Məhkəmə-tibbi ekspertiza ixtisası üzrə nümunəvi test sualları



Yüklə 1.48 Mb.
səhifə16/19
tarix07.12.2016
ölçüsü1.48 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   19

967) Ümumi əmək qabiliyyətinin itirilməsi dedikdə nə başa düşülür?

A) Keçirilən xəstəliklər

B) İlk tibbi yardım

C) Anamnestik məlumatlar

D) İnsanın özünə qulluq edə bilməsi və ixtisas tələb etməyən əmək qabiliyyəti

E) Müalicə müddəti


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
968) Peşə əmək qabiliyyətinin təyini dedikdə nə başa düşülür?

A) Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin təyini

B) İnsanın müəyyən bir peşə sahəsində işləmək bacarığının təyini

C) Ümumi əmək qabiliyyətinin itirilmə müddətinin təyini

D) Ümumi əmək qabiliyyətinin daimi itirilməsinin təyini

E) Ümumi əmək qabiliyyətinin itirilmə faizinin təyini


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
969) Xüsusi əmək qabiliyyəti dedikdə nə başa düşülür?

A) Zərərçəkmişin aldığı müalicənin müddəti

B) İnsanın müəyyən sənət (ixtisas) üzrə peşə fəaliyyətini bacarmaq qabiliyyəti

C) Ümumi əmək qabiliyyətinin itirlmə faizi

D) Zərərçəkmişin şikayətləri

E) Keçirdiyi xroniki xəstəliklərin xarakteri


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
970) QİÇS (HİV) xəstəliyinə yoluxmada ekspertiza necə icra edilir?

A) Şəxsi xüsusi ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərməklə və laborator müayinədən keçirməklə

B) Poliklinikaya göndərməklə

C) Şəxsin yalnız özünü müayinə etməklə

D) Tibbi sənədlər əsasında

E) Anamnestik məlumatlara əsasən


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
971) Bunalardan zöhrəvi xəstəlik hansıdır?

A) Sifilis

B) Ürəyin işemik xəstəliyi

C) Ekzema

D) Nevrosteniya

E) QİÇS (HİV)


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
972) Sağlamlığa zərərvurmanın təyinində uzun müddət dedikdə neçə gün (ay, il) başa düşülür?

A) 15 günə qədər olan müddət

B) 18 günə qədər olan müddət

C) 21 gündən çox olan müddət

D) 20 gün qədər olan müddət

E) 10 günə qədər olan müddət


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
973) Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi dedikdə nə başa düşülür?

A) Ümumi əmək qabiliyyətinin itirilməsi

B) Ümumi əmək qabiliyyətinin 33% daimi itirilməsi

C) Ümumi əmək qabiliyyətinin 10%-ə qədər dayanıqlı itirilməsi

D) Ümumi əmək qabiliyyətinin müvəqqəti itirilməsi

E) Peşəkar əmək qabiliyyətinin itirilməsi


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
974) Ümumi əmək qabiliyyətinin dayanıqlı itirilməsində ekspertiza necə icra edilir?

A) Ümumi əmək qabiliyyəti üç il keçdikdən sonra təkrar müayinə edilməklə təyin edilir

B) Ümumi əmək qabiliyyətinin itirilmə faizi bir ildən sonra təkrari müayinə edilməklə təyin edilir

C) Ümumi əmək qabiliyyətinin dayanıqlı itirilmə faizi daimi təyin edilir

D) Ümumi əmək qabiliyyəti müalicə tam başa çatdıqdan sonra təyin edilir

E) Ümumi əmək qabiliyyətinin itirilmə faizi müvəqqəti təyin edilir


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
975) Hansı hallarda sağlamlığa zərərvurmanın dərəcəsi müalicə müddətinə əsasən təyin edilir?

A) Qərarın təsviri hissəsində bu müddət göstərilir

B) Şahidlərin ifadəsi ilə müalicə təsdiq olunduqda

C) Zərərçəkən xroniki xəstəliklə əlaqədar müalicə aldıqda

D) Xəsarət həyat üçün təhlükəli olmadıqda və nəticəsi gözlənilmədikdə

E) Şikayətlər və anamnestik məlumatlar uyğun gəldikdə


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006

976) Magistral qan damarlarının zədələnməsi zamanı kəskin qanitirmənin qarşısı vaxtında alındıqda xəsarətin dərəcəsi necə qiymətləndirilir?

A) Xəsarətin sağalma müddətinə əsasən

B) Sağlamlığa Yüngül zərərvurma kimi

C) Sağlamlığa Az ağır zərər vurma kimi

D) Ümumi əmək qabiliyyətinin itirilmə faizinə əsasən

E) Sağlamlığa Ağır zərərvurma kimi


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
977) Qarın boşluğuna keçən, lakin həyat üçün təhlükəli hallarla müşayiət olunmayan xəsarətlərin dərəcəsi necə təyin olunur?

A) Ümumi əmək qabiliyyətinin itirilmə faizinə əsasən

B) Mütəxəssis cərrahın məsləhətindən sonra Az ağır kimi

C) Müalicə müddətinə əsasən

D) Müalicə tam başa çatdıqdan sonra nəticəsinə əsasən

E) Həyat üçün təhlükəli olmasına görə


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006

Cinayət, mülki, digər iş və tibb işçilərinin peşə fəaliyyətlərində hüquqpozmalar zamanı məhkəmə-tibbi ekspertiza

978) Bunlardan hansı iş materialları üzrə keçirilən məhkəmə-tibbi ekspertizaların təsnifatına aid deyildir?

A) Üçüncü mərhələ

B) Əlavə

C) İlkin


D) Təkrar

E) Komission


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə-tibbi ekspertiza və onun imkanları. III cild, Bakı, 2009.
979) Biotibbi etika hansı elmlərin qarşılıqlı müştərək qovuşmasından yaranmışdır?

A) Tarix və etnoqrafiya

B) Biologiya, təbabət, fəlsəfə, etika və hüquq

C) Tibb və zoologiya

D) Arxeologiya və antropologiya

E) Anatomiya və fiziologiya


Ədəbiyyat: Şakir Musayev. “Məhkəmə təbabəti” Bakı 2006
980) İstintaq iş materialları üzrə məhkəmə-tibbi ekspertizalar kim tərəfindən keçirilə bilməz?

A) Müxtəlif ixtisaslar üzrə məhkəmə-tibb ekspertləri qrupu tərəfindən

B) Eyni tibbi profil üzrə ekspertlər qrupu tərəfindən

C) Qeyri-tibb, ali ixtisaslı ayrı-ayrı mütəxəssislər qrupu tərəfindən

D) Azı 2-3 məhkəmə-tibb eksperti tərəfindən

E) Ayrı-ayrı tibbi ixtisasları üzrə ekspertlər qrupu tərəfindən


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
981) Cinayət, mülki və digər iş materialları üzrə məhkəmə-tibbi ekspertizanı kim təyin etmir?

A) Müstəntiq

B) Prokuror

C) Məhkəmə

D) Vəkil

E) Hakim


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
982) İş materialları üzrə məhkəmə - tibbi ekspertiza ekspertlər qrupu tərəfindən keçirildiyi zaman rəyin giriş hissəsində nə qeyd olunmur?

A) Hər bir ekspertin vəzifəsi və iş stajı

B) Ekspertizanın keçirilmə tarixi və yeri

C) Ekspertizanın keçirilməsinə əsas

D) Ekspertlər tərəfindən istifadə olunan metod və üsullar

E) Komissiyanın sədri və tərkibi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə-tibbi ekspertiza və onun imkanları. III cild, Bakı, 2009.
983) İş materialları üzrə ekspertlər qrupu tərəfindən keçirilən ekspertiza zamanı tərtib olunan sənədin adı nədir?

A) Komission məhkəmə-tibbi ekspertizanın aktı

B) Mütəxəssislərin komisyon qaydada ekspertiza rəyinə dair raportu

C) Ekspertlərin rəyi

D) İş materialları üzrə məhkəmə-tibbi ekspertiza protokolu

E) Ekspertlərin iş materialları üzrə yekun aktı


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
984) Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən iş materialları üzrə məhkəmə-tibbi ekspertizanın nəticələri nə ilə rəsmiləşdirilir?

A) Protokolla

B) Müayinə aktı ilə

C) Ekspertlərin rəyi ilə

D) Raportla

E) Arayışla


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə-tibbi ekspertiza və onun imkanları. III cild, Bakı, 2009.
985) Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən istintaq işlərinin materialları üzrə məhkəmə-tibbi ekspertizanın ekspertlər qrupu tərəfindən keçirilməsi zamanı komissiyaya müstəntiq tərəfindən sədr təyin olunurmu?

A) Zərərçəkənin razılığı olmalıdır

B) Təqsirləndirilən şəxsin razılığı olmalıdır

C) Nəzərdə tutulur

D) Nəzərdə tutulmur

E) Vəkilin razılığı olmalıdır


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
986) Həkim sirrini təşkil edən məlumatların vətəndaşın razılığı olmadan açılmasına hansı hallarda yol verilmir?

A) İstintaq məhkəmə orqanlarının sorğusu olduqda

B) Səhhətinə görə öz iradəsini bildirmək imkanı olmadıqda

C) Müayinə və müalicəsi ilə bağlı səhhətinə görə öz iradəsini bildirmək qabiliyyətində olduqda

D) İnfeksion xəstəliklərin yayılması qorxusu olduqda

E) Kütləvi zəhərlənmə


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə-tibbi ekspertiza və onun imkanları. III cild, Bakı, 2009.
987) İstintaq işlərinin materialları üzrə məhkəmə-tibbi ekspertiza ekspertlər qrupu tərəfindən keçirildiyi zaman tərtib olunmuş rəyə görə kim məsuliyyət daşıyır?

A) Bütün ekspertlər

B) Rəhbərin müavini

C) Hər bir ekspert şəxsən ona aid olan hissəyə və nəticəyə

D) Hər bir mütəxəssis şəxsən

E) Rəhbər


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
988) Tibb işçilərinin peşə vəzifələrinin pozulmalarının təsnifatına hansı növ aid deyil?

A) Tibbi təcrübədə bədbəxt hadisələr

B) Tibb işçilərinin ehtiyatsız hərəkətləri

C) Həkim səhvləri

D) Tibbi fəaliyyətlə bağlı olmayan qəsdən cinayət törətmə

E) Həkimin məsuliyyətə cəlb olunmasına əsas verən hallar


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə-tibbi ekspertiza və onun imkanları. III cild, Bakı, 2009.
989) Hansı hərəkət tibb işçilərinin ehtiyatsız davranışının səbəblərinə aid deyil?

A) Rüşvət tələb etmə

B) Ehtiyatsızlıq

C) Xəstəliyin atipik gedişi

D) Özünə güvənmə

E) Bilik səviyyəsinin aşağı olması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə-tibbi ekspertiza və onun imkanları. III cild, Bakı, 2009.
990) Aşağıdakılardan hansı həkim səhvinin təsnifatına aid deyil?

A) Taktiki

B) Müalicəvi

C) Təşkilatı

D) Səhlənkarlıq

E) Diaqnostik


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə-tibbi ekspertiza və onun imkanları. III cild, Bakı, 2009
991) Aşağıdakı hərəkətlərdən hansı tibbi fəaliyyətlə bağlı qanunvericilikdə nəzərdə tutulan cinayət tərkibini yaradır?

A) Xuliqanlıq etmə

B) Özünü öldürmə həddinə çatdırma

C) İşgəncə vermə

D) Qanunsuz abort etmə

E) Döymə
Ədəbiyyat: Azərbaycan Respublikası. Cinayət Prosessual Məcəllə. Bakı, 2009.


