235) Dəmiryol hadisəsi yerində hissələrə bölünmüş meyitin aşkar olunması nəqliyyatın hansı hissəsinin təsirinə dəlalət edir?
A) Lokomotivin üst səthinin
B) Təkərlərin yan səthlərinin
C) Təkərlərin relslərin üzərində hərəkət edən hissəsinin
D) Lokomotivin ön hissəsinin
E) Təkərlərin iç səthlərinin
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
236) Avtomobilin ön hissəsi ilə piyadanı vurması zamanı həlak olmuş şəxsin paltarlarında nələr aşkar oluna bilməz?
A) Avtomobilin ön faralarının izləri
B) Alov təsirindən əmələ gəlmiş zədələr
C) Qan ləkələri
D) Avtomobillərin sürtgü yağları
E) Radiatorun əksi olan izlər
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
237) Meyitin aşkar olunduğu yerdə müayinəsi zamanı müstəntiq hansı sənədi tərtib edir?
A) Meyitin məhkəmə-tibbi ekspertiza rəyini
B) Qanunvericiliyin tələblərinə uyğun olaraq hadisə yerində meyitə baxış protokolunu
C) Meyitin dəfni üçün göndərişi
D) Meyitin məhkəmə-tibbi müayinə aktını
E) Şəxsiyyətin tanınma protokolunu
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
Dostları ilə paylaş: |