605) Yara kanalının elementlərinə hansı aid deyil?
A) Yara kanalın mərkəzi hissəsi
B) Kanal ətrafı toxumaların əzilmə zonası
C) Toxumaların molekulyar silkələnmə zonası
D) Yara kanalının divarları
E) Giriş dəliyi ətrafında çökmüş atəşin əlavə faktorları
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
606) Başda hansı yara kanalı odlu silah zədələnmələri üçün xarakterik deyil?
A) Toxunan
B) Sirkulyar
C) Kor
D) Dəlib-keçən
E) Fasiləli
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
607) Məsafəsinə görə bunlardan hansı atəşin növünə aid deyil?
A) Atəşin əlavə faktorlarının təsiri hüdudundakı məsafədən açılmış atəş
B) Çox yaxın məsafədən atəş
C) Yaxın məsafədən atəş
D) Dirənmiş vəziyyətdən atəş
E) Uzaq məsafədən atəş
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
608) Bunlardan hansı odlu silahdan dirənmiş vəziyyətdə açılan atəş hesab olunmur?
A) Silahın ağız kəsiyinin hədəfə toxunması
B) Lülənin ağız kəsiyinin dirəndiyi əlin hədəfə söykənməsi
C) Silahın qundağının hədəfə dirənməsi
D) Natamam dirənmiş vəziyyət
E) Silahın kompensatorunun hədəfə dirənməsi
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
Dostları ilə paylaş: |