613) Odlu silah güllə yarasının giriş dəliyinin əsas əlamətləri hansıdır?
A) Yaranın dairəvi forması
B) Yaranın kənarlarının uyğun gəlməsi
C) Yara nayihəsində toxuma defekti, sıyrılma və silinmə halqalarının olması
D) Yaranın kənarlarının hamar olması
E) Yaranın mənfəzinin aralı olması
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
614) Odlu silah güllə yarasının çıxış dəliyinin əsas əlamətləri hansıdır?
A) Yaranın dairəvi formada olması
B) Yaranın kənarlarının daxilə yönəlməsi
C) Yarada toxuma defektinin olması
D) Yaranın yarıqşəkilli olması, kənarlarının bayıra doğru yönəlməsi
E) Yara ətrafında silinmə halqasının olması
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
615) Tam dirənmə vəziyyətində açılmış atəşin əsas əlamətlərinə hansı əlamət aid deyil?
A) Giriş dəliyi nahiyəsində toxumaların alqırmızı rənglənməsi
B) Giriş dəliyi nahiyəsində toxuma defektinin olması
C) Giriş dəliyi nahiyəsində dərinin cırılması
D) Yara kanalının girəcəyində hiss və çoxsaylı barıt dənəciklərinin çökməsi
E) Silah lüləsinin ağız kəsiyinin əksinin yara ətrafında olması
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
Dostları ilə paylaş: |