Mehman ağayev



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə119/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   115   116   117   118   119   120   121   122   ...   186
Patoloji anatomiya.  Makroskopik böyrəklərin ölçüləri böyüyür
xüsusən xəstəliyin 9-12-ci günləri daha böyük olur. Həmçinin böy-
rəklərin kütləsi də artır. Böyrəyin fibroz kapsulu gərgin olur, böyrək 
toxumasından rahat ayrılır. Kəsikdə böyrəyin qabıq və beyin maddə-


 
215
si aydın differensasiya olunur. Beyin maddəsi  avazımış – sarı, böy-
rək məməciyi tünd-qəhvəyi rəngdə, kasacıqlar və ləyən dəyişikliksiz 
olurlar. 
Böyrək toxumasının, o cümlədən, biopsiya zamanı alınan,  histo-
loji müayinəsi bütün hallarda KİN-i yaradan səbəbdən asılı olmaya-
raq xarakterik, birtipli olur. Patoloji prosesə ilk növbədə interstisial 
toxuma və kanalcıqlar cəlb olunurlar, yumaqcıqlar isə intakt qalırlar. 
Qeyd olunan strukturlarda diffuz ödem və ikincili iltihabi proses aş-
kar olunur. Kanalcıqların epitelisi yastılaşır, sonra distrofiya və atro-
fiyaya uğrayır. Kanalcıqların mənfəzi genişlənir, onlarda oksalat 
kristalları (kanalcıq asidozu nəticəsində) və zülal törəmələri tapılır. 
Kanalcıq bazal membranı ocaqlı və ya diffuz qalınlaşır və bəzi yer-
lərdə dağılır. 
Proksimal kanalcıqlara nisbətən distal kanalcıqlar daha çox zədə-
lənirlər. İmmunoflyuoressent  müayinənin köməyi ilə kanalcıq bazal 
membranında immunoqlobulin (əsasən İgM), komplement C
3
 və fib-
rindən ibarət depozitlər (çöküntülər) aşkar edilir. Bundan başqa im-
munoqlobulin və fibrin çöküntüləri interstisial toxumada da aşkar 
edilir. Böyrək yumaqcıqları və böyük damarları intakt qalırlar, ancaq 
çox ağır iltihabi proses zamanı, ara toxumanın güclü ödemi nəticə-
sində sıxıla bilərlər. Bu zaman ödem nəticəsində kanalcıq, yumaqcıq 
və damarlar arasındakı məsafələr artmış olur. 
KİN-in  əlverişli gedişi zamanı böyrək toxumasının qeyd olunan 
dəyişilikləri geri inkişaf edir və 3-4 ay ərzində tam keçir. 
Klinika. KİN-in kliniki əlamətlərinin xarakteri və ağırlıq dərəcəsi 
bədənin ümumi intoksikasiyası  və böyrəklərdə patoloji prosesin 
aktivliyindən asılıdır. Adətən antibiotiklərlə  müalicədən 2-3 gün 
sonra xəstəliyin ilk subyektiv əlamətləri başlayır. Ən müntəzəm ola-
raq xroniki tonzillit, angina, otit, qaymorit, yuxarı tənəffüs yollarının 
kəskin virus infeksiyaları və başqa xəstəliklərə görə penisillin və ya 
onun  yarımsintetik  analoqlarından sonra müşahidə olunur. Digər 
hallarda QSİƏP, diuretiklər, sitostatiklər, rentgenkontrast maddələr, 
zərdab, vaksin təyinindən bir-neçə gün sonra xəstəlik başlayır. Əksər 


 
216
xəstələrdə ümumi zəiflik, tərləmə, baş  ağrısı, iştahanın azalması  və 
ya itməsi, öyümə kimi əlamətlər meydana çıxır. Bəzi təsadüflərdə 
yüngül formada, qısa müddətli arterial hipertenziya da qeyd olunur. 
Ödemlər KİN üçün xarakterik deyildir, həmçinin dizurik hallar 
olmur. Əksər təsadüflərdə xəstəliyin birinci günündən poliuriya qeyd 
olunur, sidiyin nisbi sıxlığı aşağı olur (hipostenuriya). KİN-in ən ağır 
təsadüflərində gündəlik diurez çox azalır (oliquriya), hətta bəzən 
anuriya müşahidə olunur, amma bu zaman da hipostenuriya aşkar 
olunur və KBÇ inkişaf edir. Eyni zamanda sidik sindromu qeyd olu-
nur: zülal 0,033-0,33 q/l, az halda 1-3 q/l, mikrohematuriya, az miq-
darda leykosituriya, silindruriya (əksərən hialin), ağır halda dənəvər 
və mumvari silindrlər də tapıla bilərlər. Əksər hallarda kalsium oksa-
lat  kristalları tapılır. 
Proteinuriyanın baş verməsinə  əsasən proksimal kanalcıqlarda 
epiteli hüceyrələrində  dəyişiklik nəticəsində zülalın reabsorbsiyası-
nın azalması səbəb olur. Müşahidə olunan mikrohematuriyanın səbə-
bi məlum deyildir. 
Sidikdə müşahidə olunan patoloji dəyişikliklər bütün xəstəlik 
dövründə (2-4-8 həftə ərzində) müşahidə olunur. Poliuriya və hipos-
tenuriya isə daha uzun müddət (2-3 ay və daha çox) qeyd olunur. 
Xəstəliyin ilk günlərində müşahidə olunan oliquriyanın səbəbi kanal-
cıqdaxili və kapsuladaxili təzyiqin artması  nəticəsində effektiv filt-
rasion təzyiqin aşağı düşməsi və YFS-nin azalması ilə izah olunur. 
Böyrəklərin  konsentrasion funksiyasının azalması ilə yanaşı azot-
ifrazedici funksiyası da aşağı düşür (xüsusən ağır təsadüflərdə) və 
hiperazotemiya, yəni kreatininin və karbamidin qanda səviyyəsi yük-
səlir. Maraqlıdır ki, hiperazotemiya poliuriya fonunda müşahidə olu-
nur. Həmçinin elektrolit mübadiləsinin pozulması (hipokaliyemiya, 
hiponatriyemiya, hipoxloremiya) və qələvi-turşu vəziyyətinin (QTV) 
pozulması - asidoz müşahidə olunur. Qeyd olunan dəyişikliklərin sə-
viyyəsi xəstəliyin ağırlıq dərəcəsindən asılı olur və XBÇ inkişaf et-
dikdə daha güclü qeyd edilir. 


 
217
Böyrəklərdə  iltihabi prosesin və intoksikasiyanın nəticəsi olaraq 
periferik qanda: leykositoz və  sola təmayül eozinofiliya, EÇS artma-
sı qeyd edilir, ağır hallarda isə hətta anemiya müşahidə olunur. 
Qanın biokimyəvi müayinəsində C reaktiv zülal fibrinogenin 
yüksəlməsi, disproteinemiya - 
α
1
  və 
α
2
 qlobulinlərin artması qeyd 
olunur. 
KİN-in kliniki mənzərəsini qiymətləndirdikdə qeyd etmək lazım-
dır ki, bütün hallarında xəstəliyin ilk günlərindən başlayaraq müxtə-
lif dərəcəli KBÇ aşkar edilir və bunun üçün diurezin azalması heç də 
vacib sayılmır.  Əksər hallarda böyrək çatışmazlığı keçici xarakter 
daşıyır və 2-3 həftəyə keçir, amma böyrəyin konsentrasion funksiya-
sının pozğunluqları 2-3 ay (bəzən 1 ilə qədər) davam edir. 
Xəstəliyin kliniki mənzərəsini və gedişini nəzərə alaraq KİN aşa-
ğıdakı  variantlara (formalara) ayrılır. 
1.
 
Müfəssəl forma – yuxarıda qeyd olunan bütün kliniki-laborator 
təzahürlər qeyd olunur. 
2.
 
KİN-in KBÇ ilə gedən tipi – anuriya, hiperazotemiya ilə 
xarakterizə olunur, müalicəsində kəskin hemodializə ehtiyac yaranır. 
3.
 
«Abortiv» forma anuriyanın olmaması, hiperazotemiyanın tez 
keçməsi və 1-1,5 aya pozulmuş böyrək funksiyalarının bərpası baş 
verir. 
4.
 
«Ocaqlı» forma zamanı  KİN-in bütün əlamətləri çox yüngül 
olur və bir ay ərzində baş vermiş dəyişikliklər bərpa olunur. 

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin