905) Dəridə süni xəstəlik əmələ gətirən əsas faktor hansılardır?
A) Elektromaqnit
B) İldırım
C) Bioloji
D) Kimyəvi
E) İnfeksion
Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
906) Dərinin süni xəstəliklərinə hansılar aiddir?
A) Şişlər
B) Abses, fleqmona və sağalmayan yaralar
C) Ekzema
D) Ziyillər
E) Dermatitlər
Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
907) Süni fleqmona və abses dəri altına hansı maddələrin yeridilməsi nəticəsində əmələ gələ bilər?
A) Antibiotiklər
B) Kofein
C) Ağrıkəsicilər
D) Vitaminlər
E) İnfeksiyalaşmış maddələr
Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
908) Süni dermatitlər hansı təsirdən əmələ gəlir?
A) Dərinin ilıq su ilə silinməsi
B) Dəriyə tibbi xardal qoyulması
C) Dərinin qıcıqlandırıcı maddələrlə intensiv sürtülməsi
D) Dərinin spirtlə silinməsi
E) Dərinin müalicəvi yodla silinməsi
Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
909) Dərialtına hansı maddələrin yeridilməsi nəticəsində süni şişlər əmələ gələ bilər?
A) Kordiaminin
B) Kofeinin
C) Parafin və ozokeritin
D) Ağrıkəsicilərin
E) Antibiotiklərin
Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
910) Simulyasiya məqsədilə hansı maddələrdən istifadə etməklə xroniki traxeobronxit (öskürək) əlamətləri əmələ gətirmək olar?
A) Aspirindən
B) Bromheksindən
C) Mukalitindən
D) Bronxolitindən
E) Xlordan, formaldehiddən
Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
911) Simulyasiya məqsədilə hansı maddələrdən istifadə etməklə arterial qan təzyiqini qaldırmaq olar?
A) Streptomitsindən
B) Korqlukondan
C) Aspirindən
D) Dimedroldan
E) Efedrin və adrenalindən
Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
912) Gözün konyuktivasına hansı maddə yeritməklə süni konyuktivit əmələ gətirmək olar?
A) Tütün şirəsi
B) Atropin
C) Glazorin
D) Klofelin
E) Çay
Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
Dostları ilə paylaş: |