70) Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyinin fəaliyyət istiqamətinə hansı ekspertizanın icrası aid deyil?
A) İş sənədlərinin məhkəmə tibbi ekspertizası
B) Sənədlərin məhkəmə texniki ekspertizası
C) Bioloji maddi sübutların radioaktiv-kimyəvi ekspertizası
D) Maddi sübutların bioloji ekspertizası
E) Qeyri bioloji mənşəli maddi sübutların spektoqrafik ekspertizası
Ədəbiyyat: Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi haqqında Əsasnamə. Bakı, 2008
71) Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyinin fəaliyyət istiqamətinə hansı ekspertizanın icrası aid deyil?
A) Antropoloji ekspertiza
B) Osteoloji ekspertiza
C) Şəxsiyyətin identifikasiyası
D) Situasion ekspertiza
E) Məhkəmə-kompüter texniki ekspertizası
Ədəbiyyat: Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi haqqında Əsasnamə. Bakı, 2008
72) Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyinin fəaliyyət istiqamətinə hansı ekspertizanın icrası aid deyil?
A) Zəhərli maddələrin daxili üzvlərdə təyini ekspertizası
B) Dərman maddələrinin qanda təyini ekspertizası
C) Narkotik maddələrin sidikdə təyini ekspertizası
D) Kontrafakt məhsullarının məhkəmə ekspertizası
E) Psixotrop maddələrin qanda təyini ekspertizası
Ədəbiyyat: Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi haqqında Əsasnamə. Bakı, 2008
Dostları ilə paylaş: |