Ultrasəs müayinəsi
Böyrəklərin və sidik yolları orqanlarının xəstəliklərinin diaqnozu-
nun qoyulmasında ultrasəs müayinə (USM) üsullarının əhəmiyyəti
çox mühümdür. Bu müayinə üsulu qeyri-invaziv olmaqla tez-tez tək-
rarlana bilir. Müayinə zamanı böyrəyin olmasını, lokalizasiyası, yer-
ləşməsi, forması, strukturu, konkrementlərin olması, sidik yolları
boşluqlarının vəziyyəti və sairə qiymətləndirilir. Böyrəklərdə cüzi
halda olan morfoloji dəyişiklikləri aşkar etməklə onların funksional
vəziyyətini qiymətləndirməyə imkan verən ultrasəs müayinə üsulu
xəstəliklərin erkən diaqnozunun qoyulmasına imkan yaradır. Əldə
edilmiş müayinə göstəricilərinin kliniki, laborator, endoskopik və
morfoloji müayinə nəticələri ilə bir yerdə analiz edib interpritasiyası,
bir tərəfdən xəstəliyin dəqiq diaqnozunu təyin etməyə, onun dinami-
kasını qiymətləndirməyə, digər tərəfdən düzgün qərar qəbul etməyə
kömək edir. Ultrasəs müayinəsinin köməyi ilə punksion biopsiya
aparılır, böyrəyin kasacıq-ləyən sistemini punksiya edərək perkutan
manipulyasiyalar yerinə yetirilir, nefrostomiya edilir və s.
Üsulun mahiyyəti ultrasəs siqnalının müayinə olunan orqandan
əks olunaraq qeyd olunmasıdır.
Müayinə metodikası. Ultrasəs müayinəsi bel tərəfdən, qarının ön
və yan tərəflərindən aparılır. Ötürücünün dəri ilə yaxşı təması üçün
xüsusi səskeçirən geldən istifadə olunur. Qabırğalar böyrəklərin yu-
xarı qütbünü örtdükləri üçün müayinə dərindən nəfəs alıb saxladıqda
aparılır. Hamiləliyin ikinci yarısından sonra böyrəklər ayaq üstə
vizualizasiya olunur.
Müayinə adətən bel tərəfdən, xəstə qarın üstə uzandıqda aparılır.
Böyrəklərin yerləşməsini təyin etmək üçün əvvəlcə böyrəklər
73
boylama, sonra eninə skanlanır. Qarnın ön və yan tərəflərindən apa-
rılmış müayinələr böyrəklərin parenximası, kasacıq-ləyən sistemi və
damarları haqda tam məlumat almağa imkan verir. Sağ böyrək ön
tərəfdən qaraciyərdən keçməklə müayinə olunur, odur ki, o sola
nisbətən daha yaxşı görünür, çünki qaraciyər ultrasəs siqnalını yaxşı
ötürür. Sol böyrəyin öndən müayinəsi zamanı bağırsaq ilgəklərində
olan qaz ultrasəs siqnallarına mane ola bilir. Bunun qarşısını almaq
üçün ötürücü sol orta körpücük xəttində boylama yerləşdirilir. Böy-
rəyin həcmi və böyrək ləyənində, sinusunda aşkar edilmiş bəzi törə-
mələrin hərəkətliliyi haqda məlumat almaq üçün xəstəni böyrü üstə
müayinə edirlər. Böyrəyin hərəkətliliyi nəfəsalma zamanı, dərin
nəfəs alıb gücəndikdə (Valsalva sınağı) və şaquli vəziyyətdə vizual
qiymətləndirilir və ya ölçülür.
Normal böyrəklər. Sağlam şəxslərdə USM zamanı normal böy-
rəklərin uzunluğu 7,5 – 12 sm, eni 4,5 – 6,5 sm, qalınlığı 3,5 – 5,0
sm-dir. Böyrəklər arasındakı fərq 1,5 – 2 sm-dən çox olmamalıdır.
Boylama istiqamətdə böyrək ovoid exoneqativ törəmə kimi vizuali-
zasiya olunur, ətraf toxumadan yaxşı fərqlənir. Böyrək sinusu böyrə-
yin mərkəzində yerləşərək, uzanmış sahə şəklində olub, atrmış exo-
genliyə malikdir. Köndələn müayinə zamanı onun forması oval və ya
dairəvi forma alır. Böyrəyin xarici səthində qalınlığı 1,5 mm olan
exopozitiv fibroz kapsula təyin olunur. Ondan kənara ətraf piy toxu-
ması aşağı exogen zona kimi vizualizasiya olunur.
Böyrək parenximası çox incə, demək olar ki, anexogen daxili
struktura malikdir. Bunu nəzərə almaq vacibdir, çünki normal
struktura yanlış olaraq çoxlu kista kimi qiymətləndirilə bilər. Bəzi
halda kapsula ilə sinus arasında çoxlu dairəvi exoneqativ törəmələr –
böyrək piramidləri aşkar edilir. Onların diametri 0,5-dən 0,9 sm-ə
qədər olur. Normal hallarda böyrək parenximasının sahəsinin
sinusun sahəsinə nisbəti 2:1-ə bərabər olur və bu göstərici uşaqlarda
çox, yaşlı şəxslərdə az olur.
Kasacıqlarda az miqdarda sidik olduqda onlar kiçik dairəvi exo-
neqativ (mayeli), diametri normada 0,5 sm-dən çox olmayan törəmə
74
kimi aşkarlanır. Əksər hallarda böyrəyin qapısında ləyən də, xüsusən
köndələn kəsikdə, qarının ön-yan tərəfindən müayinə apardıqda,
təyin olunur, diametri 0,5 sm-dən çox olmamalıdır.
Böyrək damarları qarnın ön divarından köndələn, yaxud çəp
istiqamətlərdə müayinə apardıqda təyin oluna bilər.
Dostları ilə paylaş: |