Mehman ağayev



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə53/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   49   50   51   52   53   54   55   56   ...   186
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


III  FƏSİL  
 
ƏSAS  KLİNİKİ  SİNDROMLAR 
 
Ödem 
 
Böyrək xəstəliklərinin ən xarakter əlamətlərindən biri – ödemdir. 
Böyrək mənşəli ödemlər başqa xəstəliklər zamanı (ürək xəstəlikləri, 
hipotireoz) meydana çıxan ödemlərdən boş birləşdirici toxuma çox 
olan yerlərdə  təzahür etdiyinə görə  fərqlənir. Bu zaman ödem ilk 
növbədə üzdə, gözqapaqları və ayaqlarda meydana gəlir. Əksər hal-
larda böyrək mənşəli ödem bədənin bütün hissələrində  bərabər 
yayılır, tez bir zamanda həddən artıq arta bilir və anasarka halına 
çatır. 
Bu zaman nəinki dəri, dərialtı toxuma və həmçinin daxili orqanlar 
da şişir. Amma qaraciyərin şişməsi ürək ödemindən fərqli olaraq az 
nəzərə çarpır. Eyni zamanda seroz boşluqlara maye (transsudat) 
yığılır: hidrotoraks, hidroperikard, assit baş verir. 
Böyrək mənşəli ödemləri Mak-Klyur-Oldric suluq sınağının 
köməyi ilə də təyin etmək olar. Dəri içinə, saidin iç səthinə, 0,2 ml 
xörək duzunun izotonik məhlulu yeridilir və suluq əmələ  gətirilir. 
Toxumaların «ödem hazırlığından» asılı olaraq suluğun sorulma 
müddəti sağlam  şəxslərdə bir saata qədər baş verir, amma xəstəlik 
zamanı sürətlənir. 
Müalicənin gedişində ödemin dinamikasını  təyin etmək üçün 
xəstənin bədən kütləsi, ətrafların, gövdənin dairəsi ölçülür, içilən su, 
gündəlik diurez nəzərə alınır, serroz boşluqlarda olan transsudatın 
artıb-azalmasına diqqət edilir. Böyrək mənşəli ödemlərin səbəbləri 
aşağıdakılardır: 
1.
 
Kapillyarların divarının keçiriciliyinin artması  əsas amillərdən 
biridir. Buna səbəb böyrək xəstəliklərində qan zərdabında hialuro-
nidazanın aktivliyinin artmasıdır. Hialuronidaza kapillyar divarının 
əsas (bazal) membranın və hüceyrəarası maddənin (endotelarası 
 
87


 
88
«sement») əsasını təşkil edən hialuron kompleksi – mukopolisaxarid-
lərin depolimerizasiyasını gücləndirir ki, bu da kapillyar divarının 
keçiriciliyini artırır. Bu halı gücləndirən vasitələrdə kalsiumun azal-
masının rolu böyükdür, çünki hüceyrəarası «sementin» tərkibinə 
kalsium proteinat daxildir. Eyni zamanda qanda pH-nın azalması, 
asidozun inkişafı da rol oynayır. Kapillyar keçiriciliyinin generalizə 
olunmuş şəkildə artması nəticəsində su, suda həll olmuş maddələr və 
çoxlu miqdarda zülal damar mənfəzindən toxumalara keçir. Bundan 
başqa, toxumaların ara maddəsinin mukopolisaxaridlərinin depolime-
rizasiyası toxumaarası mayedə molekulların artmasına və onun 
kolloid-osmotik təzyiqinin artmasına səbəb olur. Toxumaarası maddə-
nin hidrofilliyi artdığı üçün o özündən suyu çətin «buraxır». Beləliklə, 
kapillyar divarının keçiriciliyinin artması  nəticəsində baş verən öde-
min bərk olmaması onu hipoproteinemik ödemlərdən fərqləndirir. 
Kapillyar keçiriciliyinin artması  nəticəsində baş verən ödem za-
manı su təkcə dəri altına yox, damarla zəngin bütün toxumalarda yı-
ğılır, hətta seroz boşluqlarda da maye toplanır. Böyrək yumaqcıqları-
nın kapillyarlarının keçiriciliyinin artması proteinuriyaya səbəb olur 
və bu da hipoproteinemiyaya gətirib çıxarır. Belə ödemlər təkçə 
böyrək xəstəliklərində deyil, başqa xəstəliklərdə də müşahidə oluna 
bilər, belə ki, allergik mənşəli xəstəliklərdə (angionevrotik ödem – 
Kvinke ödemi), arının sancması və s. nəticəsində baş verə bilər. 
2. Qanda kolloid-osmotik təzyiqin azalması (hipoproteinemiya 
nəticəsində) nefrotik sindrom zamanı ödemin əmələ gəlməsində əsas 
rol oynayır. Bu zaman böyrəklər tərəfindən zülalın itirilməsindən, 
yaxud zülalın damar mənfəzindən toxumalara keçməsi nəticəsində 
hipoproteinemiya qanın onkotik təzyiqinin azalmasına səbəb olur. 
Hipoproteinemik ödemlər hidrostatika qanunlarına tabe olaraq, 
gəzən xəstələrdə ilk növbədə ayaqlarda, uzanan xəstələrdə isə bel 
nahiyəsində əmələ gəlir. 
Adətən hipoproteinemik ödemləri qanda zülalın səviyyəsi 35-40 
q/l-dən aşağı düşdükdə, albuminlərin 10-15 q/l-dən çox azalması 
zamanı baş verir. Böyrək xəstəlikləri zamanı ilk növbədə qanda 


 
89
albuminlərin səviyyəsi aşağı düşür, qlobulinlərin qatılığı isə bir o 
qədər də dəyişilmir. Albuminin azalması kolloid-osmotik təzyiqinin 
daha çox azalmasına səbəb olur, çünki albumin molekulası kiçik 
olduğu üçün onun nisbi onkotik təzyiq yaratmaq qabiliyyəti qlobulin 
molekulasının yaratdığı  təzyiqdən 3 dəfə çoxdur (onkotik təzyiq 
molekulun kütləsinə görə yox, sayına görə yaranır). Hipoproteinemik 
ödemlər zülalın azalması ilə baş verən bütün xəstəliklərdə – uzun 
müddət ac qaldıqda (aclıq ödemi), nazik bağırsaqda sorulmanın 
pozulması (sorulmanın pozulması sindromu), xərçəng kaxeksiyası və 
s. hallarda baş verir.  
1.
 
Hipernatriemik (hipernatrihistik, yunanca histos – toxuma) 
ödemlər toxumalarda artıq natrium saxlanması nəticəsində baş verir. 
Natrium hidrofil xassəyə malik olduğu üçün çoxlu xörək duzu qəbul 
etdikdə ödem baş verə bilər. Hipernatrihistiya böyrək mənşəli 
ödemlərdə bir əlavə rola malikdir. Bunun əmələ gəlməsində əsasən 
hormonal faktorların rolu vardır. Bunun səbəbi artıq miqdarda 
böyrəküstü vəzin qabıq maddəsinin qana aldosteron ifraz etməsi, 
yaxud hipofizin arxa payının antidiuretik hormon ifraz etməsidir.  
Mənşəindən asılı olmayaraq bütün ödemlərdə osmorequlyasiya 
pozulur ki, bunun da əsasında hormonal halda aldosteron-antidiure-
tik hormon əsas yer tutur. Bu sistem bədənin osmo-və volum-requl-
yasiyanın daim saxlanmasında iştirak edir, yəni bədəndə suyun və 
natriumun sabit miqdarını təmin edir.  
Qanın həcmi azaldıqda sağ qulaqcıq və ümumi yuxu arteriyası 
divarlarında yerləşən volyumreseptorlar qıcıqlanaraq hipotalamusa 
siqnal verir, oradan böyrəküstü vəzin qabıq maddəsinə ötürülür, al-
dosteron ifrazı artır, bunun nəticəsində böyrək kanalcıqlarında nat-
riumun reabsorbsiyası yüksəlir. Natrium bədəndə saxlanılmaqla o, 
sidikdə az ifraz olunur.  
Nefrotik sindrom zamanı qanda aldosteronun səviyyəsinin 20 
dəfəyə  qədər artması müşahidə olunur və bu ikincili hiperaldoste-
ronizm adlanır. Bundan fərqli olaraq böyrəküstü vəzin şişləri zamanı 
birincili hiperaldosteronizm baş verir. 


 
90
Qanda natriumun artması osmoreseptorları  qıcıqlandırır. Bunun 
nəticəsində hipofizin arxa payında antidiuretik hormonun artması baş 
verir ki, bu da distal kanalcıqlarda suyun fakultativ reabsorbsiyasına 
səbəb olur. Bədəndə saxlanmış natrium və su qanın həcmini bərpa 
edir, lakin bədəndə saxlanmış artıq su və natrium toxumalara keçir, 
ödemi artırır. 
Anuriya nəticəsində baş verən ödemlər kəskin, yaxud xroniki 
böyrək  çatışmazlığı zamanı da baş verir. 
Yuxarıda göstərilən səbəblər klinik olaraq bir-birini tamamlayır, 
lakin başlanğıcda bu və digər səbəb ödemin əmələ gəlməsində əsas 
rol oynayır, sonra isə başqa faktorlar qoşulurlar.  

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin