131) Aşağıda göstərilənlərdən hansı ekspertin vəzifələrinə aid deyildir?
A) Qarşısına qoyulan suallara dair əsaslı və obyektiv rəy vermək
B) Ekspertiza qarşısında qoyulmuş suallar onun xüsusi biliklərindən kənara çıxırsa, rəy verməkdən imtina etmək
C) Məhkəmə-tibbi ekspertiza rəyinin istintaq orqanlarına çatdırılması
D) Məhkəmə iclasında cinayət prosesi tərəflərinin tələbinə əsasən peşə təcrübəsi barədə məlumat vermək
E) Qapalı məhkəmə iclasının məlumatını yaymamaq
Ədəbiyyat: Cinayət mühakimə icraatı və onun məhkəmə - tibbi təminatı, Bakı, 2009.
132) Bilə-bilə yalan rəy verməyə görə ekspert Azərb. Resp. CM-nin hansı maddəsinə görə məsuliyyət daşıyır?
A) 299-cu maddə
B) 297-ci maddə
C) 135-ci maddə
D) 309-cu maddə
E) 142-ci maddə
Ədəbiyyat: Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Bakı, 2009.
133) Məhkəmə iclasında məhkəmə-tibbi ekspertizanın keçirilməsi barədə qərarı kim qəbul edir?
A) Vəkil
B) Zərərçəkmiş
C) Müttəhim
D) Məhkəmə sədri
E) Prokuror
Ədəbiyyat: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi, Bakı, 2009.
134) Aşağıdakılardan kim məhkəmə-tibbi ekspertizanın keçirilməsi barədə qərar çıxara bilməz?
A) Təhqiqatçı
B) Məhkəmənin sədri
C) Müstəntiq
D) Vəkil
E) Prokuror
Ədəbiyyat: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi, Bakı, 2009.
Dostları ilə paylaş: |