101
1960-1980-ci ill
ərdə şeirin ideya-estetik imkanlarının
artması ilə bədii dil materiallarında, o cümlədən frazeoloji söz
birl
əşmələrində bədii keyfiyyət dəyişiklikləri yarandı. Yeni
şəraitdə şeirin toxumalarında mühüm yer tutan frazeoloji
vahidl
ərin də ümumi üslubi səviyyəsi yüksəldi.
N
əzərdə tutmaq lazımdır ki, frazeoloji birləşmələrin
oxucuda laqeydlik v
ə soyuqluq yaratma əlaməti tamamilə
yoxdur, q
ələm məhsullarının tutumlu şeir nümunələrinə
çevrilm
əsi üçün frazeoloji materalların bütün komponentləri fəal
üslubi mövqed
ə dayanır. Şeir poetikasında frazeologiya ilə bağlı
əlvanlıq və ümumiləşdirmə qabiliyyəti xüsusi çeviklik qazanır
v
ə şeirin müasir poetik tələblərini ödəyir. Frazeologizmlərdən
hasil
ə gələn müdrik kəlamlar, onların poetik forması ondan
sonra g
ələn digər ifadələrə də köçürülür, aktuallaşma nəticəsində
əvvəlki şəklində olmasa da, öz üslubi-semantik mənası və
strukturu il
ə oxucunun yaddaşına hopur.
Dostları ilə paylaş: