513) Deşilmiş-kəsilmiş zədənin yara kanalı parenximatoz orqanlarda hansı üsulla müayinə olunur?
A) Yara kanalının zondla yoxlanması
B) Müayinə üçün xüsusi müayinə üsulu yoxdur
C) Rentgen kontrast maddə tökülmüş yara kanalının rentgenoqrafiyası
D) Yara kanalına adi su tökdükdən sonra rentgen şəkilin çəkilməsi
E) Yara kanalının boylama kəsilməsi
Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998
514) Deşilmiş-kəsilmiş yaranın kənarında metalizasiyanın tədqiqatı hansı məqsədlə aparılır?
A) Tiyənin uzunluğunun təyini üçün
B) Tiyənin ucunun formasının təyini üçün
C) Tiyənin itiliyinin təyini üçün
D) Tiyənin paslanmasını və identifikasiyasını təyini üçün
E) Tiyənin küpünün mövcudluğunun təyini üçün
Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998
515) Deşilmiş-kəsilmiş yaranın kənarında metalizasiyanın tədqiqatı hansı məqsədlə aparılır?
A) Tiyənin uzunluğunun təyini üçün
B) Əsas və əlavə kəsiklərin differensiyası və korroziyanın təyini üçün
C) Tiyənin qalınlığının təyini üçün
D) Tiyənin formasının təyini üçün
E) Ülgücün kələ-kötürlüyünün təyini üçün
Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998
516) Qayçının dilimlərinin təsirindən əmələ gəlmiş yaranın əsas xüsusiyyəti nədir?
A) Bir ucun küt şəkilli, digərinin iti olması
B) Ucların küt və iti qurtarması
C) Əlavə kəsiyin olmaması, bir ucun “M”və ya “П” şəkilli, digərinin iti olması
D) Kənarların düz olması
E) Bir ucun “П” şəkilli, digərinin iti olması
Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998
517) Qığırdaq toxumasındakı mikroizlərin trassoloji müayinəsində onların qorunub saxlanması üçün hansı üsul tətbiq edilməlidir?
A) Qaranlıq otaqda saxlamaq
B) Otaq temperaturunda qurutmaq
C) Adi suda saxlamaq
D) Duzlu suda saxlamaq
E) Qliserin məhlulunda saxlamaq
Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998
Dostları ilə paylaş: |