1018) Təbiətinə görə ölümün hansı təsnifatı düzdür?
A) Zorakı və patoloji
B) Qeyri-zorakı və patoloji
C) Zorakı və fizioloji
D) Zorakı və qeyri-zorakı
E) Qeyri-zorakı və fizioloji
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
1019) Zorakı ölümün şəraitinə görə düzgün qrup hansıdır?
A) Qətl, intihar, bədbəxt hadisə
B) Qətl, bədbəxt hadisə
C) İntihar, bədbəxt hadisə
D) Belə qrup yoxdur
E) İntihar, qətl
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
1020) Ölümün baş vermə müddətinin təyinində meyitdə bəbək reaksiyasının aparılmasında hansı maddədən istifadə olunur?
A) Strofantindən
B) Atropindən
C) Kordiamindən
D) Kofeindən
E) Baralgindən
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
1021) Ölümün baş vermə müddətinin təyinində meyitdə bəbək reaksiyasının aparılmasında hansı maddədən istifadə olunur?
A) Mezatondan
B) Novokaindən
C) Panangindən
D) Pilokarpindən
E) Baralgindən
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
1022) “İdiomuskulyar şişkinlik” fenomeni ölümün baş verməsinin təyinində, adətən, hansı əzələdə təyin edilir?
A) Bazunun ikibaşlı əzələsində
B) Boyun əzələsində
C) Döş əzələlərində
D) Qarın əzələlərində
E) Sağrı əzələlərində
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
1023) Meyitin təşrihi və daxili üzv və toxumaların çıxarılması “MTE və PA” Birliyinin meyitxanalarında, əsasən, hansı üsulla aparılır?
A) M.Letyul üsulu ilə
B) A.İ.Abrikosov üsulu ilə
C) R.Virxov üsulu ilə
D) V.N.Popov üsulu ilə
E) Q.V.Şor üsulu ilə
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
Dostları ilə paylaş: |