170) Məhkəmə-tibbi ekspertiza rəyi kimin adından verilir?
A) Ekspertin
B) Komissiya sədrinin
C) Məhkəmə-tibbi ekspertiza idarəsinin
D) Şöbə rəisinin
E) Bölmə rəisinin
Ədəbiyyat: Cinayət Prosessual Məcəllə. Bakı, 2009.
171) Məhkəmə-tibb eksperti verdiyi rəyə görə hansı məsuliyyəti daşıyır?
A) Şəxsi
B) Məsuliyyət daşımır
C) Kollektivlə
D) Komissiyanın sədri ilə
E) Komissiyanın başqa üzvü ilə
Ədəbiyyat: Cinayət Prosessual Məcəllə. Bakı, 2009.
172) Məhkəmə-tibbi ekspertizanın təyin edilməsi barədə qərarı aldıqdan sonra ekspert idarəsinin rəhbərinin vəzifələrinə hansı hal aid deyildir?
A) Rəy verməkdən imtina etmək barəsində məsuliyyəti onlara izah etmək
B) Ekspertizanın keçirilməsini bir və ya bir neçə ekspertinə həvalə etmək
C) Ekspertizanın nəticələrinin tərtibatına istiqamət vermək
D) Yalan rəy vermək üçün məsuliyyəti ekspertlərə izah etmək və bu barədə onlardan iltizam almaq
E) Qanunvericilikdə nəzərdə tutulan vəzifə və hüquqları onlara izah etmək
Ədəbiyyat: Cinayət Prosessual Məcəllə. Bakı, 2009.
Dostları ilə paylaş: |