Mehman ağayev



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə133/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   129   130   131   132   133   134   135   136   ...   186
Klinika. Böyrəyin və sidik yollarının vərəminin patoqnomonik 
kliniki əlamətləri yoxdur, odur ki, xəstəliyin diaqnostikasında çətinlik-
lər qarşıya çıxır. Əksər hallarda o başqa böyrək xəstəliklərinin (xroni-
ki pielonefrit, böyrəkdaşı xəstəliyi, böyrək şişi və s.) maskası altında 
gedir, az təsadüflərdə ümumiyyətlə heç bir əlamət olmur. Prosesin 
sidik kisəsinə yayılması siyimə ifrazının pozulması, qeyri-spesifik 
sistit kimi  qiymətləndirilir. 
Xəstələrin şikayətləri arasında böyrək nahiyəsində sızıldayıcı, bə-
zən sancı şəkilli ağrılar (50-60% halda) əksər halda böyrəkdaşı xəs-


 
238
təliyinin əlaməti kimi qəbul olunur. Dizuriya (40-50% müşahidələr-
də) ağrıdan sonra ikinci yerdə durur, iltihab əleyhinə aparılmış qeyri-
spesifik  müalicəyə pis  tabe olur, tez-tez residiv verir, proqress edir. 
Üçüncü əlamət - hematuriya (55-60% müşahidədə) olub, əksər hal-
larda böyrək şişinə şübhə oyadır. 
Böyrək vərəmi başqa böyrək xəstəlikləri maskası  altında təzahür 
edir və ya onlarla müştərək gedir. Əksər hallarda böyrək vərəmi  
böyrəyin qeyri-spesifik iltihabi prosesi (pielonefrit) və böyrəkdaşı ilə 
müştərək  müşahidə olunur. 
 Xəstənin ümumi vəziyyəti adətən qənaətbəxş olur. Əksər xəstə-
lərdə bədən hərarəti norma daxilində olur. Hərarətin yüksəlməsi sub-
febril səviyyədə olur (20-30% xəstələrdə), çox az hallarda isə üşümə 
və hektik hərarət kəskin pielonefritin həmləsini xatırladır. Arterial 
təzyiqin yüksəlməsi çox az hallarda müşahidə olunur. 
Böyrək nahiyəsinin əllənməsi zamanı ağrı, böyümüş böyrək müs-
bət döyəcləmə simptomu müşahidə olunur. Sidiyin müayinəsi böy-
rək vərəmi üçün xarakterik əlamətlər aşkar edir. Sidiyin reaksiyası 
kəskin turş olur ki, buna da səbəb vərəm çöplərinin toksini hesab 
olunur. Sidiyin turş reaksiyası  sidikliyi və sidik kanalını qıcıqlandı-
rır və dizuriyaya, hətta  əmredici siyimə aktlarına səbəb olur. Ən 
müntəzəm müşahidə olunan və ya qeyri-spesifik müalicəyə pis tabe 
olan iltihab əleyhinə piuriyadır (leykosituriya - 92-99% hallarda). 
Proteinuriya (85-95% təsadüflərdə), gün ərzində 1 q-a qədər müşahi-
də edilir. Böyrək vərəmi zamanı proteinuriyanın sidikdə çoxlu  for-
malı elementlərlə müştərək təsadüfü onu «yalançı» proteinuriyaya 
(qeyri-böyrək mənşəli) aid edilməsinə səbəb olur. 
Eritrosituriya (mikrohematuriya) əksər xəstələrdə müşahidə edilir, 
bəzi xəstələrdə ilk əlamət kimi meydana çıxır və odur ki, belə hal-
larda xəstəlik xroniki nefriti xatırladır. 
Böyrək vərəminin  ən dürüst əlaməti sidikdə  vərəm mikobakteri-
yalarının tapılmasıdır. Artıq qəbul olunmuşdur ki, sidikdə mikobak-
teriyaların tapılması ancaq böyrək vərəmi olduqda müşahidə edilir. 
Başqa orqanların vərəmi olduqda əgər böyrəklər sağlamdırlarsa, on-


 
239
da vərəm mikobakteriyaları sidiyə keçə bilmirlər. Ancaq kişilərdə 
prostat vəzinin vərəmi zamanı da sidikdə  vərəm çöpləri tapıla bilər. 
Böyrək vərəmində USM böyrək və sidik yollarında baş verən 
destruktiv  pozğunluqları aşkar edir, amma  bunların arasında ancaq 
gecikmiş əlamətlər (kaverna)  xarakterikdir. 
Böyrək vərəminin diaqnozunun qoyulmasında rentgenoloji müa-
yinənin (ekskretor uroqrafiya) böyük əhəmiyyəti vardır. Başlanğıc 
qeyri-destruktiv mərhələdə böyrək kasacıqlarının basılması, geniş-
lənməsi, boynunun daralması müşahidə edilir. Destruksiyanın baş-
lanması böyrək məməciyinin və kasacıq tağlarının konturlarının ye-
yilməsi ilə aşkar olunur. Böyrək vərəminin patoqnomonik  rentgeno-
loji simptomu - kaverna  kənarları nahamar, dairəvi əlavə boşluq ki-
mi aşkar edilir, kasacıq-ləyən sistemi ilə  birləşmiş olur. 
Xəstəliyin son mərhələsində böyük kavernalar kasacıqlarla dar 
keçəcəklərlə  birləşirlər, yaxud da onlarla heç birləşmirlər, bir və ya 
bir neçə kasacığın amputasiyası  aşkar edilir. Subtotal və total dest-
ruksiya zamanı bir-biri ilə birləşən çoxlu böyük boşluqlar böyrəyi bir 
torba halına salır (vərəm pionefrozu). 
Sidik axarının vərəmi  üçün xarakterik olan əlamət onun  daral-
ması, əksər halda çoxlu sayda və ən müntəzəm ləyən-sidik axarı seq-
mentində və çanaq hissədə müşahidə edilir. Ağır hallarda sidik axa-
rında çoxlu daralmalar baş verərək təsbehi xatırladır, o həmçinin dar-
tılır, əyrilikləri düzəlir. 
Sidik kisəsinin vərəmi zamanı onun ölçülərinin kiçilməsi və defor-
masiyası müşahidə edilir. Beləliklə, böyrəkdə bir və ya bir neçə ka-
vernanın aşkarlanması, sidik axarında, sidik kisəsində tapılan dəyişik-
liklər vərəmin etibarlı əlamətlərindəndirlər, amma bu xəstəliyin erkən 
əlaməti deyildir. Həmin fikir sistoskopiya zamanı sidik kisəsində aş-
kar edilən vərəm təpəciklərinin aşkar edilməsidir. Vərəm təpəcikləri 
selik qişası üzərində darıyabənzər, ağımtıl yüksəkliklər,  ətrafında hi-
peremiya tac formasında  əhatələnmiş olur. Təpəciklər qrup halında 
olub xəstə böyrəyin  sidik axarı mənsəbinin yaxınlığında tapılır. Sidik 
kisəsinin xoraları gecikmiş simptomlara aiddir. Bu zaman selikli qişa 


 
240
epitelial örtüyünü itirir, kənarları nahamar olur. Sonrakı dövrdə mas-
siv  şişəbənzər qranulyasiya əmələ  gəlir, hətta sidik arası  mənsəbini 
bağlayır. Xoraların sağalması selikli qişada qeyri-düz formalı çapıqla-
rın yaranmasına səbəb olur. Sidik axarı mənsəbi nahiyəsindəki xora-
nın çapıqlanması keçəcəyin daralmasına səbəb olur. Son illərdə sidik-
də  vərəm mikobakteriyalarının polimeraz zəncirvari reaksiyanın kö-
məyi ilə tapılması  xəstəliyin diaqnozunu erkən dövrdə qoymağa im-
kan verir. Beləliklə, böyrək vərəminin diaqnozunu qoymaq üçün heç 
olmasa üç əlamətin biri tapılmalıdır: 1) sidikdə vərəm çöplərinin tapıl-
ması; 2) rentgenoqrammada destruktiv dəyişikliklər; 3) sistoskopiyada 
vərəm üçün xas olan əlamətləri. Bu zaman böyrək vərəmi diaqnozu 
qoyulur və lazımi müalicə taktikası seçilir. 

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin