158) Qanunvericiliyə görə bunlardan hansı ekspertizanın növü hesab olunmur?
A) Mürəkkəb
B) Komissyon
C) İlkin
D) Təkrar
E) Əlavə
Ədəbiyyat: “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanun, Bakı şəhəri, 15 yanvar 2000-ci il.
159) Istintaq məhkəmə orqanları aşağıdakı hallarda ekspertdən imtina edə bilməz?
A) AR CPM-də nəzərdə tutulan əsaslar olmadıqda
B) Təqsirləndirən şəxsdən iş asılılığı vardırsa
C) Əgər ekspertin təqsirləndirilən şəxsdən, zərərçəkmişdən, mülki iddiaçı və ya mülki cavadehdən bu və ya digər dərəcədə iş asılılığı olmuşsa və ya vardırsa
D) Zərərçəkmişdən hər hansı bir asılılığı vardırsa
E) Əgər o, göstərilən iş üzrə təftiş aparmışdırsa
Ədəbiyyat: Cinayət Prosessual Məcəllə. Bakı, 2009
160) Mütəxəssis kimi məhkəmə-tibbi ekspert hansı istintaq hərəkətlərində iştirak edə bilməz?
A) Hadisə yerində meyitə baxışda
B) İstintaq eksperimentlərində, şəxslərin müayinəsində
C) Təqsirləndirilən şəxs barədə qəti həbs tədbirinin seçilməsində
D) Basdırıldığı yerdən meyiti çıxardıqda
E) Hadisə yerinə, açıq və qapalı sahələrə baxışda
Ədəbiyyat: Cinayət Prosessual Məcəllə. Bakı, 2009.
161) İstintaq hərəkətlərində iştirak etmək üçün çağırılmış məhkəmə təbabəti üzrə mütəxəsisin vəzifəsinə aşağıdakı aid deyildir?
A) İstintaq hərəkətlərinin icra edilməsi üçün çağırışa gəlmək və iştirak etmək
B) Sübutların aşkar olunub götürülməsi ilə bağlı protokola qeydlər etmək
C) Gördüyü hərəkətlər barəsində izahat vermək
D) Sübutların aşkar edilib götürülməsində müstəntiqə kömək etmək
E) Ekspert rəyi vermək
Ədəbiyyat: “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanun, Bakı şəhəri, 15 yanvar 2000-ci il.
Dostları ilə paylaş: |