992) Həkimlər hansı halda xəstəyə kömək göstərmədikdə məsuliyyətə səbəb olur?

A) Xəstədə yoluxucu xəstəlik olduqda

B) Kömək etməyə borclu olan həkim tərəfindən üzürlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərilməməsi nəticəsində xəstənin sağlamlığına Ağır və ya Az ağır zərər dəydikdə

C) Xəstənin bədənində cüzi ağrılar olduqda

D) Xəstə tibb müəssisəsində qeydiyyatda olmadıqda

E) Xəstə Azərbaycan vətəndaşı olmadıqda


Ədəbiyyat: Azərbaycan Respublikası. Cinayət Prosessual Məcəllə. Bakı, 2009.
993) İş materialları üzrə məhkəmə-tibbi ekspertizanın əsas obyektlərinə hansı sənəd aid deyil?

A) Klinik anatomik konfransın protokolu

B) Meyitə baxış protokolu

C) Hadisə yerinin müayinə protokolu

D) Ambulator və stasionar xəstənin tibbi kartası, həkim arayışları

E) Xəstənin tərcümeyi halı


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə-tibbi ekspertiza və onun imkanları. III cild, Bakı, 2009.
994) Tibb işçilərinin peşə vəzifələrinin pozulmaları ilə bağlı ekspertizalarda əsas məqsəd nədir?

A) Diaqnozun dəqiqləşdirilməsinin müəyyənləşdirilməsi

B) Tibb işçilərinin peşə səviyyəsinin qiymətləndirilməsi

C) Xəstəxananın maddi-texniki vəziyyətinin qiymətləndirilməsi

D) Müalicənin gedişatının qiymətləndirilməsi

E) Tibbi yardım zamanı tibb işçilərinin fəaliyyətinin fəsad və ya arzuolunmayan ağırlaşmalarla birbaşa səbəbli əlaqənin təyini


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

995) Həkim sirrini təşkil edən məlumatların vətəndaşın və ya onun qanuni nümayəndəsinin razılığı olmadan açıqlanmasına hansı halda yol verilmir?

A) İstintaq araşdırılması zamanı

B) Məhkəmənin sorğusu olduqda

C) Səhhətinə görə öz iradəsini bildirmək qabiliyyətində olmadıqda

D) İnfeksion xəstəlikdən kütləvi yoluxma qorxusu olduqda

E) Müayinə və müalicə məqsədilə səhhəti ilə bağlı öz iradəsinin bildirmək qabiliyyətində olduqda


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə-tibbi ekspertiza və onun imkanları. III cild, Bakı, 2009.

996) İş materialları üzrə məhkəmə-tibbi ekspertizanı kim təyin edə bilər?

A) Məhkəmə nəzarətcisi

B) Müstəntiq

C) Vəkil


D) Ekspert

E) Zərərçəkmişin nümayəndəsi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

997) İş materialları üzrə təyin edilmiş ekseprtiza hansı hallarda icra edilmədən ekspertizanı təyin edən şəxsə qaytarıla bilməz?

A) Meyitin təkrari ekshumasiyasına zərurət yarandıqda

B) Ekspertizanın icrası üçün ekspert komissiyası tərəfindən sorğu edilmiş müvafiq iş sənədləri təqdim edilmədikdə

C) Məhkəmə-tibbi ekspertizanın hərtərəfli, dolğun və tam icrası üçün lazım olan müayinə obyektləri və zəruri olan digər araşdırma sənədlərinin əsli təqdim edildikdə

D) Məhkəmə-tibbi ekspertizanın təyin edilməsi haqqında sənədlər düzgün tərtib edilmədikdə

E) Müvafiq ixtisas üzrə mütəxəssisin olmaması ilə bağlı ekspertiza qarşısında qoyulmuş suallara cavab verilməsi mümkün olmadıqda


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə-tibbi ekspertiza və onun imkanları. III cild, Bakı, 2009.
998) Aşağıda göstərilən hansı bənd tibb işçilərinin peşə vəzifələrinin pozulmalarının təsnifatına aid deyil?

A) Tibbi təcrübədə tibb işçisi tərəfindən yol verilmiş ehtiyatsız hərəkət

B) Subyektiv səbəblərdən yol verilmiş həkim səhvləri

C) Həkimin məsuliyyətə cəlb olunmasına əsas verən bəzi hallar

D) Tibbi təcrübədə baş vermiş bədbəxt hadisə

E) Tibb işçisinin sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə küçədə qəza törətməsi və bu qəzanın insan ölümü ilə nəticələnməsi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə-tibbi ekspertiza və onun imkanları. III cild, Bakı, 2009.
999) İstintaq işlərinin materialları üzrə ekspertlər qrupu tərəfindən keçirilən məhkəmə-tibbi ekspertiza zaman tərtib olunmuş rəyə görə məsuliyyəti kim daşıyır?

A) Hər bir ekspert şəxsən ona aid olan hissəyə və nəticəyə

B) Komissiyanın katibi

C) Komissiya rəhbərinin müavini

D) Komissiyanın rəhbəri

E) Komissiyanın tərkibini müəyyən edən şəxs


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
1000) Həkim səhvləri hansı hallarda yarana bilər?

A) Səhlənkarlıq elementləri olan hallarda

B) Konsillium əsasında xəstənin qərarlaşdırılmış müalicə təyinatının, həkim tərəfindən təkbaşına və məsləhətsiz dəyişdirilərək icrası zamanı arzuolunmaz fəsadlaşma

C) Ehtiyatsızlıq elementləri olan hallarda

D) Vaxtında və düzgün qoyulmayan diaqnoza uyğun olaraq, aparılan müalicə nəticəsində arzuolunmaz hallarda

E) Həkimlərin iş təcrübəsinin və bilik səviyyəsinin, habelə, xəstələrdə xəstəliyin atipik gedişi, ağırlığı, hospitalizasiya, diaqnostika və müalicə işində obye


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları. III cild Bakı, 2009.

Bölmə Məhkəmə-tibb ekspertiza (200 test)qarışıq

1001) Bərk küt əşya (alət) ilə yetirilən xəsarət hansıdır?
A) Elektrik izi

B) Kömürləşmə

C) Qançır

D) Yanıq


E) Donma
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
1002) Bərk küt əşya (alət) ilə yetirilən xəsarət hansıdır?
A) Donma

B) Sıyrıq

C) Kömürləşmə

D) Yanıq


E) Elektrik izi
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
1003) Bərk küt əşya (alət) ilə yetirilən xəsarət hansıdır?
A) Çapılmış yara

B) Mişarlanmış yara

C) Kəsilmiş yara

D) Deşilmiş yara

E) Əzilmiş yara
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
1004) Bərk küt əşya (alət) ilə yetirilən xəsarət hansıdır?
A) Osteoma

B) Lipoma

C) Hematoma (dərialtı qansızma)

D) Angioma

E) Xondroma
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
1005) Bərk küt əşya (alət) ilə yetirilən xəsarət bunlardan hansıdır?
A) Mişarlanmış sınıq

B) Deşilmiş sınıq

C) Qığırdaq kəsiyi

D) Çapılmış sınıq

E) Basılmış-qəlpəli sınıq
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
1006) Bərk küt əşya (alət) ilə yetirilən xəsarət bunlardan hansıdır?
A) Oynağın travmatik çıxığı

B) Oynaqda yad cisim

C) Oynaq səthi

D) Oynaq yarığı

E) Oynağın amiloidozu
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
1007) Bərk küt əşya (alət) ilə yetirilən xəsarət bunlardan hansıdır?
A) Dərialtı ağrısız şişkinlik

B) Dəri ziyili

C) Dərinin hiperemiya, ağrılı və hərəkətsiz şişkinliyi halında əziyi

D) Dərinin hiperemiyası

E) Ağrısız və hərəkətli şişkinlik
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
1008) Bərk küt əşya (alət) ilə yetirilən xəsarət bunlardan hansıdır?
A) Ətrafın kəsilib-ayrılması

B) Ətrafın əzilib-ayrılması

C) Ətrafın donub-ayrılması

D) Ətrafın mişarlanıb-ayrılması

E) Ətrafın çapılıb-ayrılması
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
1009) Bərk küt əşya (alət) ilə yetirilən xəsarət bunlardan hansıdır?
A) Kəsilmiş yara

B) Qırxılmış yara

C) Cırılmış-soyulmuş yara

D) Deşilmiş-kəsilmiş yara

E) Deşilmiş-çapılmış yara
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
1010) Hansı xəsarət ölümdən sonra yarana bilmir?
A) Yara

B) Sıyrıq

C) Sınıq

D) Qançır

E) Çıxıq
Ədəbiyyat: Şakir Musayev. İbtidai araşdırma və məhkəmə istintaqının məhkəmə-tibbi təminatı. Bakı, 2012.
1011) Hansı xəsarət ölümdən sonra yarana bilmir?
A) Sınıq

B) Yara


C) Çıxıq

D) Sıyrıq

E) Dərinin qızartı və şişkinlik halında əziyi
Ədəbiyyat: Şakir Musayev. İbtidai araşdırma və məhkəmə istintaqının məhkəmə-tibbi təminatı. Bakı, 2012.
1012) Sıyrığın həyatiliyini meyitdə necə təyin edirlər?
A) Sıyrıq üzərinə formalin tökməklə

B) Sınaq zərbəsi yetirməklə

C) Sıyrıq üzərində çarpazşəkilli kəsik aparmaqla

D) Üzərinə isti kompres qoymaqla

E) Üzərinə soyuq kompres qoymaqla
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
1013) Meyit ləkəsinin inkişafında neçə mərhələ var?
A) Səkkiz

B) Dörd


C) Altı

D) Üç


E) Beş
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
1014) Adi otaq temperaturunda meyit ləkəsinə təzyiq etdikdə hansı müddətdən sonra rəngini dəyişmir?
A) 6-12 saatdən sonra

B) 2-4 saatdan sonra

C) 20-30 dəqiqədən sonra

D) 4-6 saatdan sonra

E) 24 saatdan sonra
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
1015) Meyit qacıması hansı müddətdən sonra boşalmağa başlayır?
A) 8-14 saatdan sonra

B) 2-4 saatdan sonra

C) 4-8 saatdan sonra

D) 3-cü gündən başlayaraq

E) 14-16 saatdan sonra
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
1016) Hansı ölümlərdə meyit patoloji-anatomik yox, məhkəmə-tibbi müayinədən keçirilir?
A) Qara yara xəstəliyindən baş vermiş ölümlərdə

B) Qeydiyyatda olduğu onkoloji xəstəliklərdən baş vermiş ölümlərdə

C) Dizenteriyanın ağırlaşmasından baş vermiş ölümlərdə

D) Şəkərli diabetin ağırlaşmasından xəstəxanada baş vermiş ölümlərdə

E) Qəfləti ölümlərdə
Ədəbiyyat: Şakir Musayev. İbtidai araşdırma və məhkəmə istintaqının məhkəmə-tibbi təminatı. Bakı, 2012.
1017) Hansı ölümlərdə meyit patoloji-anatomik yox, məhkəmə-tibbi müayinədən keçirilir?
A) Onkoloji şöbədə məlum diaqnozla olan ölümlərdə

B) Zorakı ölüm və ya ona şübhə olan ölümlərdə

C) Nevroloji şöbədə məlum diaqnozla olan ölümlərdə

D) Kardioloji şöbədə məlum diaqnozla olan ölümlərdə

E) Terapiya şöbəsində məlum diaqnozla olan ölümlərdə
Ədəbiyyat: Şakir Musayev. İbtidai araşdırma və məhkəmə istintaqının məhkəmə-tibbi təminatı. Bakı, 2012.
1018) Təbiətinə görə ölümün hansı təsnifatı düzdür?
A) Zorakı və patoloji

B) Qeyri-zorakı və patoloji

C) Zorakı və fizioloji

D) Zorakı və qeyri-zorakı

E) Qeyri-zorakı və fizioloji
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
1019) Zorakı ölümün şəraitinə görə düzgün qrup hansıdır?
A) Qətl, intihar, bədbəxt hadisə

B) Qətl, bədbəxt hadisə

C) İntihar, bədbəxt hadisə

D) Belə qrup yoxdur

E) İntihar, qətl
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
1020) Ölümün baş vermə müddətinin təyinində meyitdə bəbək reaksiyasının aparılmasında hansı maddədən istifadə olunur?
A) Strofantindən

B) Atropindən

C) Kordiamindən

D) Kofeindən

E) Baralgindən
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
1021) Ölümün baş vermə müddətinin təyinində meyitdə bəbək reaksiyasının aparılmasında hansı maddədən istifadə olunur?
A) Mezatondan

B) Novokaindən

C) Panangindən

D) Pilokarpindən

E) Baralgindən
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
1022) “İdiomuskulyar şişkinlik” fenomeni ölümün baş verməsinin təyinində, adətən, hansı əzələdə təyin edilir?
A) Bazunun ikibaşlı əzələsində

B) Boyun əzələsində

C) Döş əzələlərində

D) Qarın əzələlərində

E) Sağrı əzələlərində
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
1023) Meyitin təşrihi və daxili üzv və toxumaların çıxarılması “MTE və PA” Birliyinin meyitxanalarında, əsasən, hansı üsulla aparılır?
A) M.Letyul üsulu ilə

B) A.İ.Abrikosov üsulu ilə

C) R.Virxov üsulu ilə

D) V.N.Popov üsulu ilə

E) Q.V.Şor üsulu ilə
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
1024) Q.V.Şor üsulunda daxili üzvlər hansı qaydada çıxarılır?
A) Boyun, döş və qarın boşluğu üzvləri vahid kompleks halında çıxarılır.

B) Çıxarılmır və yerində baxılır

C) Döş və qarın üzvləri birlikdə, boyun üzvləri ayrı çıxarılır

D) Boyun, döş və qarın boşluqları üzvləri ayrı-ayrılıqda çıxarılır

E) Boyun və döş üzvləri birlikdə, qarın boşluğu üzvləri ayrı çıxarılır
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
1025) Ölümün səbəbinin təyini üçün meyidin bədəninin, ən azı, hansı boşluqları açılmalıdır?
A) Yalnız fəqərə sütunu

B) Yalnız qarın boşluğu

C) Yalnız döş boşluğu

D) Kəllə, döş və qarın boşluqları

E) Yalnız kəllə boşluğu
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
1026) Larşe ləkələri meyitin bədəninin hansı hissələrində yaranır?
A) Xarici cinsiyyət üzvlərində

B) Dodaqlarda

C) Əllərdə

D) Alnın dərisində

E) Açıq qalmış gözlərdə
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
1027) Məhdud quruma sahələrini həyati sıyrıqlardan differensiasiya etmək üçün nə icra olunur?
A) Quruma sahəsi üzərinə suda isladılmış 4-qat tənzif parçası qoyulur

B) Üzərinə etil spirti damızdırılır

C) Üzərində kəsik aparılır

D) Fotoşəkli çəkilir

E) Üzərinə formalin damızdırılır
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
1028) Fəqərə sütunu əlavə olaraq hansı travmalardan ölümlərdə açılır?
A) Yanıqlardan baş vermiş ölümlərdə

B) Donmalardan baş vermiş ölümlərdə

C) Elektrotravmalardan baş vermiş ölümlərdə

D) Hündürlükdən yıxılmalarda və yol nəqliyyat hadisələrində baş vermiş ölümlərdə

E) İldırımvurmalardan baş vermiş ölümlərdə
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

1   ...   11   12   13   14   15   16   17   18   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə