MəHƏRRƏm hüseynov poetik frazeologiYA



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə51/68
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#40440
1   ...   47   48   49   50   51   52   53   54   ...   68
frazeoloji

Çox 
şey uydurmaq olar, 
Qırx gün çəkməz ağ olar. 
N
ə danışsa yağılar, 
Sev
ən yara yapışmaz (82, 112). 
 
Nöqt
əm var ki, 
Çürük olub, saxta olub, 
Ümidim üç nöqt
ə olub... 
Bir 
işarəm od olsa da, 
Bir 
işarəm kül olubdur, 
Gümanım vergül olubdur (64, 22). 
 
«H
əqiqi  xəlqi  duyğuların  ifadəsi  üçün  xalq  dili  labüddür» 
(51, 108). 
Şair  üçün  xaldq  dili,  daha  doğrusu,  xəlqi  ifadə  tərzi  onun 
b
ədii  məramını,  poetik  mühakimələrini  daha  təsirli 
aydınlaşdırmaq  üçün  olduqca  əlverişli  üslubi  vasitədir.  Digər 
üslubi 
layların rolunu azaltmadan qətiyyətlə demək lazımdır ki, 
bu  sah
ədə – xəlqi ifadə tərzinin təşəkkülündə frazeoloji dil va-
hidl
əri  siqlətli  tutum  və  miqyas  kəsb  edir.  Onu  xatırlatmaq  ki-
fay
ətdir  ki,  frazeologizmlər  poetik  qənaətləri  yekunlaşdırmaq 
anlarında,  obrazın  estetik  səviyyəsini  yüksəldərkən,  bədii 
t
əfəkkürün  axarını  bədii-estetik  axtarışların  məcrasına 
yön
ədilərkən daha intensiv aktuallaşma xisləti nümayişq etdirir, 
şairi ana dilinin üslubuna tam sahib olmağa, xalq dilini sənətka-
ran
ə  duymağa  vadar  edir.  Folklor  poetik  təfəkküründən  bəh-
r
ələnmək şəraiti formalaşdırır. «Folklor sənətkarlıq qüdrətini əks 
etdir
ən  bir  məhək  daşıdır  ki,  ondan  istifadə  etməyi  bacaranlar 
h
əm  əsərlərinin  təsir  qüvvəsini  artırır,  həm  də  onların  uzun 
müdd
ət yaşamasını təmin edirlər» (7, 373). 


          
 
 
123 
Frazeoloji  birl
əşmələrin  aktuallaşdırılaraq  şeir  nitqində 
işlədilməsi  1960-1980-ci  illərdə  söz  sənətkarlarının  poetik 
t
əcrübəsində  xüsusi  çeviklik  qazandı.  Bu  sahədəki  zəngin 
ənənələri  müasir  poeziyada  davam  və  inkişaf  etdirən  şairlər  – 
R.Rza,  B.Vahabzad
ə,  N.Xəzri,  H.Arif,  C.Novruz,  M.Araz, 
Ə.Salahzadə, R.Rövşən, İ.İsmayılzadə, A.Laçınlı, N.Kəsəmənli, 
S.S
ərxanlı,  S.Rüstəmxanlı,  Z.Yaqub...  frazeoloji  ifadələri 
aktuallaşdırmaqla  xalq  dili  formalarının  şeirə  gətirilməsi 
nümun
ələrini nümayiş etdirdilər və göstərdilər ki, sözün həqiqi 
m
ənasında  xalq  ruhunun  sətirlərə  köçürülməsi  dilin 
d
ərinliklərindən  qidalanır,  bu  dil  özü  ilə  xalq  mənəviyyatını 
t
əcəssüm etdirir. Dahi rus mütəfəkkiri V.Q.Belinski təsadüfi de-
m
əmişdir ki, «Hər bir poeziya o zaman səmimidir ki, o, xəlqidir 
v
ə özündə öz xalqının şəxsiyyətini, varlığını əks etdirir» (47, 5). 
Frazeologiya 
şeir  dilinin  xəlqiliyini  qidalandıran  faktordur. 
Çünki  onlar  özünd
ə  ulularımızın  obrazlı  təfəkkürünü  yaşadır. 
Buna gör
ə də frazeoloji novatorluq da əslində şair təfəkkürünün 
orijinal m
əhsulu hesab edilə bilmir. Bu yenilik xalq təfəkkürünə, 
onun  dil 
materiallarına  söykənmədən  reallaşa  bilmir.  O,  bütün 
semantik-üslubi  siql
əti  ilə  xalq  frazeologiyasının  təkindən 
doğulur.  Burada  əsas  aparıcı  cəhət  ondan  ibarətdir  ki,  təsvir 
obyektin
ə  şair  baxışı  –  poetik  baxış  frazeologizmin  həqiqi 
semantik m
ənasını üstələyir. 
 
Adım çıxdı, canım çıxdı o gündən, 
Adım çıxdı günüm yoxdu o gündən. 
G
ələn atlı çirkabını üstümə, 
G
ələn soxdu ayağını gözümə. 
...
Şumladılar, şumladılar, yordular, 
M
ənə min cür dava-dərman verdilər (82, 5). 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin