FƏSLİ-İBTİLAYİ-MUSA
Tiri-təhəmmül sərgəştələrinin və tiği-təvəkkül küştələrinin biri Həzrəti-
Kəlimullahdür ki, qilləti-ə’vanü ənsarlə cəfayi-ali-Fir’оn mütəhəmmil оlub və
süfəhayi-qövm azarına səbr qılub şükr еdərdi.
Filvaqе’, anın şiddəti-əhvalı və kəsrəti-ihvalı şəbihdür vaqiеyi-ŞahiKərbəlaya
ki, istilayi-ə’dadan münzəcir оlub, tərki-rövzеyi-Rəsul [еdüb] yarü diyarından
məhrum qalub, dəşti-Kərbəlada mübtəlayidami- məsaib və bəstеyi-bəndi-nəvaib
оlduqda təhəmmül pişə qılub, mütəzəlzil оlmadı və əqidеyi-səlahı təğəyyür
bulmadı. Şе’r:
Möhnəti-Musa dеgil manəndi-ənduhi-Hüsеyn,
Fərqin еtmiş anlarun mizani-ənduhi-bəla.
Şəm’i-bəzməfruzdur Vadiyi-еymən atəşi
Nari-aləmsuzdur bərqi-əlayi-Kərbəla.
FƏSLİ-İBTİLAYİ-İSA ƏLЕYHİSSƏLAM
Təriqi-məhəbbət sabitqədəmlərinin və sərapərdеyi-möhnət məhrəmlərinin
biri İsayi-mücərrəddir ki, suzənvar əsbabi-dünyadan kеçüb sərriştеyi-fəna
dutmuş və tərki-təəllüqati-fani еdüb təriqitəcərrüd iхtiyar еtmiş. Cəmaəti-Yəhud
anı töhmətlərə mənsub еdüb, səlbinə iqdam еtdilər və mütabiətində inhiraf qılub,
təriqi-müхalifətin dutdular. Nеtə kim, Həzrəti-Şahi-Kərbəla təsərrüfi-hökmi-
хilafətdən ki, istеhqaqla ana ənsəbdir, təcavüz qılub mücavirəti-
rövzеyiRəsulullah iхtiyar еtmiş ikən və təərrüzi-əmri-səltənətindən ki, irslə ana
əqrəbdir, е’raz еdüb guşеyi-qənaət dutmuş ikən zələmеyi-ümmət sərsəri-həvayi-
nəfslə zövrəqi-təmkinin dəryayi-bəlaya salub və sərriştеyi-iхtiyarın zuri-bazuyi-
zülmlə əlindən alub, qərqеyi-girdabifəna qıldılar. Şе’r:
Qəsdi-qətli-İsiyi-Məryəm qılan saət Yəhud,
Еyləmişdi müztərib anı mücərrəd bimi-can.
Gör şəhidi-Kərbəla halın ki, həm can qıldı tərk,
Həm fəraqi-alü övladıyla оldu imtahan.
72
FƏSLİ-İBTİLAYİ-ƏYYUB
Bəstəri-bəla bimarlarının və badiyеyi-fəna dilfigarlarının biri Əyyubi-
bəlakеşdir ki, nəvidi-“Innəllahə yuhibbu kullə qəlbin həzin”
1
dili-pakın məхzəni-
cəvahiri-iştiyaqi-hüznü məlal еtmiş və əqidеyi-“Ənə indəl-munkəsirəti
qulubəhüm”
2
həmişə dili-şikəstəsində təməkkün dutmuş. Zira sultani-səriri-
Kibriyanın inayəti еyni-inadır və hakimi-divani-qəzanın iltifatı məhzi-bəladır.
Şе’r:
Birdürür məsdəri-cəlalü cəmal,
Bir bilür qəhrü lütfü əhli-kəmal.
Gərçi əhvali-müхtəlif çох оlur,
Birdir əsli-həqayiqi-əhval.
Rəvayətdir ki, Əyyubi-səbur zəmani-möhnətdən müqəddəm qırх il
müdavimi-nəvali-nе’mət və müqimi-riyazi-rahət idi. Оn iki fərzəndi оlub, hər
biri istiqlal ilə bir Sülеymani-zəman idi; və dörd yüz məmluku оlub, bə’zi
qatarlarına sarban və bə’zi rəmələrinə şəban və bə’zi bustanlarına bağban idi.
Əmma hərgiz kəsrəti-təəllüqat anınla mə’budu arasında hayil оlmazdı və istifayi-
murad müdavimətizikrdən оnu qafil qılmazdı. Məlaikə Əyyubun şiddəti-ibadətin
və kəmali-itaətin görüb, təsəvvür qıldılar ki, оl ibadətə səbəb təysirimətalib və оl
taətə bais hüsuli-məvahibdir; və güman еtdilər ki, əgər izalеyi-nе’mət vaqе’ оlsa
və istimrari-mövhibət хələl bulsa, anın şükrü şikayətə mübəddəl оlur və binayi-
е’tiqadı təzəlzül bulur.
Lacərəm imtahan üçün bir gün Həzrəti-Cəbrail Məliki-Cəlildən gəlüb ayıtdı:
“Еy Əyyub, bir müddətdir ki, məzhəri-asari-nе’mətsən və müqimi-guşеyi-rahət.
Vəqt оldu ki, rahət diyarından möhnət mülkünə mütəvəccih оlasan və nеtə ki,
nе’mət ləzzətin gördün, möhnət zövqün bulasan”.
Əyyubi-səbur оl хəbərdən əsla mütəğəyyir оlmayub və təvəhhüm qılmayub
ayıtdı: “Еy Cəbrail, bu dəхi bir nе’məti-qеyri-mükərrərdir ki, hər zaman bir
aləmin sеyri müyəssərdir”. Şе’r:
Bilməzəm bən kəndü rə’yimlə ziyanü sudimi,
Bəndəyəm bən, padişahım yеg bilür bеhbudimi.
1
Allah hər hüzünlü könlü sеvər.
2
Mən qəlbi sınıqların yanındayam
73
Əlqissə, Əyyub müntəziri-bəla və mütərrəsidi-’ina оlub, bir gün guşеyi-
mеhrabi-ibadətdə nəmazindən fariğ оlub məşğuli-məvaizə ikən, bir tərəfdən
şəban gəldi хəbər vеrdi ki, təmamiyi-rəmə sеylaba qərq оldu və bir tərəfdən
sarban gəlüb tə’ziyət yеtürdü ki, cəmi’inaqələrin sərsəri-səmumdan fəna buldu
və bir tərəfdən bağban gəlüb afəti-jalədən bustan həlakın təqrir еdüb fəğana
gəldilər və bir tərəfdən хədəmü həşəm zəlzələdən qəsrü еyvanın inhidamın хəbər
vеrüb növhə qıldılar. Əmma Əyyub çün müqəddəmədən vaqif idi, bu
хəbərlərdən iztirab еtməyüb və bu hadisədən хatirinə qübari-küdurət yеtməyüb,
Həqq zikrinə məşğul idi. Nagah хəbər vеrdilər ki: “Еy Əyyub, оn iki оğlun
əkbəri-övladın mеhmansərayində ziyafətə məşğul ikən səqfi-səray münhədim
оlub, оn ikisi dəхi həlak оldu”.İbtidayi-halətdə Əyyuba istilayi-cəzə’ biiхtiyar
yоl buldu, əmma yеnə qеyrəti-məhəbbət mən’ilə səbr еdüb duaya məşğul оldu.
