234
licə taktikasını seçməyə kömək edir. Diaqnostika üçün son illər bəzi
törədicələri dəqiq təyin etmək üçün polimeraz zəncirvari reaksiya
üsulu ilə müayinədən istifadə olunur. Çox zaman aşkar edilən qarı-
şıq infeksiya xəstəliyin gedişini davamedici edir.
Müalicə. Bakterial uretritin müalicəsi xəstəliyin etiologiyası, pa-
togenezi və mikroorqanizmlərin antibiotiklərə həssaslığından asılı
olaraq aparılır. Son illər bakterial uretrit törədicilərinin
geniş istifa-
də olunan antibiotiklərə (penisillin, streptomitsin, tetrasiklin, levo-
mitsetin) qarşı dayanıqlığı artmışdır. Buna görə də son illər daha
effektiv antibiotiklər - ampisillin,
amikasin, sefalosporin, makrolid
qrupu preparatları, ftorxinolon qrupu dərmanları istifadə olunur.
Qarışıq infeksiyada metronidazoldan da istifadə daha effektiv nəticə
verir. Antibiotiklərin təyini zamanı göbələklərin inkişafının qarşısını
almaq üçün profilaktika məqsədilə flukonazol və s. tətbiq edilir.
Xroniki bakterial uretritdə lazımi müalicə effekti alınmadıqda
yerli müalicə vasitələri: sidik kanalına 0,1% solafur, 0,25% gümüş
nitrat, 1-2% kollarqol məhlulları ilə insillyasiya olunur. İkincili uret-
ritdə əsas xəstəliyi (prostatit, vezikulit, uretranın strukturası)
müalicə
etdikdə uretritin də sağalması sürətlənir.
Fimoz
Fimoz pülüyün xarici dəliyinin dar olmasına deyilir. Bu zaman
pülük geri çəkilmədiyi üçün cinsiyyət orqanının başı görünmür. Xəs-
təlik anadangəlmə və qazanılma ola bilər. Anadangəlmə fimozda
uşaqlarda siyimə aktı tam mümkün olmur, yaxud da sidik ifrazı çə-
tinləşir və bu zaman körpələr hər dəfə ağlayırlar. Pülüyün xarici də-
liyinin həddən çox dar olması və onun tam tutulması bəzən sidiyin
pülük dərisi ilə cinsiyyət orqanının başı arasında yığılmasına və pü-
lüyün şişməsinə səbəb olur. Pülük dərisi ilə cinsiyyət orqanının başı
arasında yığılan pülük dərisi ifrazatı - smeqmanın miqdarı artır, bə-
zən o hətta daşlaşır, iltihablaşma baş verir
- balanopostit inkişaf edə
bilir. Müstəqil inkişaf edən balanopostit əksər hallarda ikincili fimo-
235
za səbəb olur. Fimoz zamanı sidiyin normal xaric olması prosesi po-
zulur, sidik kanalı və sidik kisəsi genişlənir, sidikliyin atoniyası, si-
diklik - sidikaxarı reflyuksu və pielonefritə səbəb ola bilir.
Müalicə. Yüngül gedişli fimozlar zamanı pülüyün xarici dəliyi
genişləndirilir, onun daxili qatı antiseptik
məhlullarla yuyulur, quru-
dulur və antiseptik məlhəm çəkilir. Genişləndirmə mümkün olmadıq-
da həlqəvi kəsiklə pülük dərisi götürülür və radikal cərrahi əməliyyat
aparılır. Qanaxma saxlanılır (xüsusən yüyəndə) pülüyün daxili qatı ilə
xarici qatı bir-birinə nazik ketqut ilə tikilir. Cərrahi əməliyyat (sir-
kumsizio) 1 yaşına qədər anesteziyasız, 1-7 yaşında narkozla, daha
böyük uşaqlarda və yaşlılarda yerli novokain anesteziyası ilə aparılır.
Bəzən xəstələr pülük dərisinin xarici dəliyinin dar olduğu zaman
onu geri çəkirlər, belə geri çəkilmiş pülük dərisi cinsiyyət orqanının
başını həlqəvi sıxır. Cinsiyyət orqanının başında
qan və limfa dövra-
nı pozulur, o şişir və bu hal parafimoz adlanır. Ödemin artması hətta
cinsiyyət orqanının başının sıxılmasına və nekroza səbəb ola bilər.
Həmçinin uretranın da sıxılması baş verdiyi üçün siyimə aktı müm-
kün olmur, ağrı meydana çıxır. Bu vəziyyətdə xəstəyə təcili yardım
göstərmək lazım gəlir. Pülük yerinə qaytarılır. Əlcək geyilir, pülük
vazelinlənir və sonra pülük halqası arxadan önə çəkilir. Pülük öz ye-
rinə qayıtdıqdan sonra şişkinlik azalır. Pülüyün yerinə qaytarılması
mümkün olmadıqda şişkinlikdən arxada dəri novokainlə anesteziya
edilir, boylama kəsik aparılır, sonra pülük yerinə qaytarılır və an-
tiseptik məhlullarla vanna edilir. Həmçinin xəstənin razılığı olduqda
pülük dərisi götürülə də bilər.
Dostları ilə paylaş: