162) Hadisə yerində meyitə baxışı həyata kim keçirir?
A) Vəkil
B) Həkim
C) Müstəntiq
D) Hal şahidləri
E) Məhkəmə təbabəti sahəsində həkim mütəxəssis
Ədəbiyyat: Cinayət Prosessual Məcəllə. Bakı, 2009.
163) Müstəntiq hadisə yerində meyitə baxışı hansı şəxsin iştirakı ilə aparır?
A) Hal şahidlərinin
B) Məhkəmə təbabəti sahəsində həkim-mütəxəssisin
C) Şübhəli şəxsin
D) Digər mütəxəssislərin
E) Kriminalistika sahəsi üzrə mütəxəssisin
Ədəbiyyat: Cinayət Prosessual Məcəllə. Bakı, 2009.
164) İşlə bağlı hansı şəxs müayinədən keçirilmir?
A) Zərərçəkmiş
B) Vəkil
C) Təqsirləndirilən şəxs
D) Şübhəli şəxs
E) Müttəhim
Ədəbiyyat: Cinayət Prosessual Məcəllə. Bakı, 2009.
165) İşlə bağlı hansı şəxs müayinədən keçirilmir?
A) Təqsirləndirilən şəxs
B) Müttəhim
C) Vəkil
D) Şübhəli şəxs
E) Zərərçəkmiş
Ədəbiyyat: Cinayət Prosessual Məcəllə. Bakı, 2009.
166) Müqayisəli tədqiqat üçün bioloji xarakterli nümunələr kim tərəfindən götürülüb ekspertizaya təqdim edilə bilər?
A) Təqsirləndirilən şəxs
B) Vəkil
C) Orta tibb işçisi
D) Həkim – məhkəmə tibb eksperti
E) Müstəntiq
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
167) Müqayisəli tədqiqat üçün nümunələr ilkin istintaq zamanı hansı şəxsdən götürülmür?
A) Zərərçəkmişdən
B) Şübhəli şəxsdən
C) Şahiddən
D) Müqəssirdən
E) Təhqiqatçıdan
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
168) İlk dəfə olaraq hansı azərbaycanlı alim neçənci ildə Ümumdünya Tibb, Etika və Qanun Assosiasiyasının idarə heyətinin üzvü olmuş və bu cəmiyyətin qubernatoru seçilmişdir?
A) Ş.A.Səlimxanov – 1997-ci ildə
B) M.O.Bunyatov – 1998-ci ildə
C) M.N.Əliyev – 1996-cı ildə
D) V.Q.Məmmədov – 1999-cu ildə
E) R.M.Yusifli - 1995-ci ildə
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2002.
169) Yalan rəy verməsinə və ilkin istintaq hərəkətlərinin məlumatlarını yaymağa görə məhkəmə-tibb ekspertinə aşağıdakı hansı xarakterli tədbirlər görülür?
A) İnzibati xarakterli
B) Cinayət xarakterli
C) Cərimə xarakterli
D) İçtimai məzəmmət
E) İntizam xarakterli
Ədəbiyyat: Cinayət Prosessual Məcəllə. Bakı, 2009.
Dostları ilə paylaş: |