26
olub, enerji və oksigenin sərf olunması ilə işləyərək hüceyrə daxilində
natriumun alçaq və kaliumun yüksək konsentrasiyasını təmin edir.
Natrium-kalium nasosunun natrium və kaliumun distal kanalcıq-
larda nəqlində rolu daha yüksəkdir, çünki
bu zaman natrium intersti-
sial toxumada daha yüksək konsentrasion qradiyentə qarşı daşınır.
Burada natriumun nəqli aldosteronun köməyi ilə həyata keçirilir,
çünki aldosteron səviyyəsinin yüksəlməsi distal kanalcıqlarda natriu-
mun reabsorbsiyasını təmin edir. Proksimal kanalcıqlarda natriumun
reabsorbsiyası xlor və bikarbonat ionları ilə eyni vaxtda baş verir.
Dostları ilə paylaş: