MəHƏRRƏm hüseynov poetik frazeologiYA



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə12/68
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#40440
1   ...   8   9   10   11   12   13   14   15   ...   68
frazeoloji

Silah da yaddan 
çıxıb, ölüm, qırğın da yalan, 
Qılınc kəsməyən başı səs-səmirsiz su kəsir 
 
 
 
 
 
 
 
(93, 234). 
 
İlanı ulduza göstərdim – ölmədi, 
Ulduza ilan göst
ərdim –  
Ür
əyi getdi ulduzun. 
Bir olsaq döz
ərdk, 
Ancaq döz
əmmədi ulduz. 
İlan oğlu ilanın 
Xırsız oğlu xırsızın 
 
 
 
soyuqluğuna (60, 66). 
 
Adam g
ələr iş başına 
İş gələr adam başına. 
N
ə özünü tox tutmusan, 
Qadam s
ənin xam başına (73, 127). 
 
Özg
ənin atına minən tez düşər, 
El gözü 
düşməndir halal şöhrətə. 


          
 
 
39 
Yüz ildir l
ənətlər yağdırır bəşər, 
Vazehi talayan 
Bodenştetə (58, 137). 
 
Neynir
əm, baxmır sözümə, 
Əlimdən çıxır ayağım. 
 
H
ərdən güc verib dizimə, 
Yolumdan 
çıxır ayağım (92, 77). 
 
F
əqir o kəsdir ki, qızmamış bişər, 
Əlləri özüyçün daim əlləşər. 
H
əmişə odu öz önünə eşər, 
Közü bol, özü bol, 
Qızmaz ocaqdan 
Özg
ə qənşərinə köz qoya bilməz (76, 242). 
 
Şeir  mətnində  frazeoloji  birləşmələrin  poetik-üslubi 
impulsları  daim  təzələnmə  prosesi  keçirir,  uzun  qərinələr  boyu 
xalqın yaddaşından süzülüb gələn frazeologizmlərin dərin üslubi 
əsası vardır və bunun üçündür ki, onların yaratdığı obrazlılıq və 
b
ədii düşüncə genişliyi şeir dilinin ləyaqəti olaraq qalır. Xalq dü-
şüncə  tərzi  və  obrazlı  idrak  qabiliyyətinin  dərinliyi  frazeoloji 
birl
əşmələrin timsalında təzahür formasını tapır və bu başlanğıc, 
ənənə  və  kök  üzərində  obrazlı  dil,  lirik  üslub  münbit  zəminə 
sahib olur. Buna gör
ə də şairin frazeoloji birləşmələrə müraciəti 
adi  bir  meyl  kimi 
başa düşülə  bilməz:  bu  müraciətin  arxasında 
m
ətnin  obrazlar  sistemini  tənzimləmək  stixiyasını  görmək 
vacibdir.  Frazeoloji  birl
əşmələrin  üslubi  fəallığı  ondadır  ki,  o, 
özlüyünd
ə  misralara  hopmuş  fikrin  ekvivalentinə  çevrilir  və 
poetik  qay
ənin  nüvəsi  onun  ifaedicilik  gücündə  təmsil  olunur. 
Bel
əliklə,  zərif  duyğuları,  poetik  mühakimələri  sözə  çevirmək 
üçün  frazeoloji  birl
əşmələr  etibarlı  özül  rolunu  yerinə  yetirir. 
Şeirin  forma  və  strukturundakı  fəallıq  məna  tutumuna  da  təsir 
göst
ərir,  bədii  qavrayışın  sürətinə  təkan  verir.  Kontekstdə 


          
 
 
40 
frazeologiyanın  məzmun  tutumu  semantik  mənasından  daha 
vüs
ətli  olur,  ibarələr  və  idiomlarla  hissi  duyum  lirik  düşüncə 
t
ərzinə  yüksək  emosilonallıq  əlavə  edir,  düşüncə  şairanə  xüsu-
siyy
ətlər  kəsb  edərək  idraki  əhəmiyyt  qazanır.  Bu  üslubi  siqlət 
v
ə keyfiyyətinə görə misraların enerjisi əksər hallarda frazeologi 
dil 
faktlarından qaynaqlanır, forma əlamətinin bu komponentinin 
münd
əricə  ilə  əlaqəsindən  güc  alan  obrazlı  sözlər  –  metafora, 
epitet, b
ənzətmə, metonimiya, sinoqdoxa və s. bədii təsvir vasi-
t
ələri  bir-birinə  calaşaraq  bədii  mətləbin  tam  dolğun  ifadəsini 
gerç
əkləşdirir.  Bədii  yaradıcılıq  vərdişləri  frazeoloji  vahidləri 
daha 
geniş məzmunu və keyfiyyəti ifadə etməyə yönəlir; şeirin 
münd
əricəsinin,  poetik  fikir  və  mühakimənin,  mürəkkəb 
psixoloji v
əziyyətlərin bədii əks-sədası kimi yadda qalır. 
Bu  motivl
ər  baxımından  O.Sarıvəlli,  R.Rza,  B.Vahabzadə, 
N.X
əzri,  H.Arif,  Q.Qasımzadə,  N.Həsənzadə,  Ş.Əkbərzadə, 
M.
İsmayıl,  X.Rza,  E.Borçalı,  Z.Yaqub,  M.Yaqub  və  başqa 
şairlərin  frazeologizmlərlə  zəngin  şeirləri  şeirimizin  uğurları 
sırasına daxil olmuşdur. 
 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin