243
I dərəcə - nəfəs aldıqda, ayaq üstə böyrəyin aşağı qütbü əllənir.
Xəstədə heç bir şikayət və obyektiv dəyişikliklər müşahidə olunmur.
II dərəcə - vertikal vəziyyətdə böyrək aşağı düşür və damar ayaq-
cığı ətrafında rotasiya edir, odur ki,
böyrək tam əllənir, horizontal
vəziyyətdə böyrək öz yerinə qayıdır. Xəstələrdə ümumi şikayətlər,
nevrotik hallar müşahidə olunur.
III dərəcə - böyrək təbii yerindən aşağı düşür, qarın boşluğunun
başqa nahiyələrində, böyük və kiçik çanaqda ola bilər.
Bu zaman böyrək damarlarının dartılması nəticəsində böyrək qan
dövranı pozulur, sidik axarının qatlanması isə urodinamik dəyişiklik-
lərə səbəb olur. Xəstələrin bel nahiyəsində və hətta bütün qarın boş-
luğunda ağrılar müşahidə olunur. Eyni
zamanda asteno-vegetativ də-
yişikliklər: başgicəllənmə, bayılma, ürəkdöyünmə, meteorizm, qus-
ma, stulun pozulması və s. xüsusən qadınlarda tez-tez müşahidə olu-
nur. Böyrək nahiyəsində ağrılar xüsusən fiziki gərginlikdən sonra,
axşama yaxın artır, hətta sancı şəklini alır.
Hematuriya nefroptozun ikinci
çox təsadüf olunan əlamətidir,
əsasən böyrəkdən venoz qanın axmasının pozulmasından baş verir,
əksər hallarda fiziki gərginlikdən sonra meydana çıxır. Qanaxmadan
sonra böyrəkdəki ağrı da keçir.
Arterial hipertenziya böyrək arteriyasının dartılıb daralmasından
baş verir. İlk zamanlar tranzitor olsa da, xəstəliyin sonrakı mərhələ-
lərində proliferatik və sklerotik proseslərin inkişafı nəticəsində dai-
mi xarakter alır.
Diaqnozun qoyulmasına ayaq üstə ağrıların artması, qısa müddət
ərzində 3-5 kq arıqlama kömək edir. Həmçinin
böyrəklərin horizon-
tal və vertikal vəziyyətdə, dərin nəfəsalmada əllənməsi, xüsusən sağ
böyrəyin sallanmasının daha çox halda aşkar olunması əhəmiyyətli
fakt kimi qəbul olunmalıdır. Döyəcləmə simptomunun əhəmiyyəti
nisbətən azdır. Arterial təzyiqin, xüsusən diastolik təzyiqin ortostaz
vəziyyətində yüksəlməsi də diaqnozun qoyulmasına kömək edir.
Laborator müayinələr. Sidiyin müayinəsində tranzitor mikro-hema-
turiya və proteinuriya aşkar edilir. Leykosituriya yanaşı infeksiya qo-
244
şulduqda aşkar edilir. Ortostatik sınağın əhəmiyyəti vardır. Xəstə sidiyi-
ni səhər müayinəyə verir (1 porsiya), sonra 2 saat ərzində gəzir və yenə
sidiyin analizini verir (2 porsiya). Hematuriyanın və proteinuriyanın aş-
kar edilməsi və yaxud artması nefroptozun olmasını göstərir.
İnstrumental müayinələr. USM az informativdir. Ekskretor uroq-
rafiya nefroptozu aşkar etməyə daha çox informasiya verir. Rentge-
noloji şəkillər uzanmış vəziyyətdə və ayaq üstə çəkilir. Nefroptozda
böyrək yerdəyişməsi aşkar şəkildə nəzərə çarpır.
Daha mürəkkəb
hallarda böyrək angioqrafiyası yerinə yetirilir. Bu zaman böyrək
ayaq üstə yerini aşağıya dəyişir, onun arteriyası dartılaraq daralır.
Differensial diaqnoz. Nefroptoz qlomerulonefrit, böyrəkdaşı xəs-
təliyi, böyrək şişi, böyrək distopiyası ilə differensasiya olunur.
Ağırlaşmalar. Nefroptozun ağırlaşmalarına pielonefrit, arterial hi-
pertenziyanı, fornikal qanaxmanı və böyrəkdaşı xəstəliyini
aid etmək
lazımdır.
Müalicə. Müalicə prinsipləri xəstəliyin mərhələsi və ağırlaşmalar-
dan asılı seçilir.
I, II mərhələdə konservativ terapiya tövsiyə olunur - müalicədə
bədən tərbiyəsi, 3 kq-dan artıq yük daşımamaq, fiziki gərginliklər
(qaçış, tullanmaq) qadağan edilir. Bir qədər kökəlmək, böyrək ban-
dağının bağlanması tövsiyə olunur.
Nefroptoz ağırlaşmalarla müşayiət olunursa (pielonefrit,
arterial
hipertenziya, fornikal qanaxmalar, hidronefrotik transformasiya) xəs-
təyə cərrahi əməliyyat – nefropeksiya (böyrəyin öz yerinə fiksasiya
olunması) məsləhət olunur.
Proqnoz. Ağırlaşmalar baş verməmişsə proqnoz yaxşıdır.
Dostları ilə paylaş: