104) Məhkəmə ekspertizası idarəsi rəhbərinin hüquqları aşağıdakılardan hansılardır?
A) Məhkəmə ekspertizasının təyin edilməsi haqqında qərar olmadıqda, məhkəmə ekspertizasının aparılması üçün tədqiqat obyektlərini tələb etmək
B) Məhkəmə ekspertizasının aparılmasında vəkilin iştirakını təmin etmək, məhkəmə baxışında məhkəmə ekspertinin iştirakını təmin etmək
C) Məhkəmə ekspertizasının təyin edilməsi barədə qərarla təqsirləndirilən şəxsi tanış etmək, ekspertə konkret məhkəmə ekspertizası üzrə onun nəticələrinin məzmununu müəyyən edən göstərişləri vermək
D) İdarədə tədqiqat aparılması üçün xüsusi şərait olmadıqda məhkəmə ekspertizası təyin olunması barədə qərarı təqdim edilmiş obyekt və iş materialları ilə birlikdə geri qaytarmaq
E) Məhkəmə ekspertizasının təyin edilməsi haqqında qərar olmadıqda, məhkəmə ekspertizasının aparılması üçün iş materiallarını tələb etmək
Ədəbiyyat: “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanun, Bakı şəhəri, 15 yanvar 2000-ci il.
105) Məhkəmə ekspertizası idarəsi rəhbərinin vəzifələri aşağıdakılardan hansılardır?
A) Tədqiqat aparılması üçün zəruri şəraiti yaratmaq, ali təhsil müəssisəsində məhkəmə-təbabəti fənnini tədris etmək
B) Məhkəmə təbabəti fənninin tədrisinə nəzarət etmək, təqdim edilmiş tədqiqat obyektlərinin və iş üzrə materialların qorunub saxlanmasını təmin etmək
C) Ekspertə onların hüquq və vəzifələrini izah etmək, eksperti bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti haqqında xəbərdar etməmək
D) Məhkəmə ekspertizasının təyin olunması barədə qərarı aldıqdan sonra konkret ekspertə və ya ekspertlərə ekspertizanın aparılması barədə tapşırıq vermək
E) İş üzrə materiallarının qorunub saxlanmasını, ekspertizaların nəticələrini təqsirləndirilən şəxsə çatdırılmasını təmin etmək
Ədəbiyyat: “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanun, Bakı şəhəri, 15 yanvar 2000-ci il.
Dostları ilə paylaş: |