522) Çapıcı alət təsirindən törənmiş dərin yaranın kənarları necə olur?
A) Kənarları didilib-dağılmış
B) Kənarları nahamar və sıyrıqlı
C) Kənarları nahamar və qançırı
D) Kənarları hamar və sıyrıqsız
E) Kənarları hamar və sıyrıqlı (zolaqvarı)
Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri. Bakı, 1998.
523) Çapılmış yaranın xarakter xüsusiyyəti nədir?
A) Yara boyunca yaranın kənarlarındakı tüklərin qırılması
B) Yara içərisindəki əzələ toxumasının və atmaların əzilməsi
C) Yaranın dərin olması və yara nahiyəsindəki sümük toxumasının çapılması
D) Yaranın döş və qarın boşluqlarına nüfuz etməsi
E) Yaranın kənarlarının qançır və sıyrıqla əhatə olunması
Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri. Bakı, 1998.
Dostları ilə paylaş: |