133
İnsan «çanağından» çıxmasın gərək
Sonra b
əyənsə də, qaydı bilmir (78, 47).
Frazeoloji birl
əşmələr yeni qiyafədə şeir dilinə xüsusi
naxışlar əlavə etdi, təkrarlunmaz emosional rənglərlə onu
z
ənginləşdirdi. Şeirin hiss-həyəcan, emosiya tutumu, lirik ovqat
öz
miqyasını genişləndirdi. Aktuallaşdırma üsulu bədii qayənin
şeriyyətinə nail olmağın təzahürü kimi, poetikləşdirmə vasitəsi
kimi özünü
doğruldan, estetik zövqü təmin edən ən münasib
b
ədii üsul vasitəsinə çevrildi. Başqa sözlərlə desək, bütün
s
əviyyələrdə aktuallaşdırılma ilk növbədə ona görə özünü
doğrultdu ki, bu üslubi əməliyyat standartlaşmış, qəlibləşmiq
köhn
ə ifadə strukturlarının yeniləşməsi ilə bədii məzmuna da
t
əzə məna çalarları əlavə etdi, ən əsası da mətnə xalq ruhunu və
psi
xologiyasını həkk etməklə poetik ləyaqət səviyyəsinə qalxdı.
Aşkar hiss olundu ki, folklor yaradıcılığı motivlərinin sönük,
qeyri-b
ədii şəkildə təkrarlanmaq vərdişləri 1960-1980-ci illər
ədəbi təcrübəsində seyrəkləşir, bütün hallarda əsl yaradıcılıq
s
əciyyəsinə qayıdış güclənirdi. Xüsusilə 60-cı illər ədəbi nəsli
yeni söz dem
əyə meylləri ilə yaxşı təsir bağışlayırdılar. Onlar
özl
əri ilə şeirə, onun dilinə yeni ruh, yeni hava gətirir, idiomatik
ifad
ələrin aktuallaşdırma axtarışlarını daha sürətlə qavrayırdılar.
Bu,
özünü
frazeoloji
novatorluqla
ç
əkilən mənzərənin
miqyasında aşkarlayırdı.
Dostları ilə paylaş: