539) Minik avtomobilinin ön mərkəzi hissəsinin piyada ilə toqquşması zamanı yaranan spesifik xəsarət və ya əlamətlərə bunlardan hansı aiddir?
A) Döş qəfəsinin sıyrığı
B) Burnun deformasiyası
C) Kürək sümüyünün sınığı
D) Pəncənin əziyi
E) Avtomobilin marka-embleminin baldırda yaratdığı neqativ qansızma izləri
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
540) Avtomobilin təkərinin başın gicgah nahiyəsinin üstündən yan istiqamətdə keçməsindən hansı xarakterli sınıqlar əmələ gəlir?
A) Basılmış sınıq
B) Deşilmiş sınıq
C) Xarici sümük səhifəsində xətti çat
D) Düz xətşəkilli sınıq
E) Çoxqəlpəli və yerdəyişmiş sınıqlar
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
541) Avtomobilin təkərinin budun üzərindən keçməsi nəticəsində budda qövsvari formalı dilimşəkilli yaralar hansı nahiyədə əmələ gəlir?
A) Əmələ gəlmir
B) Sarğıda
C) Diz oynağında
D) Təkərin buda toxunduğu tərəfdə
E) Çanağın ön səthində
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
Dostları ilə paylaş: |