534) Boyun fəqərələri cisminin ön tərəfində sıxılma nəticəsində pazvari sınıqların əmələ gəlməsi üçün avtomobil hissələrinin zərbəsi bədənin hansı səthinə yetirilməlidir?
A) Bədənin sağ səthinə
B) Bədənin yan səthinə
C) Bədənin sol səthinə
D) Bədənin ön səthinə
E) Bədənin arxa yan səthinə
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006
535) Boyun fəqərələri cisminin arxa tərəfində sıxılma nəticəsində pazvari sınıqların əmələ gəlməsi üçün avtomobil hissələrinin zərbəsi bədənin hansı səthinə yetirilməlidir?
A) Bədənin sağ yan səthinə
B) Bədənin ön yan səthinə
C) Bədənin arxa səthinə
D) Bədənin yan səthinə
E) Bədənin sol səthinə
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
536) Yük avtomobilinin ön hissəsinin insanla toqquşması zamanı bud sümüyünün pazşəkilli qəlpə əmələ gəlməsi ilə müşayiət olunan köndələn çəp sınığı-bamper sınığı hansı fazada müşahidə olunur?
A) İkinci faza
B) Müşahidə olunmur
C) Üçüncü faza
D) Dördüncü faza
E) Birinci faza
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
Dostları ilə paylaş: |