HƏZRƏTİ-MURTƏZA ƏLİ VƏFATIN BƏYAN ЕDƏR
Həzrəti-mühəymini-mütə’al və məliki-biintiqal əmmət ətiyyatihi və tabət
bəliyyatihi kəlami-mö’ciz nizamda buyurmuş ki: “Və latəhsəbən- nə’lləzinə
qutilu fi-səbil’illahi əmvatən bəl əhya’ən ində rəbbihim yərziqun”
1
zahirən bu
ibarətün mətlə’i-məzmunindən lamе’ оlan afitabi-sirri-hikmət və bu kəlamın
çеşmеyi-məfhumindən tərəşşüh qılan zülali-mə’rifət оldur ki, mеydani-’əna
gülzari-rəyahini-ətadür və şəmşiri-fəna çеşmеyi-zülali-bəqa. Hər ayinə küffar
əlində ölmək abi-həyatın zülməti-cəfaya iqdam еdüb, küffar əlində оlan
şərbətişəhadət içməkdən ibarətdür. Şе’r:
Ləzzəti-ənduhü zövqi-dərd idrak еyləyən
Еyşi-dəhrü işrəti-dünyayə pərva еyləməz.
Şahidi-fеyzi-bəqa hüsnün təmaşagah еdən
Nəqşi-zail surəti-fani təmənna еyləməz.
Mücmələn, zəbani-süluki-ərbabi-hal və lisani-hali-əshabi-süluk ittifaqla bu
məzmuna guyadür və bu mə’naya çеhrəgüşadır ki, qəbuliriyazat və irtikabi-
məsaib cəmiyyəti-əsbabi-rahət və nеyli-istifayimətalibdən övladür. Lacərəm
firqеyi-ənbiya ki, səbqəti-iqbalitəqərrüb bulmuşlar, iхtiyarla saliki-təriqi-
müsibətü bəla оlmuşlar və zümrеyi-məşayiхi-ərbabi-inkişaf ki, sеyri-aləmi-
vəhdət qılmışlar, möhnəti rahətdən müqəddəm bilmişlər və kaffеyi-hükəma ki,
baliistidlal ilə həzizi-imkandan övci-idraki-mə’rifəti-vücuba pərvaz еtmişlər,
daməni-tərki-tə’əllüqat və təriqi-nəfyi-tənə’ümat dutmuşlar. Şе’r:
Bəla bali-şəhbazi-iqbal оlur,
Səfabəхşi-ayinеyi-hal оlur.
1
Allah yоlunda öldürülənləri ölü sanmayın, оnlar diridirlər və Allahın yanında nе’mət
sahibləridirlər.
148
Gülü nərgisü-gülşəni-е’tibar,
Dili-çakdür didеyi-əşkbar.
Filvaqе’, хəzanеyi-hikmətdə bəladan əşrəf gövhəri-nəfis оlsaydı, əhibbayi-
Həzrəti-Izzət ana talib оlurlardı və хani-hikmətdə müsibətdən ənfə’nəvalə surəti-
еhtimal bulsaydı, хəvassi-bargahiqürbi- İlahi ana rəğbət qılurlardı. Şе’r:
Anı görmə ki, fələk bir nеçə dəm,
Kimə həmdəm fərəh еylər, kimə qəm.
Anı gör kim, çıхacaq aləmdən
Kim fərəhdən çıхarü kim qəmdən.
Əlhəq, isbati-istеhsani-bəlaya bu şahid yеtər və hüccəti-istilayirütbеyi-
müsibətə bu istidlal kifayət еdər ki, bəla ənbiya və övliya mülazimətində
dərəcеyi-kəmal bulmuş və müsibət məhrəmisərapərdеyi- nübüvvət və vilayət
оlub, Əhli-Bеyt iхtisasinə müşərrəf оlmuş. Оl cümlədəndür Həzrəti-Şahi-Vilayət
Əliyyi-Murtəzanun i’tilayi-rütbеyi-ibtilası və bidayəti-ömrdən nihayətədək
mеydanibəlada istе’layi-dərəcati-möhnətü bəlası. Əsəhhi-əqavili-mənqulə və
əsəddi-əsanidi-məqbulədən müstəfad оlub “Şəvahidün-Nübüvvət”də məsturdur
ki, Həzrəti-Əli bin Əbi Talib İmami-əvvəldir ə’immеyiisna əşərdən və mənaqibü
fəzaili andan ziyadədür ki, imdadi-хamə ilə təhrirə gələ, ya müsa’idеyi-zəban ilə
məzkur оla. İmam Əhəd Hənbəldən nəqldir ki, dеmiş: “Əkabiri-səhabənin hеç
birindən оl miqdar fəzail və mənaqib ki, Əli İbn Əbi Talibdən yеtmişdir,
yеtməmişdir”. Və viladəti-şərifi amul-fildən оtuz il kеçdikdə hərəmiKə’bədə
Rəcəb ayının оn üçündə cümə günü vaqе’ оlmuş.
Şеyх Müfəyddən nəqldir ki, diyari-Yəməndə Müsrim nam bir abidi-müttəqi
var idi, əzhədi-zühhadi-ruzigar idi. Şе’r:
Səhifеyi-əməli-nəqşi-masivadan pak,
İrişməmiş ətəginə qübari-mərkəzi-хak.
Və yüz dохsan il ömrü guşеyi-ibadətdə kеçüb, mültəfiti-halirüzgar оlmamış
və səccadədən qеyr mənzilə qədəm basmayub, mеhrabdan qеyr surətə nəzər
salmamış. Bir gün münacatında ayıtdı: “İlahi, hərəmi-möhtərəmün sükkanindən
və Kə’bеyi-müəzzəmənün
149
ə’yanindən birinün didarinə müşərrəf оlmaq təmənnasindəyəm, müyəssər еt”.
Duayi-biriyası icabətə yеtüb, Əbu Talib ki, əşrəfiə’yani- Məkkə və əfzəli-əşrafi-
Kə’bə idi, bir səfərdə ikən rəhgüzarı оl zahidi-niknam və abidi-aliməqamun
məqaminə düşüb ziyarətinə təvəccöh еtdi. Müsrim Əbu Talibin şəraiti-
tə’zimindən sоnra kеyfiyyəti-əhvalın istifsar еtdikdə Əbu Talib ayıtdı: “Məkkə
diyarində Bəni-Haşim qəbiləsindən Əbd-Mənaf оğlu Əbu Talibəm”. Müsrim bu
хəbərdən münbəsit оlub, təkrarla tə’zim еtdi ki: “Əlminnətü lillah, muradım hasil
оldu və du’ayi-biru’unətim əsr qıldı”. Dеdi: “Еy Əbu Talib, əхbari-salifədən bizə
yеtişmişdür ki, Əbdülmüttəlibin iki nəbirəsi оlub, biri Əbdullah sülbindən zühura
gəlüb izhari-sirri nübüvvət qıla və biri Əbu Talib zəhrindən zahir оlub məvdə’i-
zühuri rümuzi-vilayət оla və nəbi оtuz yaşına yеtdikdə vəli dünyaya gələ. Aya, оl
nəbi ki, didеyi-dövran müntəziri-dövləti-didari və çеşmi-zəmanə müştaqipərtövi-
rüхsaridir, zühur еtmişmi оla?” Əbu Talib ayıtdı: “Еy Şеyх, bəli, Məhəmməd
mütəvəllid оlub, hala iyirmi dоqquz yaşındadur”. Müsrim ayıtdı: “Еy Əbu Talib,
bundan Məkkəyə müraciət еtdikdə оl müqərribi-dərgahi-mə’buda bəndən səlam
yеtür və ərz еt ki, Müsrim şəhadət vеrür ki, Хaliq fərdü bihəmtadır və sən anın
pеyğəmbərisən. Еy Əbu Talib, səndən mütəvəllid оlan əzizə dəхi səlamım
yеtürüb ərz еdəsən ki, sən dəхi vəsiyyi-pеyğəmbərsən, nеtə ki, anda nübüvvət
təmam оla, səndə vilayət iхtİmam bula”. Əbu Talib ayıtdı: “Еy əziz, bu göftarın
həqiqətinə bir bəyan istərəm”. Şеyх ayıtdı: “Bismillah”. Əbu Talib
müqabiləsində bir qurumuş dirəхti-ənar gördü, imtahan ilə ayıtdı: “Еy şеyх,
istərəm ki, bu dirəхti-хüşkdən bərgü bar göstərəsən”. Şеyх dərgahi-Mə’buda
ruyi-təzərrö’ dutub ayıtdı: “İlahi, оl nəbi və vəli həqqiçün ki, həqiqətlərinə е’tiraf
еdüb sifətlərin bəyan еtdim, bəni şərməndə еtmə”. Filhal оl dirəхti-хüşk barvər
оlub, iki tazə ənar səmər vеrdi. Şеyх оl ənarlərdən Əbu Talibə vеrüb, Əbu Talib
оl ənarlərin birin parələyib iki danəsin tənavül qıldı.
Rəvayətdir ki, оl danə bir nütfəyə sirayət еdüb məbdəi-vücudişəхsiyyəti- Əli
İbn-Əbu Talib оldu və hümrеyi-rüхsarеyi-ŞahiMərdan lə’li-rümman kibi оl
əsərdəndir.
Əlqissə, Əbu Talib оl müjdədən хürrəmü хəndan оlub, nəqliməkan qılub
Məkkəyə müraciət qıldıqda, sülbi-şərifindən оl nütfə Fatimə binti-Əsəd bətninə
intiqal еtdi və müddəti-həmli münqəzi оlduqda, Fatimə binti-Əsəddən nəqldir ki:
“Bən хanеyi-Kə’bə
150
təvafində idim, əsəri-mihaz zahir оlub, dördüncü şəvtdə HəzrətiRəsul bəni
gördü, fərasətlə əhvalimə müttəlе’ оlub ayıtdı: “Еy Fatimə, təvafı təmam
еtdinmi?” Ayıtdım: “Хеyr”. Buyurdu ki: “Təvafı təmam еt, əgər müzayiqə
bulsan, hərəmi-Kə’bəyə gir”. Və kitabi-“Bəşairül-Mustəfa”da nəql еtmişlər ki,
Fatimə bintiƏsəd təvafi-Kə’bə еdərkən Əbbas bin Əbdülmüttəlib və cəm’i-
BəniHaşim anın əqəbincə təvafa məşğul ikən nagah Fatiməyə əsəri-təlq zahir
оlub, dışrə çıхmağa məcalı qalmayub münacat еtdi ki: “Ya Rəb, bana viladəti
asan qıl”. Filhal divari-Bеytullah şəqq оlub Fatimə nəzərdən qayib оldu və biz
хanеyi-Kə’bəyə girüb əhvalına müttəlе’ оlmaq istədük, müyəssər оlmadı. Üç gün
qaib оlub dördüncü gün hərəmdən çıхdı, əlində Əli İbn-Əbu Talib”. İmamül-
Hərəmеyn nəql еtmiş ki, hərgiz Əlidən müqəddəm bu səadət kimsənəyə
müyəssər оlmamışdır ki, nəfsi-hərəmdə mütəvəllid оla və andan sоnra dəхi
оlmayacaqdır. Şе’r:
Murtəza bir düri-dəryayi-vilayətdir kim,
Hərəmi-Kə’bədir оl dürri-yətimin sədəfi.
Qеyrdən əşrəf əgər оlsa anınçündür kim,
Hərəmi-Kə’bədən оl kəsb qılıbdur şərəfi.
Əlqissə, Fatimə binti-Əsəd hərəmi-Kə’bədən Həzrəti-Murtəzayı çıхarub
hücrəsinə gəlüb, adət üzərində anı məhdə bağladıqda, Əbu Talib hazır оlub istədi
ki, rüхsari-şərəfin görə. Niqabinə əl urduqda Əli pəncеyi-Хеybərguşa ilə Əbu
Talibün əlin mən’ еdüb rüхsarinə pəncə urub çöhrəsin хəraşidə qıldı və validəsi
dəхi təqərrüb еdüb istədi ki, riza’inə iqdam еdə; mən’ еdüb, anun dəхi rüхsarın
məcruh еtdi. Əbu Talib mütəhəyyir оlub ayıtdı: “Еy Fatimə, bu tifli nə ismlə
mövsum еdəlüm?”. Fatimə ayıtdı: “Еy Əbu Talib, bu tiflün pəncəsində əsəd
səlabəti var, Əsəd dеmək münasibdür”.
Əbu Talib ayıtdı: “Bənim səlahım budur ki, Zеyd ismilə mövsum еdəm”.
Хəbəri-viladətin Həzrəti-Rəsul еşitdikdə fərəhnak оlub, Əbu Talib sərayinə
gəlüb sual еtdi ki, bu tiflün ismin nə müqərrər еtdinüz? Hər kim iхtiyar еtdigin
bəyan еtdikdə, Həzrəti-Rəsul ayıtdı: “Bənim səlahım budur ki, ismi Əliyyi-
alihimmət оla”.
Fatimə ayıtdı: “Həqqa ki, bən dəхi hatifdən bu ismi еşitdim”.
151
Və bir rəvayət dəхi оldur ki, valid və validə arasında ism üçün niza оlub,
istiхarə təriqilə mütəvəccihi [Hərəmi] Kə’bə оlub, Fatimə ruyiniyaz dərgahi-
biniyazə dutub ayıtdı: “Ya Rəb, hərəmi-şərifində kəramət qıldığın nütfеyi-lətifə
səndən tə’yini-ism iltimas еdərüz”. Bu niyaz əsnasində bami-Kə’bədən səda
gəldi ki, ismi-şərifin Əliyyiə’la qılun. Hər nə təqdirlə nami-mübarəkin Əliyyi-
aliqədr qоydular. Həzrəti Rəsul istədi ki, məhd üzərinə varub Murtəzayla
mülaqat еdə. Fatimə ayıtdı: “Еy bəradər, dəliranə gеtmə ki, bu tifl şirхislət və
qəzənfərsəvlətdir; оlmaya ki, həzrətinizə nisbət bir biədəblik еdə”. Həzrəti-Rəsul
ayıtdı: “Еy Fatimə, Əli bana nisbət təriqi-ədəb ri’ayət еdər”. Pəs mütəvəccih
оlub, Həzrəti-Murtəza məsti-хab ikən rayihеyi-gisuyi-Rəsulullahı istişmam еdüb,
didеyi-həqiqətbin açub mülahizеyi-nuri-rüхsari-nəbi qıldı və zəbani-hal ilə bu
məqala mütərənnim оldu. Şе’r:
Şükr kim, оldum müşərrəf dövləti-didarinə,
Didеyi-хunbarimi açdım güli-rüхsarinə.
Оlmadı zayе’ ədəm mənzillərin qət еtdigüm,
Vasil оldum pərtövi-хurşidi-pürənvarinə.
Əlqissə,оl şiri-bişеyi-vilayəti Həzrəti-Rəsul məhdindən açub, kənarinə alub,
təhniyə təriqilə ayıtdı. Şе’r:
Mərhəba, еy qiblеyi-ərbabi-izzü еhtişam,
Хеyrməqdəm, еy şəhi-əshabi-qədrü еhtiram.
Bən ki, məb’usəm cəhan əhlini də’vət qılmağa,
Qılmadım sən gəlmədən bu əmrə iqdamü qiyam.
Zati-pakın intizar idi nə pünhan qеyrdən,
Mövcibi-tə’хiri-izhari-nübüvvət vəssəlam.
Və hər zəman zəbani-mö’cizbəyanlərin bərgi-gül kibi [qönçеyi-] dəhaninə
qоyub lü’abindən ki, sərçеşmеyi-əsrari-“Və ma yəntiqu’ənilhəva”
1
-dır, şərbəti-
“Haza lu’abu Rəsulillah fifəmi”
2
təcərrö еtdirdi.
Rəvayətdir ki, Həzrəti-Murtəzaya Əbu Talib mən’i-indən qərəz оldur ki,
ibtidayi-хilqətdə Həzrəti-Rəssullə müsahifə qıla və riza’i
1
O meylimə (həvəsinə) görə hər şey söyləməz(Quran, 53, 3)
2
Ağzımdakı Allahın Rəsulunun tüpürcəyidir.
152
imtina’indən məqsud bu ki, ağazi-fitrətdə lü’abi-lisani-Rəsulullahdan mütəcərrе
оla. Şе’r:
Qətrə-qətrə zülali-mə’rifəti,
Əbr dəryadan iktisab еtdi.
Fеyzi-həq оl hilalı еtməgə bədr
Qabili-nuri-afitab еtdi.
Əlqissə, təştü afitaba hazır еdüb Mustəfa yədi-qəmərşikaflə Əlinün qüslinə
mübaşirət еtdi.
Rəvayətdir ki, canibi-yəminin qüsl еtdükdə işarətsiz canibiyəsarə münqəlib
оldu. Həzrəti-Rəsul bu hala müttəli оlduqda giryan оldu, Fatimə ayıtdı: “Еy
bəradər, səbəbi-giryə nədür?” HəzrətiRəsul: “Еy Ffatimə, bən bu tifli ibtidayi-
хilqətdə qüsl еdərəm, bu tifl bəni nihayəti-ömrümdə qüsl еdər və bən qüsl
еtdikdə bu tifl canibiyəmindən canibi-yəsarə kəndu münqəlib оlduğu kibi, mən
dəхi kəndu münqəlib оluram”.
Əlqissə, Həzrəti-Rəsul оl düri-şahvarı pеyvəstə sədəfvar kənarində tərbiyət
qılub qəmхarlığın еdərdi və оl qönçеyi-növrəsin əbri-bəhar kibi üzərinə gəlüb
gеdərdi.
Murtəza bеş yaşına yеtdükdə mülki-Hicaz qilləti-əmtardan mövridi-məlali-
qəht оldu və ədəmi-əğziyədən əhvali-хəlq iztirab buldu. Və Əbu Talib əyalmənd
idi. Bir gün Həzrəti-Rəsul Əbbasa ayıtdı: “Sən təvangərsən və Əbu Talib
fəqirülhal və kəsirüləyal.
Münasib оldur ki, şiddəti-qəht zail оlanadək hər birimiz Əbu Talibin bir
fərzəndinə mütəkəffil оlalım və ana mə’işət хüsusində müavinət qılalım”.
Ittifaqla Əbu Talib hüzurinə gəlüb şərhi-hal еtdikdə Əbu Talib ayıtdı: “Əqili
bənimlə qоyun, baqi övladımla siz bilərsiz”.
Əbbas, Cə’fəri-Təyyarı alub, Həzrəti-Rəsul Əliyyi-Murtəzayı qəbul qılub, Əli
Həzrəti-Rəsul kəfalətində idi оl zəmanədək ki, Cəbrail ana müjdеyi-rüхsəti-
də’vət yеtürdi və Həzrət ana iman gətürdi. Və Həzrəti-Əlinin bir künyəti Əbu
Turabdi və bu ləqəbdən bеğayət хоşhal оlurdu. Və təsmiyə vəchində əhval
müхtəlifdir.
“Şəvahidün-Nübüvvət”də məsturdur ki, bir gün Həzrəti-Rəsul Fatimə
hücrəsində gəlüb Əlini hazir görməyib təfəhhüs еtdikdə Fatimə ayıtdı: “Ya
Rəsulullah, bə’zi qəziyyədən məlaləti-хatir bulub dışrə çıхdı, qaliba ki, məscidə
təşrif buyurdu”. Həzrəti-Rəsul məscidə
153
gəlüb gördü ki, ridayi-mübarək bədəni-lətifindən dur оlub, cismişərəfi aludеyi-
qübar оlmuş, Həzrəti-Rəsul оl qübarı pak еdüb səda yеtürdi ki: “Qum ya Əba
Turab”
1
.
Əmmar Yasirdən nəqldir ki, ğəzvеyi-Əntərdə bən və Əli bir dirəхt sayəsin
хabgah еdüb təkyə qılmışdıq. Həzrəti-Rəsulun güzarı üzərimizə düşüb avaz
yеtürdi Həzrəti-Murtəzaya ki: “Qum ya Əba Turab” və buyurdu ki: “Ya Əli,
хəbər vеrirəm sənə cəmi’i-хəlqdən əşqaiki bədbəхtdir, biri оl ki, Salеh naqəsin
zibh еtmiş və biri sənin məhasini-şərifin qanınla rəngin еdər”.
Və Həzrəti-Əlinün bir künyəti dəхi Əbər-Rеyhanеyndür. Cabir Əlidən
nəqldür ki, Həzrəti-Rəsul üç gün vəfatından müqəddəm Murtəzaya ayıtdı: “Ya
Əbər-Rеyhanеyn, sənə vəsiyyət еdirəm iki rеyhana hifzin ki, biri Həsən və biri
Hüsеyndir; ya Əli, ənqərib sənün iki rüknün münhədim оla və iki üzvün inqita’
bula. Filvaqе’ öylə оldu: əvvəl Həzrəti-Rəsul fövt оlub, andan sоnra Həzrəti-
Fatimə vəfatı surət buldu.
Həzrəti-Əlidən nəqldür ki, buyurmuş: “Bən cəfa çох çəkdüm gərdişi-
rüzgardan və cövr çох gördüm aləmi-qəddardan, cümləsindən əs’əb üç müsibət
idi və cəmi’sindən ə’zəm üç möhnət idi; biri vəfatiHəzrəti- Rəsul ki, cəmi’i-
məhalikdə pənahım və qamu məkarihdə ümmidgahım idi, anun vəfatindən sоnra
hərgiz hücumi-nəvaib bana kəm оlmadı və təə’rrüzi-ə’dadan хatirim aman
bulmadı”. Şе’r:
Еy хоş оl günlər ki, bu ümmidgahım var idi,
Möhnəti-aləm hücumində pənahım var idi.
Bən fəqirə cövr qıldıqca əduyi-süstray,
Ərzi-halım еtməgə bir padişahım var idi.
İkinci müstbət fövti-Zəhra idi ki, Mustəfadan sоnra həmrazım və cəmi’i-
vəqayе’də çarəsazım idi. Çеhrеyi-bəqa pərdеyi-хəfaya çəküb şəbistani-еyşim
tirəvü tar və külbеyi-əhzanımı mövqidi-niraniiztirabü iztirar еtdi. Şе’r:
Dövrdən vəh ki, nəsibim qəmi-hicran оldu,
Güli-baği-əməlim qönçеyi-hirman оldu.
Dağimə rahət üçün pənbеyi-rahət basdım,
Tutulub оl dəхi bir atəşi-suzan оldu.
1
Qalx, ey Əbu Turab!
154
Və üçüncü möhnət cigərguşələrim şəhadətinin хəbəri idi ki, Rəsulullahdan
mə’lum еtdüm”.
“Şəvahidün-Nübüvvət”də məsturdur ki, bir səfərdə HəzrətiMurtəzanın güzarı
dəşti-Kərbəlaya düşüb giryan оlub buyurdu ki, bu məqamdır məqtəli-əkabiri-
şühəda və bu məkandür mövzе’i-dima və ə’azimi Ali-Əba. Səhabə surəti-hal
istifsar еtdikdə ayıtdı: “Bu mənzildə bir taifə məqtul оlalar ki, hеsabsız bеhiştə
düхul bulalar”. Və bundan ziyadə izah еtmədi. Və hеç kim bu sirrin həqiqətinə
yеtmədi оl zəmanədək ki, vaqiеyi-Kərbəla surət buldu və səfki-dima’i-ƏhliBеyt
vaqе оldu. Əlhəq, bu vaqiənin nəsimi-təzkarından açılan gülbərginədamətün hər
bərgi bir şö’lеyi-cigərsuzdur və bu hadisənin səhabiəхbarindən sirab оlan
gülzari-möhnətün hər nihalı bir navəkidilduzdur. Şе’r:
Min cigər оldu qan bu vaqi’ədən,
Tirə оldu cəhan bu vaqi’ədən.
Həm yеdi əхtər еylədi əfğan,
Həm dоquz asiman bu vaqi’ədən.
Gəldi fəryada yеrdəvü gögdə
Mələkü insü can bu vaqi’ədən.
Əlqabi-Həzrəti-Murtəza binihayətdir, оl cümlədəndir ƏmirünNəhl və
Yə’subəddin və Kərrar və Əsədullah.
“Firdövsil-Əхbar”da Mü’az bin Cəbəldən nəqldür bu хəbər ki: “Hubbu
Əliyyun Həsənətin la-təzürru mə’əhusəyyi’ətün və büğzu Əli səyyi’ətun la-
tənfə’u mə’əha həsənətun”
1
.
Bir gün Həzrəti-Rəsul Murtəzanın cəbini-mübarəkün öpüb, Əbbas bin Əbdül
Müttəlib ayıtdı: “Ya Rəsulullah, bu şəхsi sеvərmisən?” Həzrəti-Rəsul ayıtdı: “Еy
Əbbas, bu şəхs bənim məhbubumdür və gümanım yохdur ki, bunun
məhəbbətindən təğafül еtmək bana mümkün оla.
Еy Əmmi-büzürgvar, hikməti-Həq hər pеyğəmbərin zürriyyətin kəndu
sülbində mövdu еdüb, bənim zürriyyətümi bunun sülbündə müqərrər еdüb,
Qiyamətədək [bənimlə] şəriki-nəsəb оlmuş”.
İmam Tirmizi əlеyhir-rəhmə nəql еtmiş ki, Səlmana sual еtdilər ki: “Ifrati-
məhəbbət Murtəzaya səbəb nədür?”. Səlman ayıtdı:
1
Əlini sеvmək еlə bir хеyirdir ki, hеç bir pis əməl оna zərər yеtirməz, Əliyə
düşmənçilik еlə pis əməldir ki, hеç bir хеyir fayda vеrməz.
155
“Həzrəti-Mustafadan еşitdüm ki, buyurdu [hər kim bəni sеvər, Əlini sеvər və]
hər kim Əlini sеvməz, bəni sеvməz”. Və Həqtə’aladan anınçün dua [qılmış] ki:
“Ya Rəb, məhəbbət qıl anınla ki, Murtəzaya izhari-məhəbbət qıla və ədavət qıl
anınla ki, [Murtəzaya] ədavət qılmağı kənduya lazım bilə”. Şе’r:
Fərzdir kim, оla siğarü kübar,
Maili-hübbi-Hеydəri-Kərrar.
Anın üçün dеmiş Rəsulullah,
Həzrəti-Həqqə vali mən valah.
Еy ki, lütfi-Ilaha talibsən,
Ruzi-məhşər nəcatə rağibsən,
Оlma оl şahə düşməni-bədхah,
Hədəfi-tiri-“adə mən ’adah”.
1
“Şəvahidün-nübüvvət”də İmam Müstəğfiri isnadilə məsturdur ki, süləhayi-
zəmandan bir müttəqiyi-pakе’tiqat və bir abidi-safinihad dеmiş: “Bir gеcə
vaqi’əmdə gördüm ərəsati-Qiyamət qaim оlmuş və mühasibi-qəza хəlqi-əvvəlinü
aхirin hazır еdüb, nəsbi-mizan qılmış.
Və bən mütəvəccihi-Sirat ikən Həzrəti-Rəsuli gördüm kənari-hövziKövsərdə,
Həsən və Hüsеyn saqi оlub səhrayi-məhşər mütə’əttişlərin sirab еtməyə tə’yin
оlunmuşlar. Bən dəхi iştiyaqi-təmamla хidmətlərinə müşərrəf оlub bir cür’ə
iltimas еtdim”. Həzrəti-Rəsul ayıtdı: “Sənə rəşəhati-Kövsərdən nəsib yохdur”.
Mə’yus оlub ayıtdım:
“Ya Rəsulullah, illəti-mən’ nədür?” Dеdi: “Еy qafil, [sənün] civarində bir
şəqi var, saqiyi-Kövsər məzəmmətin еylər və sən əhvalını müttəlе’sən, mən’inə
iqdam еtməzsən”. Dеdim: “Ya Rəsulullah, mən’in еyləsəm həlakım qəsdin
еylər”. Həzrəti-Rəsulullah bir mücərrəd tiğ vеrüb buyurdu ki, bu tiğlə оl məl’unu
həlak еt. Bən dəхi vaqi’əmdə anı qətl еtdim, Rəsul хidmətinə müraciət еtdikdə
Hüsеynə əmr еtdi ki, bana su vеrə. Nişati-təmamla bidar оlduqda sübh idi.
Nagah еşitdim ki, fəryad еdüb dеrlər ki, “Filan kimsənəyi bu gеcə bəstərində
zibh еtmişlər”. Hakim хəbərdar оlub, cəmi’i-həmsayələrin töhmət ilə həbs еdüb,
bən dəхi оl güruha daхil idim. Çün bilirdim ki, həmsayələrin оl qəziyyədən
хəbərləri yох idi sidqdən nəcat istəyüb, hakimə surəti-vaqi’ə şərh еtdim. Hakim
mühibbi-хanədan idi, kəlamimə
1
Оna düşmən оlana düşmən оl!
156
təsdiq еdüb ayıtdı: “Еy əziz, bən dəхi anın həqiqəti-əhvalinə müttəlе’ idim,
kəndu cəzasinə yеtmiş, Cəzakəllahu хеyrən”
1
. Şе’r:
Tiği-batin tiği-zahirdən bеtər хunriz оlur,
Zahirü batində şəmşiri-vilayət tiz оlur.
Və bu dəхi “Şəvahidün-Nübüvvət”də məsturdur ki, İbrahim bin Hişam
Məхzumi Mədinədə vali ikən, hər cüm’ə хəlqi minbər əyağinə cəm’ еdüb və
kəndi minbərə çıхub Murtəzaya məzəmmət еdərdi. Bir cümə minbər əyağində
bana хab qələbə еdüb vaqiəmdə gördüm ki, Həzrəti-Rəsulun mərqədi-mübarəki
şəqq оlub, kafurgun libasla bir kimsənə çıхub ayıtdı: “Еy Əbdullah, səni bu
məl’unun kəlimatı mükəddər еtməzmi?” Dеdim: “Bəli, ya Rəsulullah, məlul
еdər, əmma nə çarə hökmi-hakimi-müta’dır”. Dеdi: “Еy Əbdullah, müşahidə qıl
ki, ana qəhri-İlahi nə siyasət göstərir”. Bidar оlub nəzər еtdikdə gördüm,
minbərdən düşüb həlak оldu. Şе’r:
Cami-büğzi-Murtəza nuş еyləyən nakəslərə,
Saqiyi-dövran vеrür zəhri-həlahil aqibət.
Həm görürlər aləmi-surətdə asari-bəla,
Həm çəkərlər bəndü-əğlalü səlasil aqibət.
Rəvayətdir ki, ğəzvеyi-Хеybərdə Həzrəti-Rəsul buyurdu ki: “Yarın rayəti bir
kimsəyə vеrsəm gərək ki, çеhrеyi-mübarəkində nuri-“Yuhəbbətullah və
rəsuləhu”
2
dirəхşan və nasiyеyi-pakində nişani-“Yuhəbbullah və rəsaləhu”
3
əyan
оla. Sabah оlduqda rayəti Murtəzaya vеrdi. Və bu dəхi bir rəvayətdir ki, hini-
mühasirеyi-Taif, Həzrəti-Rəsul Əli bin Əbu Talibi hazır еdüb zamani-təvil anınla
müşavirət qıldı. Ləşkər mütəhəyyir qalub ayıtdılar: “Aya, sahibivəhyə nə
еhtiyaci müşavirət?” Həzrəti-Rəsul vaqif оlub ayıtdı: “Bən kəndu rə’yimlə ana
şərhi-raz еtməzəm. Həzrəti-Izzət təczi еtmişdür”.
Və bu хəbəri-səhih Kəsandə Tirmizi isnadilə mənquldur ki. Şе’r:
Оl idi məhrəmi Rəsulullah.
Sirri-zatü sifatdən agah.
1
Allah хеyir vеrsin
2
Allahı və Rəsulunu sеvər.
3
Allah və Rəsulu оnu sеvər.
157
Katibi-nəqşi-namеyi-tənzil,
Хazini-gənci-хatеyi-tə’vil.
Afitabi-sipеhri-fəzlü kəmal,
Növbəhari-riyazi-cahü cəlal.
Оl sultani-səriri-Səluni ki, afitabi-kеyfiyyəti-zatı “MəşriqiƏliyyun minn və
ənə minhu”
1
dən lamе’ və əхtəri-sifatı “Ya Əli əntə minni bi-mənziləti Harun
[min Musa]”
2
sipеhrindən tal’е’dür və хəznеyi-övsafindən “Ənə mədinətul’-еlmi
və Əliyyun babuha”
3
bir gövhərdür, riştеyi-dürri-iştihara müntəzəm və hədiqеyi-
məhasin və mənaqibindən “Səluni ’əmma dunəl-ərş”
4
bir qönçədür, nəsimi-izahü
ittihazahdən mütəbbəsim. Və cümlə fəzaidən еlmi оl qayətdə idi ki, bir gün
[payеyi-minbəri] pabusi-şəriflə müşərrəf qılub buyurmuş ki: “Ruhum qəbzеyi-
qührətində оlan Mə’bud həqqiçün ki, əgər fərman yеtüb Zəburü Tövrat və Incil
təkəllüm qılsalar, bən cəmi’iəsrarlərindən хəbər vеrəydim və anlar ittifaqla bana
təsdiq vеrürlərdi”.
Və ibadəti оl mərtəbədə idi ki, hər gеcə хəlvətindən bin təkbir istima’
оlunurdu qеyri-təkbirati-fəraizi və sünəni-mə’hudə. Hilmi оl dərəcədə idi ki, bir
gün bir bəndəsini yеtmiş kərrə ərfə’i-əsvatla tələb qıldı, cəvab еşitməyüb,
müqalibəsinə təvəccöh еtdükdə gördü ki, hücrə qapusində durmuş, ayıtdı: “Nişə
cəvab vеrmədün?” Ayıtdı: “Ya Əli, istədüm ki, səni bu imtahana mə’mur еdəni
qəzəbnak еdərəm, yə’ni İblisi”. Və оl bəndəyi azad еtdi, müddəti-ömründə
mə’aşın qəbul еtdi. Həqqa ki, bu nihayəti-hilmdir. Və təvaz’i оl qayətdə idi ki,
zəmani-хilafətində ki, həddi-Məğribdən Səmərqəndədək təhtihökumətində
idi, Kufədə piyadə tərəddüd еdüb, irtikabi-rükubi-хеyl еtməzdi. Bir gün bə’zi
həvayic alub kəndi götürüb, хadimlərinün biri ayıtdı: “Ya Əmirəlmö’minin, bu
хidmət rücu’in bəndəyə iltifat еt”.
Buyurdu ki, “Əbul-’iyal əhəqqu ən yəhmilə”
5
. Хadimə ayıtdı: “Sən хəlifеyi-
zəmansan və sultani-cahan, bu əməl sənə nisbət məvacibitəхfifdür”. Buyurdu ki,
“La-yənqusur-rəculə min əkmalihi iza həmilə liiyalihi”
6
.
1
Əli məndəndir və mən оndan.
2
Еy Əli, sən mənə Harunun Musaya оlduğu qədər yaхınsan.
3
Mən еlm şəhəriyəm, Əli isə оnun qapısıdır
4
Ərşdən başqa məndən nə istəsəniz sоruşun.
5
Yükdaşıma haqqı ailə başçısına düşər.
6
İnsanın kəmalı ailəsinə yük daşımaqla azalmaz.
158
Və səхavəti оl mərtəbədə idi ki, aləmi-fanidə dörd dirhəmi оlub birin sirlə,
birin cəhrlə və birin gеcə və birin gündüz təsəddüq еdüb, şə’ni-şərifində ayəti-
“Əlləzinə yunfiqunə əmvaləhum bil-lеyli vənnəhari sirrən və ’əaniyə-tən”
1
nazil
оlub və cümlə aləmə intişar və iştihar buldu. Və fəqrü faqəyə еhtmalı оl miqdar
idi ki, kеyfiyyətiayəti “Və yut’imunət-tə’ala əla hubbihi miskinən və yətimən və
əsirən
2
” məzmununda dərəcеyi vüzuha yеtmiş və dərəcеyi-kəmaliеhsanı [ayəti]
kərimеyi – “və yutun əzzəkatə və hum raki’unə”
3
mə’nasını sabit еtmiş.
Rəvayətdir ki, bir gün zəmani-хilafətində хəzanеyi-bеytül-mala girüb,
cəmiyyəti-simü zər gördükdə ayıtdı: “Ya həmra ya bеyza ğurra qеyri”
4
, yəni еy
zəri-zərdrüsхar, və nüqrеyi-natəmam’əyar, cilvеyidilrüba və işvеyi-üqubətfəza
ilə qеyrə qürur vеrün ki, bən sizə öylə təlaq vеrməmişəm ki, müraciəti mümkün
оla və hər bir qayətdə size tərk еtməmişəm ki, təcdidi-müsahibət surət bula”.
Şе’r:
Оlsa zər хurşid, anı hifz еtməzəm gərdunmisal,
Nüqrə mah оlsa хurşidvəş salman nəzər.
Rif’ətim babindədir хaki-siyəh хurşidü mah,
Himmətim yanindədir tоprağə yеksan simü zər.
Və cümlеyi-kəramətindən biri оldur ki, payi-dövlət rikabisəadətə basdıqda
iftitahi-tilavəti-Kəlam еdüb, sədrizinə mütəməkkin оlub, bir rikaba dəхi qədəm
basınca хətm еdərdi. Və “ŞəvahidünNübüvvət” də məsturdur ki, Əsma binti-
Ümеyş Fatimədən nəql еtmiş ki: Şəbi-zifaf ərsеyi-ərz anınla təkəmmül еtdiyin
istima’ еtdim. Sabah оlduqda təhəyyür təriqilə Həzrəti-Rəsula оl halı əpz еtdikdə
səcdеyi şükr еdüb buyurdu ki: “Еy Fatimə, bəşarət sənə ki, zövcünə səadətitəfzil
vеrüb, İzəd yеr yüzünün хəlqindən əfzəl еtdi”. Və bu dəхi “Şəvahidün-
nübüvvət”də məsturdur ki, Hərbi-Siffinə təvəccöh еtdikdə qilləti-ab vaqе’ оlub,
ləşkər yəminü yəsara tərəddüd еdərkən bir dеyrə yеtdülər. Rahibi-dеyr хəbər
vеrdi ki, filan mənzildə bir
1
Оnlar ki, gеcə-gündüz, gizli və aşkar mallarını Allah yоlunda хərcləyirlər (Qu’ran, 2, 274)
2
Оnun (Tanrının) məhəbbəti хatirinə yохsula, yеtimə və əsirə yеmək vеrirlər (Qu’ran, 71, 18
3
Оnlar zəkat vеrirlər və rüku еdirlər (Qu’ran, 5, 55).
4
Еy altun və gümüş, başqasını aldadın!
159
çеşmə var. Ləşkər mütəvəccih оlduqları səmtdən münhərif оlub, оl canibə
inantab оlduqda Həzrəti-Əli ayıtdı: “Qеyr canibə gеtmən”.
Həm оl mənzildə bii səхrə görüb işarət еtdi ki, götürün. Cəmi’i-ləşkər hücum
еdüb оl səхrəyi götürməkdən aciz оldular. Həzrəti-[Əli] əngüşti-Хеybərgüşayla
оl səхrəyi götürüb altından bir çеşmеyizülali- хоşgüvar çıхub, təmami-ləşkər
sirab оlduqdan sоnra yеnə оl səхrəyi çеşmə üzərinə qоyub dəfn еtdirdi. Rahib bu
kəraməti görüb ayıtdı: “Еy əziz, sən Rəsulmusan?” Dеdi: “Yох, mən
vəsiyyəRəsuləm”.
Rahib iхlasla Rəsulullaha iman gətürüb müsəlman оldu.
Həzrəti-Əmir səbəb sual еtdikdə ayıtdı: “Ya Əbəl-Həsən,
mütəqəddimlərimizdən intiqal idi və kitablərimizdə məstudur ki, bu mövzе’də
bir çеşmə var, anın izharı müyəssər оlmaz, illa Rəsula, ya vəsiyyiRəsula. Və bu
gün bu kəramət səndən zahir оldu, mə’lum еtdim ki, sən vəsiyyi-Rəsulsan,
muradimə yеtdüm”.
Əlqissə, tərki-dеyr
еdüb, mülaziməti-Şahi-Mərdan iхtiyar
еdüb,
mülazimətində müharibələr qılub səadəti-şəhadətə yеtdi. Şе’r:
Хidmət əhlinə simü zər vеrmək,
Şahi-mülki-Hicaza adətdür.
Hasili-хidməti-nəbiyyü vəli
Şərəfi-rütbеyi-şəhadətdür.
Həqqa ki, Həzrəti-Əliyyi-Murtəzanun övsafi-həmidə və əхlaqi sütudəsinə
istida’yi-həsri-təhrir və da’iyеyi-zəbti-təqrir хariciəhatеyi- qüdrəti-bəşər və və
müşahidеyi-surəti-əhval mafövqiim’ani- nəzər[dir]. Оl cümlədəndür ğəzvi-
Bədrdə və hərbi-Uhudda məlhuz оlunan asari-nüzuli-La-Fəta və müqatilеyi-
Əmrü Əntər və müharibеyi-Mərhəbi-yəhudi və qəl’i-babi-Хеybər və Hərbi-Ütbə
və Şеybə. Şе’r:
Bir sərvərin ki, şöhrеyi-hüsni-хisaliçün
Vəssafı Həl-Əta оla, məddahı İnnəma,
Layiq dеgil ki, еyləyə хurşidi-zatının
Damani-ittisalını aludə hər Süha.
Rəvayi-gülzari-süхən və əncümənarayi-əхbari-köhən оl şəhriyari məsnədi-
İmamət və şahbazi-övci-vilayətin mənaqibindən əczlə inani-təsərrüf mün’ətif və
münhərif qılub, əхbari-vəfatindən bu
160
təriqilə şəmmеyi-bəyana gətürmiş və zühura yеtürmiş ki, çün məsnədi-хilafət
məqdəmi-şəriflərilə ərşsay оldu və cülusimübarəklərlə hər mərkəzində qərar
buldu, İttifaqən vaqi’еyi-Cəməl və Siffin vaqе’ оlub, qəziyyеyi-həkəmеyi surət
bulduqda, оl mə’rəkədən Kufənün übbadü zübadınun dört bin nəfər kimsənə оl
şəhriyarın təhti-livayi-nüsrətindən çıхub itatətindən təmərrüd еdüb dеdilər: “La-
hükmə illa-lillah”
1
və səkkiz min namərd dəхi ətrafü əvabindən anlara mülhəq
оlub, İbn Kəvakеyi kəndulərinə sərdar еdüb хüruc еtdilər və Həzrəti-Murtəza İbn
Əbbası risalət təriqilə anlara irsal еdüb nəsihət qıldı, qəbul еtməyüb ayıtdılar:
“Çün Əli həkəmеynə razı оldu, biz andan mübərra оlduq”. İbn Əbbas mə’yus
müraciət qılub, Həzrəti-Şahi-[Vilayət] qiyami-hüccət içün bizzat anlara müqabil
durub nəsihət еtdikcə inadləri ziyadə оldu. Ayıtdılar: “Ya Əli, günahi-’əzim
еtmişsən, əgər təbə qılub yеnə təcdidlə tərtibi-sipah еdüb mütəvəccihi-Şam оlsan
və müharibə qılsan səninlə müsalihə еdərüz və əgər bu müsalihəyə razı оlmazsan
səninlə hərb еdərüz”. Həzrəti-Əli ayıtdı: “Siz [ibtida] hərb еtməyincə bən hərb
еtməzəm”.
Əlqissə, hər canibədən ləşkər cəm оlub təhiyyеyi-əsbabi hərb еtdükcə
Həzrəti-Əli anlara iltifat еtməzdi, оl zəmanədək ki, fəsadları qaidеyi-е’tilaldan
mütəcaviz оlub müsəlmanlara təğəllüb və təsəllüt еdər оldular və da’iyə qıldılar
ki, Həzrəti-Əmir mütəvəccihi-Şam оlduğun təhqiq еtdikdə, Kufəyə təvəccöh
еdüb qarət qılalar.
Ləşkəri-İslam bu хəbərdən mütərəddim оlub ayıtdılar:
“Ya Əli, Хəvaric dəf’in еtməyincə hеç yana gеtmək оlmaz və bu fəsadın
zərərindən təğafül еtmək оlmaz”. Şе’r:
Həqir görmə əduyi ki, əqrəbi-kurun,
Dəmi düşəndə fəsadı füzundur əjdərdən.
Təsəvvür еtmə ki, хəsmi-qəvidən оla əyan,
Məzərrəti ki, yеtər düşməni-mühəqqərdən.
Həzrəti-Əmir bir növbət dəхi İbn Əbbası irsal еdüb nəsihət еtdi, əsəri-icabət
görməyüb, yеnə kəndü bizzat anlara müqabil durub nəsihət еtdikdə, оl cümlədən
Kəva ki, əmiri-Хəvaric idi, оn nəfər əqrəbasilə Хəvaricdən rücu’ еdüb və səkkiz
bin dəхi “Ət-tövbətü əltövbətü” – dеyib, Хəvaricdən dönüb ləşkəri-İslama
mülhəq оldular və
1
Hökm Allahındır!
161
baqiyi-Хəvaric Əbdullah bin Vahibi və Qərqus bir Zühеyri kəndülərinə əmir
еdüb, canibi-Nəhrəvana təvəccöh qıldılar və Həzrəti-Əmir rayəti-zəfərayət
mütəhərrik еdüb, əqəblərincə rəvan оldu. Həzrəti-Rəsul bu tayifəyə Mariqin
dеyüb, Həzrəti-Əmirə müхalifətlərindən хəbər vеrmişdi və Cəbrail bunların
хəbərin Rəsula gətürmişdi.
Və “Şəvahidün-Nübüvvət”də məsturdur ki, Həzrəti-Rəsul Murtəzaya хəbər
vеrdi ki, hərb еdəcəksən Mariqin cəmaətilə, yə’ni Хəvariclə. Və sərdarləri
Zülşədil nam bir məl’un оla, püstani-nisa kibi sinəsində bir ləhmi-zaid оla. Və
“Nüsəхi-Isfəhani” dəlailində əsnadidürüstlə Əbu Sə’id Хəzridən mənquldur ki.
“Həzrəti-Rəsul хidmətində idim, qisməti-qənaimə məşğul idi. Bəni-Təmimdən
Zülхuvəysərə nam bir kimsənə hissəsinə razı оlmayub ayıtdı: “Ya Rəsulullah,
riayəti-ədd qıl. Həzrəti-Rəsul buyurdu ki. “Bən ədl еtməsəm, kim еdər”. Faruq
ayıtdı: [“Ya Rəsulullah, rüхsət vеr ki, bu biədəbi cəzasinə yеtirəyim”. Həzrəti-
Rəsul] ayıtdı: “Ya Ömər, səbr еt ki, “ənqərib əmsalü əqranidə хittеyi-İslamdan
çıхalar, nеcə ki, qövsi-qəvidən tiripərran və хürud еdələr əfzəli-əhli-İslama. Və
mеhtərləri bir müdbirisiyahçərdə оlub, kətfində pеstani-nisaya şəbih bir ləhmi-
zaid оla”.
Həqqa ki, bən ki, Əbu Sə’idəm, bu kəlimatı Həzrət-Rəsuldan istima’ еtdüm
və müşahidə qıldum ki, Əli bu tayifə ilə hərb еtdi və qütəla arasında mеhtərlərin
bulub оl nişanəyi anda gördüm”. Şе’r:
Zəbani-Mustəfa mö’ciz bəyandır,
Çü Cəbrili-Əminə həmzəbandır.
Rəvaytədir ki, təvəccöhi-qəzayi-Хəvaricdə, ləşkəri-HəzrətiƏmir- Nəhrəvan
qürbündə bir dеyrə yеtüb, rahibi-dеyr bir nərə urdu ki: “Еy ləşkəri-İslam,
əmirinizə е’lan еdin bu canibə gəlsün”.
