Mehman ağayev


Kəskin interstisial nefrit



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə118/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   114   115   116   117   118   119   120   121   ...   186
Kəskin interstisial nefrit 
 
Kəskin interstisial nefrit (KİN) bütün yaş hədlərində təsadüf olu-
nur, amma ən çox 20-50 yaşlarında olur. 
 


 
213
Birincili KİN 
Etiologiya. Xəstəlik müxtəlif səbəblər,  ən çox dərman qəbulu 
nəticəsində meydana çıxa bilər (xüsusən antibiotiklərdən – penisil-
lin və onun yarımsintetik analoqları, aminqlikozidlər, sefalosporin-
lər, rifampitsin və b.). Bəzən KİN etioloji amili sulfanilamidlər, 
qeyri-steroid iltihab əleyhinə preparatlar QSİƏP (indometasin, me-
tindol, brufen və b.), analgetiklər, immunodepressantlar (azatioprin, 
immuran, siklofosfamid), sidikqovucular, barbituratlar, kaptopril, 
allopurinol, simetidin qəbulundan, rentgen-kontrast maddələr ola 
bilərlər. KİN orqanizmin bir çox kimyəvi maddələrə qarşı (etilenq-
likol, etanol intoksinasiyası) fərdi artıq həssaslığı  nəticəsində  də 
baş verə bilər. 
KİN qeyd olunmuş dərman preparatları kimyəvi və toksik maddə-
lərin, həmçinin bədənə  zərdab, vaksin və başqa zülal maddələrinin  
yeridilməsi nəticəsində baş verməsi bu xəstəliyin toksikoallergik va-
riantı hesab olunur. Virus və bakterial infeksiyalardan sonra inkişaf 
etmiş  KİN və KBÇ, infeksiyadan sonra KİN adlandırılır, amma bu 
zaman antibiotiklərin təsirini həmişə inkar etmək mümkün olmur. 
Səbəbini  aydınlaşdırmaq mümkün olmadıqda idiopatik KİN haqda 
söhbət gedir. 
Patogenez. Bu xəstəliyin baş vermə  və inkişafı mexanizmi axıra 
qədər aydınlaşdırılmamışdır. Prosesin immun genezi daha ağlabatan 
sayılır. KİN başlanması etioloji amilin (antibiotik, toksin və b.) böyrə-
yin kanalcıq membranının və interstisial toxumanın zülal strukturuna 
zədələyici təsiri nəticəsində antigen xassəyə malik kompleksin əmələ 
gəlməsinə səbəb olur. Sonra immun prosesin hüceyrə və  humoral me-
xanizmləri qoşulur. Bu dəyişikliklər qanda kanalcıq bazal membra-
nına və interstisiya elementlərinə qarşı anticisimlərin dövr etməsi, İgG 
və İgM titrinin artması və  komplimentin səviyyəsinin azalması ilə təs-
diq olunur. Bu prosesi sxematik belə təsəvvür etmək olar. 
KİN etioloji faktoru olan yad cisimlər (antibiotik, kimyəvi agent, 
bakterial toksin, qızdırmadan əmələ gələn patoloji zülal, bədənə yeri-
dilən  zərdab və vaksina zülalı), qan axını ilə böyrəyə çatır, yumaq-


 
214
cıq filtrindən keçir, kanalcıq mənfəzinə daxil olur. Kanalcıqda reab-
sorbsiya olunur, kanalcığın bazal membranını  zədələyir, onun zülal 
strukturunu pozur, nəticədə antigen əmələ  gəlir. Analoji hadisə 
interstisial toxumada da baş verərək antigenlər meydana çıxır. Bun-
dan sonra antigen-antitel qarşılıqlı immun reaksiyası  İgG,  İgM və  
komplimentin iştirakı, immun komplekslərin əmələ gəlməsi, onların 
kanalcıq bazal membranında və interstisiyada çökməsi, KİN üçün 
xarakterik olan histomorfoloji dəyişikliklər və iltihabi prosesin inki-
şafı baş verir. Bu zaman damarların reflektori spazmı və  interstisiya-
da inkişaf etmiş iltihabi proseslə  sıxılması böyrəyin qan dövranın 
azalması, işemiyası (həmçinin  qabıq maddədə) baş verir ki, bu da 
yumaqcıq filtrasiya sürətinin (YFS) azalmasına, qanda karbamidin 
və kreatininin artmasına səbəb olur. Bundan başqa interstisial ödem 
böyrəkdaxili, o cümlədən, kanalcıqdaxili təzyiqin artmasına səbəb 
olur ki, bu da YFS-i azaldan əsas səbəblərdən birinə çevrilir. Beləlik-
lə, KİN zamanı YFS-in azalması bir tərəfdən böyrəyin qabıq maddə-
sinin işemiyası, digər tərəfdən kanalcıqdaxili təzyiqin artması səbə-
bindən baş verir. Böyrək yumaqcıqlarının kapillyarlarında struktur 
dəyişiklikləri baş vermir. 
Kanalcıqların, xüsusən distal kanalcıqların zədələnməsi  interstisi-
yanın ödemi ilə birlikdə suyun və  osmotik aktiv maddələrin reab-
sorbsiyasının aşağı düşməsinə səbəb olduğundan poliuriya və hipos-
tenuriya inkişaf edir. Kanalcıqətrafı damarların uzunmüddətli sıxıl-
ması kanalcıq funksiyalarının pozulmasına, kanalcıq  asidozunun in-
kişafına, zülalın reabsorbsiyasının pozulmasına və proteinuriyaya sə-
bəb olur. YFS-in azalması da kanalcıqların rezorbtiv funksiyasının 
pozulması  nəticəsi kimi qiymətləndirilir. Kanalcıq funksiyalarının 
pozulması xəstəliyin ilk günlərindən baş verir və uzun müddət saxla-
nılır, 2-3 ay və daha uzun müddət davam edir. 

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin