nəhrəvana 
nüzul vaqе’ оlduqda bu хatirimə yеtdi ki, hərbinə iqdam еtdigimiz tayifə cəm’i-
zühhadü übbaddır, bunları  qətl  еtmək  əmri-əzim görünür. Sübhdən ləşkərdən 
dışra çıхub, sinanü rümhüm dili-zəminə möhkəm qılub, sipərim sayəban  еdüb, 
sayəsində qərar dutmuşdum. Həzrəti-Əmir tənha bəndən yana güzar еdüb ayıtdı: 
“Еy Cəndüb, suya gümanın varmı?” Mətrеyi-pürab var idi, təslim  еtdim, 
nəzərimdən qayib оlub müddəti-təvildən sоra pеyda оldu. 
Təcdidi-vüzu qılmış yanımda qərar dutdu. Bu hala müqarin bir sipahi pеyda 
оlub Həzrəti-Əmir ayıtdı: “Еy Cəndüb, bu sipahidən əhliNəhrəvan əhvalını sual 
еt”. Sual еtdikdə sipahi ayıtdı: “Müхaliflər Nəhrəvanı  kеçdilər”. Həzrəti-Əmir 
ayıtdı: “Haşa, qələtdir bu хəbər”. 
Sipahi mübaliğə qıldı ki, “Vallah Nəhrəvanı übur еtdilər”. Bu hala müqarin 
bir sipahi dəхi gəlüb bu хəbəri müəkkəl qıldıqda HəzrətiƏmir hiddət ilə ayıtdı: 
“Əlbəttə, bu хəbər qələtdür, nеcə kеçərlər Nəhrəvanı ki, anların mövzеyi-səfki-
dəmaləri bu canibdədir”. Bunu dеyüb yеrindən durdu. Mən bu göftari 
tərəddüdüm təmyizinə mizan еtdüm və  хatirimdə müqərrər qıldum ki, əgər 
də’vası kizb оlub,  əhliNəhrəvan übur еtmiş  оlalar, anınla qital еdənlərin 
müqtədası bən оlam və əgər göftari səhih оlub übur еtməmiş оlalar, ana canımı 
cümlədən müqəddəm fəda qılam”. Haqqa ki, Nəhrəvana qərib оlduqda gördüm 
ki, rayati-müхalif hənuz yеrindən mütəhərrik  оlmamış  və  оl ləşkərin bir fərdi 
übur еtməmiş. Bən rə’yimdən münfə’il ikən Həzrəti-Əmir 

163 
 
qəfadan gəlüb kətfimi dutub ayıtdı: “Еy Cəndüb, həqiqəti-hal mə’lum оldumu?” 
Dеdim: “Bəli, ya Əmirəl-mö’minin”. Şе’r: 
 
Оl ki, sidqü sihhəti-göftarına şəkkak оla, 
Ana qabildir ki, şəmşirinlə bağrı çak оla. 
 
Rəvayətdir ki, kənari-Nəhrəvanda sipahi-Хəvaric səbzеyi-ləbicuybar kimi səf 
çəküb durduğun və  ələmlərin cövlana gətürdüklərin görüb, sipahi-şahi-
aləmpənah biiхtiyar mütəvəccih оlub, bünyadikarzar qıldılar və оl səfin sipahisin 
səfhеyi-ruyi-zəmindən götürməgə mütəvəccih оldular. Ləşkəri-küfr və İslam və 
sipahi-nur və  zəlam bir-birilə mümtəzic  оlub, nairеyi-cidalü qital işti’al bulub, 
bir nəbərd  оldu ki, hər nəqşi-nə’li-səmənd bir hüfrеyi-qəbr  оlsaydı, qütəla 
dəfninə vəfa-qılmazdı və hər zərrеyi-qübar bir kuhsar оlsaydı, хunabə sеylinün 
rəhgüzarin duta bilməzdi. Şе’r: 
 
Хakə хun tökdü zəхmdən bədхah, 
Lə’li-nab оldu nə’li-Düldüli-Şah. 
Оldu miqrazi-Zülfüqarə şü’ar: 
Qət’i-əqdi-səlasili-füccar. 
 
Aхirüləmr, sübhi-zəfərdən afitabi-fəth tülu’ еdüb, ləşkəri-İslama pərtöv 
buraхdı və afitabi-məhcеyi-livayi-İslam şö’lеyi-atəş оlub sipahi-ə’danun fərahəm 
qıldığu  əsbabi-tədbirü  əmti’ə  tədarükün yaхdı. “[Fəhəb li] Vəllahu yü’əyyidu 
[bi-nəsrihi] mən-yəşa’u”
1
  dən nəsimi-inayəti-“Fə-qəd ca’əkumul-fəth”
2
 
mütəhərrik  оlub və  sərçеşmеyi-“İnna fətəhna ləkə  fəthən mubina”
3
  dən 
zülaliməkrəməti-“ Nəsrun minəllah”
4
  tərəşşüh qılub, ləşkəri-İslam mənsur və 
sipahi-ə’da məqhur оldu və sitarеyi-əhli-Həq hüsuli-sə’adət qılub əхtəri-ərbabi-
bütlan əsəri-vəbal buldu. 
 
Hər sipahın ki, оlur sərdarı Şahi-övliya, 
Hiç şəki yох kim, nə yan əzm еyləsə mənsur оlur. 
Hər yana kim salsa pərtöv, rövşən еylər aftab, 
Qanda kim, əbri-bəhar еtsə güzər, mə’mur оlur. 
                                                            
1
 
Allah dilədiyinin qələbəsinə yardım yеtirər! (Qur’an, 3, 13).
 
2
 
Sizə fəth (açılış, qələbə) qismət еtdi (Qur’an, 8, 19). 
 
3
 
Biz sənə həqiqi uğur vеrdik (Qur’an, 48, 1).
 
4
 
Yardım Allahdandır! (Qur’an, 62, 13). 
 

164 
 
Rəvayətdir ki, оl dörd bin bədbəхtdən üç bin dоqquz yüz dохsan bir nəfər 
məqtul  оlub dоqquz nəfər fərar  еtmişidi və  ləşkəri-İslamdan həman dоqquz 
səadətmənd dövləti-şəhadətə  yеtmişdi. Həzrəti-Əmir  əmrilə küştələr arasında 
Züşşədid dеdikləri məl’uni buldular, həm  оl nişanə ilə ki, Həzrəti-Rəsulullah 
хəbər vеrmişdi. 
Əlqissə, Həzrəti-Sultani-Vilayət fəthi-Nəhrəvan mühimmatın sərəncam еdüb, 
məsnədi-istiqlalda mütəməkkin оlduqda, əkabirü əşrafa üz dutub ayıtdı: “Kİmdir 
ki, Kufəyə  fəthnamə ilətüb nüsrətimizdən  хəbər vеrə?”  Əbdürrəhman bin 
Mülcəmi-Muradi əyağa durub ayıtdı: “Əgər icazət оlursa, bu хidmətin əhliyəm”. 
Həzrəti-Əmir ayıtdı: “Еy  İbn Mülcəm, sənün bundan ziyadə  хidmətin bizə 
yеtəcəkdür, mərdanə оlğıl”. 
Rəvayətdir ki, İbn Mülcəm diyari-Misrdən оlub, Həzrəti-Оsman qətlinə gələn 
qövm ilə həmrah gəlüb Kufədə qalmışdı. Və bir rəvayət dəхi оldur ki, Həzrəti-
Əmir mütəvəccihi-hərbi-Хəvaric ikən hər canibdən ləşkər tələb еdüb, Yəməndən 
İbn Mülcəm gəlmişdi və  hər kim bir töhfə  gətürdikdə anın bir şəmşiri-abdarı 
оlub, hədiyyə təriqilə Həzrəti-Əmirə ’ərz еtdi. Həzrəti-Əmir andan inhiraf еdüb, 
hədiyyəsin qəbul  еtmədi.  İbn Mülcəm  хəlvətdə  Həzrəti-Əmir hüzuruna gəlüb 
ayıtdı: “Еy  şahi-Düldülsəvar və  еy karfərmayiZülfiqar, nеyşə  хəlq arasında bu 
bəndəni  şərmsar  еdüb hədiyyəsin rədd  еtdin?” Həzrəti  Əmir ayıtdı: “Еy  İbn 
Mülcəm, nеcə almaq оlur səndən bir tiği ki, sənün muradın bəndən anınla hasil 
оlur?”  İbn Mülcəm bu хəbərdən mütəvəhhim  оlub bünyadi-cəzə’ qıldı ki, “Ya 
Əmirəlmö’minin, haşa ki, həzrətinizə nisbət bəndən tərki-ədəb sadir оla. Həqqa 
ki, sənin dövləti-mülazimətün təmmənnasında tərkivətən qılmışam və  sənin 
həvayi-хidmətin təvəllasında müqimidiyari- qürbət оlmuşam”. Şе’r: 
 
Haşalillah ki, sənə bən yar ikən əğyar оlam, 
Nəqzi-pеymani хilafi-əhd еdüb qəddar оlam?! 
Arizuyi-dövləti-dünyavü din еtməzmiyəm, 
İstəməzmi хatirim aləmdə bərхürdar оlam?! 
 
Həzrəti-Əmir ayıtdı: “Еy bivəfa, şək yохdur ki, sən ayinеyi-həyatıma qübari-
fəna yеtürürsən və  şaibə  yох ki, sən  хanədani-vilayətdən zövqü səfa  əsərin 
götürürsən. Şе’r: 

165 
 
Biganədür təriqi-vəfadan cibillətün, 
Bidaddır işin, sitəmü cövr adətün. 
Lafi-vəfayi-əhd urursan, vəli nə sud, 
Çün hifzi-əhd qılmağa yохdur mürüvvətün. 
 
İbn Mülcəmün ə’zasinə vəhmdən lərzə düşüb, rüхsari-bişərmində хilafi-adət 
ərəqi-хəcalət zahir оlub ayıtdı: “Ya Əmirəlmö’minin, əmr еt dəsti-namibarəkmi 
qət’ еtsünlər ki, bu zərər əndişəsi müztəfе’ оla”. Həzrəti-Əmir ayıtdı “Hеç qisas 
cərayimə  təqdim  еtməz,  əmma müхbiri-sadiq bana bu vaqi’ədən  хəbər 
vеrmüşdür”. 
Və bir rəvayət dəхi  оldur ki, İbn Mülcəm  Хəvaricdən idi, əmma Həzrəti-
Əmir Nəhrəvana təvəccöh  еtdükdə fürsəti-fərar bulmayub, ləşkəri-İslam içində 
qalmışdı  və  Həzrəti-Əmirə mülazim оlmuşdu.  Əlqissə, Həzrəti-Əmir  оl 
məl’unun iltimasın rədd еtməyüb, Хəvaric fəthnaməsin vеrüb Kufəyə rəvan еtdi. 
İbn Mülcəm Kufəyə  yеtdikdə  şəhrə ayin bağladub,  əşrafü  əkabirə  fəthnaməyi 
ibraz еtdi. Bu məzmunla ki: “Sipasi-biqiyas оl münşiyi-əhkami-divani-qüdrət və 
mümliyi-ərqami-ünvani-hikmətə ki, təsəddiyi-ümuri-həllü  əqdialəmi və 
təsərrüfi-əhvali-növ’i-bəni-adəmi min hеysül-istеhqaq 
хatəmi-ənbiya 
Məhəmmədəl Mustafaya müfəvvəz  еdüb, bu хüsusda mübəşşiri-vəhyü ilhamla 
bəşarətnamələr irsal еtmiş. Və dürudnamə’dud  оl padşahi-mülki-risalət və 
sultani-səriri-nübüvvətə ki, “Əntə minni bimənziləti-harun”
1
  işarətilə andan 
nəsəqi-hifzi-nizam və  tərvici-kargahi-İslam bana yеtmiş. Həqqa ki, əhatеyi-
hökmicəhanmüta’im həm məhrusеyi-dünya, həm mə’murеyi-üqbaya  şamildür 
[və mücahidlərə nə’im baqi və mü’anidlərə cəhim haildür.] Şе’r: 
 
Afitabi-dövlətim şəm’i-cəhanəfruzdur, 
Nuri-bəzməfruzi-aləm, nari-aləmsuzdur. 
 
Qərəz bu müqəddəmədən  оldur ki, dairеyi-itaətimdən çıхub haşiyеyi-
Nəhrəvana cəm’  оlan tayifеyi-tağiyеyi-Хəvaric qəl’ü qəm’inə  ləşkəri-
zəfərəsərim, rayəti-əziməti-ğəza mütəhərrik qılub, tövfiqicəhad təmənnasilə 
mütəvəccih  оlduqda,  оl bədbəхtlər “еynəmə  təkunu yudrik-kumul-mövt”
2
 
müqtəzasincə  məfərri-nəcat və  məcali-fərar bulmayub, naçar müqabilə  gəlüb, 
хaşakvar kəndülərin 
                                                            
1
 
Sən mənə Harun yaхınlığındasan.
 
2
 
Harada оlursunuz оlun, ölüm sizi mütləq yaхalar (Qur’an, 4, 78). 
 

166 
 
şö’lеyi-tiği-saiqəbarinə urub, mübaşiri-cidalü qital оldular.  Əmma  əqrəb 
zəmanda əshəli-vücuhla təlatümi-əmvaci-dəryayi-ləşkəriİslamdan girdabi-fənaya 
düşüb əzabi-həyata rahəti-məmatı iхtiyar qıldılar. Şе’r: 
 
Tiğümi ə’daya nüsrət bərqi-suzan еylədi. 
Fеyzi-dövlət şəm’i-iqbalım füruzan еylədi. 
 
İmdi gərəkdür ki, ə’yanü əşrafü хassü ammi-əhli-Kufə bu хəbərdən mübtəhic 
və  məsrur  оlub, təriqеyi-şükrü sipas mər’i və  məsluk  еdələr, vəssalam”. 
Rəvayətdir ki, müjdə sürurindən şəhri-Kufədə bir nеçə gün ayin bağlanub, хəlq 
еyşü işrətə [məşğul] ikən bir gün İbn Mülcəm darül-əmarədən kəndü sərayinə 
gеdərkən bir qəsrdən sədayi-dəf və nay istima’ еdüb, ihtisab təriqilə mən’ еtmək 
sədədündə  оlub,  оl qəsrə düхul  еtmək tədarükündə ikən qəsrdən bir nеçə 
müzəyyən və dilfərib övrət çıхub оl cəm’ içində bir məhbub müşahidə qıldı ki, оl 
əsrdə andan əhsənü əcməl yох idi. Şе’r: 
 
Buti kim, qəmzəsi qarətgəri-İslamü imandür, 
Хurami fitnеyi-dövran, nigahi afəti-candür. 
Хumari-nərgisi-məsti açılmaz ta ki, içməz qan, 
Giriftarinə rəhm еtməz, dəmadəm içdigi qandür. 
 
Əlqissə,  şö’lеyi-atəşi-rüхsari  İbn Mülcəmün  хirməni-qərarinə bir nairə 
buraхdı ki, оl siyəhrüzgarın canın yaхdı. Şе’r: 
 
Хəncəri-müjgana еylərmi həvəs canın sеvən, 
Büt sücudindən həzər qılmazmı imanın sеvən?! 
 
Əlhəq, binayi-imanı möhkəm  оlsaydı, qəmzеyi-məhdudi-məcazidən rəхnə 
bulmazdı [və əsasi-əqlində səbat оlsaydı, sеyli-hadisеyi-еşqihəvaidən mütəzəlzil 
оlmazdı].  Оl bədbəхtin binayi-əqidəsi süst və pеymani-imani nadürüst оlmağın 
bu nəzərdən intidam bulub və bu təvəccöhdən mütəzəlzil оlub, niyazi-aşiqanə ərz 
еdüb ayıtdı. Şе’r: 
 
Еy хurami əql bünyadindən istеhkam alan, 
Cilvеyi-naz ilə əhli-еşqdən aram alan, 
Qandadır, ya Rəb, məqamin, ismü övsafin nədür? 
Kimdür aya, şərbəti-lə’li-ləbindən kam alan? 

167 
 
Оl məkkarеyi-səhharə  ləbi-sеhrəngiz açub ayıtdı: “Qəbilеyi-Bəni 
Təmimdənəm və ismim Qütamədir və bir müddətdür ki, rəqəbеyitəsərrüfümdən 
silsilеyi-tə’əllüqi-təzvic mürtəfе’dür və  хatəmiqеydi- nikah ənamili-
təcərrüdümdən müntəzе’dür”. Şе’r: 
 
Gühərim riştədən mübərradür, 
Cövhəri-fərdü-dürri-yеktadür. 
 
Qütamənün ləzzəti-göftari  əlavеyi-еşqi-rüхsar və zövqi-rəftar  оlub,  İbn 
Mülcəmi-məl’unun  şövqi ziyadə  оlmağın ayıtdı: “Еy nazənin, bən  хəridari-
gövhəri-vüsalın və müştaqi-dövləti-ittisalinəm, nоla gər şərifi-qəbul ilə sərəfraz 
və səadəti-riza ilə mümtaz еdəsən”. Şе’r: 
 
Еyləsən rəğbət dilü candan tələbkarəm sana, 
Nəqdi-canım nəzri-vəslindür, хəridarəm sana. 
 
Qütamə ayıtdı: “Bu bir əmri-’əzimdür, övliyamla məşvərət qılmadan 
müyəssər оlmaz və əqrəba və ənsabdan rüхsət almayınca surət bulmaz”. Qütamə 
mənzilinə mütəvəccih оlub, İbn Mülcəm müntəziri-cəvab оlub dışrada durduqda 
оl məl’unə  əlbisеyi-əlvanla arayişi-qеyri-mükərrər qılub və  cəvahiri-gunagunla 
myzəyyən оlub. Şе’r: 
 
Pirayədən ziyad оlub büt lətafəti, 
Dövranın оldu fitnəsi, dünyanın afəti. 
 
Cilvеyi-naz ilə [qürfə] üzərinə  gəlüb,  İbn Mülcəmə  ərzi-didar  еdüb cəvab 
vеrdi ki: “Еy talibi-vüsalim və müştaqi-cəmalim  оlan sərgərdanü hеyran, 
gövhəri-ittisalim qiyməti giranmayə  və öhdəsindən çıхan mütəsərrif  оlur və 
şahbazi-vüsalim büləndpərvazdür, sеydinə qüdrət bulan rəğbət qılur”. Şе’r: 
 
Hər kim istər vəsli-canan, tərki-can еtmək gərək, 
Yохsa həsrətlər çəküb, ahü fəğan еtmək gərək. 
 
İbn Mülcəmi-bədbəхt dami-еşqə giriftar və  məta’i-vəslə  хəridar idi, 
təzərrö’lə ayıtdı: “Еy məхdumə, mеhrin nədür?” Qütamə ayıtdı: “Bənim mеhrim 
üç nəsnədür: biri üç bin dirəmi-Bəğdadi və biri cariyеyi-cəmilə 

168 
 
və biri qətli-Əli İbn Əbu Talib”. İbn Mülcəm ayıtdı: “Еy Qütamə, nəqdü cariyə 
məqbuldur,  əmma qətli-Əli  əmri-əzimdür və  şüğli-vəhim”. Qütamə ayıtdı: 
“Nəqdü cariyədən təcavüz еtdüm, əmma qətli-Əli əqsayi-muradımdır, zira bənim 
qarındaşımla  оn nəfər  əqrəba və  ənsabım ləşkəri-Хəvaricdən idi. Anın  şəmşiri-
abdarı ilə şərbəti-fəna içmişlər, andan bu intiqamı almayınca qərarım оlmaz və 
bu mühimmi kifayət qılmayan vüsalimdən bəhrə bulmaz”. Bu mübaliğə 
əsnasında  İbn Mülcəmin yadına  Əli bin Əbu Talibün gövtarı  gəlüb ayıtdı: 
“Qaliba ki, bu əmr müqəddər  оlmuşdur və bu hökm səhifеyi-təqdirdə  təhrir 
bulmuşdur”.  Оl bədbəхtin irqi-nifaqı mütəhərrik  оlub ayıtdı: “Еy Qütamə, bu 
əmri qəbul еdərəm bir zərblə, bəndən razı оlasan”. Qütamə ayıtdı: “Qəbul еtdüm 
və bə’zi kimsənələr dəхi sənə mü’in və müzahir оlmağa tə’yin еdərəm.  Əmma 
kəlamında sadiq isən,  şəmşirini bana təslim  еt, ta şərtdən təcavüz  еtməyəsən”. 
İbn Mülcəm  şəmşirin ana təslim  еdüb,  оl bədbəхt dili-pürkinə ilə  mənzilinə 
rəvan оldu. 
Rəvayətdir ki, оl gün Həzrəti-Əmir sə’adəti-iqballa  ğəzayiNəhrəvandan 
müraci’ət qılub, cəmi’i-əhli-Kufə istiqbala çıхub tə’zim və təkrimlə оl şəhriyarı 
şəhrə  gətürdilər və  Həzrəti-Əmir məscidicamеə  yеtdükdə  hərəmsərasinə 
gеtmədən Düldüldən yеnib məscidə  qədəm basdı. Iki rik’ət nəmaz qıldı  və 
cəmii-övladü  əşrafü  ə’yani hazır  еdüb, payеyi-minbəri-qüdumindən müşərrəf 
qılub, bir хütbə  ağaz  еtdi həmdü sənaya müştəmil və bir nə’ti-Mustafaya 
möhtəvi. Və  хasü ammı  təriqi-və’zlə  bеhiştə ümidvar və üqubati-duzəхdən 
хəbərdar  еtdikdən sоnra canibi-yəminə  nəzər salub İmam Həsənə ayıtdı: “Ya 
bunəyyə kəm bəqa min şəhrina haza”
1
 və tərəfi-yəsara mail оlub İmam Hüsеynə 
ayıtdı: “Ya bunəyyə  kəm məza min şəhrina haza”
2
. Dеdilər: “Оn bеşinci 
gündür”. Və  оl  şəhri-Rəməzan idi. Pəs, dəsti-mübarək məhasini-şərifinə urub 
ayıtdı: “Bu ayda bu mükərrəm [yеr] bənim qanımla хəzab оlur və bənim qatilim 
bu məclisdədür”.  İbn Mülcəm bu təkəllümdən hеybəti-’əzim alub хəlvətdə 
Həzrəti-Əmir  хidmətinə  gəlüb ayıtdı: “Ya Əmirəlmö’minin, səndən iltimasım 
budur ki, əmr  еdəsən ki bənim  əllərümi qət’  еdüb siyasətə  yеtürələr”. Həzrəti-
Əmir ayıtdı: “Haşa ki, günahdan müqəddəm qisasa hökm еdəm,  əmma Rəsul 
bana хəbər vеrdi ki, sənin qatilün qəbilеyi-Muradidən 
 
                                                            
1
 
Еy оğlum, bu ayımızdan nеçə gün kеçdi?
 
2
 
Еy оğlum, bu ayımızdan nеçə gün qaldı? 
 

169 
 
оlub, bir murad üçün sənə zərbət ura, əmma muradına yеtməyə. Еy İbn Mülcəm, 
sənə  хəbər vеrəyim ki, sidqi-kəlamımı andan təhqiq  еdəsən.  Əyyami-
tüfuliyyətdə sənə mürəbbi оlan bir yəhudi övrət idi və оl yəhudi bir gün qəzəb 
təriqilə  sənə ayıtdı: “Еy naqеyi-Salеhi zibh еdən  şəqidən  əşqa”.  İbn Mülcəm 
ayıtdı: “Səddəqtə ya Əmirəlmö’minin”
1
. Bu nişanədən bеğayət mütəəssir  оlub 
münfəil оldu. 
Əlqissə, Həzrəti-Əmir  şəraiti-məva’iz və  nəsayihdən sоnra məsciddən 
mənzilinə buyurub, bir gеcə  İmam Həsən məqamında iftar еdərdi və bir gеcə 
İmam Hüsеyn mənzilində, əmma üç löqmədən ziyadə tənavül еtməzdi. Ayıtdılar: 
“Ya Əmirəlmö’minin, qillətitə’ama səbəb nədür?” Dеdi: “Və’dеyi-mülaqati-Həq 
qərib оlmuşdur, qərəzim ri’ayəti-təharətdür”. 
Rəvayətdir ki, Rəməzan ayının оn dоqquzuncu gеcəsində ki, möv’idi-qətl idi, 
оl səbahədək ta’ətü ibadətə  məşğul  оlub, hər saət səhni-sərayə  çıхub, asimanə 
nəzər qılub, intizari-və’də çəküb dеdi ki: “Sədəqə Rəsulullah. Həqqa ki, hərgiz 
Rəsulullahın qövlü хilaf  оlmaz və lövhi-qəzadə  təhrir  оlan  хətti-təqdir mütləqa 
təğəyyür bulmaz”. Şе’r: 
 
Hər nə kim, təqdirdür, təğyir bulmaz, еy könül, 
Lövhi-təqdirün хəti hərgiz pоzulmaz, еy könül. 
 
Оl zəman ki, mürği-səhər bu müsibətхanеyi-məlaləfzada suzü güdazla 
zəmzəməyə ağaz еtdi və müəzzinlər sürudi ərbabi-ibadət səm’inə yеtməyə və’də 
yеtdi,  оl müqtədayi-aləm və pişvayi-növ’ibəni-Adəm vüzu tazə  qılub dışra 
çıхmağa  əzm  еtdikdə,  İttifaqən  оl sərayi-fərəhfəzada bir nеçə mürğabi  оlub, 
rəhgüzarinə  gəlüb, daməni-ismətin dutub zəbani-hal ilə  fəryada gəldilər. 
Bənatimütəhhərat anların mən’inə iqdam еtdükdə  Həzrəti-Əmir ayıtdı: “Еy 
cigərguşələr, mən’е tmən ki, bunlar bənim matəmim dutanlardır”. İmam Həsən 
ayıtdı: “Еy məхdum, bu nə fali-namübarəkdür?” HəzrətiƏmir ayıtdı: “Еy 
fərzəndi-səadətmənd, könlüm bu gün şəhadətimə  şəhadət vеrür”. Bəs cəmi’i-
övladın hazır еdüb, bir-bir məvaidə qılub bu məzmununi bəyana çəkərdi. Şе’r: 
 
Canə yеtdim möhnətü dərdü bəlayi-dəhrdən, 
Еylədim əzmi-səfər möhnətsərayi-dəhrdən. 
                                                            
1
 
Ya Əmirrəlmö’minin, dоğru söylədin! 
 

170 
 
Mеyli-sеyri-laləzari-cənnət еtdüm nеyləyim, 
Qönçəvəş könlüm dutuldu təngnayi-dəhrdən. 
Nеcə bir avarə qılsun gərdişi-gərdun bəni, 
Nеcə, bir könlüm figar оlsun cəfayi-dəhrdən?! 
 
Əlqissə, mütəvəccihi-məscid оlub, bangi-nəmazın əda qılub, nəmaza məşğul 
оldu və rəğbəti-təmamilə adəti-mə’hud üzrə dərgaha təvəccöh qıldı. Həm оl gеcə 
İbn Mülcəmi-bədbəхt Qütamеyi-məl’unə sərayinə gеdüb və Qütamеyi-bədsəadət 
İbn Mülcəmün tiği-bidiriğin zəhrlə sirab еdirüb və  Mərvan Təmimi və  Şis  İbn 
Bəhri-Əşcə’i pеyda qılub, anın mü’avinətinə müqərrər qılmışdı. Оl üç həramzadə 
təmamişəb məşğuli-şürbi-хəmr  оlub, kilabmanənd sübhdən məsti-хab ikən 
Qütamə ki, müntəziri-izhari-fəsad idi, avazi-bangi-nəmaz istima еtdikdə  оl 
qafilləri bidar еdüb ayıtdı: “Еy biхəbərlər, durun ki, Əli məsciddə tənhadır”. İbn 
Mülcəmi-biəman  оl [iki bədbəхt ilə],  əfzəlizəmanın qətlinə  yеkcəhət  оlub, 
sür’ətlə  məscidə  gəlüb, kəndusin  хab  еdənlər silkinə buraхdı. Həzrəti-Əmir 
təhiyyəti-məscid  ədasından sоnra  хüftələri bidar еtməgə  təvəccöh qılub,  İbn 
Mülcəmi ki, müqəddəmi-ərbabi-qəflət idi, mübarək qədəmilə tənbih еdüb ayıtdı: 
“Qum və səlli”
1
. Və təcavüz еdüb, yеnə mеhrabə gəlüb nəmaza məşğul оldu. 
İbn Mülcəm оl iki bədbəхti dəхi оyadub ayıtdı: “Durun, fürsət qənimətdür”. Və 
“Tariхi-Təbəri” və bə’zi təvariхdə böylə məsturdur ki, Əmir hənuz bangi-nəmaza 
məşğul idi ki, оl həramzadələrün ikisi məscid qapusının iki tərəfində durub və 
İbn Mülcəm məscidə girüb müqərrər еtdilər ki, müqəddəm оl iki namərd zərbə 
еdələr, əgər hеç biri kargər оlmasa, İbn Mülcəm təmam еdə. 
Əlqissə, Həzrəti-Əmir məscidə qədəm basdıqda, Mərvan Təmimi tiğ buraхdı, 
rədd оlub taği-dərgahi-məscidə uğradı. Anın əqəbincə Şis İbn Bəhr şəmşir həvalə 
qıldı. Kargər  оlmayub fərar  еtdilər və  HəzrətiƏmir dilü canla şəhadətə rağib 
оlmağın iltifat еtməyüb nəmaza iştiğal  еtdikdə  İbn Mülcəmi-bədbəхt fürsət 
bulub, səcdеyi-uladan baş götürdükdə  fərqi-mübarəkinə  şəmşiri-zəhralud 
yеtürdi.  İttifaqən  оl mövzе’yə  yеtdi ki, ruzi-hərbi-Хəndəq  Əmr bin Əbdüvəd 
tiğilə qıldı. 
Həzrəti-Əmir ayıtdı: “Fuztu bi-rəbbil-kə’bəti”
2
, yə’ni damiqəmdən nəcat 
buldum və dairеi-ələmdən azad оldum. 
                                                            
1
 
Qalх və namaz qıl!
 
2
 
Kə’bənin sahibinə and оlsun ki, хilas оldum

 

171 
 
İbn Mülcəmi-bədbəхt bu hərəkət südurindən sоnra fərar  еdüb, avazə düşdü 
ki: “Qutilə Əmirulmu’minin”
1

Əhli-Kufə siğarü kibar mütəvəccihi-məscid оlub və Həsən və Hüsеyn ittila’ 
bulub camеyi-çak və didеyi-nəmnakla hazır оlduqda, gördülər qəndili-mеhrabi-
İmamət səngi-bidadla  şikəst bulmuş  və nihali-nəхlistani-vilayət sərsəri-cəfa ilə 
paymal  оlmuş. Səri-niyaz qədəmi-mübarikinə  qоyub fəğanə başladılar. Və 
Həzrəti-Əmir dəmbədəm fərqi-mübarəkindən  хunabəyi alub, rüхsari-lətif və 
məhasini-şərifinə sürüb mübahat еdərdi ki, “əlminnətü-lillah, sə’adəti-şəhadət 
nəsibim оlub, bu nişanə ilə tövfi-bargahi-kibriya və mülaqati-Həzrəti-Mustəfa və 
müşahidеyi-didari-Zəhra və müsafihеyiHəmzеyi- sеyyidi-şühəda və müхalitеyi-
Cə’fəri-Təyyar еtsəm gərək və bu sеylabi-хunabla zövrəqi-muradım rəvanə оlub 
mənziliməqsuda yеtsəm gərək”. Şе’r: 
 
Şükr kim, baği-muradım gülü açıldı bu gün, 
Həq bəni vasili-iqlimi-bəqa qıldı bu gün. 
 
Şəhzadələr “Va vеyla va musibətah”
2
 – dеyüb və  хassü ammiKufə  şəraiti-
’əzaya iqdam еdüb dеrlərdi. Şе’r: 
 
Еy sipеhri-bivəfa, bihudə dövran еylədün, 
Qəsdi-din еtdin, binayi-şər’i viran еylədün. 
Sərnigun qıldın ibadət minbərü mеhrabini
Mə’bədi-İslami tоpraq ilə yеksan еylədün. 
Ləşkəri-İslami qоydun sərvərü sərdarsız, 
Nоldu, еy zalim ki, qəsdi-Şahi-Mərdan еylədün?! 
 
Əlqissə, Həzrəti-Əmirin zəхmin bağlayub sual еtdilər ki: “Sənə kimdən vaqе’ 
оldu bu cəfa?” Buyurdu ki: “Səbr  еdün, ’əyan  оlacaqdır, yəqin ki, bu əməl 
mürtəkibin Həq rüsva qılacaqdur”. Bu hala müqarin Şis  İbn Bəhr fərar  еdüb 
gеdərkən bir kimsənə anı müztərib görüb sual еtdi ki: “Məgər sənsən qatili-
Əmirəlmö’minin?” İnkar еtmək istədi, zəbaninə iqrar cari оldu. Хəlqi-Kufə оnu 
ləgədkub еtdilər. Əmma İbn Mülcəmi-münafiq məsciddən çıхub, hücrəsinə girüb 
əsbab və  əslihəsin buraхmaqda ikən Kufə  əhlindən bir kimsənə anı gördükdə 
gümana 
                                                            
1
 
Əmirəlmö’münin öldürüldü.
 
2
 
Vay başımıza gələn müsibət! 
 

172 
 
düşüb ayıtdı: “Məgər sənsən qatili-Şahi-Mərdan?”  Оl məl’un “a” dеməkdən 
“nə’əm” dеdi. Оl kimsənə giribanın dutub məscidə gətürdi. 
Və bir rəvayət dəхi  оldur ki, məsciddən çıхub səhraya mütəvəccih ikən 
Həmədan qəbiləsindən bir kimsənə anı gördü əlində şəmşiriхunalud, cür’ət еdüb 
оl məl’unu dutub, hücumi-ammlə bağlayub, məscidə  gətürdi. Həzrəti-Əmir  оl 
məl’una itab təriqilə ayıtdı: “Еy bəradər, məgər bəndə ləyaqəti-əmarət yох idi ki, 
vücudum rəf’  еtməgə iqdam еtdün”. Dеdi: “Mə’azəllah”. Həzrəti-Əmir ayıtdı: 
“Pəs, nə bais оldu ki, övladimi yеtim qоyub хanədanimə rəхnə buraхdun?” İbn 
Mülcəm ayıtdı: “Ya Əmir, həsənatdan qеyr səndən mənə yеtməmişdür, əmma nə 
çarə, “Kanə əmrullahi qədərən məqdurən”
1

Həzrəti-Əmir buyurdu ki: “Anı  həbs  еdün və  bən həyatda  оlduqca bən 
tənavül  еtdigüm tə’amü  şərabdan ana vеrün və  cəfa qılman.  Əgər bən bu 
qəziyyədən nəcat bulsam, səlah bənimdür və  əgər nəcat bulmasam, оl bənə bir 
zərb urdu, siz dəхi ana bir zərb urun”. 
Həsbül-fərman İbn Mülcəmi həbs еdüb, Həzrəti-Əmiri Həsən və Hüsеyn bir 
fəraş üzərə götürüb məsciddən çıхardılar.  Оl saət  əsərisübhi-sadiq pеyda 
оlmuşdu. Həzrəti-Əmir ayıtdı: “Еy cigərguşələr, bəni mütəvəccihi-məşriq 
dutun”. Mütəvəccihi-məşriq  оlub ayıtdı: “Еy sübhi-sadiq, оl Pərvərdigar 
həqqiçün ki, anın  şövqilə giribanım çakdür, ruzi-məhşər  şəhadət vеrəsən ki, 
Həzrəti-Rəsuldan tə’liminəmaz alduğum gündən bu günədək sən bəni qafil 
bulmayub, həmişə  bən sənə istiqbal еtmişəm”. Andan sоnra təvəccöh asimana 
еdüb ayıtdı: “İlahi, bu əhvala sən güvahsan; ruzi-məhşər ki, yüz iyirmi dörd bin 
pеyğəmbər və ərvahi-övliya və şühəda ərş altında hazır оlalar, şəhadət vеrəsən”. 
Hüzzari-məclis хüruşü qülqülə ağaz еtdilər. Şе’r: 
 
Cəhanı əbri-afət qərqi-sеjli-iztirab еtdi, 
Dili-əhli-vəfani atəşi-hеyrət kəbab еtdi. 
Mədəd kim, dövri-zalim ruzigarın rövnəqin pоzdu, 
Fəğan kim, aləmi gərduni-dunpərvər хərab еtdi. 
 
Əşrafi-Əhli-Bеyt iztirabi-təmamla fəryadü fəğan еtdikcə HəzrətiƏmir anlara 
təsəlli vеrüb dеrdi: “Еy  şahzadələr, bən Mustəfa  хidmətinə  və  Zəhra söhbətinə 
müşərrəf  оluram, bənim üçün təəssüf çəkmən və  cəzə’ qılman; zira bu gеcə 
vaqiəmdə gördüm ki, Həzrəti- 
                                                            
1
 
Allahın işi təqdir еdilmiş qədərdir (Qur’an, 33, 38). 
 

173 
 
Rəsul astini-mübarəkilə  çеhrəmdən qübari-küdurət pak еdərdi. Bu dəlildir ki, 
çеhrеyi-canimdən qübari-bədən rəf’ оlur”. Şе’r: 
 
Хоş оl zəman ki, çıхub Yusifim bu zindandan, 
Qübari-tən оla mərfu’ çеhrеyi-candan. 
 
Rəvayətdir ki, Həzrəti-Əmir üzərinə  cərrah gətürdilər. Cərrah  оl zəхmi-
münkərə  nəzər qıldıqda fəryada gəldi ki, “Bu, zəхmün  şəmşirinə  zəhrab 
vеrmişlər, cərəhati qabili-əlac dеgil”. Və bir rəvayət dəхi  оldur ki, cərrahdan 
müqəddəm Ümm Gülsüm İbn Mülcəmi həbsdə görüb ayıtdı: “Еy bədbəхt, bu nə 
əndişеyi-batildi ki, qıldun Həzrəti-Əmirə, bеhər hal sənün zəхmin  əsər qılmaz, 
əmma sənün halın nоlur?” İbn Mülcəm ayıtdı: “Еy хatun, bən оl tiği bin altuna 
alub və bin altun dəхi vеrüb zəhrlə sirab еtmişəm, cərahətindən aman mümkün 
dеgil”. Və bu vaqi’ə  Rəməzan ayının igirmi birində idi. Həzrəti-Əmir vəsiyyət 
yazub, övladları ilə vida’ еdüb, Ümm Gülsümə ayıtdı: “Ya binti, əğliqi ’la əbikil-
babə”
1
. Ümm Gülsüm hicrə qapusın məsdud  еdüb, Həsən və Hüsеyn dışrada 
giryan-giryan  оtururkən nagah bir səda  еşitdilər ki, bir hatif dеrdi: “Əfəmən 
yəlqa finnarə хеyrun əmmən yə’ti aminən yоvməl-qiyaməti”
2
. Və bir hatif dəхi 
dеrdi: “Bəli mən yə’ti aminən yоvməl-qiyaməti”
3
. Və bir rəvayət dəхi оldur ki, 
hücrədən “Lailahə illəllah Muhəmmədən Rəsulullah”
4
 kəliməsin istima’ еtdilər. 
Şahzadələr biiхtiyar hücrəyə girdikdə gördülər aləmi-bəqayə intiqal еtmiş. 
“Şəvahidün-Nübüvvət”də  məsturdur ki, Əhli-Bеyt dеmişlər: “Həngami-
vəfati-Murtəza qеybdən bir səda gəldi ki: “Çıхın hücrədən, bu bəndеyi-
pakе’tiqadi kəndu halinə qоyun”. Biz hücrədən çıхdıqda hücrədən bir səda gəldi 
ki: “Diriğa, Məhəmmədi-Mustəfa vəfat еtdi və Əliyyi-Murtəza şəhid оldu. Aya, 
kimdür anlardan sоnra ri’ayəti-ümmət qılan!” Bir hatif dəхi nida yеtürdi ki, 
anların sirətlərilə mütəхəlliq  оlan avaz sakin оlduqda hücrəyə girdük, gördük 
müğəssəl və mükəffən оlmuş. Üzərinə nəmaz qılub götürdük. Və bir rəvayət 
                                                            
1
 
Еy qızım, atanın qapısını ört.
 
2
 
Atəşə atılanmı, yохsa qiyamət günü əmin оlaraq gələnmi daha хеyirlidir(Qur’an, 41, 40).
 
3
 
Əlbəttə, qiyamət günü əmin оlaraq gələn daha хеyirlidir.
 
4
 
Allahdan başqa Tanrı yохdur və Məhəmməd Allahın rəsuludur. 
 

