201
pielonefriti kimi təzahür edir. Belə kəskinləşmələr 35-45 yaşa qədər
davam edir və əgər böyrək büzüşməsi baş vermirsə proses sakitləşir.
Xəstələrdə leykosituriya, mikrohematuriya,
azca albuminuriya və bəzən
silindruriya müşahidə olunur.
Xronik pielonefritin diaqnozu uyğun anamnezə, sidiyin müayinə-
sinin nəticəsinə, qan təzyiqinin yüksək olması, böyrək funksiyasının
göstəriciləri, rentgen-radioizotop və ultrasəs
müayinələri nəticəsinə
əsasən qoyulur.
Anamnez xəstədə birincili və yaxud ikincili pielonefritin olması,
infeksiyanın giriş qapısı, xəstəliyin gediş xüsusiyyətləri və s. aydınlaş-
dırmağa imkan verir.
Sidiyin müayinəsində formalı elementlərin sayılması (Neçiporen-
ko üsulu ilə 1 ml sidikdə) əsas yer tutur. Alınmış nəticələrə əsasən
eyni zamanda digər böyrək xəstəlikləri haqqında da mühakimə yü-
rütmək olar (cədvəl 13).
Xronik pielonefritdə leykosituriyanın dərəcəsi daim dəyişilir və
sidiyin bir analizinin dəyişikliksiz olması hələ heç
bir qəti nəticə
çıxarmağa əsas vermir.
Son vaxtlara qədər pielonefrit üçün xarakterik sayılan sidiyin
müayinəsində Şternqaymer-Malbin hüceylərinin tapılması yanlış sa-
yılmalıdır. Belə ki, sidiyin müayinəsində aktiv leykositlərin tapılması
sidik yollarının hər hansı bir hissəsində iltihabi prosesin olmasını
göstərir, ancaq pielonefritin başqa əlamətləri müşahidə edildikdə bu
diaqnostik üsulun əhəmiyyəti ola bilər.
Bakteriuriya zamanı bəzi hallarda bir neçə patogen mikroorqa-
nizmlərin tapılması xarakterikdir.
Cədvəl 13
Dostları ilə paylaş: