Bitkilərdə populyasiya strategiyasının
inteqrallaşmış sxemi
(V.T.Ovçinnikova görə , 1991)
3.9.2. Say dinamikası faktorları. Müasir ekologiyada heyvanların sayının müntəzəm dəyişməsinə məsul
faktorların iki qrupa bölünməsi qəbul edilmişdir: orqanizmlərin sıxlığından asılı olmayan faktorlar və sıxlıqdan
asılı olan faktorlar.
Orqanizmlərin sıxlıq dərəcəsindən asılı olmayan faktorlara kompleks abiotik faktorlar daxildir, onların
heyvanlara təsiri iqlim və hava vasitəsilə həyata keçirilir. Bu faktorların bioloji təsiri orqanizm səviyyəsində
təsir göstərməsi ilə səciyyələnir, məhz buna görə də onların təsir effekti orqanizmlərin say və sıxlığı kimi
spesifik populyasiyası parametrləri ilə əlaqədar deyildir. Bu faktorların təsiri birtərəflidir: orqanizmlər onlara
uyğunlaşa bilər, lakin onların əksinə təsir göstərmək vəziyyətində deyildir.
İqlim faktorlarının populyasiyasının say səviyyəsinə və onun dəyişməsi istiqamətinə təsir effekti ilk
növbədə təsir edən faktorun gücünün optimal ölçüdən sapması (kənara çıxması) ilə əlaqədar ölüm dərəcəsinin
artması ilə həyata keçir. Bu zaman ölüm və yaşayıb qalma dərəcəsi orqanizmin adaptasiya olunma mümkünlüyü
və mühitin bəzi xarakteristikasını nəzərə alaraq yalnız təsir göstərən faktorun gücü ilə təyin olunur: əlverişli
şəraiti olan sığınacağın mövcüdluğu, eyni zamanda faktorların yumşaldıcı təsiri və b. populyasiyanın sayının
səviyyəsi (orqanizmlərin sıxlığı) onun dəyişməsinin ümumi istiqamətini müəyyən etmir. Belə ki, əgər qış şəraiti
qeyri-adi aşağı temperatur və qar örtüyünün qalınlığının az olması ilə fərqlənərsə, hətta qışın başlanğıc
dövründə populyasiyanın sayı və sıxlığı yüksək olduqda belə, xırda gəmiricilərin yazda say səviyyəsi olduqca
aşağı olacaqdır. Analoji qanunauyğunluğu qarın altında sərt şaxtalardan yuvalarda xilas olunan toyuq
fəsiləsindən olan meşə quşları üçün də səciyyəvidir.
Bu faktorlar qrupu bəzi şəraitdə, əsas etibarilə yem şəraitinin dəyişməsi ilə, dolayısı ilə nəsilvermənin
dəyişməsi ilə də təsir göstərə bilər. Məs., bitkilərin vegetasiyası üçün əlverişli olan abiotik faktorların kompleksi
fitofaq heyvanların yaxşı artmasına şərait yaradır. Əksinə, ot məhsulu çox aşağı olduqda və ya yemin
əlçatmazlığı sıxlıqdan asılı olmayaraq ölüm faizini artırır. Dırnaqlı heyvanların uzun müddət aclıqdan kütləvi
qırılması hadisəsi də məlumdur.
Orqanizmlərin sıxlığından asılı olmayaraq say dinamikası tsiklinin formalaşması iqlimin və hava tipinin
çoxillik dəyişməsinin tsiklik (dövrlük) xarakteri ilə bağlıdır.
Ümumiyyətlə, bir sıra ekoloqların fikirləri bu nəticəyə gəlməyə imkan verir ki, iqlim faktorları, şübhəsiz,
say artımının nəzərə çarpacaq dərəcədə dəyişməsinə səbəb ola bilər. Lakin bu faktorlarla yanaşı, say artımının
dəyişməsi bir sıra digər faktorlarla da müəyyən olunur. Bununla yanaşı, iqlim faktorları sabit müvazinətin
yaranmasına səbəb olmur: bu faktorlar sıxlığın dəyişməsinə cavab vermək (reaksiya vermək), yəni əks əlaqə
59
prinsipi ilə təsir etmək qabiliyyətinə malik deyil. Q.A.Viktorovun (1967) say dinamikasının xarakterinin
formalaşmasında faktorların roluna əsaslanan təsnifatına əsasən meteoroloji şərait modifikasiyalaşma faktorları
kateqoryiasına aid edir.
Dostları ilə paylaş: |