681) Hansı dərəcəli yanıqlar çapıq əmələ gəlmədən sağalır?
A) Birinci və ikinci dərəcəli
B) Üçüncü dərəcəli
C) Bütün dərəcələrdə
D) Üçüncü, dördüncü dərəcəli
E) Dördüncü dərəcəli
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
682) Yanıq şokunun əmələ gəlməsinin komponentləri hansılardır?
A) Həqiqi hipovolemiya
B) Ağrı qıcıqları və qanın qatılaşması
C) Allergik amil
D) Qanın durulaşması
E) Mikroorqanizm
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
683) Yanıq travmalarının ağırlığı nədən asılıdır?
A) Yanığın yerləşdiyi nahiyədən
B) Hava şəraitindən
C) Yanığın dərinliyindən və əhatə sahəsindən
D) Yanığın növündən
E) Yanığın şəraitindən
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
684) Yanıq travmalarının ağırlığı nədən asılıdır?
A) Zərərçəkənin cinsi mənsubiyyətindən
B) Yanığın yerləşdiyi nahiyədən
C) Yanığın harada baş verməsindən
D) Hava şəraitindən
E) Yanığın dərinliyindən və dərəcəsindən
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
685) Termorequlyasiyanın dekompensasiyası bədən hərarəti hansı dərəcəyə yüksəldikdə baş verir?
A) 46 dərəcə
B) 47 dərəcə
C) 45 dərəcə
D) 42 dərəcə
E) 48 dərəcə
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
Dostları ilə paylaş: |