187) Maddi sübutların müayinəsi zamanı obyektləri kim qoruyur?
A) Ekspert idarəsinin arxivinə baxan şəxs
B) Ekspert idarəsinin dəftərxanasının əməkdaşı
C) Şöbə rəisi
D) Müvafiq ekspertiza idarəsinin baş laborantı
E) Ekspertizanı keçirən ekspert və ona təhkim olunmuş laborant
Ədəbiyyat: Səhiyyə Nazirliyinin 8 fevral 1999-cü il tarixli 9 nömrəli “Məhkəmə-tibbi ekspertizalarının təşkili və keçirilməsi qaydaları haqqında” Əsasnaməsi
188) Maddi sübutların məhkəmə-tibbi ekspertizasının icra müddəti nə qədərdir?
A) 1 ay 10 günə qədər
B) 3 ay
C) 1 aydan çox olmamaqla
D) 2 ay
E) 1 aydan çox
Ədəbiyyat: “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanun, Bakı şəhəri, 15 yanvar 2000-ci il.
189) Maddi sübutların ekspertizasının keçirilmə müddətləri hansı vaxtdan hesablanır?
A) Şöbə rəisi qərarla tanış olduğu vaxtdan
B) Ekspertiza haqqında qərarın tərtib olunduğu vaxtdan
C) Qərarın şöbəyə daxil olduğu vaxtdan
D) İcraçı ekspertin müayinəni başladığı vaxtdan
E) Qərarın şöbəyə daxil olduğu, şöbə rəisi tərəfindən icraçı ekspertə verildiyi və onun müayinəyə başladığı vaxtdan
Ədəbiyyat: Şakir Musayev, Məhkəmə-tibbi ekspertiza və onun imkanları, Bakı, II cild, 2009.
190) Maddi sübutların müayinəsi üzrə ekspertizanın keçirilməsi baxımından ekspertin vəzifəsinə aşağıdakı aid deyildir?
A) Şöbədə ekspertizaya təhkim olunmuş laborantın işinə nəzarət
B) Maddi sübutların şöbə rəisindən qəbulu
C) Nəticələri iş jurnalında qeyd etməklə müayinənin aparılması
D) Ekspert rəyinin tərtib olunması
E) Ekspert rəyini şöbənin möhürü ilə təsdiqləmək və müstəntiqə çatdırmaq
Ədəbiyyat: Səhiyyə Nazirliyinin 8 fevral 1999-cü il tarixli 9 nömrəli “Məhkəmə-tibbi ekspertizalarının təşkili və keçirilməsi qaydaları haqqında” Əsasnaməsi
Dostları ilə paylaş: |