778) Suda boğulmalardan ölüm zamanı diaqnostik V.A.Sveşnikov əlaməti hansıdır?
A) Ağ ciyərlərin atelektazı
B) Mədədə mayenin olması
C) Plevra altına zolaqvarı qansızmalar
D) Əsas sümüyünün boşluğunda mayenin olması
E) Tənəffüs yollarında su mühitinin hissəcikləri
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
779) V.A.Sveşnikov əlaməti boğulmaların hansı tipində müşahidə olunur?
A) İlgəklə boğma
B) Kompresion
C) Spastik (asfiktik)
D) Reflektoru
E) Sinkopal
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
780) Həyati suda boğulmanın həqiqi əlaməti planktonun harada tapılmasıdır?
A) Beyində
B) Dalaqda
C) Ağ ciyər toxumasında
D) Ürək boşluğundan götürülmüş qanda və böyrəkdə
E) Qara ciyərdə
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
781) Əsas sümüyünün boşluğuna suda boğulma mühitinin daxil olması suda boğulmanın hansı tipində müşahidə olunur?
A) Qarışıq (spastik-aspirasion)
B) Reflektoru
C) Sinkopal
D) Sirkulyator
E) Respirator
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
782) Hipoksiya əlamətlərinin baş verməsi ilə xarici tənəffüs funksiyasının kəskin pozulması hansı tip suda boğulmalarda müşahidə olunur?
A) Obturasion
B) Spastik (asfiktik)
C) Reflektoru
D) Sinkopal
E) Qarışıq
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
Dostları ilə paylaş: |