865) Kişilərdə nəsiltörətmə qabiliyyəti dedikdə nə nəzərdə tutulur?
A) Ümumi əmək qabiliyyəti
B) Cinsi əlaqədə olma, mayalandırma və nəsilartırma qabiliyyəti
C) Özünə qulluq etmə qabiliyyəti
D) Xüsusi əmək qabiliyyəti
E) Peşəkar əmək qabiliyyəti
Ədəbiyyat: Şakir Musayev “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərlə bağlı məhkəmə tibbi ekspertizalar” Bakı 2009
866) Travma nəticəsində əlin funksiyasının pozulmasının sağlamlığa zərərvurma dərəcəsi hansı əlamətə əsasən qiymətləndirilir?
A) Həmin nahiyədə çapıq toxumasının olmasına əsasən
B) Zərərçəkənin toksoman olmasına əsasən
C) Ümumi əmək qabiliyyətinin dayanıqlı itirilməsinin təyininə əsasən
D) Müalicə müddətinə əsasən
E) Zərərçəkənin narkoman olub-olmamasına əsasən
Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
867) Ağır dərəcəli şokla və tənəffüsün pozulması ilə nəticələnən, selikli qişanın cırılması ilə müşayiət olunan udlaq və qırtlaq qığırdaqlarının qapalı zədələnməsi hansı əlamətlərinə əsasən qiymətləndirilir?
A) Ümumi əmək qabiliyyətinin itirilmə faizinə əsasən
B) Həyat üçün təhlükəli olmasına əsasən
C) Tənəffüs aktının ağrılı olmasına əsasən
D) Səhhətin uzun müddət pozulmasına əsasən
E) Peşəkar əmək qabiliyyətinin itirilməsi faizinə əsasən
Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
Dostları ilə paylaş: |