877) Döş qəfəsinin yayılmış dərialtı emfizemasının əmələ gəlmə səbəbi hansıdır?
A) Döş qəfəsinin yumşaq örtük toxumalarının əzilməsi
B) Divararalığının zədələnməsi, ağ ciyərin cırılması ilə müşayiət olunan iki qabırqanın yerdəyişmiş sınığı
C) Döş qəfəsinin boşluğa işləməyən kəsilmiş yarası
D) Bir qabırğanın daxili orqanları zədələməyən yerdəyişməmiş sınığı
E) Döş qəfəsi nahiyəsində geniş sahəli qançır və sıyrıqların olması
Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
878) Xəsarətin döş boşluğuna keçməsini təsdiq edən əlamət və ya xəsarət hansıdır?
A) Döş qəfəsinin qabırğa qığırdağının kəsilməsi ilə boşluğa keçməyən deşilmiş-kəsilmiş yarası
B) Hemopnevmotoraks
C) Döş qəfəsi nahiyəsində geniş ölçülü əzilmiş-cırılmış yara
D) Körpücük sümüyünün qapalı yerdəyişməyən sınığı
E) I-V qabırğaların orta körpücük xətti üzrə yerdəyişməyən sınıqları
Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
879) Sağlamlığa zərərvurmanın dərəcəsi yalnız tibbi sənədlər əsasında hansı halda təyin edilə bilər?
A) Bədən üzərində xəsarət olmadıqda
B) Xəsarət həyat üçün təhlükəli olmadıqda
C) Səhhətin qısa müddət pozulmasına səbəb olan xəsarətlər olduqda
D) Şəxsin özünün ekspertizaya təqdim edilməsi mümkün olmadıqda
E) Dərəcəsi təyin edilməyən xəsarət olduqda
Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
Dostları ilə paylaş: |