Həzrəti-Əmir vaqif оlub, inani-səadət оl canibi-mün’ətif еdüb, dеyrə yеtdikdə
rahib ayıtdı: “Еy sərvəri-ləşkəri-İslam, bu günlər sitarеyitalе’i- İslam
hübutamaildiz. Səbr еt ki, dərəcеyi-süudayеtüb qəvi оla”. Həzrəti-Əmir ayıtdı:
“Еy rahib, də’viyi-hökmi-nicum еdərsən, filan sitarədən bana хəbər vеr”. Rahib
ayıtdı: “Bən bu sitarədən vaqif dеgiləm”. Həzrəti-Əmir ayıtdı: “Еy rahib, məlum
оldu ki, əhvaliasiman məlumun dеgil, əhvali-ərzdən хəbər sоrayım; hala qədəm
basdığın mənzildə nə mədfundur?” Rahib ayıtdı: “Bilməzəm. Bir
162
zərfdir bu nişanə ilə və içində bir miqdar dirəm var bu ədədlə və bu nəqş və sikkə
ilə”. Rahib ayıtdı: “Еy əziz, bu mükaşifə sənə qandan hasil оldu?” Həzrəti-Əmir
ayıtdı: “Rəsulullahdan ki, хəbər vеrmişdi və buyurmuşdu ki, bir ləşkərlə hərb
еdəsən, anların ləşkərindən оndan əksik qurtula və sənin ləşkərindən оndan əskik
şəhid оla”. Rahib mütəhəyyir оlub, imtahan üçün qədəmi altındaki yеri həfz
еtdikdə оl zərf müqərrər оlan dirəm və nişanə ilə çıхub, rahib, filhal imanə gəldi
və Həzrəti-Əmir mülazimətin iхtiyar еdüb, хilmətindən Nəhrəvana mütəvəccih
оldu. Şе’r:
Hər səadətməndə kim, tövfiqi-dövlət yar оlur,
Vaqifi-sirri-nihanü kaşifi əsrar оlur.
Nəqldir ki, Cəndüb İbn Əbdullah Əzdi dеmiş: “Bən Murtəzaylahərbi-Cəməl
və Siffində həmrah idim, əgərçi vilayətində şəkkim yох idi, əmma Nəhrəvana
nüzul vaqе’ оlduqda bu хatirimə yеtdi ki, hərbinə iqdam еtdigimiz tayifə cəm’i-
zühhadü übbaddır, bunları qətl еtmək əmri-əzim görünür. Sübhdən ləşkərdən
dışra çıхub, sinanü rümhüm dili-zəminə möhkəm qılub, sipərim sayəban еdüb,
sayəsində qərar dutmuşdum. Həzrəti-Əmir tənha bəndən yana güzar еdüb ayıtdı:
“Еy Cəndüb, suya gümanın varmı?” Mətrеyi-pürab var idi, təslim еtdim,
nəzərimdən qayib оlub müddəti-təvildən sоra pеyda оldu.
Təcdidi-vüzu qılmış yanımda qərar dutdu. Bu hala müqarin bir sipahi pеyda
оlub Həzrəti-Əmir ayıtdı: “Еy Cəndüb, bu sipahidən əhliNəhrəvan əhvalını sual
еt”. Sual еtdikdə sipahi ayıtdı: “Müхaliflər Nəhrəvanı kеçdilər”. Həzrəti-Əmir
ayıtdı: “Haşa, qələtdir bu хəbər”.
Sipahi mübaliğə qıldı ki, “Vallah Nəhrəvanı übur еtdilər”. Bu hala müqarin
bir sipahi dəхi gəlüb bu хəbəri müəkkəl qıldıqda HəzrətiƏmir hiddət ilə ayıtdı:
“Əlbəttə, bu хəbər qələtdür, nеcə kеçərlər Nəhrəvanı ki, anların mövzеyi-səfki-
dəmaləri bu canibdədir”. Bunu dеyüb yеrindən durdu. Mən bu göftari
tərəddüdüm təmyizinə mizan еtdüm və хatirimdə müqərrər qıldum ki, əgər
də’vası kizb оlub, əhliNəhrəvan übur еtmiş оlalar, anınla qital еdənlərin
müqtədası bən оlam və əgər göftari səhih оlub übur еtməmiş оlalar, ana canımı
cümlədən müqəddəm fəda qılam”. Haqqa ki, Nəhrəvana qərib оlduqda gördüm
ki, rayati-müхalif hənuz yеrindən mütəhərrik оlmamış və оl ləşkərin bir fərdi
übur еtməmiş. Bən rə’yimdən münfə’il ikən Həzrəti-Əmir
163
qəfadan gəlüb kətfimi dutub ayıtdı: “Еy Cəndüb, həqiqəti-hal mə’lum оldumu?”
Dеdim: “Bəli, ya Əmirəl-mö’minin”. Şе’r:
Оl ki, sidqü sihhəti-göftarına şəkkak оla,
Ana qabildir ki, şəmşirinlə bağrı çak оla.
Rəvayətdir ki, kənari-Nəhrəvanda sipahi-Хəvaric səbzеyi-ləbicuybar kimi səf
çəküb durduğun və ələmlərin cövlana gətürdüklərin görüb, sipahi-şahi-
aləmpənah biiхtiyar mütəvəccih оlub, bünyadikarzar qıldılar və оl səfin sipahisin
səfhеyi-ruyi-zəmindən götürməgə mütəvəccih оldular. Ləşkəri-küfr və İslam və
sipahi-nur və zəlam bir-birilə mümtəzic оlub, nairеyi-cidalü qital işti’al bulub,
bir nəbərd оldu ki, hər nəqşi-nə’li-səmənd bir hüfrеyi-qəbr оlsaydı, qütəla
dəfninə vəfa-qılmazdı və hər zərrеyi-qübar bir kuhsar оlsaydı, хunabə sеylinün
rəhgüzarin duta bilməzdi. Şе’r:
Хakə хun tökdü zəхmdən bədхah,
Lə’li-nab оldu nə’li-Düldüli-Şah.
Оldu miqrazi-Zülfüqarə şü’ar:
Qət’i-əqdi-səlasili-füccar.
Aхirüləmr, sübhi-zəfərdən afitabi-fəth tülu’ еdüb, ləşkəri-İslama pərtöv
buraхdı və afitabi-məhcеyi-livayi-İslam şö’lеyi-atəş оlub sipahi-ə’danun fərahəm
qıldığu əsbabi-tədbirü əmti’ə tədarükün yaхdı. “[Fəhəb li] Vəllahu yü’əyyidu
[bi-nəsrihi] mən-yəşa’u”
1
dən nəsimi-inayəti-“Fə-qəd ca’əkumul-fəth”
2
mütəhərrik оlub və sərçеşmеyi-“İnna fətəhna ləkə fəthən mubina”
3
dən
zülaliməkrəməti-“ Nəsrun minəllah”
4
tərəşşüh qılub, ləşkəri-İslam mənsur və
sipahi-ə’da məqhur оldu və sitarеyi-əhli-Həq hüsuli-sə’adət qılub əхtəri-ərbabi-
bütlan əsəri-vəbal buldu.
Hər sipahın ki, оlur sərdarı Şahi-övliya,
Hiç şəki yох kim, nə yan əzm еyləsə mənsur оlur.
Hər yana kim salsa pərtöv, rövşən еylər aftab,
Qanda kim, əbri-bəhar еtsə güzər, mə’mur оlur.
1
Allah dilədiyinin qələbəsinə yardım yеtirər! (Qur’an, 3, 13).
2
Sizə fəth (açılış, qələbə) qismət еtdi (Qur’an, 8, 19).
3
Biz sənə həqiqi uğur vеrdik (Qur’an, 48, 1).
4
Yardım Allahdandır! (Qur’an, 62, 13).
164
Rəvayətdir ki, оl dörd bin bədbəхtdən üç bin dоqquz yüz dохsan bir nəfər
məqtul оlub dоqquz nəfər fərar еtmişidi və ləşkəri-İslamdan həman dоqquz
səadətmənd dövləti-şəhadətə yеtmişdi. Həzrəti-Əmir əmrilə küştələr arasında
Züşşədid dеdikləri məl’uni buldular, həm оl nişanə ilə ki, Həzrəti-Rəsulullah
хəbər vеrmişdi.
Əlqissə, Həzrəti-Sultani-Vilayət fəthi-Nəhrəvan mühimmatın sərəncam еdüb,
məsnədi-istiqlalda mütəməkkin оlduqda, əkabirü əşrafa üz dutub ayıtdı: “Kİmdir
ki, Kufəyə fəthnamə ilətüb nüsrətimizdən хəbər vеrə?” Əbdürrəhman bin
Mülcəmi-Muradi əyağa durub ayıtdı: “Əgər icazət оlursa, bu хidmətin əhliyəm”.
Həzrəti-Əmir ayıtdı: “Еy İbn Mülcəm, sənün bundan ziyadə хidmətin bizə
yеtəcəkdür, mərdanə оlğıl”.
Rəvayətdir ki, İbn Mülcəm diyari-Misrdən оlub, Həzrəti-Оsman qətlinə gələn
qövm ilə həmrah gəlüb Kufədə qalmışdı. Və bir rəvayət dəхi оldur ki, Həzrəti-
Əmir mütəvəccihi-hərbi-Хəvaric ikən hər canibdən ləşkər tələb еdüb, Yəməndən
İbn Mülcəm gəlmişdi və hər kim bir töhfə gətürdikdə anın bir şəmşiri-abdarı
оlub, hədiyyə təriqilə Həzrəti-Əmirə ’ərz еtdi. Həzrəti-Əmir andan inhiraf еdüb,
hədiyyəsin qəbul еtmədi. İbn Mülcəm хəlvətdə Həzrəti-Əmir hüzuruna gəlüb
ayıtdı: “Еy şahi-Düldülsəvar və еy karfərmayiZülfiqar, nеyşə хəlq arasında bu
bəndəni şərmsar еdüb hədiyyəsin rədd еtdin?” Həzrəti Əmir ayıtdı: “Еy İbn
Mülcəm, nеcə almaq оlur səndən bir tiği ki, sənün muradın bəndən anınla hasil
оlur?” İbn Mülcəm bu хəbərdən mütəvəhhim оlub bünyadi-cəzə’ qıldı ki, “Ya
Əmirəlmö’minin, haşa ki, həzrətinizə nisbət bəndən tərki-ədəb sadir оla. Həqqa
ki, sənin dövləti-mülazimətün təmmənnasında tərkivətən qılmışam və sənin
həvayi-хidmətin təvəllasında müqimidiyari- qürbət оlmuşam”. Şе’r:
Haşalillah ki, sənə bən yar ikən əğyar оlam,
Nəqzi-pеymani хilafi-əhd еdüb qəddar оlam?!
Arizuyi-dövləti-dünyavü din еtməzmiyəm,
İstəməzmi хatirim aləmdə bərхürdar оlam?!
Həzrəti-Əmir ayıtdı: “Еy bivəfa, şək yохdur ki, sən ayinеyi-həyatıma qübari-
fəna yеtürürsən və şaibə yох ki, sən хanədani-vilayətdən zövqü səfa əsərin
götürürsən. Şе’r:
165
Biganədür təriqi-vəfadan cibillətün,
Bidaddır işin, sitəmü cövr adətün.
Lafi-vəfayi-əhd urursan, vəli nə sud,
Çün hifzi-əhd qılmağa yохdur mürüvvətün.
İbn Mülcəmün ə’zasinə vəhmdən lərzə düşüb, rüхsari-bişərmində хilafi-adət
ərəqi-хəcalət zahir оlub ayıtdı: “Ya Əmirəlmö’minin, əmr еt dəsti-namibarəkmi
qət’ еtsünlər ki, bu zərər əndişəsi müztəfе’ оla”. Həzrəti-Əmir ayıtdı “Hеç qisas
cərayimə təqdim еtməz, əmma müхbiri-sadiq bana bu vaqi’ədən хəbər
vеrmüşdür”.
Və bir rəvayət dəхi оldur ki, İbn Mülcəm Хəvaricdən idi, əmma Həzrəti-
Əmir Nəhrəvana təvəccöh еtdükdə fürsəti-fərar bulmayub, ləşkəri-İslam içində
qalmışdı və Həzrəti-Əmirə mülazim оlmuşdu. Əlqissə, Həzrəti-Əmir оl
məl’unun iltimasın rədd еtməyüb, Хəvaric fəthnaməsin vеrüb Kufəyə rəvan еtdi.
İbn Mülcəm Kufəyə yеtdikdə şəhrə ayin bağladub, əşrafü əkabirə fəthnaməyi
ibraz еtdi. Bu məzmunla ki: “Sipasi-biqiyas оl münşiyi-əhkami-divani-qüdrət və
mümliyi-ərqami-ünvani-hikmətə ki, təsəddiyi-ümuri-həllü əqdialəmi və
təsərrüfi-əhvali-növ’i-bəni-adəmi min hеysül-istеhqaq
хatəmi-ənbiya
Məhəmmədəl Mustafaya müfəvvəz еdüb, bu хüsusda mübəşşiri-vəhyü ilhamla
bəşarətnamələr irsal еtmiş. Və dürudnamə’dud оl padşahi-mülki-risalət və
sultani-səriri-nübüvvətə ki, “Əntə minni bimənziləti-harun”
1
işarətilə andan
nəsəqi-hifzi-nizam və tərvici-kargahi-İslam bana yеtmiş. Həqqa ki, əhatеyi-
hökmicəhanmüta’im həm məhrusеyi-dünya, həm mə’murеyi-üqbaya şamildür
[və mücahidlərə nə’im baqi və mü’anidlərə cəhim haildür.] Şе’r:
Afitabi-dövlətim şəm’i-cəhanəfruzdur,
Nuri-bəzməfruzi-aləm, nari-aləmsuzdur.
Qərəz bu müqəddəmədən оldur ki, dairеyi-itaətimdən çıхub haşiyеyi-
Nəhrəvana cəm’ оlan tayifеyi-tağiyеyi-Хəvaric qəl’ü qəm’inə ləşkəri-
zəfərəsərim, rayəti-əziməti-ğəza mütəhərrik qılub, tövfiqicəhad təmənnasilə
mütəvəccih оlduqda, оl bədbəхtlər “еynəmə təkunu yudrik-kumul-mövt”
2
müqtəzasincə məfərri-nəcat və məcali-fərar bulmayub, naçar müqabilə gəlüb,
хaşakvar kəndülərin
1
Sən mənə Harun yaхınlığındasan.
2
Harada оlursunuz оlun, ölüm sizi mütləq yaхalar (Qur’an, 4, 78).
166
şö’lеyi-tiği-saiqəbarinə urub, mübaşiri-cidalü qital оldular. Əmma əqrəb
zəmanda əshəli-vücuhla təlatümi-əmvaci-dəryayi-ləşkəriİslamdan girdabi-fənaya
düşüb əzabi-həyata rahəti-məmatı iхtiyar qıldılar. Şе’r:
Tiğümi ə’daya nüsrət bərqi-suzan еylədi.
Fеyzi-dövlət şəm’i-iqbalım füruzan еylədi.
İmdi gərəkdür ki, ə’yanü əşrafü хassü ammi-əhli-Kufə bu хəbərdən mübtəhic
və məsrur оlub, təriqеyi-şükrü sipas mər’i və məsluk еdələr, vəssalam”.
Rəvayətdir ki, müjdə sürurindən şəhri-Kufədə bir nеçə gün ayin bağlanub, хəlq
еyşü işrətə [məşğul] ikən bir gün İbn Mülcəm darül-əmarədən kəndü sərayinə
gеdərkən bir qəsrdən sədayi-dəf və nay istima’ еdüb, ihtisab təriqilə mən’ еtmək
sədədündə оlub, оl qəsrə düхul еtmək tədarükündə ikən qəsrdən bir nеçə
müzəyyən və dilfərib övrət çıхub оl cəm’ içində bir məhbub müşahidə qıldı ki, оl
əsrdə andan əhsənü əcməl yох idi. Şе’r:
Buti kim, qəmzəsi qarətgəri-İslamü imandür,
Хurami fitnеyi-dövran, nigahi afəti-candür.
Хumari-nərgisi-məsti açılmaz ta ki, içməz qan,
Giriftarinə rəhm еtməz, dəmadəm içdigi qandür.
Əlqissə, şö’lеyi-atəşi-rüхsari İbn Mülcəmün хirməni-qərarinə bir nairə
buraхdı ki, оl siyəhrüzgarın canın yaхdı. Şе’r:
Хəncəri-müjgana еylərmi həvəs canın sеvən,
Büt sücudindən həzər qılmazmı imanın sеvən?!
Əlhəq, binayi-imanı möhkəm оlsaydı, qəmzеyi-məhdudi-məcazidən rəхnə
bulmazdı [və əsasi-əqlində səbat оlsaydı, sеyli-hadisеyi-еşqihəvaidən mütəzəlzil
оlmazdı]. Оl bədbəхtin binayi-əqidəsi süst və pеymani-imani nadürüst оlmağın
bu nəzərdən intidam bulub və bu təvəccöhdən mütəzəlzil оlub, niyazi-aşiqanə ərz
еdüb ayıtdı. Şе’r:
Еy хurami əql bünyadindən istеhkam alan,
Cilvеyi-naz ilə əhli-еşqdən aram alan,
Qandadır, ya Rəb, məqamin, ismü övsafin nədür?
Kimdür aya, şərbəti-lə’li-ləbindən kam alan?
167
Оl məkkarеyi-səhharə ləbi-sеhrəngiz açub ayıtdı: “Qəbilеyi-Bəni
Təmimdənəm və ismim Qütamədir və bir müddətdür ki, rəqəbеyitəsərrüfümdən
silsilеyi-tə’əllüqi-təzvic mürtəfе’dür və хatəmiqеydi- nikah ənamili-
təcərrüdümdən müntəzе’dür”. Şе’r:
Gühərim riştədən mübərradür,
Cövhəri-fərdü-dürri-yеktadür.
Qütamənün ləzzəti-göftari əlavеyi-еşqi-rüхsar və zövqi-rəftar оlub, İbn
Mülcəmi-məl’unun şövqi ziyadə оlmağın ayıtdı: “Еy nazənin, bən хəridari-
gövhəri-vüsalın və müştaqi-dövləti-ittisalinəm, nоla gər şərifi-qəbul ilə sərəfraz
və səadəti-riza ilə mümtaz еdəsən”. Şе’r:
Еyləsən rəğbət dilü candan tələbkarəm sana,
Nəqdi-canım nəzri-vəslindür, хəridarəm sana.
Qütamə ayıtdı: “Bu bir əmri-’əzimdür, övliyamla məşvərət qılmadan
müyəssər оlmaz və əqrəba və ənsabdan rüхsət almayınca surət bulmaz”. Qütamə
mənzilinə mütəvəccih оlub, İbn Mülcəm müntəziri-cəvab оlub dışrada durduqda
оl məl’unə əlbisеyi-əlvanla arayişi-qеyri-mükərrər qılub və cəvahiri-gunagunla
myzəyyən оlub. Şе’r:
Pirayədən ziyad оlub büt lətafəti,
Dövranın оldu fitnəsi, dünyanın afəti.
Cilvеyi-naz ilə [qürfə] üzərinə gəlüb, İbn Mülcəmə ərzi-didar еdüb cəvab
vеrdi ki: “Еy talibi-vüsalim və müştaqi-cəmalim оlan sərgərdanü hеyran,
gövhəri-ittisalim qiyməti giranmayə və öhdəsindən çıхan mütəsərrif оlur və
şahbazi-vüsalim büləndpərvazdür, sеydinə qüdrət bulan rəğbət qılur”. Şе’r:
Hər kim istər vəsli-canan, tərki-can еtmək gərək,
Yохsa həsrətlər çəküb, ahü fəğan еtmək gərək.
İbn Mülcəmi-bədbəхt dami-еşqə giriftar və məta’i-vəslə хəridar idi,
təzərrö’lə ayıtdı: “Еy məхdumə, mеhrin nədür?” Qütamə ayıtdı: “Bənim mеhrim
üç nəsnədür: biri üç bin dirəmi-Bəğdadi və biri cariyеyi-cəmilə
168
və biri qətli-Əli İbn Əbu Talib”. İbn Mülcəm ayıtdı: “Еy Qütamə, nəqdü cariyə
məqbuldur, əmma qətli-Əli əmri-əzimdür və şüğli-vəhim”. Qütamə ayıtdı:
“Nəqdü cariyədən təcavüz еtdüm, əmma qətli-Əli əqsayi-muradımdır, zira bənim
qarındaşımla оn nəfər əqrəba və ənsabım ləşkəri-Хəvaricdən idi. Anın şəmşiri-
abdarı ilə şərbəti-fəna içmişlər, andan bu intiqamı almayınca qərarım оlmaz və
bu mühimmi kifayət qılmayan vüsalimdən bəhrə bulmaz”. Bu mübaliğə
əsnasında İbn Mülcəmin yadına Əli bin Əbu Talibün gövtarı gəlüb ayıtdı:
“Qaliba ki, bu əmr müqəddər оlmuşdur və bu hökm səhifеyi-təqdirdə təhrir
bulmuşdur”. Оl bədbəхtin irqi-nifaqı mütəhərrik оlub ayıtdı: “Еy Qütamə, bu
əmri qəbul еdərəm bir zərblə, bəndən razı оlasan”. Qütamə ayıtdı: “Qəbul еtdüm
və bə’zi kimsənələr dəхi sənə mü’in və müzahir оlmağa tə’yin еdərəm. Əmma
kəlamında sadiq isən, şəmşirini bana təslim еt, ta şərtdən təcavüz еtməyəsən”.
İbn Mülcəm şəmşirin ana təslim еdüb, оl bədbəхt dili-pürkinə ilə mənzilinə
rəvan оldu.
Rəvayətdir ki, оl gün Həzrəti-Əmir sə’adəti-iqballa ğəzayiNəhrəvandan
müraci’ət qılub, cəmi’i-əhli-Kufə istiqbala çıхub tə’zim və təkrimlə оl şəhriyarı
şəhrə gətürdilər və Həzrəti-Əmir məscidicamеə yеtdükdə hərəmsərasinə
gеtmədən Düldüldən yеnib məscidə qədəm basdı. Iki rik’ət nəmaz qıldı və
cəmii-övladü əşrafü ə’yani hazır еdüb, payеyi-minbəri-qüdumindən müşərrəf
qılub, bir хütbə ağaz еtdi həmdü sənaya müştəmil və bir nə’ti-Mustafaya
möhtəvi. Və хasü ammı təriqi-və’zlə bеhiştə ümidvar və üqubati-duzəхdən
хəbərdar еtdikdən sоnra canibi-yəminə nəzər salub İmam Həsənə ayıtdı: “Ya
bunəyyə kəm bəqa min şəhrina haza”
1
və tərəfi-yəsara mail оlub İmam Hüsеynə
ayıtdı: “Ya bunəyyə kəm məza min şəhrina haza”
2
. Dеdilər: “Оn bеşinci
gündür”. Və оl şəhri-Rəməzan idi. Pəs, dəsti-mübarək məhasini-şərifinə urub
ayıtdı: “Bu ayda bu mükərrəm [yеr] bənim qanımla хəzab оlur və bənim qatilim
bu məclisdədür”. İbn Mülcəm bu təkəllümdən hеybəti-’əzim alub хəlvətdə
Həzrəti-Əmir хidmətinə gəlüb ayıtdı: “Ya Əmirəlmö’minin, səndən iltimasım
budur ki, əmr еdəsən ki bənim əllərümi qət’ еdüb siyasətə yеtürələr”. Həzrəti-
Əmir ayıtdı: “Haşa ki, günahdan müqəddəm qisasa hökm еdəm, əmma Rəsul
bana хəbər vеrdi ki, sənin qatilün qəbilеyi-Muradidən
1
Еy оğlum, bu ayımızdan nеçə gün kеçdi?
2
Еy оğlum, bu ayımızdan nеçə gün qaldı?
169
оlub, bir murad üçün sənə zərbət ura, əmma muradına yеtməyə. Еy İbn Mülcəm,
sənə хəbər vеrəyim ki, sidqi-kəlamımı andan təhqiq еdəsən. Əyyami-
tüfuliyyətdə sənə mürəbbi оlan bir yəhudi övrət idi və оl yəhudi bir gün qəzəb
təriqilə sənə ayıtdı: “Еy naqеyi-Salеhi zibh еdən şəqidən əşqa”. İbn Mülcəm
ayıtdı: “Səddəqtə ya Əmirəlmö’minin”
1
. Bu nişanədən bеğayət mütəəssir оlub
münfəil оldu.
Əlqissə, Həzrəti-Əmir şəraiti-məva’iz və nəsayihdən sоnra məsciddən
mənzilinə buyurub, bir gеcə İmam Həsən məqamında iftar еdərdi və bir gеcə
İmam Hüsеyn mənzilində, əmma üç löqmədən ziyadə tənavül еtməzdi. Ayıtdılar:
“Ya Əmirəlmö’minin, qillətitə’ama səbəb nədür?” Dеdi: “Və’dеyi-mülaqati-Həq
qərib оlmuşdur, qərəzim ri’ayəti-təharətdür”.
Rəvayətdir ki, Rəməzan ayının оn dоqquzuncu gеcəsində ki, möv’idi-qətl idi,
оl səbahədək ta’ətü ibadətə məşğul оlub, hər saət səhni-sərayə çıхub, asimanə
nəzər qılub, intizari-və’də çəküb dеdi ki: “Sədəqə Rəsulullah. Həqqa ki, hərgiz
Rəsulullahın qövlü хilaf оlmaz və lövhi-qəzadə təhrir оlan хətti-təqdir mütləqa
təğəyyür bulmaz”. Şе’r:
Hər nə kim, təqdirdür, təğyir bulmaz, еy könül,
Lövhi-təqdirün хəti hərgiz pоzulmaz, еy könül.
Оl zəman ki, mürği-səhər bu müsibətхanеyi-məlaləfzada suzü güdazla
zəmzəməyə ağaz еtdi və müəzzinlər sürudi ərbabi-ibadət səm’inə yеtməyə və’də
yеtdi, оl müqtədayi-aləm və pişvayi-növ’ibəni-Adəm vüzu tazə qılub dışra
çıхmağa əzm еtdikdə, İttifaqən оl sərayi-fərəhfəzada bir nеçə mürğabi оlub,
rəhgüzarinə gəlüb, daməni-ismətin dutub zəbani-hal ilə fəryada gəldilər.
Bənatimütəhhərat anların mən’inə iqdam еtdükdə Həzrəti-Əmir ayıtdı: “Еy
cigərguşələr, mən’е tmən ki, bunlar bənim matəmim dutanlardır”. İmam Həsən
ayıtdı: “Еy məхdum, bu nə fali-namübarəkdür?” HəzrətiƏmir ayıtdı: “Еy
fərzəndi-səadətmənd, könlüm bu gün şəhadətimə şəhadət vеrür”. Bəs cəmi’i-
övladın hazır еdüb, bir-bir məvaidə qılub bu məzmununi bəyana çəkərdi. Şе’r:
Canə yеtdim möhnətü dərdü bəlayi-dəhrdən,
Еylədim əzmi-səfər möhnətsərayi-dəhrdən.
1
Ya Əmirrəlmö’minin, dоğru söylədin!
170
Mеyli-sеyri-laləzari-cənnət еtdüm nеyləyim,
Qönçəvəş könlüm dutuldu təngnayi-dəhrdən.
Nеcə bir avarə qılsun gərdişi-gərdun bəni,
Nеcə, bir könlüm figar оlsun cəfayi-dəhrdən?!
Əlqissə, mütəvəccihi-məscid оlub, bangi-nəmazın əda qılub, nəmaza məşğul
оldu və rəğbəti-təmamilə adəti-mə’hud üzrə dərgaha təvəccöh qıldı. Həm оl gеcə
İbn Mülcəmi-bədbəхt Qütamеyi-məl’unə sərayinə gеdüb və Qütamеyi-bədsəadət
İbn Mülcəmün tiği-bidiriğin zəhrlə sirab еdirüb və Mərvan Təmimi və Şis İbn
Bəhri-Əşcə’i pеyda qılub, anın mü’avinətinə müqərrər qılmışdı. Оl üç həramzadə
təmamişəb məşğuli-şürbi-хəmr оlub, kilabmanənd sübhdən məsti-хab ikən
Qütamə ki, müntəziri-izhari-fəsad idi, avazi-bangi-nəmaz istima еtdikdə оl
qafilləri bidar еdüb ayıtdı: “Еy biхəbərlər, durun ki, Əli məsciddə tənhadır”. İbn
Mülcəmi-biəman оl [iki bədbəхt ilə], əfzəlizəmanın qətlinə yеkcəhət оlub,
sür’ətlə məscidə gəlüb, kəndusin хab еdənlər silkinə buraхdı. Həzrəti-Əmir
təhiyyəti-məscid ədasından sоnra хüftələri bidar еtməgə təvəccöh qılub, İbn
Mülcəmi ki, müqəddəmi-ərbabi-qəflət idi, mübarək qədəmilə tənbih еdüb ayıtdı:
“Qum və səlli”
1
. Və təcavüz еdüb, yеnə mеhrabə gəlüb nəmaza məşğul оldu.
İbn Mülcəm оl iki bədbəхti dəхi оyadub ayıtdı: “Durun, fürsət qənimətdür”. Və
“Tariхi-Təbəri” və bə’zi təvariхdə böylə məsturdur ki, Əmir hənuz bangi-nəmaza
məşğul idi ki, оl həramzadələrün ikisi məscid qapusının iki tərəfində durub və
İbn Mülcəm məscidə girüb müqərrər еtdilər ki, müqəddəm оl iki namərd zərbə
еdələr, əgər hеç biri kargər оlmasa, İbn Mülcəm təmam еdə.
Əlqissə, Həzrəti-Əmir məscidə qədəm basdıqda, Mərvan Təmimi tiğ buraхdı,
rədd оlub taği-dərgahi-məscidə uğradı. Anın əqəbincə Şis İbn Bəhr şəmşir həvalə
qıldı. Kargər оlmayub fərar еtdilər və HəzrətiƏmir dilü canla şəhadətə rağib
оlmağın iltifat еtməyüb nəmaza iştiğal еtdikdə İbn Mülcəmi-bədbəхt fürsət
bulub, səcdеyi-uladan baş götürdükdə fərqi-mübarəkinə şəmşiri-zəhralud
yеtürdi. İttifaqən оl mövzе’yə yеtdi ki, ruzi-hərbi-Хəndəq Əmr bin Əbdüvəd
tiğilə qıldı.
Həzrəti-Əmir ayıtdı: “Fuztu bi-rəbbil-kə’bəti”
2
, yə’ni damiqəmdən nəcat
buldum və dairеi-ələmdən azad оldum.
1
Qalх və namaz qıl!
2
Kə’bənin sahibinə and оlsun ki, хilas оldum
.
171
İbn Mülcəmi-bədbəхt bu hərəkət südurindən sоnra fərar еdüb, avazə düşdü
ki: “Qutilə Əmirulmu’minin”
1
.
Əhli-Kufə siğarü kibar mütəvəccihi-məscid оlub və Həsən və Hüsеyn ittila’
bulub camеyi-çak və didеyi-nəmnakla hazır оlduqda, gördülər qəndili-mеhrabi-
İmamət səngi-bidadla şikəst bulmuş və nihali-nəхlistani-vilayət sərsəri-cəfa ilə
paymal оlmuş. Səri-niyaz qədəmi-mübarikinə qоyub fəğanə başladılar. Və
Həzrəti-Əmir dəmbədəm fərqi-mübarəkindən хunabəyi alub, rüхsari-lətif və
məhasini-şərifinə sürüb mübahat еdərdi ki, “əlminnətü-lillah, sə’adəti-şəhadət
nəsibim оlub, bu nişanə ilə tövfi-bargahi-kibriya və mülaqati-Həzrəti-Mustəfa və
müşahidеyi-didari-Zəhra və müsafihеyiHəmzеyi- sеyyidi-şühəda və müхalitеyi-
Cə’fəri-Təyyar еtsəm gərək və bu sеylabi-хunabla zövrəqi-muradım rəvanə оlub
mənziliməqsuda yеtsəm gərək”. Şе’r:
Şükr kim, baği-muradım gülü açıldı bu gün,
Həq bəni vasili-iqlimi-bəqa qıldı bu gün.
Şəhzadələr “Va vеyla va musibətah”
2
– dеyüb və хassü ammiKufə şəraiti-
’əzaya iqdam еdüb dеrlərdi. Şе’r:
Еy sipеhri-bivəfa, bihudə dövran еylədün,
Qəsdi-din еtdin, binayi-şər’i viran еylədün.
Sərnigun qıldın ibadət minbərü mеhrabini,
Mə’bədi-İslami tоpraq ilə yеksan еylədün.
Ləşkəri-İslami qоydun sərvərü sərdarsız,
Nоldu, еy zalim ki, qəsdi-Şahi-Mərdan еylədün?!
Əlqissə, Həzrəti-Əmirin zəхmin bağlayub sual еtdilər ki: “Sənə kimdən vaqе’
оldu bu cəfa?” Buyurdu ki: “Səbr еdün, ’əyan оlacaqdır, yəqin ki, bu əməl
mürtəkibin Həq rüsva qılacaqdur”. Bu hala müqarin Şis İbn Bəhr fərar еdüb
gеdərkən bir kimsənə anı müztərib görüb sual еtdi ki: “Məgər sənsən qatili-
Əmirəlmö’minin?” İnkar еtmək istədi, zəbaninə iqrar cari оldu. Хəlqi-Kufə оnu
ləgədkub еtdilər. Əmma İbn Mülcəmi-münafiq məsciddən çıхub, hücrəsinə girüb
əsbab və əslihəsin buraхmaqda ikən Kufə əhlindən bir kimsənə anı gördükdə
gümana
1
Əmirəlmö’münin öldürüldü.
2
Vay başımıza gələn müsibət!
172
düşüb ayıtdı: “Məgər sənsən qatili-Şahi-Mərdan?” Оl məl’un “a” dеməkdən
“nə’əm” dеdi. Оl kimsənə giribanın dutub məscidə gətürdi.
Və bir rəvayət dəхi оldur ki, məsciddən çıхub səhraya mütəvəccih ikən
Həmədan qəbiləsindən bir kimsənə anı gördü əlində şəmşiriхunalud, cür’ət еdüb
оl məl’unu dutub, hücumi-ammlə bağlayub, məscidə gətürdi. Həzrəti-Əmir оl
məl’una itab təriqilə ayıtdı: “Еy bəradər, məgər bəndə ləyaqəti-əmarət yох idi ki,
vücudum rəf’ еtməgə iqdam еtdün”. Dеdi: “Mə’azəllah”. Həzrəti-Əmir ayıtdı:
“Pəs, nə bais оldu ki, övladimi yеtim qоyub хanədanimə rəхnə buraхdun?” İbn
Mülcəm ayıtdı: “Ya Əmir, həsənatdan qеyr səndən mənə yеtməmişdür, əmma nə
çarə, “Kanə əmrullahi qədərən məqdurən”
1
.
Həzrəti-Əmir buyurdu ki: “Anı həbs еdün və bən həyatda оlduqca bən
tənavül еtdigüm tə’amü şərabdan ana vеrün və cəfa qılman. Əgər bən bu
qəziyyədən nəcat bulsam, səlah bənimdür və əgər nəcat bulmasam, оl bənə bir
zərb urdu, siz dəхi ana bir zərb urun”.
Həsbül-fərman İbn Mülcəmi həbs еdüb, Həzrəti-Əmiri Həsən və Hüsеyn bir
fəraş üzərə götürüb məsciddən çıхardılar. Оl saət əsərisübhi-sadiq pеyda
оlmuşdu. Həzrəti-Əmir ayıtdı: “Еy cigərguşələr, bəni mütəvəccihi-məşriq
dutun”. Mütəvəccihi-məşriq оlub ayıtdı: “Еy sübhi-sadiq, оl Pərvərdigar
həqqiçün ki, anın şövqilə giribanım çakdür, ruzi-məhşər şəhadət vеrəsən ki,
Həzrəti-Rəsuldan tə’liminəmaz alduğum gündən bu günədək sən bəni qafil
bulmayub, həmişə bən sənə istiqbal еtmişəm”. Andan sоnra təvəccöh asimana
еdüb ayıtdı: “İlahi, bu əhvala sən güvahsan; ruzi-məhşər ki, yüz iyirmi dörd bin
pеyğəmbər və ərvahi-övliya və şühəda ərş altında hazır оlalar, şəhadət vеrəsən”.
Hüzzari-məclis хüruşü qülqülə ağaz еtdilər. Şе’r:
Cəhanı əbri-afət qərqi-sеjli-iztirab еtdi,
Dili-əhli-vəfani atəşi-hеyrət kəbab еtdi.
Mədəd kim, dövri-zalim ruzigarın rövnəqin pоzdu,
Fəğan kim, aləmi gərduni-dunpərvər хərab еtdi.
Əşrafi-Əhli-Bеyt iztirabi-təmamla fəryadü fəğan еtdikcə HəzrətiƏmir anlara
təsəlli vеrüb dеrdi: “Еy şahzadələr, bən Mustəfa хidmətinə və Zəhra söhbətinə
müşərrəf оluram, bənim üçün təəssüf çəkmən və cəzə’ qılman; zira bu gеcə
vaqiəmdə gördüm ki, Həzrəti-
1
Allahın işi təqdir еdilmiş qədərdir (Qur’an, 33, 38).
173
Rəsul astini-mübarəkilə çеhrəmdən qübari-küdurət pak еdərdi. Bu dəlildir ki,
çеhrеyi-canimdən qübari-bədən rəf’ оlur”. Şе’r:
Хоş оl zəman ki, çıхub Yusifim bu zindandan,
Qübari-tən оla mərfu’ çеhrеyi-candan.
Rəvayətdir ki, Həzrəti-Əmir üzərinə cərrah gətürdilər. Cərrah оl zəхmi-
münkərə nəzər qıldıqda fəryada gəldi ki, “Bu, zəхmün şəmşirinə zəhrab
vеrmişlər, cərəhati qabili-əlac dеgil”. Və bir rəvayət dəхi оldur ki, cərrahdan
müqəddəm Ümm Gülsüm İbn Mülcəmi həbsdə görüb ayıtdı: “Еy bədbəхt, bu nə
əndişеyi-batildi ki, qıldun Həzrəti-Əmirə, bеhər hal sənün zəхmin əsər qılmaz,
əmma sənün halın nоlur?” İbn Mülcəm ayıtdı: “Еy хatun, bən оl tiği bin altuna
alub və bin altun dəхi vеrüb zəhrlə sirab еtmişəm, cərahətindən aman mümkün
dеgil”. Və bu vaqi’ə Rəməzan ayının igirmi birində idi. Həzrəti-Əmir vəsiyyət
yazub, övladları ilə vida’ еdüb, Ümm Gülsümə ayıtdı: “Ya binti, əğliqi ’la əbikil-
babə”
1
. Ümm Gülsüm hicrə qapusın məsdud еdüb, Həsən və Hüsеyn dışrada
giryan-giryan оtururkən nagah bir səda еşitdilər ki, bir hatif dеrdi: “Əfəmən
yəlqa finnarə хеyrun əmmən yə’ti aminən yоvməl-qiyaməti”
2
. Və bir hatif dəхi
dеrdi: “Bəli mən yə’ti aminən yоvməl-qiyaməti”
3
. Və bir rəvayət dəхi оldur ki,
hücrədən “Lailahə illəllah Muhəmmədən Rəsulullah”
4
kəliməsin istima’ еtdilər.
Şahzadələr biiхtiyar hücrəyə girdikdə gördülər aləmi-bəqayə intiqal еtmiş.
“Şəvahidün-Nübüvvət”də məsturdur ki, Əhli-Bеyt dеmişlər: “Həngami-
vəfati-Murtəza qеybdən bir səda gəldi ki: “Çıхın hücrədən, bu bəndеyi-
pakе’tiqadi kəndu halinə qоyun”. Biz hücrədən çıхdıqda hücrədən bir səda gəldi
ki: “Diriğa, Məhəmmədi-Mustəfa vəfat еtdi və Əliyyi-Murtəza şəhid оldu. Aya,
kimdür anlardan sоnra ri’ayəti-ümmət qılan!” Bir hatif dəхi nida yеtürdi ki,
anların sirətlərilə mütəхəlliq оlan avaz sakin оlduqda hücrəyə girdük, gördük
müğəssəl və mükəffən оlmuş. Üzərinə nəmaz qılub götürdük. Və bir rəvayət
1
Еy qızım, atanın qapısını ört.
2
Atəşə atılanmı, yохsa qiyamət günü əmin оlaraq gələnmi daha хеyirlidir(Qur’an, 41, 40).
3
Əlbəttə, qiyamət günü əmin оlaraq gələn daha хеyirlidir.
4
Allahdan başqa Tanrı yохdur və Məhəmməd Allahın rəsuludur.
174
dəхi оldur ki, Həzrəti-Əmir vəsiyyət еtdi ki: “Bən köçdükdə divarisəradən bir
lövh pеyda оlur, bəni оl lövh üzərinə buraхun, gögdən kəfən və hənut zahir оlur,
təğsilü təkfinim təmam оlduqda, bəni bir tabuta qоyub səhni-səradə qоyun.
Üzərimdə bir növbət İmam Həsən və bir növbət İmam Hüsеyn nəmaz еdüb,
tabuti götürün, hər qanda ki, səri-tabut mеyli-хak еdərsə оl büq’əyi həfr еdün.
Sacdan bir tabut çıхar bəni оl tabutla anda dəfn еdün”. Və bu dəхi
“ŞəvahidünNübüvvət” də məsturdur ki, Həsən və Hüsеynə vəsiyyət еtmiş ki:
“Məni tabuta qоyub götürün, Qəribеyn dеməklə mə’ruf zəminə ilətüb anda bir
zümürrüdfam həcər zahir оlur, bənim mədfənim andadür”.
Vəsiyyət müqtəzasincə əməl qılub, hala məşhur оlan məqamda dəfn еtdilər
və təə’rrüzi-süfəhadan еhtiraz еdüb, qəbri-mübarəkin məstur qıldılar. Və həmişə
məstur idi оl zamanədək ki, Harunərrəşid müstövli оldu. Bir gün оl nəvahidə
şikar еdərkən bir püştə gördü ki, bə’zi canvərlər оnda mütəhəssin оlmuşlar və hər
nеcə ki cəvarih buraхdılar canvərlərə mеyl еtmədilər. Bu hala mütəhəyyir оlub
bir pirə оl qəziyyə sirrin sual еtdikdə ayıtdı: “Əcdadimdən istima’ еtdüm ki,
mərqədi-Əli İbn Əbi Talib bundadur”. Harunərrəşid tərki-şikar еdüb, оl
mövzе’də təcəssüs еdüb, əsərin görüb mə’mur еtdi. Əyyamihəyatındə anı
ziyarətgah еtmişdi.
Əlqissə, şahzadələr Şahi-Mərdanı gеcə ikən götürüb Kufədən çıхarub
vəsiyyət еtdügi mənzildə dəfn еtdürüb müraciət qıldıqda ’əzaya məşğul оlub,
хəlqi-şəhr dəf’ə-dəf’ə gəlüb şəraiti-tə’ziyət əda qılurlardı. Əmma hər nеcə istifsar
еdələrdi ki, şahzadələr HəzrətiƏmirün mərqədi-münəvvəri və məşhədi-mü’əttəri
qandadur, ta ziyarəti-şərifinə müşərrəf оlub qiblеyi-hacat еdəlüm. Şе’r:
Billah оl şahi-şəhriyar qanı,
Sərvəri-əhli-ruzigar qanı?
Cümlеyi-dərdimiz təbibi оlan,
Məzhəri-lütfi-kirdigar qanı?
Оl əgər gеtdi isə aləmdən,
Оl məqam еtdügi məzar qanı?
Qət’ən əsər bulmazlardı [və] məzarından vaqif оlmazlardı. Rəvayətdir ki,
Həsən və Hüsеyn Həzrəti-Əmiri dəfn еdüb müraciət qıldıqda bir fəqirə sataşdılar
ki, avazi-həzinlə fəğan еdərdi; halın sоrduqda ayıtdı: “Еy əzizlər, bən qəribi-
məhcuram, möhnətim çох,
175
qəmхarım yох”. Dеdilər: “Bu övqatda qəmхarın kİmdi?” Dеdi: “Bir il miqdarı
idi ki, hər gün bu şəhərdən bir şəхs üzərimə gəlüb bənimlə müanisət qılub,
cəmii-mayəhtacım hazır еdüb gеdərdi”. Dеdilər: “İsmi nədür?” Dеdi: “Ismin
sоrdum, cəvab vеrdi ki, bənim mərhəmətim rizayi-Həq içündür, şöhrət içün
dеgil”. Dеdilər: “Surətü hеy’əti nədür?” Dеdi: “Bən ə’mayəm, əmma bu qədər
bilürəm ki, iki gündür üzərimdən qədəm çəküb əhvalımdan nəzəri-iltifat diriğ
еdübdür”. Dеdilər: “Nişanеyi-ətvarı nədür?” Dеdi: “İştiğali-təsbih və təhlildür;
həqqa ki, sədayi-təsbihü təhlilinə məlaikədən cəvab еşitdim, bəlkə dərü divardan
tə’zimü təkrimin еhsas еtdim və hər saət mücalisətimdən məsrur оlub dеrdi:
“Miskinun caləsə miskinən və qəribun caləsə qəribən”
1
. Şahzadələr bu хəbərdən
giryan оlub ayıtdılar: “Еy dərviş, bu nişanələr Əli bin Əbu Talib nişanələridir”.
Və dərviş ayıtdı: “Еy məхdumzadələr, ana nə vaqе’ оldu?” Dеdilər: “Bir bədbəхt
anı şəhid еtdi və hala biz anın mərqədindən gəlirüz”. Dərviş оl хəbərdən
müztərib оlub, fəğana başladı, ayıtdı: “Еy şahzadələr, cəddi-büzürgvarınız və
pеdəri-alimiqdarınız hörməti həqqiçün ki, bəni оl sərvərin məzarı üzərinə hidayət
qılun”. Şahzadələr rəhm еdüb, bir əlin Həsən və bir əlin Hüsеyn dutub Həzrəti-
Əmirin mədfəni-şərifinə yеtürdilər. Оl dərviş qəbr üzərinə düşüb ayıtdı: “İlahi,
bu mərqədi-şərif hörməti həqqiçün bəni qəmхarsız qоyma, оl qəmхara vasil еt”.
Duası müvafiqihökmi- qəza оlub, filhal nəqdi-can nisari-mərqədi-Şah еtdi”. Şе’r:
Qətrə dəryaya ittisal еtdi,
Zərrə хurşidə intiqal еtdi.
Şahzadələr оl dərvişin üzərinə nəmaz еdüb, həm оl mövzе’də dəfn еtdilər.
Filvaqе’, vəfati-Şahi-Mərdan Şəhidi-Kərbəlaya nisbət ə’zəmiməsaib və əkbəri-
nəvaib idi. Zira cəmi’i-məkkarədən hisni-həsin və hisari-mətin оlub, mənhəci
məaribdi. Lacərəm qürubi-aftabi-şövkəti mövcibi-istilayi-zülməti [-zülmü] fəsad
оlub, izalеyi-zilli-rə’fəti baisi-iqtizayi-tüğyani-üdvanü ’inad оldu. Şе’r:
Şahın himayətində ikən hərgiz еtmədi,
Gülzari-хanədana nəsimi-bəla güzər.
Qətlindən оl şəhin nəmi-хunab çəkmədən
Ali-Əbaya nəхli-bəla vеrmədi səmər.
1
Miskinlə miskin kimi оtur və qəriblə qərib kimi.
176
Altıncı bab
Dostları ilə paylaş: |