137) Məhkəmə təbabəti üzrə ilk azərbaycanlı tibb elmləri doktoru kim olub?
A) M.N.Əliyev
B) R.M.Yusifli
C) Ş.M.Səlimxanov
D) M.O. Bünyadov
E) Ş.M. Musayev
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
138) Hansı hallarda ödənişli xidmət əsasında məhkəmə-tibbi müayinələr aparılır?
A) Polis rəisinin şifahi göstərişinə əsasən
B) Müstəntiqin təliqəsinə əsasən
C) Zərərçəkənin ərizəsinə əsasən
D) Prokurorun göndərişinə əsasən
E) Baş həkimin göndərişinə əsasən
Ədəbiyyat: «Azərbaycan Respublikasında Məhkəmə-tibbi ekspertizasının təşkili və keçirilməsi haqqında Əsasnamə» 1999-cu il, 9 saylı əmr.
139) Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında qanun neçənci ildən qüvvəyə minmişdir?
A) 2000-ci ildən
B) 1996-cı ildən
C) 1998-ci ildən
D) 1995-ci ildən
E) 1997-ci ildən
Ədəbiyyat: “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanun, Bakı şəhəri, 15 yanvar 2000-ci il.
140) Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertiza xidmətinin təşkilinin nizamlanması barədə (əsasnamə) Səhiyyə Nazirliyi tərəfindən neçənci ildə hansı saylı əmr verilmişdir?
A) 2001-ci ildə 78 saylı əmr
B) 1995-ci ildə 16 saylı əmr
C) 2000-ci ildə 64 saylı əmr
D) 1999-cu ildə 9 saylı əmr
E) 1998-ci ildə 12 saylı əmr
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, I cild. Bakı, 2009.
Dostları ilə paylaş: |