103
prosesd
ə frazeoloji dil nümunələri mərkəzi yer tutur. Frazeoloji
söz birl
əşmələri şeirdə kəsərli dil, lakonik deyim üstünlüklərinə
r
əvac verir və dərhal hiss etdirir ki, xalq ruhunun təcəssümü olan
frazeologizml
ər aydın və obrazlı düşüncədən sızır. Xalq dilinə
yaxınlıq isə öz növbəsində təbiilik, emosionallıq və bədii şirinlik
kimi keyfiyy
ətli cizgilər doğurur. Şairin dili xəlqi ifadə zəngin-
likl
əri üçün özünə frazeoloji birləşmələrin timsalında dayaq tapır.
Canlı ünsiyyət dilinin qayda-qanunlarına, koloritli deyim
ənənələrinə bağlılıq və sədaqət təsirli şeir yaratmaq üçün etibarlı
başlanğıca çevrilir.
Ənənəvi hazır qəliblərə müdaxilə, dilə yaradıcı münasibət
bu üslubi keyfiyy
ətləri yeni orijinallıqlarla daha dolğun görkəmə,
d
ərin məna siqlətinə çatdırır. Ənənəvi şəkildə təkrarlanan
ibar
ələrin müvafiq yeniləşməsi xalqın mənəvi sərvətindən
yaradıcı faydalanma timsalıdır. Frazeoloji novatorluq, sabit söz
birl
əşmələrindəki təzələnmə mətnin başqa komponentlərinə də
ritm v
ə intonasiya çalarlarına, qafiyə sisteminə, şeirin axıcılığına
da müsb
ət təsir göstərir.
Dostları ilə paylaş: