1053) Bunlardan hansı həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir?
A) Bədən səthinin 5%-ni əhatə edən 1-2-ci dərəcəli termiki yanığı
B) Onurğa kanalına keçən deşilmiş yara
C) Mil sinirinin hissəvi zədələnməsi
D) Falanqa sümüyünün sınığı
E) Budun sıyrığı
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 10.01.2001-ci il tarixli 07 nömrəli Əmrilə təsdiq edilmiş “Sağlamlığa zərərvurmanın məhkəmə-tibbi ekspertizası qaydaları”. Bakı, 2001.
1054) Bunlardan hansı həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir?
A) Boynun qançırı
B) Çənə sümüyünün sınığı
C) Boyun fəqərələrinin sınıq-çıxığı
D) Bədən səthinin 10%-ni əhatə edən 1-2-ci dərəcəli termiki yanığı
E) Üçlü sinirin səthi şaxəsinin zədələnməsi
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 10.01.2001-ci il tarixli 07 nömrəli Əmrilə təsdiq edilmiş “Sağlamlığa zərərvurmanın məhkəmə-tibbi ekspertizası qaydaları”. Bakı, 2001.
Dostları ilə paylaş: |