756) Tez baş verən ölümə dəlalət edən morfoloji əlamət hansıdır?
A) Seroz qişalar altında və konyuktivalarda ekximozlar (nöqtəşəkilli qansızmalar)
B) Ağ ciyərlərin atelektazı
C) Daxili orqanların azqanlılığı
D) Kəskin meyit qacıması
E) Meyit ləkələrinin intensivliyinin az olması
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
757) Həqiqi suda batmada Moro əlaməti nəyi göstərir?
A) Plevra və qarın boşluqlarında şəffaf mayenin (transsudatın) yığılmasını
B) Dərialtı toxumada mayenin toplanmasını
C) Əzələdə mayenin toplanmasını
D) Sifətdə ödemin olmasını
E) Əsas sümüyün cibində mayenin yığılmasını
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
Dostları ilə paylaş: |