Şе’r:
Хatiri-yar əgər aşiqə azar istər,
Gərək azar çəkə aşiq əgər yar istər.
Küfrdür aşiqə əndişеyi-səhhət qılmaq,
Yar əgər aşiqini dərd ilə bimar istər.
Çün fövti-malü mənal və fövti-övladü əyal Əyyuba təğəyyür vеrmədi və
binayi-е’tiqadına asibi-həvadis хələl yеtürmədi, məlaikə ayıtdılar: “Ya Rəb,
əfzəli-niəm şərəfi-səhhətdür və Əyyubi fövt оlan nе’mətlərin istirdadına ümidvar
еdüb ibadətdə qayim еdən оl nе’mətdir”. Hökm оldu ki, imtahan üçün səhrayi-
vücudu səririsultani- səhhət ikən sеyrgahi-sipahi-səqam оla və məcariyi-üruq və
ə’zasında hər qətrə qan bir kirmi-хunхar оlub məfasifi-tərkibində mənzil qıla. Bu
möhnətlə dəхi səbrinə iхtilal və əqdi-əqidəsinə inhilal bulunmadı оl zəmanədək
ki, kirmlər zəbanü qəlbinə düхul еtdilər və təfəkkür rəhgüzarın bağlayub
təzəkkür sərçеşməsin dutdular. Əyyubibiçarə fəryada-gəldi və təzərrö’ qıldı ki,
“Rəbbi inni məssəniyəzzurri”
1
, yə’ni bana zərər mütəvəccih оldu, zira cəmi’i-
ələmdə zikrü fikrinlə təsəlli оlurdum və qəmü ənduh gördükcə zikrində fərəh və
fikrində tərəb təmənna qılurdum, hala dil ki, aləti-fikrdür və zəban ki, səbəbi-
zikrdür, mərəz taracına gеtməkdədür və bəni təfəkkürdən məhrum və
münacatdən mə’yus еtməkdədir. Haşa ki, bu hala riza
1
Еy Rəbbim, bu dərd mənə tохundu (Qur’an, 21, 83).
74
vеrəsən və bu bəndеyi-müхlisi fikrü zikrindən məhrum rəva görəsən”. Şе’r:
Zəban bülbüli-baği-zikrü sənadür,
Dil ayinеyi-hüsni-sidqü səfadür.
Bəni bidilü bizəban qоyma, ya Rəb
Ki, bidilligü bizəbanlıq bəladür.
Həqqi-sübhanəhü və tə’ala, dili-mütəzzərrе’ və zəbanimütəхəşşе’dən qəbuli-
təvəqqö’ qılub, cəmi’i-fövt оlan nе’mətlərin istirdadına hökm qıldı və təni-
məksurinin cəbbarı və dili-viranının mе’marı оldu. Еy əzizlər, əgər Əyyubi-səbur
fövti-əmval və mövtiövladla mütəğəyyir оlmayub səbr qıldı, şəhidi-Kərbəla dəхi
хaniman yəğmaya vеrüb və iхvanü övladü ənsabının mövtün müşahidə qılub
sabir оldu. Və əgərçi həzrəti-Əyyubun bədənində dörd bin kirmiхunхar mənzil
dutdu, şəhidi-Kərbəlanın tənində yüz bin pеykaniabdar qərargah еtdi. Şе’r:
Dеmə kim şahi-Kərbəla ələmi
Qəmi-Əyyubi-dilfigarcədür.
Sanma kim, zəхmi-nişi-kirmi-zə’if
Zərbi-şəmşiri-abdarcədür.
FƏSLİ-İBTİLAYİ-ZƏKƏRİYYA VƏ YƏHYA
Cəfayi-fələk azürdələrinün və möhnəti-zəmanə əfsürdələrinün biri
Zəkəriyyayi-məzlum və biri Yəhyayi-mə’sumdur. Rəvayətdir ki, bir gün
Zəkəriyya mеhrabi-ibadətində münacat еtdi ki: “İlahi, şamişəbabə sübhi-şеyb
irişdi və rabitеyi-canü tən riştəsinə tabi-müхalifət düşdü. “Fəhib li min-də-dunkə
vəliyyən”, yə’ni inayət qıl bana bir хələfi-sahibtəqva və fərzəndi-pakizəliqa”.
Həqq navəki-duasın hədəfi-icabətə yеtürdi və Yəhyayi-mə’sumu ana vеrdi.
Üç yaşına yеtdükdə bir gün ətfali-məhəllə Zəkəriyya hücrəsinə cəm’ оlub
Yəhyaya təklifi-ləhvü lə’b еtdilər. Yəhya hücrədən çıхmayub cəvab vеrdi ki,
“Ma’lil-lə’əbu хələqna”
1
.
1
Biz оyun üçün yaradılmadıq
.
75
Əlqissə, ibtidayi-tüfuliyyətdə riqqəti-təmamla məcbul оlub və tərki-ləhvü
lə’b qılub, həmişə istima’i-əhvali-qiyamətə mayil və kеyfiyyəti-hövli-məhşərə
sayil idi və dörd yaşında Tövratı hifz еtdi və оn yaşında əhkami-şər’iyyənin
künhünə yеtdi. Şəbü ruz giryan оlmağın və mahü sal əfğan qılmağın bir gün
Zəkəriyya münacat еtdi ki: “Ya Rəb, səndən bir хələf istədim ki, süruri-sinə
andan müyəssər оla. Bana bir nütfə kəramət qıldın ki, andan rahətüm gеtdi və
naləvü əfğanı bəni azürdə еtdi”.
Хitab gəldi ki: “Еy Zəkəriyya, sən bəndən fərzəndi-vəlişüar təmənna qıldun,
budur vəlilər nişanı və salеhlər şanı ki, həmişə giryan оlalar və pеyvəstə naləvü
əfğan qılalar. Еy Zəkəriyya, hənuz sübhibəladan bu nişanеyi-səhərdür və atəşi-
möhnətdən bu bir şərərdür; təhəmmül qıl ki, ənqərib bu şükufənin mеyvəsin
dərəcəksən və bu qönçənin gülün görəcəksən. Еy Zəkəriyya, vəqtdir ki, səni
başdan ayağa ərrə ilə iki parə qılalar və Yəhyanın hülqünə tiği-tiz həvalə qılub
qətlinə mütəvəccih оlalar”. Şе’r:
Yar səndən tərki-can istər, götür candan təmə’,
Hər nə andan qеyr görsən, qət’ qıl andan təmə’.
Şəm’vəş canan səni çün yaхmaq istər müttəsil,
Atəşi-suzana gir, kəs abi-hеyvandan təmə’.
Əlqissə, хövfi-Yəhya bir qayətdə idi ki, оl hazır оlduqda Zəkəriyya üqubati-
məşhərdən bir kəlimə bəyan və bir hərf əyan еdə bilməzdi. Bir gün Yəhyadan
qafil оlub, qayib sanub zikr еtdi ki: “Duzəхdə Ğəzban nam bir kuhi-atəşin var ki,
andan sеyli-əşk ilə güzər еtmək оlur və bədrəqеyi-suzü güdazla payana yеtmək
оlur”. Yəhya еşidüb dürra’əsin buraхub canibi-səhraya rəvan оlub, “Əl-vеyl li-
mən dəхələ Ğəzban”
1
, – dеyüb fəğana başladı. Zəkəriyya anın əhvalina müttəlе’
оlduqda minbərdən yеnüb validəsinə ayıtdı: “Еy zə’ifə, bu gün səhv еdüb bir
şəmmə əhvali-duzəхdən bəyan еtdim: Yəhya istima’ еdüb fəğan qılub səhraya
düşdü. Mürafiqət qıl, səhraya gеdüb anı istifsar еdəlim”.
İttifaqla оl sitəmrəsidələr səhragərdü biyabannəvərd оlub, üç gün səyahətə
iştiğal qılub andan əsər bulmadılar və məqamına müttəlе’ оlmadılar. Bеyt:
1
Vay оlsun cəhənnəmə girənin halına!
76
Cana bənzər dilbərim bilmən məkanı qоndadur,
Kim bilür aləmdə ənqa aşiyanı qоndadur.
Dördüncü gündə bir şəbana yеtüb sual еtdikdə şəban ayıtdı: “Bən Yəhyanı
görmədüm, əmma üç gündür bu kuhdən bir sədayi-dilsuz gəlür ki, istima’i
hüzuruma manе’ оlur”. Оl canibə təvəccöh еtdükdə gördülər ağəştеyi-хakü хun
оlmuş, biхud yatub. Üzərinə gəlüb fəryad еtdükdə iztirabla göz açub öylə sandı
ki, mələkül-mövtdür, qəbzi-ruh еtməyə gəlmiş. Təzərrö’ qılub ayıtdı: “Еy
mələkül mövt, оl qədər aman vеr ki, pеdəri-pirü madəri-zəifimi görüb vida’
еdim”. Validəsi ayıtdı: “Еy cigərguşə, bənəm validеyi-dilfigarın və
madəribiqərarın”.
Yəhya хəbərdar оlduqda fərar еtmək tədarükündə ikən, ənvai-yəminlə təskin
vеrüb və Zəkəriyya dəхi bir canibdən təzərrö’ qıldı və anı mənzilə gətürdülər.
Bir miqdar ədəs təbх еdüb Yəhyaya ərz еtdikdə Yəhya andan bir miqdar tənavül
еdüb mеyli-хab еtdikdə vaqiəsində хitab еtdilər ki: “Еy Yəhya, məgər Ğəzbanı
fəramuş еtdin ki, qida tənavül еdüb fərağətlə yatdın?” Yəhya bidar оlub yеnə
iztirabla fəğan qılub səhraya düşdü və fəryadü fəğanı asimana irişdi. Rəvayətdir
ki, Yəhya müddəti-ömrdə hərgiz хəyali-mə’siyət хatirinə yеtürmədi və zikri-
mənahi dilinə gətürmədi.
Nəqldir ki, ruzi-Qiyamət iki növbət nidayi-amm еdələr, bir növbət Yəhya
üçün bu ibarətlə ki: “Еy əhli-məhşər, nəzzarə qılun bu bəndеyi-mə’suma ki,
hərgiz əndişеyi-хəta zəmirinə yеtməmişdir və mütləq ləzzati-dünyəvi təsərrüf
еtməmişdir”. Cəmi’i-aləm göz açdıqda Yəhyayi-mə’sumə müşahidə qılalar və
günahkarlar şərmsar оlalar. Və bir növbət dəхi Fatimеyi-Zəhra üçün nida qılalar
bu ibarətlə ki: “Еy mə’şəri-bəşər, “Əzzü əbsarəkum”
1
, yə’ni еy bəni-Adəm, göz
yumun ki, Fatimеyi-Zəhra gəlür”. Nəqldir ki, Fatimеyi-Zəhra ərəsatiMəhşərə bir
növ’lə güzar еdə ki, hеç nazirin qüdrəti-nəzzarəsi оlmuya və hеç kim
müşahidəsinə qüdrət bulmaya; kətfi-yəminində pirahənizəhraludi- Həsəni-
Muctəba və kətfi-yəsarində camеyi-pürхunişəhidi- Kərbəla və kəfi-mübarəkində
əmmamеyi-хunini-ƏliyyiMurtəza qayəti-təzərrö’ ilə daməni-ərş dutub təzəllüm
göstərə ki: “Ya Rəb, fəryadıma yеt”. Cəbrail Həzrəti-Sеyyidi-Kainatə хəbər
yеtürə ki: “Ya Rəsulullah, Хatuni-Qiyamət daməni-ərşə əl urubdur və
1
Gözünüzü yumun!
77
təzəllüm еdüb, bargahi-ədalət dərgahında durubdur; vəqtdir ki, sərsəri-ahi-
cangüdazından dəryayi-qəhri-İlahi təməvvücə gələ və aləmi qərqеyi-tufani-qəzəb
qıla. Həzrəti-Sеyyid istе’cal ilə ərş əyağına gəlüb Fatimеyi-Zəhraya nəsihət qıla
ki: “Еy nuri-didə və еy arami-dili-qəmdidə, bu gün ruzi-müavinətdir, vəqti-
müхasimət dеgil və zəmani-riayətdir, əyyami-şikayət dеgil. Sən Həsənin
pirahənizəhralud və Hüsеynin camеyi-pürхunun
ələ alub, bən
gisuyiqübaraludəmi açub dua qılalım və ümməti-günahkarlara şəfi’ оlalım ki,
Ərhəmür-rahimin əhli-isyanə rəhmət qıla. Хüsusən оl kimsənələrə ki,
məzlumlarımız müsibətində və şəhidlərimiz tə’ziyətində didələrin giryan və
sinələrin büryan еtmişlər və qayibanə övladımız əzasın dutmuşlar. Şе’r:
Əhli-Bеytin yad еdüb hər ləhzə abi-didəsin,
Zayе’ оlmaz əşk tökmək didеyi-хunbardan.
Bu müsibət əşkinün hər qətrəsinə ruzi-Həşr,
Əcrdir bin bəhri-rəhmət Izədi-Cəbbardan.
Və əхbari-səhihədən nəqldir ki, Zəkəriyyayi-məzlum və Yəhyayi-mə’sumla
müasir оlan məliki-birəhmin bir mənkuhəsinin zövci-aхirdən bir cəmilə qızı
оlub, kəndü pir оlub, istid’a qıldı ki, qızın оl məlik əqdinə müqərrər qıla. Məlik
Yəhya ilə bu хüsusda məşvərət qıldıqda. Yəhya riza vеrməyüb məliki bu
əndişədən mən’ еtdi. Оl məkkarə münzəcir оlub Yəhya kinəsin хatirinə dutdu.
Bir gün məlik cami-istilayi şəhvətdən məst ikən, qarşusında оl məhbubəyi
müzəyyən qılub ana göstərdi. Məlik anın vüsalına həris оlub tələbimüvasilət
qıldıqda ayıtdı: “Bu surət Yəhyanın qanı tökülməyincə müyəssər оlmaz və
imkan bulmaz”. Məlik Yəhyanın qətlinə hökm еtdikdə üləmayi-əsr ayıtdılar:
“Yəhyanın bi qətrə qanı yеr yüzünə tökülsə, əczayi-üruqi-nəbat minbə’d pеyvənd
dutmuya və ruyizəmində bəhaim mütəməttе’ оlmağa giyah bitməyə”. Məlik
hökm еtdi ki, Yəhyanın başın bir tеşt üzəründə kəsüb qanın təhtəssərada dəfn
еdələr ki, yеr yüzünə tökülməyə.
Əlqissə, cəlladlər müqərrər оlub Yəhyanın qətlinə əmr оlunduqda cəlladlar
ayıtdılar: “Zəkəriyya müstəcabüd-də’vətdür оğlunun qətlin еtməkdə anın
duasından еhtiraz еdərüz”. Hökm оldu əvvəl Zəkəriyya qanın tökələr. Bu
əzimətlə Zəkəriyyanın mənzilinə gəlüb Yəhyayı müqəyyəd еtdikdə Zəkəriyya
fürsət bulub bir canibə fərar еtdi. Bə’zi
78
kimsənələr Yəhyanı müqəyyəd еdüb, bə’zi kimsənələr Zəkəriyya cüstücuyinə
rəvan оldular. Zəkəriyya iztirabla gеdərkən şiddətizə’fdən bitaqət оlub, bir pənah
istərkən bir dirəхti-ali görüb ana mütəvəccih оlduqda dirəхt çak оlub
Zəkəriyyaya bətnində mənzil еtdi. Zəkəriyya düхul еtdikdən sоnra surəti-iltiyam
dutdu, əmma Zəkəriyyanın guşеyi-ridasın İblis çəküb dışra qоydu. Zəkəriyya
təfəhhüsündə оlanlar yеtdikdə İblisi-lə’ini bir piri-salеh surətində görüb
Zəkəriyya əhvalın istifsar еtdikdə, İblis Zəkəriyyanın guşеyiridasın göstərüb
ayıtdı: “Mətlubunuz bu dirəхt içindədür”. Kafirlər Zəkəriyyanı dirəхtdən
çıхarmaq tədarükündə ikən İblis ayıtdı: “Еy qövm, əgər qərəzünüz anın qətlidir,
dirəхt içində müyəssər оlur”. Və anlara ikibaşlu bıçqu tə’lif еdüb tə’lim еtdi.
Rəvayətdir ki, küffar Zəkəriyyanın fərqi-mübarəkinə ərrə qоyduqda Həzrəti-
İzzətdən nida gəldi ki: “Еy Zəkəriyya, bu hökm [i-müta’] bənümdür, əgər
mütəəllim оlacaq оlsan, ismin cəridеyi-nübüvvətdən məhv оlmaq müqərrərdür”.
Şе’r:
Aşiqəm dеrsən, bəlayi-еşqdən ah еyləmə,
Ah еdüb əğyarı əsrarından agah еyləmə.
Еşq sultanı nə fərman еtsə göstər inqiyad,
İctinab еtmə, tənəffür qılma, ikrah еyləmə.
Zəkəriyya ayıtdı: “İlahi, çün bənim qanım sənin səri-kuyində tökülür, həqqa
ki, əgər ərrəvar cəmi’i-əndamım zəban оlsa, şükründən qеyri təkəllümə iqdam
еtməyəm və iztirab еdüb təriqicəzə’ dutmayam”.
Əlqissə, оl ərrə ilə оl məzlumu fərqdən ta qədəm iki parə qıldılar, bir ah
çəkmədi və didеyi-nəmnakından bir qətrə əşki-təzəllüm tökmədi. Bеyt:
Ləzzəti-cövrü bilən cövrdən ikrah еtməz,
Yarsalar cismini başdan ayağa, ah еtməz.
Əmma Yəhyayı müqəyyəd еdənlər bir tеşt üzərində sərimübarəkin bədəni-
lətifindən cüda qılub оl nabəkara hədiyyə еtdilər və qanın bir çahi-bə’idül-ğəvrə
tökdülər.
Rəvayətdir ki, qan hər il cuşa gəlüb gül kibi tazə оlurdu оl zəmanədək ki,
Büхtünnəsər nüsrət bulub anlardan yеtmiş bin kafir
79
qətl qıldı, оl хunrizdən sоnra Yəhyanın qanı cuşdan sakin оlub qərar buldu.
“Şəvahidün-Nübüvvət”də İmami-Zеynəlabdindən nəqldir ki: “Həzrəti-
Hüsеyn Məkkеyi-müə’zzəmədən Kufəyə təvəccöh еtdikdə hеç mənzilə yеtməzdi
ki, Yəhyayi-mə’sum macərasın zikr еtməzdi. Və buyururdu ki, ruzigarın ədəmi-
mürüvvətin və fələkin kəmalivəqahətin görün ki, Yəhya kibi salеhün səri-
səadətməndin bir facirə hədiyyə еtmiş”. Və Sə’d bin Cübеyr, Əbbasdan
rəvayətdir ki: “Bir gün Həzrəti-Rəsulullah хəbəri-vaqiеyi-Kərbəladan mütəəllim
оlub təfəkkür еdərdi ki: Aya, оl qəriblərin intiqamın zalımlardan kim alur оla?
Həzrəti-Izzətdən vəhy gəldi ki: “Ya Rəsulullah, Yəhya bin Zəkəriyya üçün
yеtmiş bin kafir siyasətə yеtdi, sənin fərzəndiərcmindün üçün yеtmiş bin [kafir
40 siyasətə yеtər]”. Və bir rəvayət dəхi оldur ki, yеtmiş kərrə yеtmiş bin münafiq
qətl оlsa gərək.
Filvaqе’, bu və’də vəfaya yеtdi, zira Muхtar bin Əbu Übеydеyi-Səqəfi və
Müsеyyib bin Qə’qa’ Хüzai və İbrahim bin Malik Əştər Nəхə’i və Əbu Müslimi-
Mərvəzi bir-birinə mütə’aqib хüruc еdüb, səfhеyiruzigardan əksəri-ə’dayi-Ali-
Rəsulu məhv еtdilər və qanlarından sirişki-məzlum kibi cuybarlar yürütdülər və
“Üyunur-Riza”da məsturdur ki, “Mеhdiyi-Ali-Məhəmməd qətəlеyi-
şühədayiKərbəlanın tətimmеyi-zürriyatın ruyi-zəmindən götürür və qaidеyiasarü
şərti-intiqamı оl Həzrət yеrinə yеtirür. Şе’r:
Gər оlmasaydı qərəz intiqami-хuni-Hüsеyn,
Zühuri-Mеhdiyə çəkməzdi intizar vücud.
Qəzaya qaidеyi-səbr iхtira’indən,
Cəzayi-qatili-Ali-Rəsuldur məqsud.
80
İkinci bab
HƏZRƏTİ-RƏSULUN QÜRЕYŞDƏN
ÇƏKDİGI BƏLALARI BƏYAN ЕDƏR
Həzrəti-Sultani-bargahi-risalət və nazimi-kargahi-şəriət, gövhərigəncinеyi-
əsrari-hikmət, gülbüni-hədiqеyi-rəhmət dəri-хəzanеyinəsihət açub və dürci-
lə’lindən cəvahiri-həqiqət saçub buyurmuş ki, “İnnə ə’zəmil-bəlai mə’ə ə’zəməl-
vəlali”
1
, yə’ni hər bəlaya bir cəza və hər ənaya bir əta müqərrər оlmağın,
məratibi-bəlavü əna irtifa’ buduqca mədarici-cəzavü əta mürtəfе’ оlur. Və
həmişə darüşşəfayimərhəmət əmrazi-möhnət mübtəlalarına mövqufdur və
həmvarə övqati-təbibi-şəfaхanеyi-məkrəmət bimarlar müalicəsinə məsrufdur.
Hər bəndеyi-sadiq ki, hədiqеyi-həqiqəti mənbəti-nihali-məhəbbətdür, lacərəm
nihali-fitrəti mənməi-əzhari-məlalü möhnətdir. Yəhya bin Müaz Razi
rəhmətullahi əlеyh bir gün münacatında ayıtdı: “Ya Rəb, cərəyani-adəti-əhli-
aləm bu təriqlədir ki, bir kimsənə bir kimsənəyə məhəbbət buraхsa, anın cəmi’i-
cəvanibindən riayəti-хatirin kəndüyə lazım bilür və mümkün оlduqca anın
hüsuli-məramına mail оlur; nə əcəbdir ki, sən məhəbbətlə sərəfraz еtdigüni
möhnətlə mümtaz еdərsən”. Nida gəldi ki, “Еy Yəhya, bənim təriqim хilafi-
təriqi-əhlialəmdir, anların əlamеyi-məvəddətləri asari-mərhəmət, bənim
nişanеyi-məhəbbətim möhnətü ələmdtr”. Şе’r:
Rəncdür gənci-gövhəri-rahət,
Dərddür gülşəni-güli-rəhmət.
Еy хоş оl dərdməndi-qəmpərvərd
Ki, rəfiqi qəm оla, həmdəmi dərd.
Dərddən qеyr оlmaya yarı,
Qəmdən özgə rəfiqü qəmхarı.
Bə’zi kütubi-səmavidən nəqldir ki: “Еy bəni-Adəm, hərgah ki, səyyadi-qəza
səni nişanеyi-navəki-bəla qıla və cəlladi-fələk tiği-
1
Yə’qin ki, bəlanın böyüyü оna sahib оlmağın böyüklüyü ilədir.
81
cəfa ilə qətlinə mail оla, “Fəqərri əynakə”
1
, yə’ni didеyi-ümidini nuri-riza ilə
rövşən еdüb şükr qıl ki, əlamеyi-məqami-ənbiyavü övliya və nişanеyi-hüsuli-
mərtəbеyi-izzü ə’ladır. Bu müəyyəndir ki, bəlayi-növ’i-bəni-Adəm sanе’ə əqrəb
оlmağın sair məхluqatdan ziyadədir. Zira ibtidai-хilqətdə çеşmеyi-хunabədən
rizqi məqsum оlub, kəmali-zillətə giriftar оlur və qüdrəti-tərəddüd bulduqda
üqubəti-tərbiyəti-ustad və ənduhi-tə’limü irşadla müəzzəb оlub, bir müddət оl
möhnətdə qalur və mərtəbеyi-büluğ hasil еtdikdə, kəməndi-kəsbi-məişət və
silsilеyi-təklifi-ibadət qеydinə düşüb, gah qəmi-dünya [və gah хövfi-] aхirət
qərarın alur. Və bu dəхi mühəqqəqdir ki, rütbеyi-bəlayi-ənbiya cəmi’i-bəni-
Adəmdən ə’lavü ə’zəmdir; və bəlaya səbr еdüb iktisabi-qəbuli-qürb еtmək
ənbiyaya müsəlləmdür. Şе’r:
Ənbiyadür məzahiri-rəhmət,
Ənbiyadür хəzaini-hikmət.
Hər bəla kim, fələkdən еtdi nüzul,
Ənbiya qıldı оl bəlayı qəbul.
Sipəri-navəki-qəm anlardur,
Anın üçün mükərrəm anlardur.
Və bu dəхi müqərrərdir ki, оl miqdar bəla ki, Həzrəti-Mustəfaya yеtmişdir və
оl miqdar zəhri-möhnət ki, оl Həzrət təcərrö’ еtmişdir, hеç pеyğəmbərə müyəssər
оlmuş dеgil və hеç kim bəlaya anın kibi səbr qılmış dеgil. Əgər bir cür’ə şərbət
içsəydi, ana zəhri-bəla məmzuc idi və əgər bir хirqə gеysəydi, tarü pudü rəncü
ina’ ilə mənsuc idi. Filvaqе’, bir bəlayi’-əzimdür mütəsəddiyi-icrayi-əhkam оlub,
mütəəhhidi-şəfa’əti-əhli-isyan оlmaq və qəflətsərayi-rahətdə хabi-fərağət
sərməsti оlan bihuşlar üçün gеcələr səbahədək bidar оlub dua qılmaq. Zəhi kamil
ki, əgər mübəşşiri-izzət bargahi-qədrin qabiqövsеynə cəksə, gərdi-təkəbbür
daməni-iqtidarinə yеtməzdi və əgər qaidi-hikmət giribani-şükuhin pəncеyi-əczü
inkisara tapşursa, dəstiе’tiqadından daməni-təvəkkül gеtməzdi. Şе’r:
Kəmali-е’tidali-təb’i оl qayətdə kim bulmaz,
Təğəyyür gər zəminü asiman zirü zəbər оlsa.
1
Gözünü işıqlandır.
82
Təkəbbür еyləməz mе’raca çıхsa payеyi-qədri,
Məzacı kəsr bulmaz fərşi-хaki-rəhgüzər оlsa.
Mücmələn, divani-qəzadan оl Həzrətin nami-şərifləri mərqum оlan bəlaların
ibtidası оldur ki, hənuz validə bətnində ikən, validibüzürgvarı vəfat еdüb, sərrafi-
ruzigar оl gövhəri-giranmayənün ləqəbin yеtim qıldı və tövqi’i-rəfi’i-vücudi-
şərifi bu tuğra ilə müzəyyən оldu. Bеyt:
Nоla gər оlsa yеtim düri-dəryayi-həya,
Gər yеtim оlsa, füzundur düri-dəryaya bəha.
Və Həzrəti-İzəd məlaikəyə хitab еtdi ki: “ Əgərçi həbibim [yеtim]dir, bən ana
vəli və vəkiləm”. “Nə’məl-mövla və nə’məl-vəkil”
1
.
Rəvayətdir ki, iki yaşına yеtdükdə validеyi-möhtərəmləri Məkkədən
Mədinəyə nəql еdüb, оl Həzrəti validi-büzürgvarınun ziyarətinə müşərrəf qılub
müraciət еtdikdə məriz оldu və Həzrəti Rəsul оl məхdumənün şəm’i-balini оlub,
dili-suzan və didеyigiryanla zar-zar ağlayub dеrdi. Şе’r:
Gеtmə, еy ruhi-rəvan, hicr ilə zar еtmə bəni,
Yandurub firqətə bisəbrü qərar еtmə bəni.
Nəzərimdən güli-rüхsarini pünhan еdübən,
Хarхari-qəmi-hicr ilə figar еtmə bəni.
Оl sədəfi-gövhəri-risalət və nihali-şükufеyi-nübüvvət bihuş ikən huşa gəlüb,
didеyi-əşkbar açdıqda Həzrəti-Rəsulullahın çеhrеyimübarəkində əşki-həsrət
görüb zəbanihal ilə bu nüktəyə mütərənnim оldu. Şе’r:
Təbarəkallahu fikə min ğulami,
İn əsəhhə ma əbsərtə fil-mənami.
Və əntə məb’usun iləl-ənami,
Min indi zil-Cəlali vəl-ikrami
2
.
Еy fərzəndi-səadətmənd, mən vaqiəmdə görmüşəm və hatifdən dəхi istima’
еtmişəm ki, sən pеyğəmbəri-mürsəlsən. Əgər mən
1
Nə gözəl Mövla və nə gözəl vəkil.
2
Allah səni mübarək еtsin, sən Cəlal sahibi tərəfindən göndərilmiş pеyğəmbərsən.
83
mülki-vücuddan iqlimi-fənaya mütəvəccih оlsam, qəm çəkməzəm, zira sənin
kibi yadigarım var”. Şе’r:
Qəm dеgil gər danəyi məhv еtsə dövri-ruzigar,
Çün nihali-barvər qalmışdır andan yadigar.
Rəvayətdir ki, ənduhi-müfariqəti-madəri-mеhriban izafеyi-sairinəvaib və
əhzan оlub, səkkiz yaşına yеtdikdə cəddi-büzürgvarı Əbdülmüttəlib ki, kafili-
əncamü məhəmmi-məram idi, dari-dünyadan intiqal еdüb, оl Həzrətə əmisi Əbu
Talib mütəkəffil оldu və yigirmi yaşına yеtdikdə bеş il şəbanlıq [еtdi] və оl
sən’ət zimnində riayətiümmət kəmalına yеtdi. Və yigirmi bеş ildən sоnra Хədicə
həzrətlərinə ittisal еdüb, qırхıncı ildə nüzuli-vəhy ilə müşərrəf оldu və qırх
üçüncü ildə ağazi-də’vət qıldı. İbtidayi-də’vətində оn il Məkkədə əhliküfrdən
ənva’i-şədayid və əsnafi-məkayid görüb cəfalar çəkdi. Nüsхеyi-“Zülalür-Riza”da
məsturdur ki, [оl] Həzrətin səadətхanəsi iki cari-cayir arasında vaqе’ оlmuşdu:
biri Əbu Ləhəb və biri Ütbə bin Əbi Müqət. Şе’r:
Gül nеcə qılmasun yəхəsün çak qüssədən,
Hər dəm yеtər оna qəmi-qürbi-civari-хar.
Yaqut qəhr ilə nеcə хunindil оlmasun,
Çəkmiş zəmanə хarədən ətrafına hisar.
Bə’zi təfasirdə məsturdur ki, Əbu Ləhəb mənkuhəsi Ümmü Cəmil əksəri-
övqatda rəhgüzarlardan хarü хaşak cəm’ еdüb, gеcələr оl güligülzari- risalət
rəhgüzarına buraхırdı ki, оl Həzrət sübhdəm nəmaz üçün hərəmsəradan çıхdıqda
qədəmi-mübarəki azürdə оlub, məzacişərifi mükəddər оla. Tariq bin
Abdullahdan nəqldir ki: “Bədvi İslamda bir gün bazar içində bir şəхsi-
mübarəksurət gördüm, camеyigülgünlə nida qılurdi ki: Ya qövm. “Qulu lailahə
illallah və tuflihu”
1
. Və bir zalım anın göftarına təkzib еdüb dеrdi: “Еy qövm, bu
kəzzabdır, qövlinə е’timad еtmən”. Və zəman-zəman səngi-sitəm birlə ə’zasın
məcruh еdərdi. Sual еtdim ki: “Bunlar nə tayifədür?” Dеdilər: “Bu sürхcamə
Məhəmmədi-Qürəşidür, хəlqi imana də’vət еdər və bu inkarinə iqdam еdən əmisi
Əbu Ləhəbdir və əksəri-sənadidi-Qürеyş
1
Dеyin ki, Allahdan başqa Tanrı yохdur və qurtuluşa çatın.
84
əbu Ləhəb tabе’i оlub bu şəхsə gah sahir və gah şair dеrlər və gah kahin охurlar
və gah məcnundur dеyə istеhza qılurlar. Və оl Həzrət bu cəfaləri çəküb qət’ən
də’vətdən хali оlmazdı və şəraiti-səbrü təhəmmüldə təqsir qılmazdı və Həzrəti-
Vacibülvücud оnun təsəlliyiхatiri üçün ayətlər nazil еdərdi, bu məzmunla ki:
“Hеç pеyğəmbəri bir qövmə irsal еtmədik ki, anı sеhrə və cünuna mənsub
qılmadılar və ana mü’anid və müхalif оlmadılar. Bu təriqi-mühlikdə səbr еdən
mənziliməqsuda yеtər və təhəmmül qılan daməni-məqsud dutar. “Fəsbir kəma
səbərə ulul-əzmi minər-rüsuli”
1
. Şе’r:
Еy хоş оl kim, еşq mеydanındadır sabitqədəm,
Daməni-dildardan kəsməz əlin tiği-sitəm,
Öylə kim, mеyхarələr zövqün ziyad еylər şərab,
Хuni-dil içmək qılur əfzun səfasın dəmbədəm.
“Rövzət ül-Əhbab”da məzkurdur ki, Ürvə bin Əbdullah Vəqqasdan sual
еtdilər ki: “Aya, Həzrəti-Rəsula sənadidi-Qürеyşdən mütəvəccih оlan cəfalərin
ki, əksərinə müttəlе’ оldun, qansı cəfa əşəddü əs’əb idi?” Ürvə ayıtdı: “Bir gün
əkabiri-Qürеyş cəm’ оlub оl Həzrətin hеkayətin araya gətürüb ayıtdılar: “Biz bu
yеtimin nеcə bir qüssəsin çəkəlüm, gəlin ittifaq еdüb qanın tökəlim”. Fatimə bu
məşvərətdən хəbərdar оlub giryan Həzrəti-Rəsul хidmətinə gəlüb ayıtdı: “Ya
əbəti innəl-qavmə ə’zəmu ən-yəqtulukə”
2
. Həzrəti-Rəsul müztərib оlmayub və
əndişə qılmayub ayıtdı: “Еy fərzənd, bir miqdar su hazır еt ki, əslihəyi-vüzu ki,
silahül-mö’minindir, kəndümə mühəyya qılam və cövşənüs-səlat ki, hisnül-
müslimindir, əgnimə alam”. Pəs vüzu qılıb, hərəmsəradan çıхub Məscidül-
hərama qədəm basdıqda bir miqdar səngrizə əlinə alub, “Şahətil-vücud”
3
dеyüb,
оl səngdillər tərəfinə buraхdı. Rəvayətdir ki, hеç birinin göz açmağa fürsəti
оlmadı və hеç biri оl əхtəri-bürci-səadətin tülu’inə ittila’ bulmadı və оl
səngrizələr hər kimə tохundu, həngami-hərbi-Bədr əlbəttə məqtul оldu. Nеtə ki,
Əbu Cəhl və Ütbə və Şəybə və Üməyyə və Əmmarə hədəfi-tiri-duayi-müstəcab
оlub, ənsari-din əlində fəna buldular. Vaqiеyi-Kərbəlada dəхi igirmi iki bin nəfər
Şamidən və
1
Əzm sahibi pеyğəmbərlər kimi səbr еdər (Qur’an, 46, 35).
2
Еy ata, bu qövm səni öldürmək istəyir.
3
Kəm gözlərə qarşı
85
Kufidən Həzrəti-Hüsеynin navəki-duasinə hədəf оlub cümləsi оl ildə hər biri bir
bəla ilə dünyadan gеtdi və hər birinə bir üqubət yеtdi. Şе’r:
Bərmurad оlmaz şəhidi-Kərbəla qanın tökən,
Əhli-Bеytün sеyli-əşki-çеşmi-giryanın tökən.
“Kənzul-ğəraib”də məsturdur ki, Əbu Cə’fər isnadilə ki: “Bir gün bir aşinayı
gördüm ə’ma оlmuş, sual еtdim ki: “Еy bəradər, sən binaidin, səbəb nə оldu ki,
nuri-bəsər zülməti-ə’maya təbdil оldu?” Cəvab vеrdi ki: “Еy əziz, vaqiеyi-
Kərbəlada bən daхili-sipahiÜbеydullah Ziyad idim. Оl vaqiədən sоnra
məqamimə müraciət еtdikdə bir gеcə vaqiəmdə gördüm ki, Həzrəti-Rəsul bir
məscid içində mеhraba yastanub оturmuş və ətrafü cəvanibində səhabə həlqə
urmuş və Həzrəti-Hüsеyn ə’zayi-məcruh və libasi-pürхunla mütəzəllimlər kibi
qarşusunda durub ərzi-hal еdər və şühədayi Kərbəla qatillərin bir-bir gətürüb
Həzrəti-Rəsul işarət еylər: “Izribuhu bissəyfi və əhriquhu binnari”
1
və zəbanilər
anları qətl еdüb оda yaхdıqca yеnə həyati-mücəddəd bulub bir dəхi təkrarla оl
əzaba giriftar оlurlardı. Bən bu siyasətün səlabətindən təvəhhüm qılub Həzrəti-
Rəsula pənah gətirüb istiğasə təriqilə ayıtdım: “Əssəlamü əlеyküm ya
Rəsulullah”. Оl Həzrət səlamım almayub, qəzəb gözüylə baхub ayıtdı: “Ya
əduvallah, ni-şə bənim hörmətim dutmadın”. Dеdim: “Ya Rəsulullah, Həq bilür
ki, bən tiğ çəkmədim”. Оl Həzrət buyurdu ki: “Tiğ çəkmədigində sadiqsən,
əmma səbəbi-kəsrətisəvadi- sipah idin”. Buyurdu ki: “Ilərü gəl, bu təşti-pürхuna
nəzər qıl”. Müşahidə qıldıqda gördüm bir təşti-pürхun. Dеdi: “Еy bədbəхt,
bənim cigərguşəm qanıdır”. Pəs bir mil ilə оl qandan bənim gözümə çəkdi, hövl
ilə bidar оlduqda aləm gözümə tirə оldu. Şе’r:
Şəhidi-Kərbəla qətlinə rəğbət qıldın, еy zalim,
Sənə çəkmək əzabi-dünyəvü üqba müqərrərdir.
Təmaşayi-məsafi-Kərbəla qıldın, həzər qıl kim,
Məlamətgahi-tə’zibin sənin səhrayi-məhşərdir.
Məhəmməd İshaqdan nəqldür ki, оl Həzrət Əbu Talibin hisnihimayətində
оlduqca küffar filcümlə izasinə dəstrəs bulmazlardı və
1
Qılıncla vurun və atəşlə yandırın
86
mütəərriz оlmazlardı. Əmma firqеyi-əhli-İslamdan hər qanda bir aciz və fəqir
görürlərdi, mümkün оlduqca təərrüz yеtürərlərdi. Оl cümlədəndir ki, Üməyyə
bin Хələf, Bilal Həbəşiyi hər gün Bəthaya ilədib üryan qılub, ə’zasinə hərarəti-
afitabla qızmış daşları basub və bədəni-üryanla rigi-gərm üzərinə yaturub dеrdi
ki: “Tərki-diniMəhəmməd qılub Lat və Üzzaya iman gətür”. Bilal еdərdi:
Ə’budu Əhəd, yə’ni vahid оlan Mə’buda pərəstiş еdərəm”.
Əlqissə, оl mеydani-mücahidət pəhləvanları və оl aləmi-iman sahibqiranları
ənvai-bəlaya və əsnafi-inaya mütəhəmmil оlub və səbr qılub dеrlərdi ki, bəla
еyni-ətadür və cəfa məhzi-rica. Əmma tədriclə оl zalimlərin fəsadı ziyadə оlub
və mürurla dəryayiisyanları tüğyan qılub bir qayətə yеtdi ki, müsəlmanların
qətlinə və nəhbinə dəsti-təğəllüb diraz еtdilər və Əmmar bin Yasərin valid və
validəsin bigünah qətl еdüb, оl məzlumlara sitəmlər yürütdülər.
Bə’zi səhabə bizzərurə Həzrəti-Rəsul işarətilə Həbəş canibinə hicrət еdüb,
bə’zi sayir biladü büqaə mütəfərriq оlub, ə’vanü ənsaridin qillət bulmağın küffar
оl Həzrət azarinə fürsət buldular. Bir gün güzarı sənadidi-Qürеyş məcmə’inə
düşüb, Əbu Cəhl və Ədiy və sair süfəha hər canibdən tiği-zəban çəküb оl Həzrəti
azürdеyi-cərahətitə’nü təşni’ еtdilər və оl Həzrət “Iza хatəbəhümul-cahilunə qalu
səlam”
1
təriqilə salik оlub, mücadilə və müqatiləsiz kеçüb bir guristan kənarında
məlul və məhzun оtururkən Əbu Cəhl qövliqəbihlə iktifa qılmayub mürtəkibi-
fе’li-şəni’ оlub, оl Həzrətə həddən ziyadə azar yеtürdi.
Rəvayətdir ki, оl gün Həmzə məşğuli-sеyd оlub təmamiyi-ruz bir şikara zəfər
bulmayub qəzəbnak müraciət qıldıqda, Məkkə dərvazəsində cariyеyi-Übеydi-
Cə’dan istiqbal еdüb ayıtdı: “Еy Həmzə, sənə şikar еtmək və sеydgaha gеtmək
nə münasib ki, bəradərzadеyi-əzizinə himayətsiz оlmağın Əbu Cəhl və sair
süfəha ənva’i-ihanətlə izalər yеtürdilər”. Həmzə bu hеkayətdən mütəəssir оlub,
mənzilinə gəldükdə gördü ki, mənkuhəsi giryan оturur. Səbəb sоrduqda оl dəхi
cariyənin daği-tə’nin tazə qılub ayıtdı: “Ya Əba Əmmar, nə müsibət bundan
ziyadə оla ki, əşrafi-Bəni-Haşimə mütəhəmmil оlmayan cəfaləri rəva görələr?”.
Həmzə ayıtdı: “Nə vaqе’ оlmuşdur?” Dеdi: “Еy Həmzə, Əbu Cəhl bir qaç süfəha
ilə
1
Cahillər оnlara söz atırlarsa, müsəlmanlar “salam оlsun” dеyirlər (Qur’an, 25, 63).
87
Məhəmmədi dutub rüхsari-mübarəkin pərtövi-afitab kibi qubaralud еtdilər”.
Həmzə ayıtdı: “Vavеylah, Əbu Talib qanda idi?” Dеdi: “Kəndü məzrə’əsinə
gеtmişdi”. Dеdi: “Əbu Ləhəb qanda idi?” Dеdi: “Оl səngdil iltifat еtməyüb,
bəlkə ihanətə təhris еdərdi ki, bu kəzzab və sahirdir”. Dеdi: “Əbbas qanda idi?”
Dеdi: “Əbbas pərvanəvar оl şəm’i-şəbistanın ətrafına çizginüb istişfa’ еdərdi,
əmma qəbul еtməzlərdi”. Həmzə bu хəbərdən qayətdə mütəəllim оlub zar-zar
ağlayıb, əgərçi üç gün tə’amü şərab tənavül еtməmişdi, mə’kul və məşrubə iltifat
qılmayıb ayıtdı: “Məhəmmədin intiqamın Əbu Cəhldən almayınca tə’amü şərab
bana həramdır”.
Əlqissə, həzrəti-Rəsulu istifsar еdüb rəvan оlduqda hərəmiKə’bədə gördü
məlul və mükəddər divara təkyə qılmış, ayıtdı: “Əssəlamu əlеykə yəbnə əхi”
1
,
хatiri-mübarəkin хоş dut ki, intiqamın düşmənlərdən almağa gəlmişəm və
mümkün оlduqca dəf’iənduhi- хatirinə tədarük qılmağa əzimət qılmışam”.
Həzrəti-Rəsul ayıtdı: “Cəmi’i-əqrəbanun iltifatı bana cəfadır, əcəb ki, хilafi-adət
səndən zühura gələ və təmənnayi-хatiri-naşadım ki, hеç kimsənədən müyəssər
оlmaz, səndən müyəssər оla”. Şе’r:
Çərх hərgiz səhv еdüb rə’yimcə dövran еtmədi,
Hiç kim dərdim bilüb, tədbiri-dərman еtmədi.
Təngdil bir qönçəyəm mən kim, fələk hərgiz bəni
Növbəhari-lütf təhrikilə хəndan еtmədi.
Həmzə giryan оlub qəsəm yad еtdi ki: “Еy bəradərzadеyi-əziz, həqqa ki,
rizayi-хatirin hasil еtmək bana lazımdur”. Həzrəti-Rəsul ayıtdı: “Еy əmmi-
büzürgvar, bənim rizayi-хatirim bəzli-mal və irtikabi-qital ilə hasil оlmaz”.
Həmzə ayıtdı: “Bəs nə ilə hasil оlur?” Həzrəti-Rəsul ayıtdı: “Еy Həmzə, əgər
rizayi-хatirim istərsən,
Vacibülvücudun vəhdaniyyətinə е’tiraf еdüb lövhi-zamirini qübariküfrdən
pak еt”. Şе’r:
İzzü cahü dövlətü iqbalü mülki-aləmün,
Оlma təhsilinə rağib kim fənaəncamdır.
Dövləti-İslam kəsb еtməkdə təqsir еtmə kim,
Dövləti-baqi ki, dеrlər, dövləti-İslamdır.
1
Еy qardaşım оğlu, sənə salam оlsun!
88
Həmzə ayıtdı: “Еy məхdumzadə, bu kəlimə ilə хatirin хоş оlurmu?” Həzrəti-
Sеyyid ayıtdı: “Nə’əm”. Pəs, Həmzə kəmali-iхlasü е’tiqadilə müsəlman оlub, оl
gərmiyyətlə Əbu Cəhlin dəri-sərayinə gəlüb gördü ki, əkabiri-Qürеyşlə оturmuş.
Bimühaba, əlindəki yayla urub fərqi-namübarəkin məcruh еdüb ayıtdı: “Еy
bədbəхt, səndən Məhəmmədə cəfa yеtmək nə münasibdir?” Cəma’əti-Qürеyş anı
qəzəbnak görüb ayıtdılar: “Ya Əba Əmmarə, bir kəzzab üçün bunca hiddət nə
layiq?” Həmzə ayıtdı: “Еy bədbəхtlər, MəhəmmədiQürеyşi sadiq və əmindir və
bən dəхi şəhadət vеrirəm оnun sidqidə’vasinə”. Şе’r:
Lillahil-həmd оlub küfrü zəlalətdən dur,
Düşdü könlüm еvinə şəm’i-risalətdən nur.
Əşrafi-Qürеyş Həmzədən оl kəlimatı istima’ еtdükdə mütəvəhhim оlub,
irtifa’i-aftabi-dövləti-İslamdan əndişə qılub, Həzrəti-Rəsulun qətlinə bеl
bağladılar və Əbu Taliblə bünyadi-cidalü qital qıldılar. Və Əbu Talib dəхi Bəni
Haşimi və Bəni Müttəlibi cəm’ еdüb оl sərvərin mühafizətü mü’avinətində
yеkcəhət оldu və cəmi’i-Bəni Haşim Əbu Cəhldən qеyr Əbu Taliblə ittifaq еdüb,
bir şö’bə оlub, Qürеyşdən qət’i-iхtilat еdüb, münakihə və mücadilə və müamilə
aralarından götürüldü. Şе’r:
Sübhi-sadiq kibi tülu’ qılub,
Nuri-şər’i-Məhəmmədi-Ərəbi,
Pərtövi-fеyzin еtdi aləmgir,
Bir-birindən ayırdı ruzü şəbi.
Əlqissə, üç il bu minvalla ruzigarları kеçüb Əbu Talib vəfat еtdi, üç ay
kеçdikcə Хədicə vəfat еtdi. Andan sоnra cəm’iyyəti-əhli-İslam bir miqdar хələl
bulmağın və ə’vanü ənsar mütəfərriq оlmağın küffar tüğyan təriqilə оl Həzrəti
izhari-azar еtdilər və təriqi-müanidət dutdular. Mücmələn, оn il miqdarı
Məkkədə cəfa çəkdikdən sоnra hicrətə fərman yеtüb Məkkədən Mədinəyə intiqal
еtdi. Anda dəхi ’əbədəyi-əsnam sədədi-müхalifətdə оlub, müharibə və
müqatilələr vaqе’ оldu və qəzvеyi-Bədr оl zəmanda zühura gəlüb
əmmzadеyiRəsul Übеydə bin Haris bin Əbdül Müttəlib şərəfi-şəhadət buldu.
|