Efemer tipli dinamika. Dərin depressiyalı, kəskin qeyri-sabit saylı olub, «kütləvi artma» partlayışı ilə seçi-
lir və hərdən populyasiyanın sayı yüz dəfələrlə çoxalır. Minimum və maksimum arası artım pillələri olduqca tez
(bəzən bir mövsüm ərzində); sayın azalması (enməsi) da olduqca tez baş verir, belə halda o, «populyasiyanın
iflası» adlanır. Dinamika dövriliyinin (tsikl) ümumi uzunluğu adətən 4-5 il sürür, bu dövr ərzində
populyasiyanın say «zirvəsi» çox vaxt bir ildən artıq olmur; bəzi heyvanlarda (məs. xırda gəmiricilər) bu kiçik
tsikllərdə uzunmüddətli (10-11 il) «böyük dalğalar» öz partlayışı ilə geniş əraziləri əhatə edir. Fərdlərin bolluğ-
unun mövsümi dəyişkənliyi kəskin təzahür olunur.
Efemer tipli dinamika qısaömürlü (3 ildən artıq olmayan) fərdi adaptasiyanın qeyri-mükəmməl
mexanizminə və ona uyğun yüksək ölüm normasına malik olan növlər üçün xasdır, bu iri olmayan heyvanlar
yüksək nəsilverməsi (törəmə) ilə seçilirlər. Belə dinamika tipi xırda gəmiricilər və qısa inkişaf dövrlü
həşəratların bir çox növləri üçün səciyyəvidir.
S.A.Seversov tərəfindən işlənib hazırlanmış sxem say dinamikası tipinin ayrı-ayrı növ və qrupların bioloji
xüsusiyyətləri ilə əlaqəsini yaxşı göstərir və sayın dəyişməsi növün, mühitin abiotik və biotik faktorlarla
qarşılıqlı təsirinin bütün formalarının inteqral effektini əks etdirdiyini aydın nümayiş etdirir. Dinamikanın
müxtəlif tipləri faktiki olaraq müxtəlif həyati strategiyaları əks etdirir. Bu fikir R.Mak-Artur və E.Uilsonun
(K.Mac. Authur, E.Wilson, 1967) ekoloji strategiyasının konsepsiyasının əsasını təşkil edir və müasir ekolo-
giyada geniş vüsət almışdır. Bu konsepsiyanın mahiyyəti ondan ibarətdir ki, növün müvəffəqiyyətlə yaşaması və
təzələnməsi ya orqanizmələrin adaptasiya olunmasının və rəqabət qabiliyyətinin təkmilləşməsi (yaxşılaşması)
yolu ilə, yaxud da fərdlərin yüksək ölümünü və kritik vəziyyətdə sayını tezliklə bərpa olunmasını
müvazinətləşdirən intensiv çoxalma yolu ilə mümkündür. Birinci yol «K-strategiya» adlanır; bu tipin
nümayəndələri uzunömürlü çox vaxt iri formalardır; onların sayı xarici faktorlarla limitlənir. K-strategiya
«keyfiyyətinə görə seçmə» - adaptasiya və möhkəmliyin (sabitliyin) yüksəlməsini ifadə edir, r-strategiya isə
«miqdara görə seçmə» - böyük itkinin yüksək reproduksiya potensialı ilə kompensasiya (bərpa olunması)
olunmasıdır. Bu strategiya tipi yüksək ölüm norması və yüksək törəyib artan xırda heyvanlar üçün daha xarakte-
rikdir. r- strategiyasına daxil olan növlər qeyri-stabil şəraiti olan əraziləri tez mənimsəyir və reproduksiyaya
yüksək səviyyədə enerji sərf edir.
Tamamilə analoji həyati strategiya bitkilərə xasdır. Hələ 1938-ci ildə L.Q.Ramenski üç strategiya tipi ayırır:
Dostları ilə paylaş: |