217) Mahiyyətinə görə hadisə yerinə və hadisə yerindəki meyitə baxış nədir?
A) Meyitin məhkəmə-tibbi müayinəsi
B) Meyitin dəfn mərasiminə hazırlıq
C) Meyitin məhkəmə-tibbi ekspertizası
D) İlkin istintaq hərəkəti
E) Meyitin qohumlarına təhvil verilməsi
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
218) Həkim-mütəxəssis hadisə yerində kimin rəhbərliyi altında işləyir?
A) Səhiyyə şöbəsinin müdirinin
B) Müstəntiqin
C) Cinayət axtarış üzrə əməliyyat müvəkkilinin
D) Polis bölməsinin rəisinin
E) Xəstəxananın baş həkiminin
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
219) Meyitin, onun paltarlarının və maddi sübutlarının meyitxanaya çatdırılması kimin vəzifə səlahiyyətinə daxildir?
A) Məhkəmə-tibb ekspertinin
B) Ekspert-kriminalistin
C) Hadisə yerinin müayinəsini aparan müstəntiqin
D) Məhkəmənin
E) Baş ekspertiza idarəsinin növbətçi bölməsinin
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
Dostları ilə paylaş: |