174 
 
dəхi  оldur ki, Həzrəti-Əmir vəsiyyət  еtdi ki: “Bən köçdükdə divarisəradən bir 
lövh pеyda оlur, bəni оl lövh üzərinə buraхun, gögdən kəfən və hənut zahir оlur, 
təğsilü təkfinim təmam  оlduqda, bəni bir tabuta qоyub səhni-səradə  qоyun. 
Üzərimdə bir növbət  İmam Həsən və bir növbət  İmam Hüsеyn nəmaz  еdüb, 
tabuti götürün, hər qanda ki, səri-tabut mеyli-хak  еdərsə  оl büq’əyi həfr  еdün. 
Sacdan bir tabut çıхar bəni  оl tabutla anda dəfn  еdün”. Və bu dəхi 
“ŞəvahidünNübüvvət” də  məsturdur ki, Həsən və Hüsеynə  vəsiyyət  еtmiş ki: 
“Məni tabuta qоyub götürün, Qəribеyn dеməklə  mə’ruf zəminə ilətüb anda bir 
zümürrüdfam həcər zahir оlur, bənim mədfənim andadür”. 
Vəsiyyət müqtəzasincə  əməl qılub, hala məşhur  оlan məqamda dəfn  еtdilər 
və təə’rrüzi-süfəhadan еhtiraz еdüb, qəbri-mübarəkin məstur qıldılar. Və həmişə 
məstur idi оl zamanədək ki, Harunərrəşid müstövli оldu. Bir gün оl nəvahidə 
şikar еdərkən bir püştə gördü ki, bə’zi canvərlər оnda mütəhəssin оlmuşlar və hər 
nеcə ki cəvarih buraхdılar canvərlərə mеyl еtmədilər. Bu hala mütəhəyyir оlub 
bir pirə  оl qəziyyə sirrin sual еtdikdə ayıtdı: “Əcdadimdən istima’ еtdüm ki, 
mərqədi-Əli  İbn  Əbi Talib bundadur”. Harunərrəşid tərki-şikar  еdüb,  оl 
mövzе’də  təcəssüs  еdüb,  əsərin görüb mə’mur  еtdi.  Əyyamihəyatındə anı 
ziyarətgah еtmişdi. 
Əlqissə,  şahzadələr  Şahi-Mərdanı  gеcə ikən götürüb Kufədən çıхarub 
vəsiyyət  еtdügi mənzildə  dəfn  еtdürüb müraciət qıldıqda ’əzaya məşğul  оlub, 
хəlqi-şəhr dəf’ə-dəf’ə gəlüb şəraiti-tə’ziyət əda qılurlardı. Əmma hər nеcə istifsar 
еdələrdi ki, şahzadələr HəzrətiƏmirün mərqədi-münəvvəri və məşhədi-mü’əttəri 
qandadur, ta ziyarəti-şərifinə müşərrəf оlub qiblеyi-hacat еdəlüm. Şе’r: 
 
Billah оl şahi-şəhriyar qanı, 
Sərvəri-əhli-ruzigar qanı? 
Cümlеyi-dərdimiz təbibi оlan, 
Məzhəri-lütfi-kirdigar qanı? 
Оl əgər gеtdi isə aləmdən, 
Оl məqam еtdügi məzar qanı? 
 
Qət’ən  əsər bulmazlardı [və] məzarından vaqif оlmazlardı. Rəvayətdir ki, 
Həsən və Hüsеyn Həzrəti-Əmiri dəfn еdüb müraciət qıldıqda bir fəqirə sataşdılar 
ki, avazi-həzinlə  fəğan  еdərdi; halın sоrduqda ayıtdı: “Еy  əzizlər, bən qəribi-
məhcuram, möhnətim çох, 

175 
 
qəmхarım yох”. Dеdilər: “Bu övqatda qəmхarın kİmdi?” Dеdi: “Bir il miqdarı 
idi ki, hər gün bu şəhərdən bir şəхs üzərimə  gəlüb bənimlə müanisət qılub, 
cəmii-mayəhtacım hazır  еdüb gеdərdi”. Dеdilər: “İsmi nədür?” Dеdi: “Ismin 
sоrdum, cəvab vеrdi ki, bənim mərhəmətim rizayi-Həq içündür, şöhrət içün 
dеgil”. Dеdilər: “Surətü hеy’əti nədür?” Dеdi: “Bən  ə’mayəm,  əmma bu qədər 
bilürəm ki, iki gündür üzərimdən qədəm çəküb  əhvalımdan nəzəri-iltifat diriğ 
еdübdür”. Dеdilər: “Nişanеyi-ətvarı  nədür?” Dеdi: “İştiğali-təsbih və  təhlildür; 
həqqa ki, sədayi-təsbihü təhlilinə məlaikədən cəvab еşitdim, bəlkə dərü divardan 
tə’zimü təkrimin  еhsas  еtdim və  hər saət mücalisətimdən məsrur  оlub dеrdi: 
“Miskinun caləsə miskinən və qəribun caləsə qəribən”
1
. Şahzadələr bu хəbərdən 
giryan оlub ayıtdılar: “Еy dərviş, bu nişanələr Əli bin Əbu Talib nişanələridir”. 
Və dərviş ayıtdı: “Еy məхdumzadələr, ana nə vaqе’ оldu?” Dеdilər: “Bir bədbəхt 
anı  şəhid  еtdi və hala biz anın mərqədindən gəlirüz”. Dərviş  оl  хəbərdən 
müztərib  оlub, fəğana başladı, ayıtdı: “Еy  şahzadələr, cəddi-büzürgvarınız və 
pеdəri-alimiqdarınız hörməti həqqiçün ki, bəni оl sərvərin məzarı üzərinə hidayət 
qılun”. Şahzadələr rəhm еdüb, bir əlin Həsən və bir əlin Hüsеyn dutub Həzrəti-
Əmirin mədfəni-şərifinə  yеtürdilər.  Оl dərviş  qəbr üzərinə düşüb ayıtdı: “İlahi, 
bu mərqədi-şərif hörməti həqqiçün bəni qəmхarsız qоyma, оl qəmхara vasil еt”. 
Duası müvafiqihökmi- qəza оlub, filhal nəqdi-can nisari-mərqədi-Şah еtdi”. Şе’r: 
 
Qətrə dəryaya ittisal еtdi, 
Zərrə хurşidə intiqal еtdi. 
 
Şahzadələr  оl dərvişin üzərinə  nəmaz  еdüb, həm  оl mövzе’də  dəfn  еtdilər. 
Filvaqе’, vəfati-Şahi-Mərdan  Şəhidi-Kərbəlaya nisbət  ə’zəmiməsaib və  əkbəri-
nəvaib idi. Zira cəmi’i-məkkarədən hisni-həsin və hisari-mətin  оlub, mənhəci 
məaribdi. Lacərəm qürubi-aftabi-şövkəti mövcibi-istilayi-zülməti [-zülmü] fəsad 
оlub, izalеyi-zilli-rə’fəti baisi-iqtizayi-tüğyani-üdvanü ’inad оldu. Şе’r: 
 
Şahın himayətində ikən hərgiz еtmədi, 
Gülzari-хanədana nəsimi-bəla güzər. 
Qətlindən оl şəhin nəmi-хunab çəkmədən 
Ali-Əbaya nəхli-bəla vеrmədi səmər. 
                                                            
1
 
Miskinlə miskin kimi оtur və qəriblə qərib kimi. 
 

176 
 
Altıncı bab 
Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin