3.9.1. Say dinamikasının tipləri
Canlı orqanizmlərin müxtəlif qrupları üzrə aparılan tədqiqatların nəticələri göstərir ki, təbii
populyasiyaların sayı daimi qalmır. Onların dəyişməsi konkret faktorların müsbət və ya mənfi təsirlərindən
asılıdır, bütün növlərdə praktiki olaraq sayın qalxma və enmə prosesi qanunauyğun əvəz olunaraq dalğavari,
dövri (tsikllik) xarakter alır və çox vaxt geniş əraziləri tutur.
Populyasiyanın sayının qanunauyğun dəyişməsi xarakteri bütövlükdə növün bioloji xüsusiyyətlərindən,
fiziologiyasından və təbii ekosistemdəki yerindən asılıdır. Hələ 1940-cı illərin əvvəlində S.A.Seversov (1941)
məməlilər və quşların bir çox növlərinin sayının çoxillik gedişini təhlil edərək onun dinamikasının bir neçə tipi-
ni müəyyən etmişdir.
Dostları ilə paylaş: |